Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   61   62   63   64   65   66   67   68   ...   102

 
191 
 
siyasətinin  sonrakı  addımları  və  mərhələləri  üçün  yeni-yeni 
şərtlərin  ortaya  çıxmasını  zəruri  edir.  Diplomatiya  xarici 
siyasətin  istiqamətlər  üzrə  mərhələli  funksiyasının  müəyyən 
edilməsini  yerinə  yetirir.  Diplomatiyaya,  həm  də  xarici 
siyasətin  periferiyası  (məkanlardakı  periferiyası)  kimi  ad 
qoymaq olar. Xarici siyasətin həyata keçirilməsi məqsədləri elə 
diplomatiyanın  məqsədləri  hesab  olunur.  Xarici  siyasətin 
məqsədləri  xarici  siyasətin  həyata  keçirilməsi  zərurətindən 
meydana  gəlir.  Xarici  siyasətin  həyata  keçirilməsi  daxili 
tələbatları  ödəmək  zərurətindən,  dövləti  beynəlxalq  aləmə 
assosiasiya etmək zərurətindən, dövləti qorumaq və beynəlxalq 
aləmdə  dünya  resursları  hesabına  gücləndirmək  zərurətindən, 
güclənmək 
istiqamətində 
geosiyasi 
məkanı 
böyütmək 
istəklərindən  irəli  gəlir.  Xarici  siyasətin  rasionallığı,  yəni 
müvafiq  normalara  uyğun  olaraq  həyata  keçirilməsi,  sistemli 
qaydada  həyata  keçirilməsi  və  subyektlərin  işinin  sistemli 
əsaslarla  təşkil  edilməsi  xarici  siyasətin  gücünü  artırır.  Xarici 
siyasətin  gücü  daxili  potensialı  böyüdür,  eləcə  də  daxili 
potensial xarici siyasətə güc verir. Buradan da belə bir məntiqi 
ardıcıllıq  ortaya  çıxır  ki,  xarici  siyasəti  və  daxili  siyasət 
dövlətin  vahid  və  bütöv  siyasətinin  forma  və  məzmununu 
meydana gətirir. Dövlət xarici siyasətini həyata keçirmək üçün 
müxtəlif vasitələrdən  isifadə  edir.  Bu  vasitələr onun resursunu 
genişləndirir 
və 
resursların 
təkrar 
olaraq 
istifadəyə 
yönəldilməsi  və  çoxaldılması  da  dövlətin  xarici  siyasətinin 
güclənməsinə  xidmət  edir.  Diplomatların  (burada  ölkələrdə 
akkreditə  olunan  diplomatik  nümayəndəliklərin  rəhbərlərinin)  
təyin  olunması  üçün  əvvəlcədən  təyin  ediləcək  dövlətlərdən 
aqremanlar  (razılıqlar)  verilməsi  lazım  gəlir.  Diplomatik 
əlaqələr  haqqında  Vyana  Konvensiyasının  dördüncü 
maddəsinə  əsasən,  akkreditə  edən  dövlət  yerləşmə 
dövlətinin  onun  bu  dövlətdə  akkreditə  etmək  istədiyi 
nümayəndəlik başçısına aqreman verdiyinə əmin olmalıdır; 
Yerləşmə 
dövləti 
aqreman 
verməməsinin 
səbəbləri 


 
192 
 
haqqında  akkreditə  edən  dövlətə  məlumat  verməyə  borclu 
deyildir.  
 Səfirliyin başçıları olan və diplomatik rütbələrə malik olan 
şəxslər bir dövlətin başqa dövlətdə nümayəndəsi hesab olunur. 
Buna  görə  də  səfir  etimadnamələri  dövlət  rəhbərlərinə  təqdim 
edilir.  
Konsullarda  isə  razılıq  konsul  ekzekvaturası  ilə  verilir. 
Konsullara patentlər (konsul patenti) də verilir ki, bu sənəddə 
konsulun 
vəzifəsi, 
onun 
dairəsi, 
diplomatik 
dərəcəsi 
(diplomatik  rütbəsi)  öz  əksini  tapır.  Konsul  ekzekvaturası 
xarici  işlər  nazirliyi  tərəfindən  verilir.  Onlar  öz  sənədlərini 
xarici işlər nazirlərinə təqdim edirlər.  
Xarici 
siyasətin 
həyata 
keçirilməsi 
vasitələri 
və 
istiqamətləri  kimi  aşağıdakıları  ümumiləşdirilmiş  şəkildə 
qeyd etmək olar:  
 
Vasitələr  olaraq,  subyektləri  və  subyektlərin  istifadə 
etdikləri üsulları qeyd etmək olar:  
 
-xarici  siyasətin  həyata  keçirilməsi  proseslərində  istifadə 
olunan  diplomatiya  vasitələri-hərəkət  istiqamətləri  olaraq,-
danışıqların  həyata  keçirilməsi  və  müəyyən  razılıqların  əldə 
olunması,  sənədlərin  (müqavilə  (pakt),  konvensiya,  xartiya, 
saziş, protokol və s.) imzalanması; 
-sənədlərdə  razılaşdırılmış  və  qəbul  edilmiş  normalara 
əməl edilməsi mexanizmlərinin işlənib hazırlanması; 
-konfransların,  sammitlərin,  forumların  və  digər  bu  kimi 
iclasların keçirilməsi və s.  
 
Xarici  siyasəti  həyata  keçirən  vasitələr-  istiqamətləri 
müəyyən edən və icra edən vasitələr) subyektlər kimi, 
 
-dövlət rəhbəri, hökumət rəhbəri
-parlament 
(müqavilənin 
müzakirə 
edilməsi 
və 
ratifikasiyası və s.); 


 
193 
 
-konstitusiya 
məhkəmələri-müqavilələrin 
və 
digər 
sənədlərin dövlətin konstitusiyasına uyğunluğu; 
-icra  qurumu  kimi-xarici  işlər  nazirlikləri  və  idarələri, 
dövlət katiblikləri, dövlət müşavirlikləri və s. 
 
İ
stiqamətlər kimi, 
 
-sənədlərin  imzalanması  və  ratifikasiyası;  sənədlərə  xitam 
verilməsi; 
-danışıqların 
həyata 
keçirilməsi 
və 
müqavilələrə 
(sənədlərə) qoşulma; 
-  sənədlərin  hazırlanması  üçün  şəraitin  öyrənilməsi  və 
müvafiq təkliflərin verilməsi
-icra mexanizminin müəyyən olunması və s.  
 
Sahələr kimi,  
 
Xarici siyasət dövlətin maraq göstərdiyi bütün sahələr üzrə 
meydana  gəlir.  Xarici  siyasətin  sahələri  dövlətin  potensialı 
hesabına  böyüyür.  Dövlətin  potensialı  da  onun  daxili  enerji 
resursları  hesabına  zənginləşir.  Dövlət  öz  nüvə  mərkəzinin 
maraqlarını xarici siyasətin hesabına da təmin etmək siyasətini 
həyata  keçirir.  Əməkdaşlıq  sahələri:  beynəlxalq  səviyyədə 
rəsmi tanınma, diplomatik əlaqələrin qurulması; iqtisadiyyat, o 
cümlədən  ticarət,  investisiya  qoyuluşu,  maliyyə  sahəsi, 
beynəlxalq  kreditlər,  nəqliyyat  infrastruktur  sahələri,  regional 
enerji  layihələri,  yükdaşımaları  sahəsində  layihələr  üzrə 
əməkdaşlıq;  hərbi-təhlükəsizlik  sahələri:  geostrategiya,  hərbi 
əməkdaşlıq, strateji sahədə əməkdaşlıq, hərbi-siyasi ittifaqlarda 
əməkdaşlıq,  ikitərəfli  və  çoxtərəfli  qaydada  əməkdaşlıq,  silah 
alqı-satqısı  sahəsində  əməkdaşlıq,  hərbi-sənaye  kompleksi 
sahəsində  əməkdaşlıq,  hərbi  təlimlər  sahəsində  əməkdaşlıq, 
hərbi  bazalar  və  hərbi  avadanlıqların,  hərbi  qurğuların 
yerləşdirilməsi  sahəsində  əməkdaşlıq,  transməkanla,  yəni 
tranzit  keçidlərlə  bağlı  əməkdaşlıq;  miqrasiya  sahəsində 
əməkdaşlıq, viza rejimləri və sərhədlərin keçilməsinin əsasları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə