Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   71   72   73   74   75   76   77   78   ...   102

 
222 
 
səviyyəsindən  güclü  diplomatiya  ortaya  çıxır.  Burada  da 
məntiqi  nəticələrə  gəlmək  olur  ki,  diplomatiyanın  gücü 
dövlətin  resurslarına  və  resurslardan  istifadə  sisteminə  və 
mexanizmisinə bağlı olur. Böyük dövlətlərin, güclü dövlətlərin 
diplomatiyası  da  güclü  əsasları  özündə  əks  etdirir.  Məsələn, 
belə hesab etmək olar ki, ABŞ diplomatiyası onun gücünə bağlı 
olaraq  bütün  dövlətlərdə  nisbi  müqayisə  əsasında  güclüdür. 
ABŞ-ın  beynəlxalq  təsir  imkanları  və  beynəlxalq  aləmdə  təsir 
rıçaqlarının  sistemliliyi  onun  diplomatiyasının  da  təsirlərini 
artırır.  Diplomatiya  məxsus  olduğu  dövlətinin  gücünü 
geosiyasi məkanlar üzrə yaymaq funksiyasını da yerinə yetirir. 
Diplomatiyanın  gücü  həm  də  dövlət  maraqlarının  məkanlar 
üzrə  güclü  olmasından  irəli  gəlir.  Diplomatiya  dövlətin  daxili 
siyasətinin  xarici  məkanlar  üzrə  yayılan  maraqlar  üzrə 
birləşməsi  funksiyasını  həyata  keçirir.  Bu  anda  dövlətin  daxili 
imkanları  onun  xarici  siyasətinə  təsir  göstərir  və  gücləndirir. 
Dövlətin  güclü  diplomatiyası  beynəlxalq  gərginliklərin  aradan 
qaldırılmasında  mühüm  rol  oynayır.  Diplomatiya  müvəqqəti 
(müəyyən məqsədlərin birdəfəlik yerinə yetirilməsi üçün), həm 
də  daimi  əsaslara  (ardıkəsilməyən  xassələrə-bir  dövlətin  digər 
dövlətdə  səfirliyinin  fəaliyyəti  və  bir  dövlətin  beynəlxalq 
hökumətlərarası  təşkilatlarda  fəaliyyəti)  malik  olur.  Hər  iki 
halda  diplomatiya  müəyyən  gərgin  problemlərin  həlli  üçün 
böyük  rol  oynayır.  Diplomatiyanın  gücü  həm  də  siyasi 
fəndgirlilikdən  asılı  olur.  Bu  kimi  hallar  daha  çox  tarixdə  baş 
vermişdir.  
Ədalətli  diplomatiya  beynəlxalq  hüquq  normalarına 
əsaslanır  və  dövlətlər  arasında  səmimi  münasibətlərin 
formalaşmasının əsaslarını təşkil edir. Bu gün dünyada təəssüf 
ki,  “lal  müharibələr”  də  mövcuddur  və  dünyanın  gizli  olaraq 
bölüşdürülməsi  prosesləri  baş  verir.  Bu  baxımdan  da  “lal 
diplomatiya”  da  formalaşıbdır.  Bu  diplomatiyanı  daha  çox 
böyük  dövlətlər  kiçik  və  orta  gücə  malik  olan  dövlətlərə 


 
223 
 
münasibətdə tətbiq edirlər. “Lal diplomatiya” əsasən, geosiyasi 
maraqların formalaşmasına xidmət edir.  
Dövlətin  güclü  diplomatiyası  müəyyən problemin həllində 
dövlətin  təsir  imkanlarını  artırır.  Bir  dövlətdə  digər  dövlətin 
güclü  diplomatiyası  bir  çox  hallarda  diplomatiyaya  məxsus 
olan dövlətin  təsir  imkanlarını  böyüdür  və  geosiyasi təsirlərini 
yaradır.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  diplomatiya 
dövlət  maraqlarını  coğrafi  məkanlara  münasibətdə  genişlən-
dirən bir təsir istiqamətidir və fəaliyyət sahəsidir.  
  


 
224 
 
III FƏSİL: 
 
Beynəlxalq münasibətlər sistemində dövlətlərin  
güclərinə görə təsnifatı 
 
Güc, siyasət və dövlət 
 
Fəlsəfədə  qəbul  olunmuş  sillogizmə  (məntiqi  nəticələrə 
gəlmə)  söykənərək,  belə  bir  prinsipdən  çıxış  etmək  olar: 
Güc  varsa,  iştirak  edən  tərəflər  və  onların  hərəkətləri 
varsa,  deməli,  təsnifat  da  (məzmun  və  forma  baxımından, 
eynilik,  oxşarlıq,  paralellik,  uyğunluq,  ziddiyyətlilik  və  s. 
fərqləndirici  fəlsəfi  kateqoriyalarla  növlərə,    dərəcələrə, 
siniflərə-tərkib hissələrə ayırma) mövcuddur. Güc hər hansı 
bir  vasitənin  (burada  canlı  vasitələr-subyektlər  və  cansız 
vasitələr-material əşyalar, eləcə də kainat elementləri) digər bir 
vasitəyə  tətbiqinin  kəmiyyətini  əks  etdirən  bir  vasitədir, 
mücərrəd  mövcudluqdur.  Güc  potensialdır  və  böyük 
enerjidir.  Enerji  potensialdır,  potensial  gücdür,  deməli, 
enerji  də  gücdür,  vasitələrə  məkan  dəyişmələri,  forma  və 
məzmun  dəyişmələri  baxımından  tətbiq  ediləndir.  Güc 
artdıqca  enerji  də  artır  və  potensial  böyüyür.  Güc  resursları 
hərəkətə 
gətirəndir 
və 
resursların 
yerdəyişmələrindən 
formalaşır.  Gücün  sərbəst  şəkildə  və  maraqlara  cavab  verəcək 
səviyyədə  tətbiqi  (müsbət  istiqamətlərə  yönəlməsi)  böyük 
potensialı  meydana  gətirir.  Böyük  potensial  daima  hərəkət 
axınları  üçün  təkanverici  əhəmiyyət  kəsb  edir.  Potensiya 
(potensial) hərəkət axınıdır. Hərəkət axını enerjidir. Enerjini 
yaradan  gücdür  və  enerjini  daşıyan  da  güc  və  qüvvədir. 
Deməli, potensia enerjidir, enerji də qüvvədir.  
Dövlətin daxili və xarici siyasəti onun gücünə tam şəkildə 
bağlıdır.  Dövlətin  sərhədləri  daxilində  olan  komponentləri 
dövlətin  daxili  gücünü  meydana  gətirir.  Dövlətin  gücü  onun 
resurslarının  hərəkət  etməsi  və  hərəkətə  gətirilməsi  sayəsində 


 
225 
 
formalaşır.  Bu  anda  yeni  resurslar  və  yeni-yeni  hərəkət 
istiqamətləri ortaya çıxır.  Elementlər çoxluğu və siyasi-iqtisadi 
və  sosial  proseslər  bolluğu  dövlətin  gücünü  əks  etdirir. 
Dövlətin  gücü  onun  siyasətinin  obyekti  olan  resurslardan  və 
subyektlərindən,  eləcə  də  siyasəti  təşkil  etməsindən  asılıdır. 
Dövlətin  daxili  potensialı  böyük  olduqda  onun  xarici  gücü  də 
artır.  Xarici  gücün  artması  təbii  şəkildə  dövlətin  regionda  və 
regiondan  kənar  məkanlar  üzrə  geosiyasi  maraqlarını 
formalaşdırır və  maraqlarını regionlar üzrə böyüdür. Dövlətin 
gücü  onun  geosiyasi  maraqlarını  formalaşdırmaqla  bərabər, 
onu  dünya  nizamı  sisteminin  fəal  üzvünə  də  çevirir.  Məsələn, 
ABŞ-ın  dünya  iqtisadiyyatında  birinci  yeri  onu  dünya  nizamı 
sisteminin  birincisi  etmişdir.  Dünya  nizam  sistemi  də  gücdən 
yaranır  (bütöv  olaraq  dövlətin  özündən,  onun  tərkib  kompo-
nentlərindən)  və  gücdən  strukturlaşır.  Daxili  gücün  yaranması 
həm 
də 
dövlətin 
daxildə 
həyata 
keçirdiyi 
siyasətin 
səviyyəsindən  asılıdır.  Dövlətin  xarici  siyasətinin  istiqamətləri 
də  dövlətin  daxili  gücünü  formalaşdırır,  daxili  gücü  artırır. 
Xarici  gücün  özü  və  bu  baxmdan  da  xarici  fəaliyyətin  güclü 
şəkildə tənzimlənməsi və təşkil edilməsi dövlətin daxili gücünü 
artırır  və  imkanlarını  böyüdür.  Dövlətin  daxili  gücünün 
böyüməsi  onun  sərhədlərindən  kənarda  da  gücünün  böyü-
məsinə  səbəb  olur.  Daxili  resursları  onun  xarici  resurslarının 
hərəkətə  gətirilməsi  üçün  şərtləndirici  və  istiqamətverici 
əhəmiyyət  kəsb  edir.  Məsələn,  ABŞ-ın  daxili  iqtisadi 
sisteminin  gücü  və  tələbatı  onun  xarici  siyasətinə  (məsələn, 
enerji  idxalına)  güclü  təsir  edir.    Dövlətin  sərhədlərindən 
kənarda  resurslarının  hərəkətə  gətirilməsi  onun  daxili  gücünü 
artırmaqla  bərabər,  xarici  siyasətini  də  güclü  edir.  Dövlət 
şaxələnir,  onun  siyasət  qolları  yeni-yeni  məkanlar  əldə  edir. 
Dövlət  gücünün  “kölgəsi”  meydana  gəlir.  Resursların  hərəkət 
dairələri  dövlətin  mərkəzi  və  periferik  gücünü  artırmaqda 
davam  edir.  Dövlət  hakimiyyətinin,  bürokratik  aparatının  və 
digər  mərkəzlərinin  şəbəkələşmiş  əsaslarla  fəaliyyəti  dövlətin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə