Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

bunu  nəzərdə  tutursa,  həmin  təşkilatın  yanında  onun  üzvü  olmayan  dövlətlərin  daimi 
müşahidəçi missiyaları olur. 
Beynəlxalq  təşkilat  yanında  nümayəndə  təşkilatın  mənzil-qərargahının  yerləşdiyi  dövlətdə 
akkreditə olunmur, o, öz dövlətini beynəlxalq təşkilatda (onun orqanında) təmsil edir. 
Bu faktın 
özündən aşağıdakı hüquqi nəticələr ortaya çıxır: a) həmin nümayəndənin təyin olunması üçün 
beynəlxalq təşkilatdan və ya təşkilatın yerləşdiyi dövlətdən aqreman alınması tələb olunmur; b) 
bu  nümayəndələr  ikitərəfli    diplomatiyada  tətbiq  olunan  qaydalar  əsasında  persona  non  grata 
elan  oluna  bilməzlər;  c)  təşkilatın  yerləşdiyi  dövlət  onlarla  bağlı  qarşılıqlı  əsasda  hər  hansı 
tədbir görə bilməz. 
Beynəlxalq  təşkilatlar  yanında  daimi  nümayəndəliklərin  funksiyaları      bunlardır:  a) 
nümayəndəliyi göndərən dövlətin təmsil olunması; b) təşkilatda həmin dövlətin mənafelərinin 
qorunması;  c)  təşkilatla  əlaqədar  saxlanılması;  ç)  öz  dövlətinə  təşkilatın  fealiyyəti  haqqında 
məlumat verilməsi və s. 
Beynəlxalq  təşkilatlar  yanında  nümayəndəliklərin  və  onların  əməkdaşlarının  imtiyaz  və 
immunitetləri  diplomatik  nümayəndəliklərin  və  onların  diplomatik  heyətinin  malik  olduğu 
imtiyaz və immunitetlərlə ümumən üst-üstə düşür. 
9. Xüsusi missiyalar. Xüsusi missiya dedikdə, müəyyən  məsələlər üzrə danışıqlar aparmaq 
və ya hər hansı konkret vəzifəni yerinə yetirmək məqsədilə (məsələn, yubley təntənələrində və 
ya  dəfn  mərasimlərində  iştirak  etmək  üçün)  başqa  bir  dövlətə  onun  razılığı  ilə  göndərilə
rəsmi nümayəndə heyəti başa düşülür. Beynəlxalq konfransların və ya beynəlxalq təşkilatların 
orqanlarının işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri buraya aid edilmir. 
  Xüsusi missiyaların hüquqi statusu beynəlxalq adət normaları ilə və az sayda iştirakçısı olan 
Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası ilə nizama salınır. Konvensiyada prinsip 
etibarilə  qəbul  edilir  ki,  diplomatik  nümayəndəliklərin  və  onların  diplomatik  heyətinin  malik 
olduğu  imtiyaz  və  immunitetlər  xüsusi  missiyalara  və  onların  heyətinə  şamil  edilir.  Bununla 
belə, Konvensiyada bir sıra məhdudiyyətlər öz əksini tapmışdır. Belə ki, 25-ci maddəyə görə, 
yerli  hakimiyyət  nümayəndələri,  yanğın  və  digər  təbii  fəlakət  olduqda,  xüsusi  missiyanın 
yerləşdiyi binalara missiyanın başçısının razılığı olmadan daxil ola bilərlər. 
  Konvensiyada  (21-ci  maddə)  nəzərdə  tutulur  ki,  xüsusi  missiyaya  dövlət  başçısı,  hökumət 
başçısı,  xarici  işlər  naziri  və  ya  dövlətdə  yüksək  mövqe  tutan  digər  şəxs  rəhbərlik  etdiyi  və 


yaxud onun işində iştirak etdiyi hallarda bu şəxslər qəbul edən dövlətdə və ya hər hansı üçüncü 
dövlətdə, beynəlxalq hüquqla (faktiki olaraq, beynəlxalq adət normaları ilə) tanınan imtiyaz və 
immunitetlərə malik olurlar. 
10.  Beynəlxalq  təşkilatların  və  onların  əməkdaşlarının  imtiyaz  və  immunitetləri. 
Beynəlxalq  təşkilatlar  və  onların  əməkdaşları  öz  funksiyalarını  normal  həyata  keçirmək  üçün  
müvafiq  dövlətin  (və  ya  dövlətlərin)  hakimiyyət  orqanlarının  nəzarətindən  kənarda 
qalmalıdırlar. Bununla əlaqədar beynəlxalq hüquq normalarında onlar üçün diplomatik imtiyaz 
və immunitetlər müəyyən olunmuşdur. 
  Beynəlxalq  təşkilatların,  məsələn,  Birləşmiş  Millətlər  Təşkilatının  və  BMT-nin 
ixtisaslaşdırılmış təsisatlarının imtiyaz və immunitetləri diplomatik nümayəndəliklərin yuxarıda 
şərh etdiyimiz imtiyaz və immunitetləri ilə tam üst-üstə düşür. 
  Beynəlxalq  təşkilatların  əməkdaşlarının imtiyaz  və  immunitetlərinə gəlincə isə,  diplomatik 
imtiyaz  və  immunitetlər  tam  həcmdə  yalız  bu  təşkilatların  ən  yüksək  icraçı  şəxsləri  üçün 
nəzərdə  tutulmuşdur.  Qalan  əməkdaşların  imtiyaz  və  immunitetlərinin  əsasında  funksional 
zərurət  prinsipi  durur.  Öz  xidməti  vəzifələrini  yerinə  yetirərkən  onlar  yerli  yurisdiksiyadan 
immunitetə  malikdirlər,  habelə  vergi  immunitetindən,  gömrük  imtiyazlarından  və  s.  istifadə 
edirlər. 
  Birləşmiş  Millətlər  Təşkilatı  üçün  müəyyən  missiyanı  həyata  keçirən  ekspertlər  tapşırığın 
yerinə  yetirilməsi  müddətində  bir  sıra  imtiyaz  və  immunitetlərə  malik  olurlar:  a)  həbsə 
alınmadan  və  ya  tutulub  saxlanmadan  immunitet;  b)  törətdikləri  istənilən  hərəkərə  görə 
məhkəmə-prosesual  immuniteti;  c)  sənədlərin  toxunulmazlığı;  ç)  şifrədən  istifadə  etmək  və 
kuryer  vasitəsilə  rəsmi  yazışmalar  aparmaq  hüququ;  d)  şəxsi  baqajla  bağlı  diplomatik 
nümayəndələrə verilən eyni güzəştlər və s. 
11.  Konsulluqlar:  anlayışı  və  funksiyaları.    Səfirliklər  (və  ya  daimi  missiylar)  kimi 
konsulluqlar  da  dövləti  onun  sərhədlərindən  kənarda  təmsil  edən  daimi  nümayəndəliklərdir. 
Lakin 
konsulluqlar 
aşağıda 
şərh 
edəcəyimiz 
funksiyalarına 
görə 
diplomatik 
nümayəndəliklərdən fərqlənir. Bundan əlavə, onlar qəbul edən dövlətin bütün ərazisində deyil, 
onun  yalnız  bir  hissəsini  əhatə  edən  və  qarşılıqlı  razılıq  əsasında  müəyyən  olunan  konsulluq 
dairəsində  fəaliyyət  göstərir.  Beləliklə,  bir  dövlətin  ərazisində  başqa  bir  dövlətin  bir  neçə 
konsulluq  ola  bilər.  Konsulluq  münasibətləri  müvafiq  dövlətlər  arasında  diplomatik 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə