Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   2   3   4   5   6   7   8   9   ...   63

BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir ki, dövlətin ərazi 
bütövlüyünə  və  siyasi  müstəqilliyinə  qarşı  olmayan,  hər  hansı  “bəraətverici”  məqsədlə, 
məsələn, insan hüquqlarının kütləvi pozulmısı hallarının qarşısını almaq üçün birtərəfli qaydada 
güc  tətbiq  olunması  (buna  “humanitar  müdaxilə  deyilir)  beynəlxalq  hüquqa,  daha  doğrusu, 
sözü  gedən  prinsipə  zidd  deyildir.  Doğrudur,  BMT  Təhlükəsizlik  Şurası  tərəfindən 
sanksiyalaşdırılmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən 
haqq  qazandırmaq  olar,  lakin  dövlətlərin  müvafiq  praktikası  güc  tətbiqinin,  BMT 
Nizamnaməsində  əks  olunmuş  və  aşağıda  şərh  olunacaq  iki  istisnadan  başqa,  bütün  hallarda 
yolverilməzliyini təsdiq edir. 
Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur: 
•  digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq 
mübahisələri,  o  cümlədən  ərazi  və  yaxud  sərhəd  mübahisələrini  həll  etmək  üçün  güc  tətbiq 
etmək və ya güc tətbiqi ilə hədələmək; 
•  silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri; 
burada,qadağan  olunmuş  əməllər  sırasında  bir dövlətin  silahlı qüvvələrinin başqa bir  dövlətin 
limanlarını blokadaya almasını (buna “dinc blokada”deyilir) göstərmək olar.  
•  qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək 
verilməsi; 
•  digər dövlətlərin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlarının 
təşkil edilməsi, onlara yardım edilməsi və ya onlarda birbaşa iştirak edilməsi; 
•  digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal edilməsi; 
•  güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ 
keçirilməsi; 
•  xalqları özünümüəyyənetmə güququndan, azadlıq və müstəqillikdən məhrum 
edən zorakı hərəkətlərin törədilməsi. 
  Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz 
hesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı əcavüzü, əlbəttə ki, qarışdırmaq 
olmaz.  Dövlət  aktı  kimi  (fərdin  törətdiyi  beynəlxalq  cinayət  kimi  yox)  təcavüzün  anlayışı 
barədə  beynəlxalq  müqavilə  olmasa  da,  BMT  Baş  assambleyasının  XXIX  sessiyasında  (14 


dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün tərifi” adlanan 
bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır. 
1)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya 
basqın etməsi, yaxud hər hansı işğal; 
2)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman 
etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi; 
3)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini 
blokadaya alması; 
4)
  bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dənizz və ya hava 
qüvvələrinə, yaxud dəniz və  hava donanmasına basqın etmısi; 
5)
  bir dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən 
silahlı  qüvvələrinin  bu  razılaşmanın  şərtlərini  pozmaqla  istifadə  edilməsi  və  habelə  həmin 
silahlı qüvvələrin bu  razılaşmanın xitam  olunmasından sonra göstərilən  ərazidə qalmaqda hər 
hansı formada davam etməsi; 
6)
  dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı 
törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi; 
7)
  bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı 
hərbi əməliyyatlar hə-yata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya 
muzdluların göndərilməsi. 
Qeyd  etmək  lazımdır  ki,  təcavüz  aktının  müəyyən  edilməsi  BMT  Təhlükəsizlik  Şurasının 
müstəsna səlahiyyətinə aiddir (BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının 
bu  preroqativi,  habelə  “Təcavüzün  tərifi  haqqında”  qətnamədə  və  Beynəlxalq  cinayə 
məhkəməsinin  Nizamnaməsində  ifadə  olunmuşdur.  Lakin,  yaxşı  məlum  olduğu  kimi,  siysi 
mülahizələr  ucbatından  çoxsaylı  təcavüz  aktları,  birbaşa  basqin  faktları  da  daxil  olmaqla, 
Təhlükəsizlik  Şurası  tərəfindən  lazımi  tövsifini  almışdır.  Buna  ən  bariz  misal  kimi 
Ermənistanın  Azərbaycana  qarşı  törətdiyi  məlum  hərəkətləri  göstərmək  olar.  Bu  açıq-aşkar 
təcavüz  aktları  nəticəsində  Azərbaycan  Respublikası  ərazisinin  20  faizə  qədəri  işğal 
olunmuşdur.  Təəssüflər  olsun  ki,  konfiliktlə  bağlı  Təhlükəsizlik  Şurasının  çıxardığı  dörd 


qətnamənin heç birində (822, 853, 874 və 884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar 
dövlət elan olunması barəsində heç nə deyilmir. 
Yuxarıda göstədiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipindən iki 
müstəsna  halmövcuddur,  yəni  beynəlxalq  hüquq  yalnız  iki  halda  silahlı  gücün  tətbiqinə  yol 
verilir: 
1.
  Özünümüdafiə. 
Dövlət  silahlı  basqından  özünü  müdafiə  etmək  məqsədilə  fərdi  qaydada  və  ya  başqa 
dövlətlərlə  birgə  və  proporsionallıq  prinsipinə  əməl  etmək  şərtilə  güc  tətbiq  edə  bilər.  BMT 
Nizamnaməsinin  51-ci  maddəsində  deyilir:  “Bu  Nizamnamənin  heç  bir  müddəası,  əgər 
Birləşmiş  Millətlərin  Üzvünə  qarşı  silahlı  basqın  baş  verərsə,  Təhlükəsizlik  Şurası  tərəfindən 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  üçün  zəruri  olan  tədbirlə  görülənə 
qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”. 
2.
  Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik 
Şurasının qərarına əsasən. 
BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası “...hava, 
dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması 
və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”. 
 5.  Beynəlxalq  mübahisələri  dinc  yolla  həll  etmək  prinsipi.  BMT  Nizamnaməsinin  2-ci 
maddəsinin  3-cü  bəndinə  görə,  Birləşmiş  Millətlər  Təşkilatının  bütün  Üzvləri  “öz  beynəlxalq 
mübahisələrini  dinc  vasitələrlə  o  qaydada  həll  edirlər  ki,  beynəlxalq  sülh  və  təhlükəsizlik  və 
ədalət təhlükəyə məruz qalmasın”. 
Əsas  bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  mübahisələri  dinc  yolla  həll  etmək 
prinsipi yuxarıda şərh etdiyimiz güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx 
surətdə  bağlılıq  və  onun  məzmununu  tamamlayır.  Doğrudur,  sözü  gedən  prinsip  ümumi 
beynəlxalq  hüquq  norması  kimi  bir  qədər  əvvəl-  hələ  ikinci  dünya  müharibəsindən  qabaq 
formalaşmışdır.  Beynəlxalq  toqquşmaların  dinc  həlli  haqqında1907-ci  il  Haqa 
Konvensiyasında
 (1-ci və 2-ci maddələr) və Millətlər Liqaının Sttutunda (12-ci, 13-cü, 15-ci və 
17-maddələr)  məhdud  çərçivədə  təsbit  olunmuş  bu  prinsip  bu  günkü  anlamda,  yəni  heç  bir 
qeyri-şərtsiz və imperativ  formada  ilk dəfə  olaraq  1928-ci il  Brain-Kelloq  Paktında  öz  əksini 
tapmışdır. Paktın II maddəsində birbaşa göstərilirdi ki, müqavilənin iştirakçısı olan dövlətlər öz 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə