Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   76   77   78   79   80   81   82   83   ...   102

 
238 
 
maraqlarını  gücləndirmək  və  əhatə  dairəsini  genişləndirmək 
kimi  funksiya  daşıyır.  Bu  ardıcıl  böyümə  onların  daxili 
məzmunlarındadır, 
xassələrindədir. 
Maraq 
sferalarının 
genişlənməsi  beynəlxalq  münasibətlərdə  dövlətlərin  müdafiə 
funksiyasını  böyüdür.  Dövlət  böyüdükcə  (burada  resursların 
çoxluğu  baxımından)  məsuliyyət  sferası  da  böyüyür  və 
dövlətin  ərazilər  (birbaşa  özünə  aid  olan  ərazilər  və 
maraqlarının  əks  olunduğu  başqa  dövlətlərin  əraziləri)  üzrə 
müdafiə  məsuliyyəti  də  artır.  Böyük  dövlətlər  üçün  dünya 
məkanı sahib olmaq baxımından dərəcələnir. Dövlətin daxili və 
xarici  geosiyasət  maraq  sahələri  meydana  gəlir.  Bu  baxımdan 
da  beynəlxalq  münasibətlər  sahələri  şəbəkələnir,  ittifaqlar 
yaranır,  birliklər  ortaya  çıxır  və  dövlətlərin  qrup  şəklində 
hərəkətləri  meydana  gəlir.  Beynəlxalq  münasibətlərdə  dövlət-
lərin  fərdi  qaydada  hərəkətləri,  eləcə  də  ittifaqlar  daxilində 
koalisiya şəklində olan hərəkətləri ortaya çıxır. Böyük dövlətlər 
daha  çox  böyük  problemlərin  həllində  şəbəkələşmiş  güclə 
hərəkət  etməyə  üstünlük  verirlər.  Məsələn,  1968-ci ildə SSRİ-
nin  “Çexoslavakiya  baharı”na  qarşı  ittifaq  şəklində  (VMT-nin 
üzvlərindən  ibarət)  hərəkətini,  ABŞ-ın  İraq  və  Əfqanıstan 
əməliyyatlarını  (beynəlxalq  koalisiya  qüvvələri)  və  s.  buna 
nümunə göstərmək olar.  
Dövlətin  ərazisinin  böyüklüyü,  əhalisinin  say  çoxluğu 
(burada  maddi  vasitələrin,  məsələn,  məhsuldar  qüvvələrin-
işləyənlərin,    çoxluq  təşkil  etməsi  amili  əsas  götürülməlidir. 
Maddi  vasitələrin  çoxluq  təşkil  etməsi  material  vasitələrə  də 
təsir  göstərir  və  nəticə  etibarilə  material  vasitələrin  istifadə 
olunmasında  səmərəlilik  meydana  gəlir.  Bununla  yanaşı, 
maddi  vasitələrin  çoxluğu  istehlak  vasitələrinin  sayını  da 
artırır.  İstehlak  və  istehsal  vasitələrinin  çoxluğu  və  onlar 
arasında  münasibət  və  əlaqə  vasitələrinin  çoxluğu  da  öz 
növbəsində  iqtisadi  sistemlərin  böyüməsinə  və  potensialın 
artmasına  xidmət  edir.  İqitisadi  sistemlər  o  zaman  daha  da 
böyüyür ki, sistemi təşkil edən ünsrülərin, vasitələrin sayı çox 


 
239 
 
olur  və  hərəkətdə  olan  və  hərəkətə  gətirən  və  hərəkətə 
gətirilən  vasitələrin  sayı  üstünlıük  təşkil  edir.  Bu  anda 
istehsal  və  istehlak  münasibətlər  də  daxildən  (sistemin 
daxilindən)  zənginləışir  və  xaricdən,  yəni  məkanı  əhatə 
ertmək  baxımından  böyüyür),  iqtisadi  amillər,  o  cümlədən 
material  və  maddi  amillər;  siyasi  sistemin  rasional  əsaslarla 
təşkili,  siyasi  sistemin  sabitliyi  və  möhkəmliyi,  iqtisadi 
inkişafın davamlılığı, siyasi sistemin çoxlu sayda yarımsistem-
lərdən  təşkil  olunması  və  yarımsistemlər  arasında  təkmil 
əlaqələrin mövcudluğu və bu əlaqələrin bütövlüyə-tam sistemə 
xidmət  etməsi;  milli  valyutanın  dəyərliliyi,  inflyasiyanın  aşağı 
səviyyəsi,  istehsalın  artması  və  istehsal  vasitələrinin-maddi 
resursların  tarazlı  qaydada istifadə olunması; insanların sosial-
psixoloji  vəziyyətləri,  cəmiyyətin  sağlam  durumda  olması; 
dövlətlçiliyin  inkişafı  və  hüquqi  dövlətin  mövcudluğu  və  s. 
kimi  amillər  üstünlük  təşkil  edir.  Dövlətin  güclü  olmasında 
onun  əmlakının  (daşınmaz,  daşınar)  sayı  (əmlak  dövlətin 
milli-daxilində  olan  və  başqa  ölkələr  ərazisində  olan  və 
daxili əmlakını  əhatə  etməlidir) və həcmi mühüm əhəmiyyət 
kəsb  edir.  Əmlak  təsiredici  mərkəz  kimi  böyük  rol  oynayır. 
Əmlak  insanların  maddi  maraqlarını  formalaşdıran  ünsürlər 
kimi  əhəmiyyət  kəsb  edir  və  iqtisadi  münasibətlərin 
istiqamətlənməsinə  müsbət  təsirini  göstərir.  İnsanlar  arasında 
olan  münasibətlərin  bazasında  əmlak  münasibətləri  dayanır  və 
əmlak  münasibətləri  də  digər  maraqların  təmin  olunmasına 
müsbət  təsirlər  göstərir.  Əmlak  münasibətlərdə  və  əlaqələrdə 
uyğunlaşdırıcı, koordinasiyaedici əhəmiyyət kəsb edir.  
Beynəlxalq münasibətlərdə dövlətlər güclərinə görə iştirak 
edirlər  və  güclərinə  görə  də  sistemi  təşkil  edirlər  və  sistemin 
formalaşmasında  iştirak  edirlər.  Belə  bir  əqli  nəticədən  çıxış 
etmək  olar:  hərəkət  olmadan  güc  yoxdur,  güc  olmadan 
dövlət  yoxdur.  Dövlət  yoxdursa,  beynəlxalq  münasibətlər 
də  yoxdur.  Deməli,  güc  yoxdursa,  beynəlxalq münasibətlər 
də  yoxdur.  Beynəlxalq  münasibətlər  gücün,  enerjinin  və 


 
240 
 
potensialın 
mövcud 
olduğu 
bir 
sferadır. 
Bu 
enerji 
bütövlüyündən, vahidindən bütün dövlətlər faydalanırlar.  
Beynəlxalq  münasibətlər  sahəsində  açıq  iştirak  dövlətin 
gücünün  yaranmasına  xidmət  edir.  Dövlət  resurslar  mərkəzinə 
qoşulur  və  resursların  dövlətlərdən-dövlətlərə  hərəkətini  təmin 
edir.  Beynəlxalq  münasibətlər  güc  olduğundan,    dövlətlər 
beynəlxalq  münasibətlərə  qoşulduqda  güclənirlər.  Dövlətin 
açıq  qapılar  siyasəti  onun  güclənməsinin  əsaslarını  təşkil  edir. 
Yaradılmış  əlverişli  və  faydalı  şərait  dövlətə  resursların  başqa 
məkanlardan axmasının əsaslarını təşkil edir. Məsələn, 1970-ci 
illərin  sonundan  Çində  tətbiq  olunan  islahatçılıq  və  xarici 
investisiyalar  üçün  açıq  qapılar  siyasəti  Çini  XXI  əsrin 
əvvəllərinin  dünya  iqtisadiyyatının    lokomotivinə  çevirmişdir.  
Açıq  qapılar  siyasəti  ölkələrdən-ölkələrə  resurs  axınları  üçün 
trayektoriyaların  birləşməsi  üçün  bütöv “rels” rolunu oynayır.  
Məsələn,  II  Dünya  müharibəsindən  sonra  Qərbi  Avropa 
ölkələri  ABŞ  sərmayəsi  üçün  açıq  qapılara  çevrildi.  Qərbi 
Avropa  iqtisadiyyatının  inkişaf  xüsusiyyətləri    rels  üzərində 
hərəkət 
edən 
qatara 
bənzədi. 
Beynəlxalq 
transmilli 
korporasiyalar  dövlətlərin  güclənməsində  yaxından  iştirak 
edirlər.  Bir  dövləti  digər  dövlətdə  təmsil  edən  əsas  vasitələr-
subyektlər  və  obyektlər  qismində  diplomatik  qurumlar  və 
transmilli  korporasiyalar  çıxış  edirlər.  Transmilli  korpo-
rasiyalar  dövlətin  resurslarının  formalara  salınmasının  və  yeni 
formaların əldə olunmasının əsaslarını təşkil edirlər. Transmilli 
korporasiyaların  fəaliyyəti  siyasi  məzmun  kəsb  edir  və  onlar 
makroiqtisadiyyatın  formalaşmasında  yaxından  iştirak  edirlər. 
Transmilli  korporasiyalar  resursların  səmərəli  istifadəsində 
yaxından  iştirak  edirlər.  Dövlətlərin  iqtisadi  sistemlərinin 
təşkilində  transmilli  korporasiyalar  (maliyyə  və  kreditlər 
sahəsində  olan,  istehsala  sərmayə  yatıran  korporasiyalıar) 
üstünlük  təşkil  edirlər.  Bu  şirkətlər  iqtisadi  kompleksliliyi 
əmələ  gəririrlər  və  resursların  cəmləşməsini  təmin  edirlər. 
Transmilli  korporasiyalar  dövlətlər  arasında  daha  çox  baza 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə