Microsoft Word Beynelxalq munasibetler doc


Hərbi  və  digər  müdafiə  potensialı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   74   75   76   77   78   79   80   81   ...   102

 
232 
 
Hərbi  və  digər  müdafiə  potensialı.  Hər  bir  dövlət  özünü 
müdafiə  üçün  hərbi  birləşmə  yaradır.  Bu  birləşmə  dövlətin 
strukturları,  eləcə  də  ümumi  şəkildə  vətəndaşlar  arasında 
sabitliyi  təmin  edir,  ictimai-asayişi  qoruyur.  Həmçinin  dövlətə 
olan  kənar  təzyiqlərin  və  zərərverici  ünsürlərin  qarşısını  alır. 
Dövlətin  güc  strukturlarının  potensialı  dövlətin  sabitliyinin 
zəmanətçisi  kimi  çıxış  edir.  Dövlətin  güc  strukturları  dövlətin 
sistemli  fəaliyyətinə  zərər  vuran  daxili  və  xarici  ünsürlərin 
zərərsizləşdirilməsi  ilə  məşğul  olur.  Dövlətin  güc  strukturları 
təzyiq  aparatı  kimi  yox,  müdafiə  və  mühafizə  aparatı  kimi  öz 
işini  qurduqda  sabitlik  və  ictimai-  asayış  yüksək  səviyyədə 
təmin  edilir.  Dövlətin  güc  strukturları  demokratik  dəyərlərin 
qorunması  və  yeni  dəyərlərin  meydana  gəlməsi  üçün  şərait 
yaratmalıdır.  
Dövlətin  müəyyən  məkanlarda  üstünlükləri.  Hər  hansısa 
bir  dövlət  daha  çox  məkanda  iştirak  edirsə,  o  zaman  güc 
toplamış olur. Dövlət quru məkanda, suda və kosmik məkanda 
geniş iştirak edirsə, bu, onların gücünün artmasına xidmət edir. 
Dövlət həmin məkanlarda iştirak edəndə öz resurslarını artırır. 
Dövlətin  daxili  gücü  onun  kənarda,  məsələn,  açıq  dənizlərdə-
neytral  sularda  və  kosmik  məkanlarda  iştirak  etmək 
imkanlarını  artırır.  Super  və  böyük  güc  malik  olan  dövlətlərin 
hərəkətlərini  buna  nümunə  göstərmək  olar.    Dövlət  eyni 
zamanda  həmin  məkanlardan  digər  məkanlara  təsir  etmək 
imkanları  əldə  edir.  Məsələn,  dünya  okeanında  ABŞ-ın  gücü 
okean dövlətlərinə təsirlərlə müşahidə edilir. Dövlətin kənarda 
–sərhədlərindən  kənarda  daha  çox  məkanlarda  iştirak  etməsi 
onun nüvəsinin həm gücünü artırır, həm də nüvəsini qoruyur.  
Xalqın  milli  xarakteri  və  cəmiyyətin  rasionallığı. 
Cəmiyyət  və  dövlət  onun  vətəndaşları,  sakinləri,  ümumilikdə 
isə əhalisi tərəfindən təşkil edilir. Dövlət və cəmiyyət qurumlar 
kimi insanların məişət, sosial, hüquqi və siyasi münasibətlərini 
əks  etdirən  vahidlərdir,  təşkilatlardır.  Həm  cəmiyyət,  həm  də 


 
233 
 
dövlət  rasional  prinsiplərlə  idarə  olunduqda,  tərəflər  arasında 
münasibətlər  pozitiv  qaydada  qurulduqda  cəmiyyət  və  dövlət 
inkişafa  məruz  qalır.  (Qeyd:  insanların  cəmiyyətlərdə  rast 
gəldikləri  ən  çox  qaydalar  əxlaq  qaydalarıdır.  İnsanlar 
əxlaq  qaydaları  (əxlaq  qaydaları,  normalar  və  davra-
nışlarla)  ilə  ailədə  və  cəmiyyətdə  yaşayırlar.  Əxlaqla 
yaşamaq,  əxlaq  qaydalarına  əməl  etmək  insanların 
hüququdur.  Təbii  hüququnun  tərkibidir.  Lakin  bu  təbii 
hüquq  dövlət  tərəfindən  tənzimlənmə  obyekti  deyildir. 
İnsanlar burada sərbəstdirlər. Çəkinmə, utanma və ictimai 
qınaq  kimi  amillər  bu  münasibətlərin  tənizmlənməsində 
əsas  kriteriya  kimi  rol  oynayır).  Qəbul  etmək  lazımdır  ki, 
dünyada  inkişafa  meyilli  olan  və  inkişaf  edən,  həmçinin 
inkişafdan  geri  qalan  (ifrat  müafizəkar)  cəmiyyətlər və xalqlar 
vardır.  Cəmiyyətin  inkişafa  məruz  qalmasında  və  ya 
tənəzzülündə  həm  xalqların  milli  xüsusiyyətləri  mühüm 
əhəmiyyət  kəsb  edir,  həm  də  onların  idarəetmə  rejimlərinin 
mahiyyəti  önəmli  rol  oynayır.  Hakim  qrupun  idarəçilik 
xüsusiyyətləri və idarəetmə forması cəmiyyətin tərəqqisində və 
tənəzzülündə  mühüm  əhəmiyyət  kəsb  edir. Rasional xarakterli 
xalqlar (onları təbit bilikləri xüsusi olaraq maraqlandırır)   daha 
çox  inkişafa  məruz  qalırlar.  Digərləri  isə  daha  çox  məhdud 
dairədə  hərəkət  edirlər,  məişət  adətlərindən  asılı  vəziyyətdə 
qalırlar.  Bu  da  onların  inkişafının  qarşısını  alır.  Rasional 
cəmiyyətlər  öz  üzvlərinin  potensialından  səmərəli  istifadə  edir 
və  yeni-yeni  enerji  mənbələrinə  nail  olur.  Buna  görə  də 
dövlətin gücünü artıran elementlərin sayı və kəmiyyəti də artır. 
Dövlət rasionalizmdən inkişaf edir, öz potensialını artırır. 
İ
deoloji  amillər.  Bütün  ideologiya  insan  hüquqlarının 
yüksək  səviyyədə  təmin  olunmasına  söykənməlidir.  Əsas 
ideologiya insanların hüquqlarının inkişafına xidmət etməlidir. 
İdeologiya  cəmiyyətin  üzvlərinin  enerjilərindən  səmərəli 
istifadə  olunmanı  şərtləndirir.  Bütün  hərəkətlər  ideologiya 


 
234 
 
ətrafında  qurulur.  Burada  ideologiya  dedikdə,  insan  hüquq  və 
azadlıqlarına  xidmət  edən  kompleks  ideyalar  nəzərdə 
tutulmaldır.  Kompleks  ideyalar  çoxməzmunlu  olur  və  çoxisti-
qamətdə  inkişaf  cərəyanlarını  meydana  gətirir.  İdeologiya 
(sağlam və inkişafa xidmət edən) ünsürlərin hərəkətə gəlməsini 
zəruri  edir  və  nəticədə  yeni-yeni  elementlər  ortaya  çıxır. 
İdeologiya  yeni-yeni  inkişaf  cərəyanlarını  ortaya  çıxarır  və 
elementlər arasındakı əlaqələrdə səbəb və nəticə kimi vasitə və 
vəziyyətləri şərtləndirir.  
Dövlətin  xarici  siyasətdə  (beynəlxalq  münasibətlərdə) 
iştirak  səviyyəsi  və  xarakteri.  Dövlətin  gücünü  artıran  amillər 
içərisində  dövlətin  beynəlxalq  hüquq  normalarına  söykənən 
ədalətli  davranışı  da  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki, 
dövlət  beynəlxalq  aləmdə  etibarlı  əməkdaş  və  tərəfdaş  kimi 
tanınır.  Bu  kriteriyalar  dövlətə  beynəlxalq  münasibətlər 
sferasında güclü sərmayə cəlb edən subyekt kimi ad qazandırır. 
Dövlət beynəlxalq hüquq normaları ilə əlaqələr qurduqda və öz 
maraqlarını  da  buna  müvafiq  olaraq  təmin  etdikdə  özünü 
beynəlxalq  aləmdə  müdafiə  etdirmiş  olur.  Digər  dövlətlərin 
hərbi təcavüzlərinə məruz qalma ehtimalları az olur.  
Kiçik  dövlətlər  böyük  dövlətlərlə  yaxınlıq  etdikdə  də  öz 
potensiallarını  artıra  bilirlər.  Kiçik  dövlətlər  öz  resurslarının 
istifadəsində böyük dövlətlərin iştiraklarını təmin edilər. Eləcə 
də  böyük  dövlətlərin  ərazilərindən  və  digər  potensiallarından 
istifadə edirlər. Böyük dövlət-kiçik dövlət münasibətlərində və 
əlaqələrində  böyük  siyasət  cərəyanları  (məsələn,  transmilli 
korporasiyaların  sərmayələrinin  yaratdıqları  axınlar)  kiçik 
dövlətlərin  resurslarına  təsir  göstərir  və  bu  məkanda  siyasət 
cərəyanlarının böyüməsinə xidmət edir. 
Dövlətin  gücünü  formalaşdıran  sahələr-baza  sahələr: 
iqtisadiyyat  sahələri  və  iqtisadiyyatın  səmərəli  təşkil  edilməsi 
üçün  yüksək  idarəetmənin  təşkili;  köməkçi  sahələr-sosial, 
eləcə  də  səhiyyə  sahələri-əhalinin  maddi  vəziyyətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə