Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   63   64   65   66   67   68   69   70   ...   102

 
197 
 
arasında  bağlılığın  yaradılması  diplomatiya  ilə  yerinə  yetirilir. 
Diplomatiya  dövlətlər  arasında  siyasi  əlaqələrin  təzahürüdür. 
Dövlətlər  arasında  siyasi  əlaqələrlə  yanaşı,  iqtisadi  və  mülki 
məzmunlu  əlaqələr  də  vardır.  Dövlətlərin  fəaliyyəti  şaxələn-
diyindən  onlar  arasında  əlaqələr  də  şaxələnmə  funksiyasına 
malik  olur  və  yuxarı  mərhələdə  siyasi  əhəmiyyət  kəsb  edir. 
Diplomatiya,  bu  baxımdan  siyasi  əlaqələrdən  tutmuş  iqtisadi 
əlaqələrə qədər olan mərhələni özündə əks etdirən bir fəaliyyət 
sahəsidir.  Dövlətlər  arasında  əlaqələr  və  münasibətlər 
çoxistiqamətlidir və bu baxımdan da vahidlik və şaxəlilik təşkil 
edir. 
Dövlətlər  arasında  beynəlxalq  əlaqələrin  genişliyi  və 
bundan irəli gələn zərurət dövlətlərin sakinlərinin dövlətlərdən 
dövlətlərə  keçməsinin  əsaslarını  təşkil  edir.  Beynəlxalq 
münasibətlər  ümumdünya  sakinlərinə  xidmət  edir.  Dövlətlərin 
sakinləri  bir  ölkədən  başqa  ölkələrə  gedirlər.  Burada  daimi 
yaşayış yerləri əldə edirlər. Ölkələrin sərhədlərini keçmək üçün 
xüsusi  vizalar  tələb  olunur.  Vizalarda  bir ölkənin vətəndaşının 
başqa ölkədə qalacağı günnün müddəti göstərilir. Bu da ondan 
irəli  gəlir  ki,  dövlətlər  öz  vətəndaşlşarının  daimi  yaşayış 
yerlərini  seçmələrdə  maraqlı  olurlar  və  onların  müvəqqəti 
yaşayış  və  işləmək,  oxumaq  üçün  yerlərinin  seçilməsində  də 
maraq nümayiş etdirirlər. 
Konsul  əlaqələri  haqqında  24  aprel  1963-cü  il  tarixli 
Vyana  Konvensiyasında  da  qeyd  olunur  ki,  xalqlar  arasında 
qədim  zamanlardan  konsul  əlaqələri  qurulub.  Dövlətlər 
arasında  konsul  əlaqələri  (maddə  2)  qarşılıqlı  razılıq  əsasında 
müəyyən  olunur.  Dövlətlər  arasında  diplomatik  əlaqələrin 
kəsilməsi  öz  ardınca  konsul  əlaqələrinin  kəsilməsini  (ipso 
facto) meydana gətirmir (maddə 2). Konsul xidməti qəbul edən 
dövlətin razılığı əsasında onun ərazisində yaradılır (maddə 4).  
 


 
198 
 
Xüsusi missiyaçılıq 
 
Xüsusi missiya-öz xarakterinə görə dövləti təmsil edən, bir 
dövlət tərəfindən digər dövlətə (onun razılığı ilə) göndərilən və 
müəyyən 
məsələlərə 
birgə 
baxılmasını 
və 
müəyyən 
məsələlərdə  həllini  nəzərdə  tutan  müvəqqəti  missiyadır.
1
 
Həmin  sənədin  ikinci  maddəsinə  əsasən,  bir  dövlət  digər 
dövlətə  (onun  razılığı  ilə)  diplomatik  və  digər  qarşılıqlı 
razılaşdırılmış  kanallar  vasitəsilə  əvvəlcədən  razılaşdırılmış 
qaydada  xüsusi  missiya  göndərə  bilər.  Sənədə  əsasən,  xüsusi 
missiyaların  funksiyaları  göndərən  və  qəbul  edən  dövlətin 
qarşılıqlı razılıqları ilə müəyyən olunur.  
Xüsusi  missiyalar  daima  məxsusi  rejimdə  fəaliyyət 
göstəriblər.  Xüsusi  missiyalar  haqqında  8  dekabr  1969-cu  il 
tarixli  Konvensiyasında  qeyd  olunur  ki,  sözügedən  sənəd 
Diplomatik  əlqələr  haqqında  1961-ci  il  tarixli  və  Konsul 
əlaqələri haqqında 1963-cü il tarixli konvensiyları tamamlamaq 
imkanlarına malikdir və dövlət və ictimai quruluşlarından asılı 
olmayaraq 
dövlətlər 
arasında 
dostluq 
münasibətlərinin 
möhkəmlənməsinə  və  inkişafına  kömək  edə  bilər.
2
 Həmin 
sənəddə o da  yazılır ki, xüsusi missiyaların vacibliyi haqqında 
məsələ Birləşmiş Millətlər Təşkilatının diplomatik əlaqələrə və 
immunitetlərə dair həsr olunmuş konfransında qaldırılmışdır. 
Xüsusi  missiyaçılıq  daimi  və  müvəqqəti    müşahidəçiliyi 
də özündə əks etdirir.   
 
                                                 
1
 Конвенция  о  специальных  миссиях  и  факультативный  протокол.  8 
декабря 1969 года. Действующее международное право. В трех томах. 
Том 
первый. 
Составители 
проф. 
Ю.М.Колосов 
и 
проф. 
Э.С.Кривчикова.  М.:  Издательство  Московского  независимого 
института международного права, 1996.-864 с. ss.562-582. Maddə 1.  
2
 Həmin sənəd. 


 
199 
 
Beynəlxalq təşkilatlarda təmsil olunma 
 
Beynəlxalq təşkilatları dövlətlər yaradırlar. Ona görə təşkil 
edirlər  ki,  özlərinin  nüəyyən  sahələr  üzrə  əlaqələrini 
ixtisaslaşmış  sahələr  üzrə  təşkil  edə  bilsinlər.  Beynəlxalq 
təşkilatlar  üst  və  törəmə  subyektlər  kimi  də  qəbul 
olunmalıdırlar.  Beynəlxalq  təşkilatlar  daha  çox  universal  və 
regional  əsaslarla  beynəlxalq  münasibətlərin  və  əlaqələrin 
zənginləşməsinə  və  təkmilləşməsinə  xidmət  edirlər.  (Qeyd: 
“Universal  xarakterlli  beynəlxalq  təşkilatlarla  münasibətlərdə 
dövlətlərin  nümayəndəliyi”  adlanan  14  mart  1975-ci  il  tarixli 
Konvensiyada  (maddə  1)  “Beynəlxalq  təşkilat”  dedikdə, 
hökumətlərarası  təşkilat  kimi  qəbul  olunur.  “Universal 
xarakterli  beynəlxalq  təşkilat”  dedikdə  isə  BMT  və  onun 
ixtisaslaşdırılmış  qurumları,  Atom  Enerjisi  üzrə  Beynəlxalq 
Agentlik  və  bu  təşkilatın  analoqu  olan  istənilən  təşkilat, 
həmçinin  geniş  beynəlxalq  xarakter  kəsb  edən  məsuliyyətə 
malik  olan  üzvlərdən  ibarət  olan  şəxsi  heyət  başa  düşülür. 
“Daimi müşahidəçi missiyası” dedikdə isə, dövlətə göndərilən 
və  beynəlxalq  təşkilat  üzvü  olmayan  daimi  xarakterli  missiya 
başa  düşülür.  (maddə  1).  Konvensiyaya  əsasən,  Beynəlxalq 
təşkilatlarda 
fəaliyyət 
göstərən 
daimi 
nümayəndəliyin 
funksiyalarına  –  göndərən  dövlətin  Təşkilatda  nümayən-
dəliyinin  təmin  edilməsi;  göndərən  dövlətlə  Təşkilat  arasında 
əlaqələrin yaradılması; Təşkilatla və onun hədləri çərçivəsində 
danışıqları  aparmaq;  Təşkilatda  həyata  keçirilən  fəaliyyət 
barəsində  göndərən  dövləti  məlumatlandırmaq;  Təşkilatın 
fəaliyyətində  göndərən  dövlətin  iştirakının  təmin  edilməsi; 
Təşkilatla münasibətdə göndərən dövlətin maraqlarını müdafiə 
etmək və s. ibarətdir).  
Beynəlxalq  təşkilatlar  əsasən  beynəlxalq  münasibətlərin 
sahələrə  ayrılmasını  təmin  edirlər.  Beynəlxalq  təşkilatlara 
(universal,  xüsusi,  regional,  regionlararası,  açıq,  qapalı) 
dövlətlər hüquq və səlahiyyət verirlər.  Beynəlxalq təşkilatların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə