Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   2   3   4   5   6   7   8   9   ...   63

daxilində  olduğu  kimi,  mərkəzləşdirilmiş  icra  və  məhkəmə  mexanizmi  yoxdur.  Beynəlxalq 
hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır; 
beynəlxalq  hüququn  yaradıcısı  və  başləca  təminadçısı  dövlətlərdir.  Lakin  bəzi  hallarda  bu 
funksiyanı  dövlətlər  müqavilələr  vasitəsilə  bu  və  ya  digər  dərəcədə  beynəlxalq  təşkilat  və  ya 
orqanlara həvalə edirlər. BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real 
qorxu  yaradan  dövlətə  qarşı  hərbi  və  qeyri-hərbi  sanksiyalar  tətbiq  edə  bilər.  BMT-nin 
Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki, o, bu və ya digər işə yalnız müvafiq 
dövlətlər  buna  razılıq  verdikdə  baxa  bilər.  Sadə  dillə  desək,  ən  ağır  beynəlxalq  hüquq 
pozuntusu  törətmiş  döbləti  belə  onun  razılığı  olmadan  Beynəlxalq  Məhkəməyə  “vermək” 
olmaz. 
  Beynəlxalq  hüququn  xüsusiyyətlərini  düzgün  başa  düşmək  ücün  olduqca  mühim  bir 
məqama  diqqət  yetirmək  lazımdır.  Əslində  biz  burada  beynəlxalq  hüququ  dövlətdaxili 
hüquqdan  fərqləndirən  daha  bir  cəhəti  nəzərə  çatdırmaq  istəyirik.  Söhbət  ondan  gedir  ki, 
səlahiyyətli  dövlət  orqanları  tərəfindən  müəyyən  olunmuş  və  ya  tanınmış  hüquq  normaları 
prinsip  etibarilə  dövlətin  bütün  ərazisinə  və  bu  ərazidə  olan  bütün  hüquqi  bə  fiziki  şəxslərə 
şamil  edilir.  Beynəlxalq  hüquq  isə  belə  yekcins  deyildir  və  ola  da  bilməz.  Bu  baxımdan 
beynəlxalq  hüquq  anlamı  elə  qəbl  edilməməlidir  ki,  söhbət  burada  yalnız  dünyanın  bütün 
dövlətlərini  əhatə  edən,  bütün  dövlətlərin  riayət  etməli  olduğu  hüquqdan  gedir.  Qeyd  edildiyi 
kimi,  beynəlxalq  hüququ  dövlətlər  özü  yaradır  və  bunun  nəticəsində  iki  dövlət  arasında 
bağlanan  ikitərəfli  müqavilə  də,  bütöv  regionu  əhatə  edən  razılaşma  da  və  bütün  dünya 
dövlətləri  ücün  məcburi  olan  norma  da  beynəlxalq  hüquq  deməkdir.  Bunu  nəzərə  almaqla, 
beynəlxalq  hüquq  sisteminin  özündə  ümumi  beynəlxalq  hüququ  vəpartikulyar  beynəlxalq 
hüququ
  ayırmaq  olar.  Beynəlxalq  məhkəmə  təcrübəsində  çox  geniş  istifadə  olunan  “ümumi 
beynəlxalq  hüquq  ”  termini  vasitəsilə  bütün  dövlətlər      məcburi  olan  beynəlxalq  hüquq 
normaları  ifadə  olunur.  Bu  normalara  hamılıqla  tanınmışprinsiplər  və  ya  hamılıqla 
tanınmışnormalar 
da  deyirlər.  Partikulyar  beynəlxalq hüquqa  isə  müəyyən  regionda  və  ya  iki 
dövlət arasında mövcud olan normalar daxildir. Bu baxımdan, məsələn, hər hansı bir dövlətin 
beynəlxalq hüququ pozması dedikdə, biz bunu, daha dəqiq desək, həmin dövlətin bu və ya digər 
səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik. 


3.Beynəlxalq  ümumi  hüquq  və  beynəlxalq  xüsusi  hüquq.Bəzən beynəlxalq  hüquq anlamı 
geniş mənada işlədilir və iki müstəqil normativ komleks və elm sahəsi olan beynəlxalq ümumi 
hüquq
 (public international law) və beynəlxalq xüsusi hüquq ( private international law) buraya 
daxil edilir. Beynəlxalq ümumi hüquq dedikdə, yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz 
dövlətlərarasıhüquq başa düşülür. Əslində bu terminə beynəlxalq praktikada, demək olar ki, rast 
gəlinmir  və  o,  əsasən  elmi  tədqiqatlarda  və  tədris  prosesində  beynəlxalq  xüsusi  hüquqdan 
fərqləndirilmək  üçün  istifadə  olunur;  onun  əvəzinə  hamı  üçün  anlaşıqlı  olan  “beynəlxalq 
hüquq”  termini  işlədilir.  Beynəlxalq  xüsusi  hüquqa  gəldikdə  isə,  o,  qeyri-dövlət  xarakterli 
beynəlxalq münasibətləri,
 yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi 
mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür. 
Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə 
mövcuddur. Belə ki, a) onlarin hər ikisi beynəlxalq münasibətləri nizama salır; b) hər ikisi digər 
dövlətin  hüquq  subyektliyini  tanıyır;  c)  mülki-hüquqi  münasibətləri  nizama  salan  beynəlxalq 
sazişlər  beynəlxalq  hüququn  əsas  prinsiplərinə  zidd  ola  bilməz;  ç)  bu  sazişlər  çox  hallarda 
dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır. 
  Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək 
üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq 
lazımdır. Bu fərqlər aşağıdakılardır: 
     1) subyektlərinə görə 
     Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar,                               
     dövlətəbənzər qurumlar və s.; 
     Beynəlxalq xüsusi hüquqda(BXH) – fiziki və hüquqi şəxslər; 
    2) predmetinə görə: 
     BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; 
     BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki,ailə,əmək və s.) münasibətlər; 
    3) mənbələrinə görə
     BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.; 
     BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.; 


     4) nizamasalma metoduna görə
      BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi; 
      BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan       qaldırılması 
(bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ  vardır); 
       5) ortaya çıxan məsuliyyətin xarakterinə görə:                               
BÜH-də – beynalxalq- hüquqi məsuliyyət ; 
       BXH-də – mülki-hüquqi məsuliyyət. 
4. Müasir beynəlxalq hüququn əsas cəhətləri.  Nəhayət,  bu  mövzu  çəçivəsində  daha  bir 
məqamı  da  qeyd  etmək  istəyirik.  Beynəlxalq  hüquq  elmində  və  habelə  praktikada  “müasir 
beynəlxalq hüquq” ifadəsinə tez-tez rast gəlmək olur. Bu ifadə təkcə zaman mənasında deyil, 
daha  çox    keyfiyyət  baxımından  işlədilir.  Bu  gün  qüvvədə  olan  beynəlxalq  hüquq  klassik 
beynəlxalq  hüquqdan  keyfiyyətcə  kəskin  surətdə  fərqlənir.  Müasir  beynəlxalq  hüququn 
səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: a) bu gün beynəlxalq hüquq təkcə sivil və xiristian 
dövlətlərin deyil, bütün dünya birliyinin ümumi mənafeyni əks etdirən və beynəlxalq sülhün bə 
təhlükəsizliyin  təmin  edilməsi  üçün  xüsusi  mexanizmi  olan  normativ  sistemə  çevrilmişdir;  b) 
müharibə bə istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir; c) əsas insan hüquq və 
azadlıqlarına hörmət ediməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir bə bununla bağlı olaraq 
fərd  müəyyən  dərəcədə  beynəlxalq-hüquqi  subyekliyə  yiyələnmişdir;  ç)  beynəlxalq  normativ 
sistemdə jus cogens normalarının və erga omnes öhdəliklərinin (yəni bütün beynəlxalq birliyə 
qarşı olan öhdəliklər) olması hamılıqla qəbul  edilmişdir; d) beynəlxalq cina- yətlərə (təcavüz, 
genosid,  müharibə  cinayətləri,  insanlıq  əleyhinə  cinayətlər,  beynəlxalq  terrorizm,  narkotik 
basitələrin  qeyri-qanuni  dövriyəsi  və  b.)  görə  dövlətlərin  bə  fiziki  şəxslərin  beynəlxalq 
məsuliyyəti institutu yaradılmışdır. 
 
 
 
 
Mövzu 3. BEYNƏLXALQ  HÜQUQUN  ƏSAS  PR NS PLƏR  
Plan: 
1.Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə