Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   60   61   62   63   64   65   66   67   ...   102

 
188 
 
edilməsi;  dövlətlərarası  və  Azərbaycan  Respublikasının  qanun-
larından  fərqli  qaydaları  nəzərdə  tutan  hökumətlərarası  müqavi-
lələrin  təsdiq  və  ləğv  edilməsi;  Azərbaycan  Respublikası 
Prezidentinin  müraciətinə  əsasən  müharibə  elan  edilməsi  və  sülh 
bağlanmasına  razılıq  bildirilməsi  (Maddə  95);  Azərbaycan 
Prezidentinin  xarici  siyasətlə  bağlı  səlahiyyətləri-Azərbaycan 
Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 
diplomatik  nümayəndəliklərinin təsis edilməsi  haqqında  Azərbaycan 
Respublikası 
Milli 
Məclisinə 
təqdimat 
verir, 
Azərbaycan 
Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 
diplomatik  nümayəndələrini  təyin  edir  və  geri  çağırır;  xarici 
dövlətlərin 
diplomatik 
nümayəndəliklərinin 
etimadnamə 
və 
övdətnamələrini  qəbul  edir;  dövlətlərarası  və  hökumətlərarası 
beynəlxalq  müqavilələr  bağlayır,  dövlətlərarası  və  Azərbaycan 
Respublikasının  qanunlarından  fərqli  qaydalar  nəzərdə  tutan 
hökumətlərarası  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün 
Azərbaycan  respublikasının  Milli  Məclisinə  təqdim  edir;  təsdiq-
namələri imzalayır; siyasi sığınacaq verilməsi məsələlərini həll edir; 
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan 
edir  və  sülh  bağlayır  (Maddə  109);  Azərbaycan  Respublikasının 
Konstitusiya  Məhkəməsinin  xarici  siyasətlə  bağlı  həll  etdiyi 
məsələlər  -  Azərbaycan  Respublikasının  qüvvəyə  minməmiş 
dövlətlərarası  müqavilələrinin  Azərbaycan  Respublikası  Konstitu-
siyasına  uyğunluğu;  Azərbaycan  Respublikasının  hökumətlərarası 
müqavilələrinin  Azərbaycan  Respublikası  Konstitusiyasına  və 
qanunlarına  uyğunluğu;  qanunlar  və  digər  aktlar,  yaxud  onların 
ayrı-ayrı  müddəaları,  Azərbaycan  Respublikasının  hökumətlərarası 
müqavilələri  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 
qərarında  müəyyən  edilmiş  müddətdə  qüvvədən  düşür,  Azərbaycan 
respublikasının  dövlətlərarası  müqavilələri  isə  qüvvəyə  minmir 
(Maddə 130))
1
  
Dövlət  rəhbəri  öz  xalqını  və  dövlətini  beynəlxalq 
münasibətlərdə təmsil edən birinci şəxsdir. Ayrı-ayrı məsələlər 
üzrə də ayrı-ayrı şəxslərə də müxtəlif səlahiyyətlər verilə bilər. 
Xarici  ölkələrdə  akkreditə  olunan  səfirlər  isə  dövlət  başçıla-
rının  tapşırıqlarını,  dövlətin  qanunlarını,  məsələn,  konsulluq 
                                                 
1
 Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Biznes xəbərləri” 
qəzeti-2012, 64 səh. 


 
189 
 
xidməti  haqqında  qanundan  irəli  gələn  vəzifələri  və  digər 
normativ-hüquqi  aktları  yerinə  yetirirlər,  qanunvericilk 
aktlarının  tərkibi    olan  beynəlxalq  sənədləri  və  ümumilikdə 
dövlətin  xarici  siyasət  strategiyasında  müəyyən  olunan 
vəzifələrin  taktiki  tərəflərini  icra  edirlər,  yəni  normanı  yerinə 
yetirirlər.  Diplomatiyanın  strategiyası  ölkənin  mərkəzi 
hakimiyyət  qurumları  (qanunverici  və  icraedici  hakimiyyət) 
tərəfindən  müəyyən  olunur.  İcra  hakimiyyəti  isə  daha  çox 
diplomatiyanın  həyata  keçirilməsi  (təşkil olunması işi də daxil 
olmaqla)  ilə  məşğul  olur.  İcra  hakimiyyəti  (burada  xarici 
siyasətin icrası ilə məşğul olan dövlət nazirlikləri) xarici siyasət 
sahəsində qəbul edilən qanunvericilik aktlarının icrasını yerinə 
yetirir,  dövlətin  qoşulduğu  və  ratifikasiya  etdiyi  beynəlxalq 
sənədlərin  müddəalarının  ayrı-ayrı  strukturlar  tərəfindən  icra 
olunmasını təmin edir. İcra hakimiyyəti xarici siyasətin ümumi 
qaydada  koordinasiyası  ilə  məşğul  olur.  İcra  hakimiyyətinin 
(burada  həm  də  dövlətin)  xarici  siyasətini  həyata  keçirən  əsas 
qurum 
xarici 
işlər 
nazirliyi 
(idarəsi, 
departamenti, 
administrasiyası, ofisi və s.) hesab olunur. Xarici işlər nazirliyi 
dövlətin  xarici  siyasətini  həyata  keçirən  digər  qurumların 
fəaliyyəti  arasında  koordinasiya  funksiyasını  yerinə  yetirir. 
Məsələn,  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi 
haqqında  Əsasnaməyə  görə,  Xarici  İşlər  Nazirliyi  öz 
funksiyasının  icrası  baxımından  Azərbaycan  Respublikası 
Milli  Məclisinin  parlamentlərarası  və  digər  xarici  əlaqələrinin 
həyata 
keçirilməsinə 
kömək 
edir; 
dövlət 
orqanlarına 
Azərbaycan  Respublikasında  akkreditə  olunan  xarici  dövlət-
lərin  diplomatik  və  konsul  nümayəndəlikləri  ilə  əlaqələrində 
yardım  göstərir;  dövlət  orqanlarının  xarici  dövlətlərin  dövlət 
orqanları  və  vəzifəli  şəxsləri  ilə,  beynəlxalq  təşkilatlarla 
əlaqələrinə yardım edir.
1
  
                                                 
1
 AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ 
HAQQINDA Ə S A S N A M Ə. Azərbaycan Respublikası Prezidentinin 29 
yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.  


 
190 
 
Xarici  işlər  nazirlikləri  müəyyən  əsasnamələrlə  (məsələn, 
Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  haqqında 
Əsasnamə)  fəaliyyət  göstərirlər  və  bu  sənədlərdə  nazirlik 
əməkdaşlarının vəzifə və səlahiyyətləri, nazirliyin hüquqları öz 
əksini tapır. Xarici işlər nazirliyi öz funksiyasına uyğun olaraq, 
həmçinin  xarici  ölkələrdə  yerləşən  diplomatik  nümayən-
dəliklərlə  işini  qurur  (səfirliyin  və  konsul  xidmətinin 
əməkdaşları-burada  diplomatik  personal  və  bu  personala 
xidmət göstərən inzibati-texniki işçilər) xarici işlər nazirliyinin 
əməkdaşları  olurlar  və  onlar  ezam  edilərək  diplomatik 
nümayəndəliklərdə  müəyyən  müddətlərə  çalışırlar  və  xidmət 
keçirlər
2
)  və  onlar  arasında  koordinasiya  funksiyasını  yerinə 
yetirir.  Əsasnaməyə  əsasən,  Nazirliyin  mərkəzi  aparatının, 
xaricdəki nümayəndəliklərin, tabeliyində olan təşkilatların kadr 
təminatını  öz  səlahiyyətləri  çərçivəsində  həyata  keçirir, 
diplomatik  xidmət  kadrlarının  hazırlanması,  yenidən  hazır-
lanması  və  təkmilləşdirilməsini  təşkil  edir;  Azərbaycan 
Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir və 
s.
3
  Xarici  işlər  nazirliyinin  ayrı-ayrı  departamentləri  də  xarici 
siyasətin  şaxələr  üzrə  icrasını  təmin  edirlər.  Dövlətin  daxili 
siyasəti  ilə  onun  xarici  siyasəti  arasında  əlaqəni,  bağlılığı  və 
uzlaşmanı məhz xarici işlər nazirliyi və onun idarələri, xidmət 
qurumları,  şöbələri  həyata  keçirirlər.  Xarici  işlər  nazirliyinin 
müvafiq  şöbələri,  bölmələri  və  idarələri  xarici  siyasətin  icrası 
sahəsində  dövrü  hesabatlar  təqdim  edirlər  və  ilin  müvafiq 
dövrlərinə  uyğun  olaraq  (aylıq,  rüblük,  illik)  planların 
(taktikanın) icrası ilə məşğul olurlar.  
Diplomatiya  xarici  siyasətin  həyata  keçirilməsində  həm 
konkret, həm  də  universal  əhəmiyyət  kəsb edir. Bu iki -fərdi 
(konkret  istiqamətlər  və  sahələr  üzrə)  və  universal  istiqamət 
arasında  birləşdirici  funksiyanı  da  diplomatiya  yerinə  yetirir. 
Diplomatiya  fəaliyyətinin  əldə  etdiyi  nəticələr  dövlət 
                                                 
2
 
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu. 
Maddə 12, 13. http://www.rusum.az/laws/law_953106246_7974.pdf
 
3
 Həmin Əsasnamə  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə