Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

 
141 
 
xaricə  realizə  olunmaq  yolu  ilə  artırılması,  eləcə  də  yeni 
resursları əldə etmək istəkləri ikitərəfli və çoxtərəfli əlaqələrin 
yaradılmasını  zəruri  edir.  Beynəlxalq  hüquq  və  onun  sahələri 
məhz  zərurərtdən  formalaşdırılır.  Belə  ki,  dövlətlər  öz  daxili 
ehtiyaclarını  ödəmək  üçün  xarici  siyasət  həyata  keçirmək 
zərurəti  ilə  üzləşirlər.  Xarici  siyasəti  həyata  keçirmək  zərurəti 
təbii ki, dövlətləri sistemli qaydada müəyyən addımları atmağa 
vadar  edir.  Dövlət  varsa  onun  hərəkəti  də  mütləq  qaydada 
sistemlərə  söykənməlidir.  Sistem  də  qaydaları,  struktur  və 
mexanizmləri,  eləcə  də  tarazlı  işləməni  nəzərdə  tutur,  tələb 
edir.  Bu  baxımdan  da  beynəlxalq  hüquq  zərurətdən  meydana 
gəlir  və  münasibətlərin  sistemli  qaydada  tənzim  olunmasına 
əsaslanır.  Beynəlxalq  münasibətlərin  tarazlaşması  da 
zərurətdən  ortaya  çıxır.  Bütün  dövlətlər  tarazlı  əsaslarla 
resursları öz aralarında paylamaq niyyəti və istəyi ilə əlaqələrə 
qoşulurlar.  Buradan  da  beynəlxalq  hüququn  tarazlığı  təmin 
etmək  zərurətindən  meydana  gəlməsi  ortaya  çıxır.  Taraz-
laşdırma  sülhü  və  sabitliyi  yaradır  ki,    bu  kimi  vəziyyətlər  də 
beynəlxalq  resurslardan  dinc  məqsədlərlə  istifadə  edilməklə 
güclənməni əsas götürür.  
İkitərəfli  və  çoxtərəfli  münasibətlər  vahid  qaydaları 
(burada  əlavə  qaydaları)  meydana  gətirir,  həm  də  qaydalar 
əsasında  inkişaf  edir.  Bu  baxımdan  beynəlxalq  hüquq  daima 
genişlənmə  xassələrinə  malik  olur  və  zaman  və  imkanlar 
gerçəkliyindən  də  təkmilləşir.  İnkişaf  baş  verdikcə,  texniki 
nəsillər  bir-birini  əvəzlədikcə  beynəlxalq  hüquq  da  genişlənir, 
çünki  yeni  müqavilə  və  sazişlər  meydana  gəlir,  yeni  ictimai 
baxışlar  formalaşır  və  bu  baxışlar  əsasında  yeni  hüquq 
normaları  yaranır.  Bu  baxlımdan  da  beynəlxalq  hüquq  islah 
olunma və stereotiplərdən azad olunma xassələrinə malik olur.  
İkitərəfli  qaydalar  əsasında  dövlətlər  arasında  tanınma 
həyata  keçirilir,  diplomatik  əlaqələr  qurulur,  səfirliklər, 
konsulluqlar  təşkil  edilir.  Eləcə  də  ikitərəfli  qaydada 
hökumətlərarası  sazişlər  imzalanır  və  müqavilələr  bağlanılır. 


 
142 
 
İkitərəfli  əlaqələr  və  münasibətlər  həm  regional  səviyyədə 
(məsələn,  iki  Avropa  dövlətinin  əlaqələri,  iki  Mərkəzi  Asiya 
dövlətinin əlaqələri və s.), həm də regiondan kənarda-regionlar 
arasında  (məsələn,  bir  Asiya  dövləti  ilə  bir  Avropa  dövləti 
arasında,  bir  Afrika  dövləti  ilə  Amerika  qitəsinin  bir  dövləti 
arasında)  formalaşdırılır.  İkitərəfli  əlaqələr  o  zamana  kimi 
məhdudlaşdırılmır  ki,  regionda  və  regionlar  arasındakı 
münasibətlərdə  və  vəziyyətlərdə  üçüncü  dövlətin  və  ya  da 
dövlətlər  ittifaqının  mənafeyinə  zərbə  gəlməsin.  Bu  baxımdan 
da ikitərəfli və çoxtərəfli əlaqələr şaquli və üfiqi istiqamətdə öz 
sərhədləri  daxilində  daima  genişlənmə  xüsusiyyətlərinə  malik 
olur.  İkitərəfli  və  çoxtərəfli  əlaqələr  bütün  sahələri  əhatə  edir 
və  beynəlxalq  ictimaiyyət  tərəfindən  (burada  dövlətlər 
tərəfindən)  qoyulmuş  qadğaların  əksinə  formalaşdırılmır. 
İkitərəfli  və  çoxtərəfli  əlaqələr  regionda  və  regionlar  arasında 
bağlayıcılıqda  ittifaqların,  birliklərin  yaradılmasına  gətirib 
çxarır.  İkitərəfli  və  çoxtərəfli  əlaqələr  beynəlxalq  aləmdə 
regionlar  və  predmetlər  üzrə  dövlətlərin  qruplaşmasının 
əsaslarını da yaradır. 
-İkitərəfli qaydada diplomatik əlaqələr qurulur; 
-ikitərəfli  qaydada  rəsmi-hüquqi  tanınma  (de  jure)  həyata 
keçirilir; 
-ikitərəfli  qaydada  beynəlxalq  problemlərin  həlli  nəzərdə 
tutulur; 
-ikitərəfli qaydada bütün sahələr üzrə müqavilələr və digər 
sənədlər imzalanır; 
-ikitərəfli  qaydada  ümumbeynəlxalq  hüquq  normalarına 
əməl olunur; 
-ikitərəfli qaydada beynəlxalq təcrübələr formalaşdırılır; 
-ikitərəfli  qaydada  beynəlxalq  tranzit  məkanlar  müəyyən 
olunur; 
-ikitərəfli  qaydada  sülh  məsələlərinin  tənzim  olunmasının 
əsasları ortaya çıxır; 


 
143 
 
-ikitərəfli  qaydada  beynəlxalq  əməkdaşlıq  və  tərəfdaşlıq 
həyata keçirilir.  
İkitərəfli  müqavilərlə  həm  də  bir  dövlətlə  bir  təşkilat 
arasında  bağlanılır.  Dövlətlə  təşkilat  arasında  əməkdaşlıq  və 
tərəfdaşlıq həyata keçirilir:  
-çoxtərəfli qaydada beynəlxalq sənədlər imzalanır; 
 -çoxtərəfli  qaydada  beynəlxalq  hüquq  prinsiplərinə  əməl 
olunur  və  beynəlxalq  qaydalar  (konvensiyalar,  beynəlxalq 
təşkilatların nizamnamələri)  yaradılır; 
-çoxtərəfli qaydada ittifaqlar və birliklər yaradılır; 
-çoxtərəfli  qaydada  beynəlxalq  yığıncaqlar  keçirilir  və 
regional və qlobal miqyaslı qərarlar qəbul olunur; 
-çoxətəfli  qaydada  konvensiyalar  qəbul  olunur  və  daxili 
hüquq  sahələrinin  beynəlxalq  hüquqla  uyğunlaşdırılması 
siyasəti həyata keçirilir; 
-çoxtərəfli  qaydada  beynəlxalq  danışıqlar  həyata  keçirilir 
və çoxtərəfli diplomatiya formalaşdırılır; 
-çoxtərəfli 
diplomatiya 
beynəlxalq 
münasibətlərin 
şəbəkələnməsinin əsaslarını təşkil edir; 
-çoxtərəfli  əlaqələr  tərəflərin  imkanlarına  aid  olan 
resursların hərtərəfli və rasional istifadəsini müəyyən edir; 
-çoxtərəfli əlaqələr qlobal və bəşəri əhəmiyyətə malik olan 
və  bir  dövlətin  həlli  imkanları  xaricində  olan  məsələlərin 
həllində xüsusi önəm kəsb edir; 
-çoxtərəfli  əlaqələr  birləşmiş  resurslar  hesabına  bir 
problemin  həlli  üçün  təsir  gücünü  yaradır-bir  problem  –
birləşmiş güc -yanaşmasını ortaya çıxarır.  
Çoxtərəfli  münasibətlər  dövlətlər  arasında  sülh  və 
sabitliyin  möhkəmlənməsinə  xidmət  edir  və  regionları  bir-
birinə bağlayır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə