Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   83   84   85   86   87   88   89   90   ...   102

 
260 
 
3,3  faiz,  2014-cü  ildə  isə  3,8  faiz  artacaq.  Avropa  İttifaqı 
ölkələrində isə ressesiya bütün 2013-cü il üçün davam edəcək. 
Rusiyanın  İqtisadi  İnkişaf  Nazirliyinin  məlumatına  görə  isə, 
2013-cü  ildə  Rusiyada  Ümumdaxili  məhsul  2,4  faiz,  2014-cü 
ildə  isə  3,7  fazi  artacaq.  Avrokomissiyanın  məlumatına  görə, 
2013-cü  ildə  Rusiyada  işsizlərin  sayı  6,2  faiz  təşkil  edəcək, 
2014-cü ildə isə bu rəqəm 6.1 faiz olacaqdır.
3
 
 
Rəqabətdə təsir etmə və təzyiq vasitələri 
 
Güc  mərkəzləri  hesab  edilən  dövlətlər  qarşılıqlı  olaraq 
(birbaşa-iki  dövlətin  bir-birinə  təzyiq  göstərməsi)  və  ya 
dünyanın  maraq  kəsb  edilən  regionları  üzrə  (dolayısı  ilə-
maraqlarının  mövcud  olduqları  başqa  dövlətlərdə)  rəqabətə 
girərkən  təzyiq  vasitəsi  olaraq  müxtəlif  vasitələrdən  istifadə 
edirlər.  Bu  vasitələrə  əl  atmaqla  biri  digərinin  və  ya 
digərlərinin  təsir  imkanlarını  məhdudlaşdırmağa  və  özünün 
üstünlük  əldə  etməsinə  çalışır.  Rəqabət  zamanı  aşğıdakı  təsir 
vasitələrindən istifadə edilir: 
1. İqtisadi təzyiq vasitəsi – İqtisadiyyatı güclü olan dövlət 
başqa  bir  dövlətin  iqtisadi  imkanlarının  zəifliyindən  istifadə 
edərək  ona  iqtisadi  təsir  göstərərək  özündən  asılı  etməyə 
çalışır.  (Birbaşa  təzyiq).  Bu  məqsədlə  iqtisadi  sahələrə 
sərmayə qoyuluşundan, kredit ayırmalarından və s. istifadə 
olunur.  Məsələn,  Rusiyada  iqtisadiyyat  ABŞ  və  digər  inkişaf 
etmiş  Qərb  ölkələrinə  nisbətən  zəif  olduğundan  və  işçi 
qüvvəsinin ucuzluğundan istifadə edərək həmin güc mərkəzləri 
Rusiya  iqtisadiyyatına  sərmayələr  qoyur,  ağır  sənaye 
sahələrinin  bir  qismini  özəlləşdirirlər.  Bununla  yanaşı,  dövlətə 
kreditlər  də  ayırırlar.  Dövlətin  iqtisadi  və  maliyyə  siyasətinin 
formalaşmasında  mühüm  rol  oynayan  iri  iqtisadi  və  maliyyə 
                                                 
3
 Роман Маркелов. Еврокомиссия предсказала рост экономики РФ на 
3,3 процента в 2013 году. http://www.rg.ru/2013/05/03prognoz-site-
anons.html 


 
261 
 
korporasiyaları  dövlətin  siyasi  həyatına  nüfuz  edirlər.  Bu 
korporasiyalar,  lazım  olanda,  dövlətdə  böhran  da  yaşada 
bilirlər.  İqtisadi  amillərin  köməyi  ilə  dövlətin  siyasi  həyatına 
təsir edirlər.  
Eləcə  də  Rusiya  özünün  enerji  imkanlarından  istifadə 
edərək Avropanın güc mərkəzlərinə təsir edir. Bununla yanaşı, 
strateji  əhəmiyyətli  kənd  təsərrüfatı  məhsullarının  (taxıl  və  s.) 
ixracını  məhdudlaşdırır.  İqtisadi  təzyiq  vasitələri  həmçinin  bir 
çox  sahələrdə  həyata  keçirilir.  Birbaşa  iqtisadi  təzyiqin 
qarşısını  almaq  üçün  əks  dövlət  müəyyən  tədbirlərə  əl  atır. 
Məsələn,  kənar  dövlətlərə  meyilli  olan  nəhəng  korporasiya 
rəhbərləri ışdən kənarlaşdırılaraq fəaliyyətləri məhdudlaşdırılır. 
Rusiyada  Putinin  hakimiyyətə  gəlişi  ilə  bu  siyasətin  həyata 
keçirilməsinə  başlanılır.  Bununla  yanaşı,  güc  mərkəzi  özünün 
iqtisadiyyatında  milliləşdirmə  siyasəti  həyata  keçirməyə 
başlayır.  Böyük  paya  sahib  olan  başqa  dövlətin  iqtisadi 
korporasiyalarının 
fəaliyyətini 
məhdudlaşdırır 
və 
yerli 
sərmayədarlara  daha  çox  üstünlük  verilir.  Milliləşdirmə 
siyasətini  tarixən  bir  çox  dövlətlər  həyata  keçirmişlər.  Sovet 
hökuməti 
qurulanda 
milliləşdirilmə 
siyasəti 
həyata 
keçirilmişdi.  Bundan  əlavə  1979-cu  ildə  İran  inqilabından 
sonra  ABŞ  şirkətlərinə  qarşı  bu  siyasət  həyata  keçirilmişdi. 
Eləcə  də  İrakda  Səddam  Hüseynin  hakimiyyətə  gəlməsindən 
sonra  da  həmin  siyasət  reallaşdırılmışdır.  Hal-hazırda 
Venesuela  hökuməti  belə  xarakterli  siyasət  həyata  keçirməyə 
çalışır. ABŞ-ın neft şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq 
istəyir.  Birbaşa  iqtisadi  təzyiq  vasitələrindən  biri  də  bir  güc 
mərkəzlərinin  vətəndaşlarının  başqa  bir  güc  mərkəzinin 
banklarındakı pul əmanətlərinin yatırılmasıdır. Bu amil təzyiq 
vasitəsi  kimi  çox mühüm  rol  oynayır.  Məsələn,  1990-cı illərin 
ortalarında Almaniyada  yaşayan türklər  bu dövlətdə müəyyən 
problemlərlə  üzləşmişdir.  Bu  zaman  Türkiyə  hökumətinə 
rəhbərlik  edən  Tansu  Çillər  hökuməti  Almaniyadakı  Türkiyə 
vətəndaşlarından Almaniya banklarındakı pulları geri götürmək 


 
262 
 
siyasətinin  həyata  keçirilə  biləcəyini  bildirmişdi.  Bu  zaman 
Almaniya hökuməti kəskin iqtisadi böhranla üzləşəcəyini hesab 
edirdi. Beləliklə,  təzyiqlərə son qoyulmuşdu.  
Birbaşa iqtisadi təzyiq vasitəsi kimi iqtisadi sanksiyalardan 
da istifadə olunur. Məsələn, 1996-cı ildə ABŞ-da İLSA qanunu 
qəbul  edilmişdi.  Bu  qanuna  əsasən,  başqa  şirkətlərə  İranın 
energetika  sahəsinə  20  milyon  dollardan  artıq  sərmayə 
qoyuluşu  qadağan  edilirdi.  ABŞ  rəsmi  olaraq  İranla  iqtisadi 
əlaqələri kəsibdir.  
Dünyanın  ayrı-ayrı  geosiyasi  regionlarının  yerləşdikləri 
dövlətlərdə  həyata  keçirdikləri  iqtisadi  rəqabət  siyasəti-hal-
hazırda  dünyanın  Xəzər,  Fars  körfəzi,  Qara  dəniz  və  Baltik 
dənizi,  Cənubi  Şərqi  Asiya  regionları  öz  təbii  sərvətlərınə  və 
coğrafi  mövqelərinə  görə  iqtisadi  və  siyasi  əhəmiyyət  kəsb 
edir.  Bu  regionlarda  güc  mərkəzləri  daha  çax  iqtisadi-siyasi 
üstünlük əldə etmək uğrunda mübarizə aparırlar və regionların 
yerləşdikləri  dövlətlərdə  iqtisadi  üstünlük  əldə  etməyə 
çalışırlar.  Bu  iqtisadi  rəqabət  siyasətində  də  sərmayələr 
qoyuluşundan,  kreditlərin  verilməsindən,  müasir  texniki 
avadanlıqların  cəlb  edilməsindən  və  digər  vasitələrdən 
istifadə  olunur.  Məsələn,  1994-cü  “Əsrin  müqaviləsi” 
imzalanarkən  Azərbaycanın  neft  sənayesinə  daha  çox  ABŞ  və 
Avropa  şirkətlərinin  maraq  cəlb  etməsi  Rusiya  və  İranın 
narazılığına 
səbəb 
olmuşdur. 
Düzdür, 
imzalanan 
bu 
müqavilədə  və  sonrakı  müqavilələrdə  Rusiya  və  İran  da  pay 
alsalar  da,  bununla  razılaşmamışlar.  Bu  müqvilələrin  imzalan-
masına,  neft  kəmərlərinin  çəkilişlərinə  məyyən  təzyiqlər 
etmişlər.  İran  hətta  süni  olaraq  Xəzərin  statusu  məsələsini 
ortaya  atmışdır.  Rusiya  prezidenti  Vladimir  Putin  2000-ci 
illərin  əvvəllərində  Azərbaycana  səfər  edərkən  və  Azərbaycan 
prezidenti  Heydər  Əliyevlə  görüşərkən  Rusiyaya  məxsus 
“Lukoyl”  şirkətinin  daha  çox  pay  almasını  istəmiş  və 
Azərbaycanın  ticarət  əlaqələrində  Rusiyanın  birinci  olmaq 
istəyini bildirmişdir. Türkiyə də “TPAO” şirkətinin payının az 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə