Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   86   87   88   89   90   91   92   93   ...   102

 
269 
 
əvvəllərində  öz  strukturunu  dəyişsə  də,  hal-hazırda  tamamilə 
mahiyyətini  itirməmişdir.  Ümumiyyətlə,  rəqabət  zamanı 
dövlətlərin  siyasi  qruplaşmasını  zəruri  edən  aşağıdakı 
amilləri göstərmək olar: 
1.  Təbii  sərvət  amili-istənilən  güc  mərkəzi  hesab  olunan 
dövlət  öz  gücünü  daha  da  artırmağa  çalışır.  Bu  məqsədlə 
yerləşdiyi  regionun  geosiyasi  əhəmiyyətindən  faydalanmağı 
başlıca siyasət hesab edir. Ətrafında yeləşən dövlətlərin iqtisadi 
və  siyasi  potensialından  istifadə  etməyə  çalışırlar.  Məsələn, 
Azərbaycan  Türkiyə,  İran  və  Rusiyaya  nisbətən  az  potensiala 
malik  kiçik  bir  dövlətdir.  Lakin  Azərbaycanın  təbii  sərvətləri 
çox əhəmiyyət kəsb edir. Bu amili nəzərə alaraq, Azərbaycanla 
həmsərhəd 
olan 
dövlətlər-Rusiya, 
İran 
və 
Türkiyə 
Azərbaycanın bu potensialından öz məqsədləri naminə istifadə 
etməyə  çalışırlar.  Azərbaycanı  hər  üç  dövlət  öz  orbitinə 
çəkmək siyasəti yeridir. ABŞ Fars körfəzi və Xəzər regionunda 
daha  çox  imkanlara  malik  olmaq  istəyir.  Türkiyə  Xəzər 
regionuna  öz  daxili  enerji  tələbatının  böyük  bir  hissəsinin 
təminatçısı kimi baxır. Rusiya, Çin və Hindistan Mərkəzi Asiya 
regionuna  öz  daxili  enerji  tələbatlarını ödəyən bir məkan kimi 
baxırlar.  Böyuk  dövlətlər  regionlardan  keçən  enerji  və 
infrastruktur layihələrinin əsas mərkəzinə çevrilirlər.  
2.  Coğrafi  mövqe  amili-  güc  mərkəzləri  olan  dövlətlər 
siyasi  rəqabət  zamanı  daha  çox  coğrafi  məkana  təsir  etmək 
istəyirlər.  Məsələn,  Avropanın  coğrafi  mövqeyi  ABŞ-ın  və 
Rusiyanın  regiona  marağını  artırır.  Hər  iki  dövlət  Avropada 
daha çox nüfuz əldə etməyə çalışır. Avropa ABŞ üçün həm də 
ona  görə  əlverişli  bir  məkandır  ki,  ABŞ  bu  məkanda  iqtisadi, 
siyasi  və  hərbi  nüfuz  qazanmaqla  eyni  zamanda  Rusiyanın 
sərhədlərinə  yaxınlaşmaq  məqsədi  güdür.  Təbii  ki,  Rusiyanın 
Avropada daha çox təsir imkanlarına malik olması ABŞ-ı qane 
etmir.  Rusiya  da  öz  növbəsində  Avropaya  əlverişli  coğrafi  bir 
məkan  kimi  baxır.  Rusiya  Şərqi  Avropadakı  tarixi  nüfuzunu 
bərpa etmək istəyir. Bu siyasətin başlıca məqsədi təhlükəsizlik 


 
270 
 
nöqteyi-nəzərdən ABŞ-ı öz sərhədlərinə yaxın buraxmamaqdır. 
Cənubi  Qafqazın  özü  də  bir  coğrafi  məkan  olaraq  güc 
mərkəzləri  hesab  olunan  dövlətlər  üçün  əhəmiyyət  kəsb  edir. 
Məsələn,  Rusiya  tarixən  Şərqi  Avropa,  Baltik  dənizi,  Qara 
dəniz,  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  regionuna  öz  dövlət 
təhlükəsizliyinin  qorunması  məqsədilə  “təhlükəsizlik  zonası 
(qurşağı)  ”  kimi  baxmışdır.  Həmin  coğrafi  məkanlar  II  Dünya 
müharibəsindən sonra Rusiyanı digər güc mərkəzlərdən (ABŞ, 
Qərbi  Avropanın  aparıcı  dövlətləri,  Çin,  Türkiyə,  İran, 
Hindistan)  qorumağa  xıdmət  etmişdir.  Hal-hazırda  da  Rusiya 
öz  dövlət  təhlükəsizliyinin  təminatı  baxımından həmin  cöğrafi 
məkanlarda  siyasi  üstünlük  əldə  etməyə  çalışır.  Cənubi 
Qafqazda 
Ermənistanı 
tamamilə 
özününküləşdirmiş, 
Gürcüstana  Abxaziya  və  Cənubi  Osetiya  münaqişələri  vasitə-
silə  təsir  edir,  Azərbaycana  Dağlıq  Qarabağ  münaqişəsini 
dolayısı  yolla  dəstəkləməklə  təzyiq  etməyə  çalışır,  Mərkəzi 
Asiyanın  dövlətlərinin  enerji  tranzitini  əlində  saxlayır,  hətta, 
Tacikistanda daha çox hərbi- siyasi təsirə malikdir, Ukraynanın 
şərq  ərazilərində  yaşayan  ruslardan  istifadə  edərək,  Qərbə 
inteqrasiyasına  və  NATO-ya  daxil  olmasına maneçilik törədir. 
Şərqi  Avropada  Polşaya  müəyyən  iqtisadi  təzyiqlər  edir, 
Serbiyanı müdafiə etməklə nüfuzunu əldə saxlamağa çalışır və 
s.  Ümumiyyətlə,  ABŞ  və  Avropanın  güc  mərkəzləri  Şərqi  və 
Cənubi  Avropanın  siyasi  parçalanmasını  qəbul  etməyərək  və 
bu məkanı Rusiyadan uzaqlaşdıraraq tam öz tərəflərinə çəkmək 
məqsədilə siyasət həyata keçirirlər. ABŞ və Avropanın başlıca 
məqsədi  həm  də  bu  əraziləri  NATO  və  Avropa  İttifaqı 
qurumları altında bütöv olaraq iqtisadi, siyasi və hərbi cəhətdən 
vahid  bir  siyasi  məkana  çevirməkdir.  ABŞ  Avropa  İttifaqına 
özünün 
Rusiya 
ilə 
geosiyasi 
maraqlarının 
regionda 
qarşılaşmasında  bir  sipər  və  dayaq  elementi  kimi  baxır.  Bu 
amil Rusiyanı çox narahat edir. Buradan belə bir məntiq ortaya 
çıxır  ki,  “soyuq  müharibə”  dövrünün  qütbləşmə  siyasəti 
formasını dəyişsə də, mahiyyət baxımından davam etməkdədir. 


 
271 
 
Coğrafi mövqe amili siyasi rəqabətdə çox mühüm rol oynayır. 
Dövlətlər arasında siyasi qruplar əmələ gələrkən coğrafi məkan 
anlayışı xüsusi əhəmiyyət kəsb edir;  
3.  Güclü  dövlət  amili-  güc  mərkəzlərinin  siyasi 
qruplaşmasında güclü dövlət amili mühüm rol oynayır. Burada 
güclü  dövlət  dedikdə,  daha  çox  güc  mərkəzləri  hesab  olunan 
dövlətlərin  öz  tərəflərinə  çəkdikləri  və  nisbətən  kiçik 
dövlətlərin  gücündən  söhbət  gedir.  Məsələn,  Azərbaycan 
regionda  Ermənistan  və  Gürcüstana  nisbətən  daha  güclü 
dövlətdir.  Ukrayna  Moldova  və  Belorusa  nisbətən  daha  güclü 
potensiala  malikdir.  Qazaxıstan  Qırğızıstan,  Türkmənistan  və 
Tacikistana nisbətən daha çox potensiala sahibdir.  Qeyd edilən 
səbəbdən  güc  mərkəzləri  daha  çox  məhz  belə  dövlətləri  öz 
orbitlərinə  çəkmək  istəyirlər.  Super  gücə  və  böyük  regional 
gücə  malik  olan  dövlətlər  özlərindən  bir  qədər  zəif  olan 
dövlətlər  hesabına  da  ətraf  kiçik  dövlətləri  öz  orbitlərinə 
yaxınlaşdırmaq  məqsədini  güdürlər.  Buradan  da  maraqların 
regional  şəbəkələr  üzrə  formalaşması  prosesləri  yaşanır.  Bu 
baxımdan beynəlxalq münasibətlər sistemində orta regional və 
ondan bir qədər aşağı gücə malik olan dövlətlərin sayı nə qədər 
çox  olsa,  bir  o  qədər  sabitlik  və  sülh  yaranar.  (Qeyd:  orta 
regional  güc  mərkəzləri  böyük  və  kiçik  dövlətlər  arasında 
aralıq bir mövqe tutmaqla, hər iki tərəf arasında bağlayıcı 
funksiyanı yerinə yetirə bilər. Orta regional güc mərkəzləri 
əsas  aparıcı  funksiyanı  yerinə  yetirə  bilər.  Dünya 
siyasətinin  ağırlıq  xətləri  (yük  xətləri)  də  bu  dövlətlərin 
üzərlərinə  düşə  bilər.  Orta  regional  dövlətlər  dünya 
siyasətinin  rəngarəngləşməsinə  səbəb  olar  və  beynəlxalq 
sabitliyin  yaranmasında  əsas  şərtləndirici  qüvvəyə  çevrilə 
bilər.  Orta  regional  güc  mərkəzləri  dünya  siyasəti 
sisteminin  sütunu  rolunu  oynaya  bilər).  Azərbaycan  və 
Qazaxıstan  Türkiyənin  türk  dünyası  siyasətində,  Rusiya 
ərazisində  yaşayan  türkdilli  qurumların  inteqrasiyasında  daha 
çox  imkanlara  malikdirlər.  Azərbaycanın  iqtisadi  və  siyasi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə