Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   79   80   81   82   83   84   85   86   ...   102

 
247 
 
Super güc mərkəzi böyük və planetar ərazilərdə, eləcə də quru 
və su ərazilərində digər dövlətlərə nisbətən çox böyük gücə və 
potensiala  sahib  olur.  Super  güc  mərkəzi  dünya  siyasətində, 
eləcə  də  beynəlxalq  münasibətlərdə  bütün  subyektlərə  təsir 
etmək imkanına malik olan dövlət və ya dövlətlər ittifaqı hesab 
olunur.  Dünyanın  qlobal  siyasəti  məhz  super  dövlətlər 
tərəfindən  reallaşdırılır.  Dünyanın  qloballaşma  mərkəzində 
aparıcı,  əsas  istiqamətləndirici  mərkəz  kimi  super  gücə  malik 
olan  dövlət  dayanır.  Bu  dövlətin  hərtərəfli  imkanları  digər 
dövlətin imkanlarına, potensialına təsir ed
tш TfЦbnsəəшəəш


 
248 
 
Avroasiya  məkanında  yerləşmiş,  2000-ci  ilin  başlanğıcından 
əvvəlki  qüdrətini  bərpa  etməyə  çalışan  Rusiyanı  da  müəyyən 
parametrlərinə  görə  super  güc  mərkəzi  kimi  qəbul  etmək  olar. 
Rusiya  məkan  üzrə  coğrafi  yayılan  güc  mərkəzidir.  Hətta  bu 
mərkəzlərə  Çin  də  öz  gücünə  görə  yaxınlaşmaqdadır.  Çinin 
iqtisadiyyatı  dünyada  ikinci  yerdə  qərarlaşıb.  (Qeyd:  2009-cu 
ildə  Çin  enerji  şirkətlərində  və  elektro-  enerji  şirkətlərində 
sərmayə  qoyuluşuna  görə  birinci  yerdə  qərarlaşmışdır. 
Xammal və material resurslarına sərmayə qoyuluşuna görə isə 
ikinci yerdə yer tutmuşdur. 2009-cu ildə yazılan elmi məqaləyə 
əsasən,  son  iyirmi  ildə  Çinin  Ümumdaxili  məhsul  artımı  ildə 
orta hesabla 9,9 faiz təşkil etmişdir. 2000-2009-cu illər ərzində 
dünyanın  Ümumdaxili  Məhsul  istehsalında  Çinin  payı  3,7 
faizdən (ABŞ dolarının nominal dəyəri ilə ifadə olunarkən) 8,1 
faizə qədər yüksəlmişdir.
1
  
Lakin  o  da  qeyd  olunur  ki,  gələn  onillikdə  (2019)    Çin 
iqtisadiyyatının artım tempi aşağı düşəcək və orta hesabla 7,5 
faiz  təşkil  edəcək.  Lakin  buna  baxmayaraq,  belə  hesab  olunur 
ki,  2019-cu  ildə  Çinin  ümumdünya  məhsul  istehsalında  payı 
14,9 faizə qədər yüksələ biləcəkdir. Bu anda ABŞ-a yaxınlaşma 
baş  verəcəkdir.  Ehtimal  olunur  ki,  ABŞ-ın  2019-cu  ildə  dünya 
məhsul istehsalında payı 19,4 faiz təşkil edəcəkdir.
2
  
Lakin  iqtisadiyyatın  sürətli  artım  tempinə  baxmayaraq, 
Çində  adambaşına  düşən  ümumdaxili  məhsulun  məbləği 
11,644  dollar  təşkil  edə  biləcəkdir  ki,  bu  amil  də  ABŞ-la 
müqayisədə cəmi 20 faiz təşkil edəcəkdir.
3
 
                                                 
1
 Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид 
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост 
экономической активности Китая неразрывно связан с перспективами 
безопасности этой страны. 
http://www.nato/int/docu/review/2009/Asia/rise china 
geopolitical/RU/index.htm 
2
 Həmin məqalə. 
3
 Həmin mənbə. 


 
249 
 
Belə  qənaətə  gəlmək  olar  ki,  Avropa  nəhəngləri  olan 
dövlətlər  (Böyük  Britaniya,  Fransa,  Almaniya),  Asiyada 
Yaponiya  və  Cənubi  Koreya,  Avstraliya  kimi  dövlətlər  ayrı-
ayrılıqda  super  dövlətlər  ola  bilməzlər.  Məsələn,  Yaponiya  və 
Almaniya iqtisadi cəhətdən  güclü inkişaf etmiş dövlətlərdirlər. 
Lakin  buna  baxmayaraq  super  güc  mərkəzinə  xas  olan 
xüsusiyyətlərin bir çoxuna sahib deyillər. Həmin dövlətlər nüvə 
silahlarına malik deyillər, hərbi-sənaye kompleksi Rusiya, ABŞ 
və  Çindəki  olduğu  həcmdə  və səviyyədə  deyil, böyük əraziyə, 
kifayət  qədər  təbii  sərvətlərə  malik  deyillər.  Bu  dövlətlərin 
təsiretmə  imkanlarının  radiusu,  yəni  coğrafiyası  da  super 
dövlətlərə  nisbətən  aşağıdır.  Məsələn,  Almaniya,  Yaponiya, 
eləcə  də  Fransa  postsovet  məkanına,  Asiya  regionuna  Rusiya 
qədər  təsir  edə  bilməzlər.  Eləcə  də  dünyanın  bütün  regionuna 
geosiyasi  təsir  imkanlarına  malik  olan  ABŞ-la  bu  dövlətləri 
eyniləşdirmək düzgün deyil.  
Təsiretmədə  koordinasiya  amilləri  mühüm  rol  oynayır. 
Koordinasiya  uyğunluğu  və  uyğunsuzluğu  yaradır.  Uyğunluq 
prinsipləri böyük mərkəzlər ətrafına kiçik mərkəzləri cəlb edir. 
Bu  prinsiplər  sayəsində  dövlətlər  cəmləşmə  xassələrinə  malik 
olur.  İnkişafı  nisbətən  zəif  olan  dövlətlər  uyğunluq  prinsipinə 
görə  bir-birinə  yaxınlaşmaq  məcburiyyətində  qalır.  Məsələn, 
Rusiya  bu  uyğunluq  prinsipindən  irəli  gələrək,  postsovet 
məkanını  öz  ətrafında  saxlamaq  imkanlarına  malik  olur. 
Bununla  yanaşı,  mədəni  və  sivil  inkişaf  xüsusiyyətlərinin 
uyğuluğuna görə Avropa İttifaqı formalaşa bilir. 
ABŞ  super  güc  mərkəzi  olaraq,  öz  valyutasından  istifadə 
edərək,    dünya  malliyyə  sisteminə  və  iqtisadiyyatına  təsir 
etmək  imkanlarına  malik  olur.  ABŞ  valyutası  dünya 
iqtisadiyyatının  aparıcı  vasitəsinə  çevrilmişdir.  Digər  böyük 
dövlətlər  rəqabət  fonunda  dünyada  alternativ  valyutanın  da 
yaradılması (“Avras”) ideyasını ortaya atmışdılar.  
 
 


 
250 
 
Regional gücün formalaşması 
 
Regional  güc  mərkəzlərinə  o  dövlətlər  aid  edilə  bilir  ki, 
həmin dövlətlər regionda təsir imkanları baxımından daxili güc 
imkanlarını  əks  etdirən  amillərin  bir  çoxuna  sahib  olsun. 
Məsələn,  Türkiyə  bu  baxımdan  regional  güc  mərkəzi  kimi 
qəbul  edilir.  Türkiyə  ərəb  dünyasına,  türk  dünyasına, 
müsəlman  aləminə;  coğrafi  məkan  kimi-Mərkəzi  Asiyaya, 
Qara-Aralıq  dənizi  regionlarına,  Qara-Xəzər  dənizi  region-
larına  təsir  etmək  imkanlarına  malikdir.  Türkiyə  dünyanın 
“siyasi  bel  qurşağı”nda  yerləşən  güc  mərkəzidir.
1
  Bu 
dövlətlərin  daxili  və  beynəlxalq  resursları  bir  və  ya  bir  neçə 
regiona  təsir  etmək  imkanlarına  malik  olur.  Regional  gücün 
formalaşması  əsasən  dövlətin  daxildə  və  beynəlxalq  aləmdə 
gücünü  təsnif  edən,  gücünü  formalaşdıran  resurslardan  asılı 
olur.  Regional  gücün  formalaşmasında  böyük  dövlətin  –güc 
mərkəzinin  regionda  həyata  keçirdiyi  iqtisadi  layihələri  böyük 
əhəmiyyət  kəsb  edir.  Bununla  yanaşı,  qeyd  etmək  olar  ki, 
dövlət  öz  iqtisadi  potensialına  görə  ətrafda  yerləşən  digər 
dövlətin  potensialını  da  öz  tərəfinə  çəkir.  Regionun  güc 
mərkəzi  bir  tərəfdən  öz  potensialını  təşkil  edən  resurslarını, 
məsələn, sərmayəsini regionun digər dövlətinin iqtisadiyyatına 
cəlb edir, eləcə də kiçik gücə malik olan dövlətlərdən resursları 
qəbul  edir.  Bu  anda  asılılıq  sistemini  formalaşdırmış  olur  və 
regional  güc  bu  imkanlardan  istifadə  edərək  özünün 
potensialını gücləndirir. Güclənmiş dövlət bütün resurslarından 
istifadə  edərək  öz  ətrafında  yerləşən  dövlətlər  hesabına  təsir 
sferaları  yaratmış  olur.  Məsələn,  keçmiş  SSRİ-nin  rəhbərlik 
etdiyi  sosialist  blokunu  buna  nümunə  göstərmək  olar.    Bu 
istiqamətdə regional  güc formalaşır. Regional mərkəz-regional 
iqtisadi, o cümlədən ticari, eləcə də infrastruktur, bu baxımdan 
                                                 
1
 E.M. Nəsibov. Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi 
proqnozların əsasları. Ümumi hissə. I kitab. “Elm və təhsil ” nəşriyyatı, 
Bakı-2013, 544 səh., ss.333-336.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə