Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   62   63   64   65   66   67   68   69   ...   102

 
194 
 
ilə  bağlı  əməkdaşlıq;  sərhəd  məsələləri-delimitasiya  və 
demarkasiya,  ərazi  mübahisələri,  ərazi  statusları  ilə  əlaqəli 
məsələlərdə  əməkdaşlıq;  beynəlxalq  təhlükəsizliyin  təmin 
olunması 
sahəsində 
əməkdaşlıq; 
beynəlxalq 
mülki 
yükdaşımaları  ilə  bağlı  əməkdaşlıq,  sərnişindaşıma  ilə  bağlı 
əməkdaşlıq;  insan  hüquqlarının  təmin  olunması  və  bununla 
bağlı  öhdəliklərin  götürülməsi  ilə  bağlı  məsələlər  üzrə 
əməkdaşlıq,  cinayətkarların  ekstradisiyası;  mülk  məsələləri 
üzrə əməkdaşlıq; kütləvi –qırğın silahları ilə bağlı əməkdaşlıq; 
ekologiya, səhiyyə, təhsil, elm və mədəniyyət və digər sahələr 
üzrə  əməkdaşlıq;  ərazi  işğalları  və  ərazi  mübahisələri;  etnik 
münaqişlər  və  dövlətlərarası  mübahisələr  sahəsində  əmək-
daşlıq;  qaçqın  və  məcburi  köçkünlərin  statusları  ilə  bağlı 
məsələlər;  beynəlxalq  dəniz,  çay,  su  kanalı  rejimləri  və  digər 
beynəlxalq hüquqi məsələlər və s.  
Xarici  siyasətin  istiqamətlərini  müəyyən  edən  nəzəri 
vasitələr-strateji 
və 
taktiki 
vasitələr.  Xarici  siyasətin 
istiqamətlərini  müəyyən  edən  nəzəri  vasitələr  kimi  dövlətlərin 
daxillərində  qəbul  olunan  və  xarici  siyasət  fəaliyyətini 
müəyyən  edən  və  istiqamətləndirən,  eləcə  də  icrasını  təmin 
edən  xarici  siyasət  sənədləri  və  beynəlxalq  sənədlər  (burada 
müxtəlif  sahələri  əhatə  edən  daxili  qanunvericilik  və 
beynəlxalq  normalar  toplusu)  və  beynəlxalq  qaydalar  mühüm 
rol  oynayır.  Beynəlxalq  sənədlər  qəbul  edilmiş  layihələrdir  və 
dövlətlər  öz  məqsədlərinə  çatmaq  üçün  həmin  layihələr  üzrə 
fəaliyyət  göstərirlər.  İlk  növbədə  dövlətlərin  konstitusiyaları 
burada  ilkin  fəaliyyət  sənədi  kimi  əhəmiyyət  kəsb  edir. 
Dövlətlərin  daxili  inkişaf  konsepsiyaları,  doktrina  və 
proqramları  da  xarici  siyasətin  sənədləri  kimi  mühüm  önəmə 
malikdir.  Xarici  siyasət  sahəsində  ilkin  strateji  sənəd  kimi 
dövlətlərin  konstitusiyaları  əsas  götürülməlidir.  Diplomatiya 
sahəsində  mövcud  olan  sənədlər  bir-birini  şərtləndirir  və 
əvvəlcə  qəbul  olunmuş  sənədlər  sonrakı  sənədlər  üçün 
bağlayıcı  və  şərtləndirici  rolunu  oynayır.  Məsələn,  dövlətlərin 


 
195 
 
xarici siyasət sənədləri onların konstitusiyaların müvafiq olaraq 
hazırlanır.  Eyni  zamanda,  beynəlxalq  sənədlər  universal 
beynəlxalq  hüquq  normaları  çərçivəsində  və  BMT  Nizam-
naməsinin  tələblərinə  uyğun  şəkildə  hazırlanır.  Sənədlər 
həmçinin  bir-birindən  törəyirlər  və  xüsusilə  eyni  və  oxşar 
sahələr  üzrə  sənədlər  bir-birindən  meydana  gəlir.  Məsələn, 
Diplomatik  əlaqələr  haqqında  1961-ci  il  tarixli  Vyana 
Konvensiyasından, 1963-cü il tarixli Konsul əlaqələri haqqında 
Vyana  Konvensiyasından  və  1969-cu  il  tarixli  Xüsusi 
missiyalar  haqqında  Konvensiyadan  irəli  gələrək,  Dövlətlərin 
universal  xarakterli  beynəlxalq  təşkilatlarla  əlaqələrində 
nümayəndəliyi  haqqında  14  mart  1975-ci  il  tarixli  Vyana 
Konvensiyası  hazırlanmışdır.
1
 Bu  Konvensiya  da  diploma-
tiyanın  tərəflərindən  birini-dövlətlərlə  beynəlxalq  təşkilatlar 
arasındakı  əlaqələri-  tənzim  edir.  Bütün  bu  sənədlər  dövlətlər 
arasında dostluq münasibətlərinin tənzim olunmasına əsaslanır. 
Diplomatik əlaqalər haqqında Vyana Konvensiyası diplomatiya 
sahəsində  özündən  sonrakı  sənədlər  üçün  mühüm  şərtləndirici 
baza rolunu oynayır.  
Dövlətlər  xarici  siyasət  sahəsində  doktrinalar,  konsep-
siyalar    (məsələn,    2013-cü  il  tarixli    “Rusiya  Federasiyasının 
xarici  siyasət  konsepsiyası”)    qəbul  edirlər.  Sonra  isə  beynəl-
xalq  mövcud  sənədlər  əsas  kimi  götürülür.  Beynəlxalq 
sənədlərin  implementasiyası  (daxildə  tətbiqi  və  daxili  qanun-
vericiliklə  uyğunlaşdırılması)  proseslərini  həyata  keçirirlər. 
Beynəlxalq  sənədlər  daxili  qanunvericiliyin  tərkib  hissəsinə 
çevrilir.  Dövlətlər  öz  xarici  siyasət  üzrə  hərəkət  və  inkişaf 
konsepsiyalarını  və  doktrinalarını  konstitusiyadan  və  beynəl-
                                                 
1
 Венская Конвенция о представительстве государств в их отношениях 
с международными организациями универсального характера 14 марта 
1975 года. Действующее международное право. В трех томах. Том 
первый. Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова. М.: 
Издательство Московского независимого института международного 
права, 1996.-864 с. ss.582-615.  


 
196 
 
xalq  hüquq  prinsiplərinin  əks  olunduğu  baza  normalardan 
götürürlər.  Konstitusiya,  beynəlxalq  sənədlər,  doktrinalar  və 
konsepsiyalar strateji sənədlərdir. Diplomatiya isə daha çox bu 
strateji  məsələlərin  yerinə  yetirilməsi  ilə  məşğul  olur. 
Diplomatiya 
burada 
taktiki 
məsələləri 
yerinə 
yetirir. 
Diplomatiya  yaxın,  orta  və  uzun  müddətli strategiyanın  yerinə 
yetirilməsinə xidmət edir.  
Belə  qəbul  etmək  olar  ki,  istiqamətlər  olaraq,  təşkilatı 
nötqeyi-nəzərdən  diplomatiya  (burada  başqa  dövlətlərin 
ərazilərində  və  təşkilatlarda  təmsil  olunma  baxımından)  üç 
əsasda  həyata  keçirilir:  bir  dövlətin  digər  dövlətlərdə  və 
təşkilatlarda  olan  daimi  diplomatik  nümayəndəlikləri;  bir 
dövlətin  digər  dövlətlərdə  olan  konsulluqları;  məxsui 
rejimə malik olan xüsusi missiyalar.  
 
Konsulluğun əsasları 
 
Dövlətlər  arasında  əlaqələr  sahələr  və  istiqamətlər  üzrə  
təsnif olunma xassələrinə malik olur. Dövlətlər çalışırlar ki, öz 
aralarında  bütün  mümkün  variantlar  üzrə  əlaqələri  tənzim 
etsinlər.  Dövlətlər  arasında  bütün  əlaqələr  siyasi  məna  kəsb 
edir, çünki dövlətin fəaliyyəti elə siyasət adlanır. Bu baxımdan 
da  siyasi  əlaqələr  dedikdə,  daha  çox  yuxarı  mərhələdə 
cəmləşmiş,  formalaşmış  əlaqələr  mühüm  əhəmiyyət  kəsb  edir. 
Bütün  əlaqələrin  yuxarı  və  ali  səviyyəsi  siyasi  əlaqələr  hesab 
olunur.  Dövlətlər  arasında  siyasi  əlaqələrin  ali  forması  onların 
dövlət  rəhbərləri  arasında  olan  görüşlərdir,  dövlət  başçılarının 
imzladıqları  sənədlərdir.  Bundan  aşağıda  isə  hökumətlər 
arasında əlaqələr yaradılır və sonra isə nazirliklər və digər icra 
qurumları  arasında  əlaqələr  formalaşdırılır.  Xarici  ölkələrdə 
bütün  əlaqələrin  yaradılmasında  koordinasiya  funksiyasını 
diplomatiya  öz  üzərinə  götürür.  Dövlətlər  arasında  əlaqələrin 
mühüm  forması  (burada  baza  əlaqələr  nəzərdə  tutulur)  siyasi 
əlaqələrdir  ki,  bu  əlaqələrin  də  tənzim  olunması  və  əlaqələr 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə