Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   64   65   66   67   68   69   70   71   ...   102

 
200 
 
nizamnamələri  mövcud  olur  ki,  bu  nizamnamələrdə  təşkilat-
ların məqsəd və vəzifələri öz əksini tapır. Dövlətlər beynəlxalq 
təşkilatların  nizamnamələrini  hazırlamaqla,  qəbul  etməklə 
həmin təşkilatlara müəyyən səlahiyyətlər vermiş olurlar.  
Beynəlxalq təşkilatlarda dövlətlər təmsil olunarkən əsasən, 
öz  nümayəndələrini  akkreditə  edirlər.  Beynəlxalq  təşkilatlarda 
dövlətlər  səfirlər  vasitəsilə  təmsil  olunurlar  və  beynəlxalq 
təşkilatlara  üzvlük  haqları  ödənilir.  Beynəlxalq  təşkilatlara 
dövlətlərin  xarici  siyasət  fəaliyyətlərini  yerinə  yetirən 
strukturlar kimi baxmaq lazımdır.  
 
Diplomatların  təyin  edilməsinin  və  qəbul  olunmasının 
əsasları 
 
Bir  dövləti  başqa  bir  dövlətdə  və  ya  da  beynəlxalq 
təşkilatda  təmsil  etmək,  eləcə  də  xüsusi  missiyaya  rəhbərlik 
etmək  üçün  səfirlər  və  ya  da  səfirlərə  bərabər  tutulan 
diplomatik  rütbəli  şəxslər  dövlət  başçıları  tərəfindən  təyin 
edilirlər  və  digər  dövlətlərin  başçıları  yanında  akkreditə 
olunurlar.  Səfirlərin  təyini  üçün  əvvəlcə  təyin  olunan  dövlət 
tərəfindən  aqreman  verilməsi  lazım  gəlir.  Səfir  etimad-
namələrini  səfirlər  təyin  olunduqları  dövlətlərin  başçılarına 
təqdim edirlər.  
Diplomatik nümayəndəliyin rəhbərləri və digər diplomatlar 
xüsusi  hörmətə  malik  olan  təbəqə  (peşə  baxımından)  hesab 
olunurlar. Bütün dövlətlər “beynəlxalq diplomatiya hüquqnu və 
diplomatiya  etikasını”  yaradırlar  və  bu  qaydalar  çərçivəsində 
diplomatlara immunitet və imtiyazlar verirlər.  
Diplomatların  təyin  edilməsi  xüsusi  əhəmiyyət  kəsb 
etdiyindən,  həm  də  mühüm  məsuliyyət  və  öhdəlik  yarat-
dığından,  məxsusi  qaydalar  əsasında  həyata  keçirilir.  Bu 
məxsusi  qaydalar  da  diplomatlara  olan  xüsusi  önəm  və 
diqqətdən  irəli  gəlir.  Diplomatlar  üçün  təyinat  razılıqlarının 
alınması  və  təqdimat  (etimadnamələrin  və  övdətnamələrin 


 
201 
 
təqdim  olunması)  halları  da  bu  vəzifənin  xüsusi  əhəmiyyətini 
üzərə çıxarır.  
Səfir  etimadnaməsi.  Diplomatik  Əlaqələr  haqqında 
Vyana  Konvensiyasına  görə  (maddə-13,  bənd  2),  etimad-
namələrin  verilməsində  və  onların  təsdiq  olunmuş  surətlə-
rinin  təqdim  olunmasında  nümayəndəlik  başçısının  gəlmə 
saatı və günü ilə müəyyən olunur.  
Səfir  övdətnaməsi.  Səlahiyyət  müddəti  başa  çatmış 
diplomatik  nümayəndəliyin  rəhbərinin  akkreditə  olunan 
dövlətin rəhbərinə təqdim etdiyi sənəddir. Burada diplomatik 
nümayəndəliyin rəhbərinin səlahiyyət müddətinin baş çatdığı 
vaxt öz əksini tapır.  
Diplomatların  təyinatı  çoxtərəfli  (burada  bir  neçə 
ölkəyə 
təyin 
olunma, 
bir 
ölkəyə 
və 
təşkilatdakı 
nümayəndəliyə təyin olunma, bir neçə ölkəyə xüsusi missiya 
göndərmə  və  s.)  əsaslarla  da  ola  bilər.  Çoxtərəflilik 
məsələsinə  də  iki  aspektdən  yanaşmaq  olar:  birincisi,  bir 
şəxsin iki və ya bir neçə dövlət tərəfindən bir dövlətdə və ya da 
beynəlxalq  təşkilatda  akkreditə  məsələsi;  ikincisi,  bir  dövlətin 
diplomatının  bir  və  ya  bir  neçə  dövlətdə  və  ya  da  təşkilatda 
(burada  bir  dövlət  və  bir  təşkilat  da  mümkündür)  təmsil 
olunmaq  məsələsi.  Bu  baxımdan,  Dövlətlərin  universal 
xarakterli  beynəlxalq  təşkilatlarla  əlaqələrində  nümayən-
dəliyi  haqqında  14  mart  1975-ci  il  tarixli  Vyana  Konven-
siyasına  (maddə  8)  görə,  göndərən  dövlət  bir  şəxsi  nümayən-
dəliyin  rəhbəri  kimi  iki  və  ya  bir  neçə  beynəlxalq  təşkilatda 
akkreditə  edə  bilər  və  ya  da  özünün  digər  nümayəndəliyinin 
rəhbərini  həm  də  beynəlxalq  təşkilatda  akkreditə  edə  bilər. 
İkinci  məsələ  ilə  əlaqədar  olaraq  onu  qeyd  etmək  olar  ki, 
Xüsusi  missiyalar  haqqında  8  dekabr  1969-cu  il  tarixli 
Konvensiyaya  əsasən  (maddə  4),  dövlət  bir  missiyanı  (həmin 
missiya  nəzərdə  tutulur)  iki  və  ya bir  neçə dövlətə göndərmək 
arzusunda  olarsa,  bu  barədə  razılıq  üçün  hər  bir  dövlətə 
müraciət  edir.  Beşinci  maddəyə  görə  isə  iki  və  ya  da  çoxlu 
sayda  dövlət  başqa  bir  dövlətə  ümumi  missiya  göndərmək 


 
202 
 
istəyərsə,  onda  razılıq  üçün  göndərilməsi  nəzərdə  tutulan 
ölkəyə  müraciət  olunur.  Diplomatların  təyin  olunmasında  və 
göndərilməsində  vətəndaşlıq  məsələləri  də  xüsusi  önəm  kəsb 
edir.  Belə  ki,  diplomatik  fəaliyyəti  və  konsul  fəaliyyətini 
tənzim  edən  beynəlxalq  konvensiyalara  əsasən,  göndərilən  və 
yaxud  da  təyin  olunan  diplomatlar,  diplomatik  nümayən-
dəliklərin  rəhbərləri  göndərən  və  ya  da  təyin  edən  dövlətin 
vətəndaşları  olmalıdırlar.  Lakin  istisnalar  da  mövcuddur,  belə 
ki,  Konsul  əlaqələri  haqqında  Vyana  Konvensiyasının  18-ci 
maddəsinə  görə,  iki  və  ya  bir  neçə  dövlət,  qəbul  edən 
(akkreditə  olunan)  dövlətin  razılığına  əsasən,  bir  şəxsi  razılıq 
bildirən  dövlət  ərazisində  konsul  təyin  edə  bilər.  Bu  halda 
konsul  iki  dövləti  təmsil  edir.  Bununla  yanaşı,  Diplomatik 
əlaqələr  haqqında  Vyana  Konvensiyasının  altıncı  maddəsinə 
əsasən, iki və ya bir neçə dövlət təyin olunan dövlətin razılığı 
olarsa, bir şəxsi həmin dövlətdə akkreditə edə bilər. Bu zaman 
həmin  şəxs  iki  və  ya  bir  neçə  dövlətin  rəsmi  nümayəndəsi 
olacaqdır.  Eyni  zamanda  beynəlxalq  təşkilatlarda  təmsil 
olunma  məsələsində  də  qeyd  olunur  ki,  iki  və  ya  da  bir  neçə 
dövlət bir şəxsi bir beynəlxalq təşkilatda akkreditə edə bilər.  
 
Diplomatik immunitet və imtiyazlar 
 
Xüsusi  missiya  haqqında  Konvensiyada  qeyd  olunur  ki, 
xüsusi  missiyaya  aid  olan  imtiyaz  və  immunitetlər  ayrı-ayrı 
şəxlsərin  mənafeyini  təmin  etmək  üçün  yox,  təmsil  olunan 
dövlətin  özünəməxsus  qaydada  xarakterinədən  irəli  gələn 
missiyanı  yerinə  yetirmək  üçün  xüsusi  missiyanın  funksiya-
larının səmərəli qaydada yerinə yetirilməsi üçündür.
1
 
 
                                                 
1
 Конвенция о специальных миссиях и факультативный протокол. 8 
декабря 1969 года. Действующее международное право. В трех томах. 
Том первый. Составители проф. Ю.М.Колосов и проф. .С.Кривчикова. 
М.: Издательство Московского независимого института 
международного права, 1996.-864 с., ss.562-582. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə