Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   80   81   82   83   84   85   86   87   ...   102

 
251 
 
geotranzit rolu oynayır. Regional gücün formalaşmasında ərazi, 
əhali və təbii sərvətlər amili də mühüm rol oynayır. İqtisadi və 
siyasi  sistemin  mükəmməlliyi  də  regionda  dövlətin  güclən-
məsinə xidmət edir.  
Şəbəkələşmiş  regionlarda  təsirlər  dövlərlərin  regionlardan 
bir  qədər  kənara-qloballığa  doğru  çıxmasının  əsaslarını  təşkil 
edir.  Belə  dövlətlərə  Avropada  –  Böyük  Britaniya,  Fransa, 
Almaniya;  Şimalli  Amerikada-ABŞ,  Meksika;  Asiyada  –  Çin, 
Hindistan,  Yaponiya,  Pakistan,  İndoneziya,  Türkiyə,  İran, 
Qazaxıstan;  Afrikada-  Cənubi  Afrika  Respublikası,  Misir, 
Liviya,  Əlcəzair;  Cənubi  Amerikada  Braziliya,  Argentina, 
Venesuela,  Avstraliya-Okeaniyada  Avstraliya  və  s.  aid  etmək 
olar.  Məsələn,  Türkiyə  və  İran  ərazi  və  əhalisinə  görə  böyük 
dövlətlərdirlər, maddi və təbii sərvətləri olsa da, bu dövlətlərin 
potensialları  super  dövlətlər  qədər  deyildir.  Bu  dövlətlər 
okeanlara  çıxışa  malikdirlər,  kifayət  qədər  hərbi-sənaye 
komplekslərinə  malikdirlər,  lakin  iqtisadi  inkişaf  səviyyəsinə 
görə  inkişaf  etmiş  dövlətlərdən  (ABŞ  və  Qərbi  Avropanın  bir 
çox  dövlətlərindən,  Çin  və  Yaponiyadan)  geri  qalırlar.  Nüvə 
dövlətləri  deyillər,  kosmik  sənayeləri  yoxdur,  yaxud  da  zəif 
inkişaf  etmişdir.  Dünyanın  öz  regionlarından başqa  ərazilərinə 
təsir  edə  bilmirlər.  (Qeyd:  son  zamanlarda  İran-Venesuela 
yaxınlaşması sadəcə olaraq ABŞ-a qarşı olan bir siyasətdir. 
Bu  yaxınlaşma  İranın  Cənubi  Amerika  üzrə  köklü 
təsirlərinə  gətirib  çıxara  bilməz).  Bu  baxımdan  super  güc 
mərkəzləri  hesab  edilə  bilməzlər.  Eləcə  də  Hindistan  və 
Pakistan  nüvə  dövlətləri  olsalar  da,  super  güc  mərkəzlərinə 
malik  bir  çox  xüsusiyyətləri  özlərində  cəmləşdirsələr  də,  təsir 
etmə imkanları regional xarakter daşıyır. Hindistan və Pakistan 
ABŞ, Çin və Rusiya qədər dünya siyasətinə təsir edə bilmirlər. 
Dövlətlərin  güclərinə  görə  təsnif  olunmalarında  kriteriyalar 
mütləq  olmaqla  bərabər,  həm  də  dəyişkən  və  nisbi  əsaslara 
malikdir.  


 
252 
 
Regional  güc  mərkəzləri  də  öz  güclərinə  görə  böyük  və 
orta  xüsusiyyətlərə  malik  olur.  Məsələn,  Rusiya  və  Çin 
Avrasiya  materikinin  böyük  regional  güc  mərkəzləri  olaraq, 
Türkiyə  və  İrana  nisbətən  Mərkəzi  Asiya  regionuna  daha  çox 
təsiretmə  imkanlarına  malikdirlər.  Eynilə  Cənubi  Qafqaza 
təsiretmə  səviyyəsinə  görə  Rusiyanı  Türkiyə  və  İranla 
eyniləşdirmək  olmaz.  Türkiyə,  İran,  Pakistan  və  s.  kimi 
dövlətlər orta gücə malik regional dövlətlərdir.  
Buradan belə bir nəticəyə gəlmək olar ki, super dövlətlərin 
özləri  də  yerləşdikləri  regionlarda  regional  güc  mərkəz-
ləridirlər.  Məsələn,  ABŞ  Şimali  Amerika  regionunun  güc 
mərkəzidir. Eləcə də dünyanın super dövlətləri (Rusya və Çini 
də  bir  çox  komponentlərinə  görə  regionları  birləşdirən  və  bir 
neçə  regiona  təsir  göstərən  dövlətlər-super  dövlətlər  kimi 
xarakterizə etmək olar) hesab edilən Rusiya və Çin də Avrasiya 
regionunun regional güc mərkəzləridirlər. Güc mərkəzləri olan 
dövlətlərin  təsiretməsində  maddi  və  təbii  sərvət  amillər  ilə 
yanaşı, coğrafi şərait, etnik qrup, din və tarixi amil böyük rol 
oynayır. Məsələn, Qafqazda türk mənşəli xalqlar yaşayır. İslam 
dini  geniş  yayılmışdır.  Bu  amil  məhz,  Türkiyə  və  İranın 
regiona  marağını  artırır.  Bu  amillər  həm  də  bu  dövlətlərin 
regiona  olan  maraqlarını  formalaşdıran  kriteriyalardır.  Burada 
həm də tarix mühüm rol oynayır. Rusiya, İran və Türkiyə eyni 
zamanda,  coğrafi mövqelərinə görə tarixən bu ərazilər uğrunda 
müharibə aparmışlar. 
Regionlar üzrə beynəlxalq münasibətlərin formalaşmasında 
regional  güc mərkəzlərinin əsas əhəmiyyəti onların birləşdirici 
mərkəz  olmalarından  irəli  gəlir.  Ümumi  səviyyədə  beynəlxalq 
münasibətlər  sisteminin  strukturlaşmasında  və  rəngarəngləş-
məsində  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Strukturlar  arasında 
əlaqələrin  yaranmasında  güc  mərkəzləri  böyük  rol  oynayırlar. 
Güc mərkəzləri beynəlxalq münasibətlərin trayektorik qaydada 
şəbəkələşməsində böyük əhəmiyyət kəsb edirlər. Regional güc 
mərkəzləri 
beynəlxalq 
münasibətlər 
sistemində 
aparıcı 


 
253 
 
subyektlər  amilini  ortaya  çıxarır  və  münasibətlərin  idarə-
olunmasında,  siyasətin  formalaşmasında  əsas  təkanverici  və 
istiqamətverici 
obyektləri 
və 
subyektləri 
formalaşdırır. 
Regional  mərkəzlərin  formalaşdırılması  və  güclü  subyektlərin 
fəaliyyəti  resursların  region  üzrə  paylanması  prinsiplərini 
ortaya  çıxarır  və  regionlarda  tarazlı  münasibətlərin  formalaş-
masının  əsaslarını  yaradır.  Regionlara  nəzarətin  əsasları 
formalaşdırılır.  
  
Qlobal gücün formalaşması. Super və regional güc 
mərkəzləri (dövlətlər) arasında rəqabət 
 
Rəqabətin  özünə  bir  hərəkət  məzmunu  baxımından  təbii 
yanaşmaq  lazımdır.  Rəqabət  təbii  gerçəkliklərdən  meydana 
gəlir  və  maraqların  formalaşmasına  xidmət  edir.  Rəqabət  həm 
də  oxşar,  eyni  məqsədləri  bir  və  ya  da  bir  neçə  obyekt  üzrə 
birləşdirir.  Rəqabətin  müsbət  tərəfləri  tərəflərin  məsuliyyət-
lərinin yaranması ilə də əlaqəlidir. Rəqabətin mənfi tərəfləri də 
müəyyən  münaqişələrin,  böhran  və  müharibələrin  meydana 
gəlməsindən  ibarətdir.  Rəqabət  müəyyən  xətlərdə  üstünlüyə 
sahib olmaq siyasətidir. Rəqabət siyasəti sayəsində dövlətlər öz 
resurslarını  zənginləşdirməyə  can  atırlar  və  resurslar  hesabına 
da öz üstünlüklərini saxlamaq siyasətini reallaşdırırlar. Rəqabət 
siyasətinin  reallaşmasında  ortaya  çıxan  amillər  həm  də 
dövlətlərin  qruplaşmasını  zəruri  edir.  Rəqabət  digər  tərəfdən 
çəkindirmə  və  balans  yaratma  siyasətinin  də  formalaşmasının 
əsaslarını meydana gətirir. Çünki güc mərkəzləri arasında olan 
rəqabət  müdafiə  siyasətinin  də  formalaşmasının  əsaslarını 
təşkil  edir.  Rəqabət  beynəlxalq  aləmdə    çəkindirmə  və 
tarazlaşdırma vəziyyətinin ortaya çıxmasını da şərtləndirir.   
Müasir  zamanda  dövlətlər  arasında  əməkdaşlıq  siyasəti 
həyata  keçirilir.  Bununla  yanaşı,  dövlətlər  daha  sürətlə  inkişaf 
etmək  məqsədilə  öz  aralarında  rəqabətə  də  girirlər.  Rəqabət 
iqtisadi  sahələrdən  tutmuş  hərbi  sahələrə  qədər  olan  resursları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə