Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

yaratdıqları  xüsusi  istintaq  komissiyaları  Almaniya  tərəfindən  müharibədə  adət  və  qanunların 
kütləvi  şəkildə  və  kobud  pozulması  faktlarını  aşkara  çıxardı.  1919-cu  ildə  bağlanmış  Versal 
sülh  müqaviləsi  özünün  227-ci  maddəsində  alman  imperatoru  II  Vilhelmi  beynəlxalq  əxlaq 
normalarını  və  beynəlxalq  müqavilələri  pozmaqla  günahlandırır  və  onun  üzərində  xüsusi 
məhkəmə  təsis  edilməsini  nəzərdə tutur. Müqavilənin 228-ci maddəsində  müttəfiq  dövlətlərin 
müharibə  adət  və  qaunlarının  pozulmasında  təqsirli  olan  digər  Almaniya  dövlət 
numayəndələrini  məhkəməyə  vermək  hüququ  təsbit  olunurdu.  Lakin,  məlum  olduğu  kimi, 
Versal sülh müqaviləsinin bu müddəaları həyata keçirilməmiş qaldı. Niderland hökuməti onun 
ərazisində  qaçıb  gəlmiş  imperatoru  müttəfiq  dövlətlərə  verməkdən  imtina  etdi.  Digər 
cinayətkarlara  gəldikdə  isə,  Almaniya  hökuməti,  Versal  müqaviləsinin  şərtlərinə  zidd  olaraq, 
həmin şəxsləri beynəlxalq məhkməyə və ya xarici dövlətin məhkəməsinə vermədi və bu işlərə 
baxan Leypis məhkəməsi müharibə cinayətlərində ittiham olunan 896 şəxsdən yalnız 6-nı, özü 
də yüngül cəzalara məhkum etdi. 
  1937-ci  ildə  bağlanmış  Terrorizmin  qaşısının  alınması  və  cəzalandırılması  haqqında 
Konvensiya 
“həmin  Konvensiyanın  müddəalarını  pozmuş  fiziki  şəxslərin  üzərində 
yurisdiksiyaya  malik  olan”  beynəlxalq  cinayət  məhkəməsinin  yaradılmasını  nəzərdə  tuturdu. 
Lakin  tarixi  səbələr  üzündən  bu  məhkəmə  yaradılmadı  və  Konvensiyanın  özünü  ancaq  bir 
dövlət ratifikasiya etmişdi. 
  Beynəlxalq cinayət yurisdiksiyası ilk dəfə olaraq yalnız ikinci dünya müharibəsindən sonra, 
sülh  və  bəşəriyyət  əleyhinə  cinayətlərdə  təqsirli  olan  alman  və  yapon  militaristlərini 
cəzalandırmaq  üçün  təsis  olunmuş  Nürnberq  və  Tokio  tribunallarının  nümunəsində  həyata 
keçirilə  bildi.  Əslində  “qalib  dövlətlərin  məhkəməsi”  kimi  çıxış  etdiyinə  və  yalız  bir  tərəfin 
törətdiyi  cinayətləri  araşdırdığına  baxmayaraq,  Nürnberq  və  Tokio  tribunalları  beynəlxalq 
cinayət  hüququnun  inkişafında  əhəmiyyətli  rol  oynadı  və  beynəlxalq  fərdi  cinayət 
məsuliyyətinin  əsasını  qoydu;  ilk  dəfə  olaraq  fiziki  şəxslər  beynəlxalq  məhkəmə  orqanı 
tərəfindən beynəlxalq hüquq normaları əsasında mühakimə olundular. 
  Soyuq müharibənin başa çatması və beynəlxalq gərginliyin azalması bütövlükdə beynəlxalq 
hüquqa,  o  cümlədən  beynəlxalq  cinayət  məsuliyyəti  institutuna  pozitiv  dəyişikliklər  gətirdi. 
BMT Beynəlxalq hüquq komissiyasının uzun dövr ərzində müzakirə etdiyi Sülh və bəşəriyyətin 
təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin Layihəsi üzərində iş xeyli surətləndi və 1994-cü 
ildə ilk oxunuşda qəbul olundu. 1993 və 1994-cü illərdə müvafiq olarq Yuqoslaviya və Ruanda 


ad  hoc  beynəlxalq  cinayət  tribunalları  təsis  olundu.  Bu  tribunalların  nizamnamələri  və 
hökümləri  elmi-praktik  baxımdan  olduqca  diqqətəlaiqdir  və  beynəlxalq  cinayət  məsuliyyəti 
sahəsində  presedent  hüququnun  inkişafına  əhəmiyyətli  töhfə  sayıla  bilər.  1998-ci  ilin  iyul 
ayında Beynəlxalq cinayət məhkəməsinin yaradılmasl haqqında Müqavilə və onun Nızmnaməsi 
qəbul olundu və 2002-ci il iyulun 1-də 60 ratifikasiyadan sonra Nizamnamə qüvvəyə mindi. 
  Beynəlxalq cinayət hüququnun bir sıra xüsusiyyətləri vardır:  
  a)  beynəlxalq  cinayət  hüququ  özündə  nəinki  cinayət  hüququna,  habelə  cinayət-prosesual 
hüququna və məhkəmə quruluşuna aid normaları ehtiva edir.
 Məsələn, Yuqoslaviya və Ruanda 
tribunallarının  və  Beynəlxalq  cinayət  məhkəməsinin  Nizamnamələrində  maddi  normalarla 
yanaşı, məhkəmə quruluşu və proseslə bağlı müddəalar təsbit olunmuşdur. Beynəlxalq cinayət 
hüququnun  göstəriln  xüsusiyyəti  onunla  izah  olunur  ki,  o,  hələ  tam  təşəkkül  tapmamışdır  və 
onun sistem ünsürləri lazımi inkişaf səviyyəsinə çatmamışdır; 
  b) beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyəti həm beynəlxalq tribunallar, 
həm  də  milli  məhkəmələr  tərəfindən  həyata  keçirilə  bilər.
  Həmin  şəxslərə  həm  biavısitə 
beynəlxalq  hüquq  normaları  (əsasən,  birinci  halda),  həm  də  onların  implementasiyası  üçün 
qəbul olunmuş dövlətdaxili hüquq normaları tətbiq oluna bilər;  
  c) beynəlxalq cinayət hüququ, bir qayda olaraq, cəza müəyyən etmir. Doğrudur, Nürnberq 
və  Tokio  tribunalların  Nizamnamələrində  müəyyən  cəzalar  nəzərdə  tutulmuşdu.  Yuqoslaviya 
və  Ruanda  tribunalların  və  Beynəlxalq  cinayət  məhkəməsinin  nizamnamələrində  də  bir  sıra 
cəzalar təsbit olunmuşdur. Milli cinayət hüququnda, məlum olduğu kimi, hər hansı bir əməlin 
nəinki  cinayət  olması,  habelə  onun  cəzalandırılması  eyni  bir  norma  çərçivəsində  qanunverici 
tərəfindən  müəyyən  olunur.  Beynəlxalq  cinayət  hüququnda  isə,  dövlətlərarası  sazişlər,  bir 
qayda olaraq, bu və ya digər əməlin cinayət xaraqterini müəyyən etsə də, konkret sanksiyalar 
haqqında  məsələni  açıq  qoyur.  Beynəlxalq  müqavilələrdə  cəzanın  növü  və  ölçüsü  haqqında 
göstərişin  olmaması  ona  əsas  verir  ki,  konkret  cəza  tədbiri  ya  milli  məhkəmələr,  ya  da 
beynəlxalq tribunal tərəfindən cinayət törədildikdən sonra müəyyən oluna bilər. 
2.  Beynəlxalq  cinayət  hüququnun  mənbələri.  Beynəlxalq cinayət hüququnun əsas mənbəyi 
beynəlxalq müqavilələrdir. Qeyd etmək lazımdır ki, bu günə qədər müxtəlif səviyyələrdə xeyli 
sayda  layihələr  işlənib  hazırlansa  da,  vahid  məcəllələşdirilmiş  akt  –  beynəlxalq  cinayət 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə