Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   81   82   83   84   85   86   87   88   ...   102

 
254 
 
əhatə edir.   Rəqabət siyasəti hal-hazırda güc mərkəzləri hesab 
edilən  dövlətlər  arasında  daha  qabarıq  şəkildə  büruzə  verir. 
Məsələn,  Suriyada  kənar  mərkəzlər  kimi-Qərbin,  eləcə  də 
Rusiyanın,  regional  mərkəzlər  kimi  isə  Türkiyə  və  İranın, 
həmçinin  ərəb  dünyasının  maraqları  kəsişir  və  bundan  da 
qovuşmalar və toqquşmalar meydana gəlir. Belə ki, geostrateji 
rəqabət  fonu  üzrə  belə  qəbul  etmək  olar  ki,  Suriyada  Qərb  və 
Rusiyanın  maraqları  daha  da  geniş  aspektlərdə  toqquşur. 
Ruisya Bəşər Əsəd hakimiyyətini dəstəkləyir və onun şəxsində 
öz tarixi müttəfiqi olan Suriyanı əldən vermək istəmir. Qərb isə 
əksinə  siyasət  həyata  keçirir.  NATO-nun  Türkiyə  ərazisində 
yerləşdirmiş  olduğu  “Patriot”  tipli  zenit-raket  komplekslərinə 
alternativ  olaraq,  Rusiya-Suriya  hərbi  əməkdaşlığı  çərçi-
vəsində,  belə  demək  mümkünsə,  Rusiya  burada  “S-300” 
adlanan zenit-raket komplekslərini yerləşdirməyə başlamışdır.    
Böyük  dövlətlərin  böyük  potensialları  onların  rəqabət 
siyasətlərini  böyüdən  faktorlar  rolunda  çıxş  edir.  Rəqabət 
siyasəti  məkanlar  və  obyektlər  (mövcud  resurslar)  üzrə 
dərəcələnir.  Regional  və  qlobal  məkanlar  üzrə  dövlətlər 
arasındakı  rəqabəti  şərtləndirən  aşağıdakı  amilləri  qeyd  etmək 
olar: 
-dövlətlərin  daha  çox  maddi  və  təbii  sərvətlər  əldə  etmək 
məqsədi-bu  obyektlər  və  vasitələr  üzrə  həyata  keçirilən 
siyasətdir; 
-dövlətlərin  dünyanın  təbii  sərvətlərinin  zəngin  olan 
əlverişli  coğrafi  regionlarına  siyasi  təsir  etmək  imkanı  əldə 
etmək  məqsədi-bu  məkan  üzrə  həyata  keçirilən  rəqabət 
siyasətidir; 
-dövlətlərin  kənar  təzyiqlərdən  qorunmaq  siyasəti-bu 
qruplaşmağa  aparıb  çıxarır  və  ittifaqların,  qruplaşmaların 
yaradılmasını  şərtləndirir.  Rəqabət  həm  də  böyük  dövlətlər 
hesabına kiçik dövlətlərin inkişafını şərtləndirir və zəruri edir.  
Hal-hazırda  rəqabət  siyasəti  super  və  regional  güc 
mərkəzləri arasında həyata keçirilir. Rəqabət siyasət sahələrinə 


 
255 
 
görə  də  təsnif  olunur.  Rəqabət  bu  baxımdan  həm  də  müəyyən 
xarakterləri  üzə  çıxarır.  Bunu  aşağıdakı  şəkildə  qeyd  etmək 
olar: 
1.  Super  güc  mərkəzlərinin  siyasi  rəqabəti-Burada  xüsulə 
ABŞ,  Rusiya  və  Çin  iştirak  edir.  Bu  rəqabət  demək  olar 
dünyanın  əksər  bölgələrində  həyata  keçirilir.  ABŞ  Şərqi 
Avropa,  Qara  dəniz  bölgəsinə,  Cənubi  Qafqaz  regionuna, 
Mərkəzi  Asiyaya  (Qeyd:  ABŞ-ın  Mərkəzi  Asiyada  hərbi 
iştirakı Çini qane etmir. Bu baxımdan Çin ehtiyat edir ki, ABŞ 
tərəfindən  gizli  yollarla  uyğur  fəallarına  yardımlar  göstərilə 
bilər ki, bu amil də Çinin region maraqlarına zərbə vura bilər)
1
 
daha çox təsir imkanı əldə etməyə çalışır. Rusiya isə tamamilə 
bu  siyasətin  əksinə  çıxış  edir.  Rusiya  ABŞ-ın  bu  bölgələrdə 
siyasi  təsirinin  artmasını  özünün  dövlətçilik  maraqlarına  zidd 
hesab edərək müdafiəedici siyasət həyata keçirir. Rusiya Polşa 
və Çexiyada ABŞ-ın nüvə elementlərinin yerləşdirməsini onun 
əleyhinə  olduğunu  iddia  edir.  Eləcə  də  Cənubi  Qafqaz  və 
Mərkəzi  Asiya  bölgəsində  dövlətlərin  Qərbə  inteqrasiyasını 
məhdudlaşdırmağa  çalışır.  Rusiya  öz  sərhədlərində  yerləşən 
postsovet dövlətlərinə özünü digər güc mərkəzlərindən müdafiə 
edən bir “təhlükəsizlik sahəsi” kimi baxır.  
ABŞ-la  Çin  arasında  siyasi  rəqabət  əsasən  Cənubi  və 
Cənubi Şərqi Asiya regionunda mövcuddur. Cənubi və Cənubi 
Şərqi Asiya ölkələrinin iqtisadiyyatına Çin çox güclü təsir edir. 
Məsələn,  Çin  Myanma,  Banqladeş,  Şrilanka  və  Pakistana 
iqtisadi  yardımlar  göstərir  ki,  bu  amil  də  ABŞ-da  narazlıq 
                                                 
1
 Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид 
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост 
экономической активности Китая неразрывно связан с перспективами 
безопасности этой страны. 
http://www.nato/int/docu/review/2009/Asia/rise china 
geopolitical/RU/index.htm 


 
256 
 
doğurur.  Çin  “mirvari  boyunbağısı”  strategiyasını  yerinə 
yetirir.
1
  
Qəbul etmək lazımdır ki, ABŞ ümumiyyətlə Çinin iqtisadi 
qüdrətinin  sürətlə  artmasından  və  bütün  dünya  iqtisadiyyatına 
təsir  etməsindən  ehtiyatlanır  və  mövcud  və  gələcək  zaman 
baxımından  özünün  iqtisadi  və  siyasi  maraqlarına  zərbə  hesab 
edir. 
Çin  ilə  Rusiya  arasında  siyasi  rəqabət  əsasən  Asiya 
regionunda mövcuddur. Mərkəzi Asiya dövlətlərinə Çinin təsiri 
Rusiyanı  narahat  edir.  Çinin  iqtisadi  qüdrətinin  artması, 
əhalisinin  çoxluğu  əsasən  Rusiyanın  sərhədləri  üçün  təhlükəli 
ola  bilər.  Çinin  Avrasiya  üzrə  əhali  ekspansiyası  siyasəti 
mövcuddur.  
2.  Super  güc  mərkəzləri  ilə  regional  güc  mərkəzləri 
arasında  siyasi  rəqabət-Rusiya  ilə  Türkiyə  arasında  siyasi 
rəqabət  Qara  dəniz,  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  region-
larında  həyata  keçirilir.  Rusiya  Türkiyənin  təbii  sərvətlərlə 
zəngin  olan  bu  bölgələrə  nüfuz  etməsindən  narahat  olur. 
Türkdilli  dövlətlərin  Türkiyə  ilə  yüksək  səviyyədə  əmək-
daşlığını  Rusiya  öz  dövlətçiliyi  üçün  təhlükə  hesab  edir.  Bu 
baxımdan da Türkiyəni Qərbyönümlü siyasət reallaşdırmaqdan 
çəkindirməyə çalışır. Rusiya Türkiyəni Avrasiya geosiyasətinin 
aparıcı güc mərkəzlərindən biri kimi qəbul edir.  
Avropanın  regional  güc  mərkəzləri  (Almaniya,  Fransa  və 
Böyük  Britaniya)  ilə  Rusiya  arasında  siyasi  rəqabət  əsasən 
Şimali  və  Şərqi  Avropada,  Balkanlarda  mövcuddur.  Rusiya 
Şərqi  Avropanın  postsovet  məkanının  qərbə  inteqrasiyasından 
narahatlıq  hissi  keçirir.  Bu  ərazilərdə  mövcud  olan  iqtisadi 
                                                 
1
 Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид 
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост 
экономической активности Китая неразрывно связан с перспективами 
безопасности этой страны. 
http://www.nato/int/docu/review/2009/Asia/rise china 
geopolitical/RU/index.htm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə