Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   2   3   4   5   6   7   8   9   ...   63

  7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri 
öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi. 
Avropada  təhlükəsizlik və  əməkdaşlıq üzrə  Helsinki  Müşavirəsinin 1  avqust 1975-ci  il  tarixli 
Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha üçü 
əlavə olunmuşdur: 
1) sərhədlərin toxunulmamazlığı prinsipi; 
2) dövlətlərin ərazi bütövlüyü prinsipi; 
3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi. 
Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı özü-özlüyündə beynəlxalq müqavilə 
deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu 
üç prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsi idi 
və  bütün  dövlətlər  tərəfindən  tanınmışdı.  Yəni  Helsinki  Yekun  aktı,  sadəcə  olaraq,  müasir 
beynəlxalq hüququn hamılıqıa qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir. 
Yadda  saxlamaq  lazımdır  ki,  hər  bir  prinsip  özü  bir  hüquqi  normadır  və  deməli,  özündə 
konkret  normativ  məzmun,  yəni  müəyyən  beynəlxalq  hüquqlar  və  müvafiq  öhdəliklər  ehtiva 
edir. Aşağıda əsas diqqət məhz bu məqama yetirilmişdir 
2.  Dövlətlərin  suveren  bərabərliyi  prinsipi.  Bu  prinsip  öz  birbaşa  ifadəsini  BMT  nin 
Nizamnaməsini  2-ci  maddəsinin  1-ci  bəndində  tapmışdır:    “Təşkilat  onun  bütün  Üzvlərinin 
suveren bərabərliyi prinsipinə əsaslanır”. 
Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir. 
1.  Hər  bir  dövlət  tam  suverenliyə  malikdir  və  öz  siyasi  və  ikdisadi  sistemini  sərbəst  və 
manesiz  olaraq  özü  müəyyən  edir.  Hər  bir  dövlət  bütün  digər  dövlətlərin  suverenliyinə,  o 
cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir. 
2.  Bütün  dövlətlər  ərazisinin  miqyasından,  əhalisinin  sayından,  inkişaf  səviyyəsindən  və 
hərbi-siyasi  potensiallından  asılı  olmayaraq  hüquqi  cəhətdən  bərabərdir.  Beynəlxalq 
təşkilatlarda,  bir  qayda  olaraq,  hər  bir  dövlət  bir  səsə  malikdir.  Beynəlxalq  hüquq  normaları 
dövlətlər tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır. 


Suveren  bərabərlik  prinsipi  bütün  dövlətlərin  beynəlxalq  məsələlərin  həllində  bərabər 
iştirakını təmin etməyə yönəlmişdir. 
    3.Dövlətlərin  daxili  yurisdiksiyasında  olan  işlərə  qarışmamaq  prinsipi.  Bu  prinsip 
dövlətlərin  suveren  bərabərlik  prinsipi  ilə  üzvi  surətdə  bağlıdır  və  əslində  onu  tamamlayır. 
Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun 
həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz. 
BMT  Nizamnaməsinin  2-cı  maddəsinin  7-ci  bəndində  deyilir:  “Bu  Nizamnamənin  heç  bir 
müddəası  Birləşmiş  Millətlərə  səlahiyyət  vermir  ki,  hər  hası  bir  dövlətin  əsas  etibarilə  daxili 
yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin...”. 
Doğrudur,  göstərilən  qadağa  bilavasitə  Birləşmiş  Millətlər  Təşkilatının  üzərinə  qoyulmuşdur. 
Lakin  məntiqi  təfsir  belə  bir  nəticə  çıxarmağa  imkan  verir  ki,  dövlətləin  daxili  işinə 
qarışmamaq öhdəliyi BMT-nin büyün üzvlərinə şamil olunur. Hazırda dünyanın hər bir dövləti 
üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədiəlrdə, o 
cümlədən  Dövlətlərin  daxili  işlərinəqarışmağın  yolverilməzliyin,  onların  müstəqilliyinin  və 
suverenliyinin qorunmasıhaqqında BMT-nin 1965-ci il Bəyannaməsində,
yuxarıda adı çəkilmiş 
1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır. 
Qeyd edək ki, “dövlətin daxili yurisdiksiyasında olan məsələlər” onun ərazi daxilində olan 
məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər,- misal üçün, xarici 
səfirliyin  binasına  basqın  edilməsi,  -  heç  də  onun  daxili  işi  sayılmır.  Digər  tərəfdən,  ilk 
baxışdan,  “beynəlxalq”  sayılan  hər  hansı  məsələ,-  misal  üçün,  dövlətin  başqa  bir  dövlət  ilə 
üçüncü  tərəfin  hüquq  və  mənafelərinə  toxunmayan  müqavilə  bağlaması,  -  həmin  dövlətlərin 
daxili işi hesab olunur və ona istənilən müdaxilə qadağandır. Hansı məsələnin dövlətin daxili işi 
olmasını beynəlxalq hüquq müəyyən emir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər 
hansı  məsələ  üzrə  dövlət  öz  üzərinə  beynəlxalq  öhdəlik  götürmüşsə,  bu,  artıq  onun  daxili 
məsələsi  sayıla  bilməz.  Daimi  Beynəlxalq  ədalət  məhkəməsi  1930-cu  ildə  qeyd  etmişdi  ki, 
“dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin” həcmi sabit deyildir və bu, beynəlxalq 
hüququn inkişafı ilə dəyişə bilməz. Məsələn, o vaxtlar və ondan sonrakı illərdə də dövlətlərin 
sirf  daxili işi  olan insan  hüquqlarının  milli qanunvericilikdə təsbiti və qorunması  məsələsi bu 
gün  prinsip  etibarilə  beynəlxalq  məsələyə  çevrilmişdir.  Nəhayət,  burada  bir  məqamı  da 
vurğulamaq  lazımdır  ki,  əgər  bir  dövlətin  ərazisindəki  daxili  münaqişə  və  ya  situasiya 
beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə də daxili məsələ sayılmır və 


BMT  Təhlükəsizlik  Şurası  bu  hallarda  BMT  Nizamnaməsinin  VII  fəslinə  müvafiq  olaraq 
məcburiyyət  tədbirləri  tətbiq  edə bilər; təbii ki, həmin  kollektiv  sanksiyalar qətiyyən  dövlətin 
daxili işlərinə qarışmaq deyildir. 
Sözü gedən prinsipin normativ məzmunu aşaıdakılardan ibarətdir: 
1)  dövlətin  suverenliyinə  və  onun  siyasi  və  iqtisadi  əsaslarına  qarşı  yönəlmiş  silahlı 
müdaxilə və digər müdaxilə formaları qadağandır; 
2) heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə 
tabe  edilməsinə  və  bununla  ondan  hər  hansı  imtiyaz  əldə  edilməsinə  nail  olmaq  üçün  hərbi, 
siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz; 
3)  başqa  bir  dövlətin  quruluşunun  zorakı  yolla  dəyişdirilməsinə  yönəlmiş  təxribatçı  və  ya 
terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir; 
4) başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır; 
5) hər bir dövlət digər dövlətərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi 
olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir. 
4. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi. Müasir beynəlxalq hüquq üçün 
müstəsna  əhəmiyyətə  malik  olan  bu  prinsip  öz  birbaşa  ifadəsini  BMT  Nizamnaməsinin  2-ci 
maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün 
Üzvləri  “öz  beynəlxalq  münasibətlərində,  hər  hansı  bir  dövlətin  ərazi  bütövlüyünə  və  siyasi 
müstəqilliyinə qarşı, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan 
hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Prinsipi özündə əks 
etdirən  sənədlər  sırasında  Təcavüzün  tərifi  haqqında  BMT  Baş  Assambleyasının  1974-cü  il 
qətnaməsini,  Beynəlxalq  münasibətlərdə  güclə  hədələməkdən  və  ya  onun  tətbiqindən  imtina 
edilməsi  prinsipinin  səmərəliliyinin  artırılması  haqqında  1987-ci  ilBəyannaməsini
  xüsusilə 
qeyd etmək lazımdır.  
“Güc” dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür. Ədəbiyyatda bəzən 
rast gəlinən və bu terminin məna yükünün genişləndirilməsi, iqtisadi, və hətta ideoloji gücün də 
bu  termin  vasitəsilə  əhatə  olunmasını  nəzərdə  tutan  fikirləri  birmənalı  qəbul  etmək  olmaz  və 
demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə