üstünlük verilməlidir ki, orta xətt sərhəd təşkil edir. Beynəlxalq hüququn ümumi normaları
kondominium (birgə sahibkarlıq) nəzəriyyəsinə ziddir”.
Sahilyanı dövlətlərin müstəsna hüquqlarını ayıran sərhəd xəttləri anlamı o qədər
inandırıcıdır və geniş qəbul olunmuşdur ki, məhkəmə bu qaydanın, əgər xüsusi coğrafi və tatixi
faktlar başqa bir nəticəni şərtləndirmirsə, beynəlxalq adət hüquq norması olması nəticəsinə gələ
bilər.
Nəhayət, belə bir suala cavb verək: Xəzərin dənizaltı ehtiyatları hamıya məxsus
olmalıdırmı? Belə bir arqument irəli sürülür ki, Xəzərin dibi və yeraltı ehtiyatları sahilyanı
dövlətlər arasında bölünməməlidir və onların hamısına və ya hər halda dörd keçmiş sovet
respublikasına məxsus olmalıdır. Bu arqumen üç faktora söykənir: 1) 1935-ci və 1940-cı il
Sovet-iran müqavilələri; 2) Xəzər dənizi ümumi ekoloji müdafiə tələb edən vahid ekosistemdir;
3) Beynəlxalq Məhkəmənin (daha doğtusu, beş hakimdən ibarət palatanın) Quru, Ada və dəniz
sərhədləri mübahisəsinə aid iş (Salvador/ Honduras, Nikaraquanın müdaxiləsi ilə)
üzrə 1992-ci
ildə çıxartdığı qərar.
Əvvala, qeyd edək ki, tarixdə heç vaxt göl və ya daxili dənizlərin kondominiumu
olmamışdır.
1-ci arqumentin əsasız olmasını belə sübut etmək olar. 1940-cı il müqaviləsi müstəsna
balıqçılıq hüquqlarını sahildən 10 mil həddində məhdudlaşdırmışdı və bununla güman olunurdu
ki, Xəzərin qalan hissəsində bu hüquqlar ümumidir. Lakin balıqçılığı tənzimləyən rejimin dəniz
dibi və yeraltı ehtiyatları nizama salan rejimə heç bir aidiyyəti yoxdur. Müəyyən olunmuş 10
millik limit dəniz dibi və yeraltı ehtiyatlar üzərində müstəsna nəzarət üçün limit demək deyildir.
Göstərilən müqavilələrin dili açıq-aşkar bunu nəzərdə tutur ki, üçüncü dövlətlərin Xəzərdə heç
bir hüququ (hər şeydən öncə, gəmiçilik hüququ) yoxdur və dəniz dibinin ümumi mülkiyyətdə
qalıb-qalmamasını nəzərdə tutmurdu. Əgər hətta bu müqavilələr belə təfsir olunsa ki, dəniz dibi
və yeraltı ehtiyatlar ümumi mülkiyyətdə olmalıdır, onda “ümumi mülkiyyətçilər” ran və SSR
olur. Əlbəttə ki, heç bir varis dövlət belə bir təfsirlə razılaşmaz ki, güya Xəzərin bütün
ehtiyatlarının 50%-i rana verilir və qalan 50%-in necə bölünməsi ilə bağlı isə heç bir göstəriş
yoxdur.
Ekoloji mülahizələr, doğrudan da, çox vacibdir, lakin onlar belə bir nəticə çıxarmağa əsas
vermir ki, Xəzərin dibi və yeraltı ehtiyatları ümumi olmalıdır. Sahilyanı dövlətlər çirkləndirmə
problemləri ilə mübarizə məqsədilə müqavilə bağlaya bilər: belə bir müqavilədə, məsələn,
ekoloji standartların müəyyən olunması prosedurları, çirkləndirmə halları haqqında xəbərvermə
və s. məsələlər nizama salına bilər. Bu müqavilə hər bir sahilyanı dövlətin öz sektorunda dəniz
dibinə və yeraltı ehtiyatlara sahibli hüququna zidd olmazdı. Belə müqavilələrə ABŞ və Kanada
arasındakı; Trinidad
Və Tobaqo və digər Karib ölkələri arasındakı müvafiq sazişləri və Dəniz mühitinin
çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyasını misal göstərmək
olar.
Beynəlxalq Məhkəmənin yuxarıda göstərdiyimiz qərarına gəldikdə isə, qetd edək ki, həmin
işin bir aspekti Salvador, Honduras və Nikaraquanın sahilyanı dövlət olduğu Fonseka körfəzi
üzərində suverenliyə aid idi. Məhkəmə qərar çıxarmışdi ki, körfəzin tarixi boğaz statusu vardır
və onun suları (sahildən üç mildən kənarda olan) göstərilən üç dövlətin kondominiumuna
məxsusdur. Lakin Xəzər Fonseka körfəzindən köklü surətdə fərqlidir. Beynəlxalq məhkəmə
sözü gedən işdə belə bir fakta əsaslamışdı ki, Fonseka körfəzinə, - Xəzərdən fərqli olaraq, -
uzun müddət ərzində bir dövlət sahiblik etmişdir və hətta üç sahilyanı dövlət müstəqil olandan
sonra körfəzi onlar ümumi mülkiyyət kimi nəzərdən keçirməmişdilər. Bundan əlavə, müstəsna
olaraq gəmiçilik məsələsinə toxunan Məhkəmə aşkara çıxarmışdi ki, körfəzin coğrafiyası elədir
ki, onun hər hansı formada bölünməsi həll olunmaz praktik çətinliklər yaradardı və ən azı,
göstərilən dövlətlərdən birini açıq dənizə çıxışsız qoyardı. Xəzərdə situasiya tamamilə başqa
cürdür. Xəzəri heç vaxt bir dövlət əhatə etməyib və o, bir dövlətə məxsus olmayıb. Sərhədlər
bölünsə, hər halda dəniz dibi və yeraltı ehtiyatlara müstəsna hüquqlar baxımından, heç bir
praktik çətinlik ortaya çıxmazdı.
Beləliklə, beynəlxalq hüquq Xəzər dənizində sərhədlərin delimintasiyasını tələb edir və
burada sərhədlər, əsas etibarilə, ekvidstansiya prinsipi, yəni bərabərdayanma prinsipi əsasında
ayır edilə bilər. Azərbaycan hökumətinin istinad etdiyi bu prinsip Qazaxıstan və Rusiya
tərəfindən də dəstəklənir və müvafiq ikitərəfli müqavilələrdə (Rusiya – Qazaxıstan – 1998,
Rusiya - Azərbaycan – (2002) öz əksini tapmışdır.
12. Dənizə çıxışı olmayan dövlətlərin hüquqları. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası
dənizə heç bir təbii çıxışı olmayan dövlətlərin (qitədaxili dövlətlərin – məsələn, Avstriya,
Əfqanıstan və b.) bir sıra hüquqlarını müəyyən etmişdir:
a) dənizə çıxış hüququ (bu məsələ qitədaxili dövlət ilə dəniz sahilində yerləşən müvafiq
dövlət arasında müqavilə əsasında həll olunur);
b) müstəsna iqtisadi zonaların canlı ehtiyatların bu və ya digər səbəbə görə sahilyanı
dövlətlər tərəfindən istifadə olunmayan hissəsinin istismarında ədalətli əsasda iştirak etmək
hüququ;
c) “bəşəriyyətin ümumi irsi”ndən, o cümlədən Beynəlxlq dəniz dibi rayonunun
ehtiyatlarından faydalanmaq hüququ.
13. Beynılxalq boğazlar vəBeynəlxalq kanallar.Beynəlxalq boğazlar – hər hansı bir dənizin
hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər
ə
sasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləridir.
Beynəlxalq boğazlara misal olaraq, Pa-de-Kale, La-Manş, Cəbəllütariq, Sinqapur,
Ormuz və başqa boğazları göstərmək olar.
Açıq dənizin hissələrini birləşdirən boğazlarda gəmiçilik və uçuş azadlıqları
mövcuddur. Hər hansı dövlətin (və ya dövlətlərin) ərazi dənizindən keçən beynəlxalq
boğazlarda isə tranzid keçid hüququ əsas görürülür: bu halda gəmiçilik və uçuş azadlığı yalnız
boğazdan fasiləsiz və tez tranzit məqsədi üçün həyata keçirilir; tranzit keçid hüququndan
istifadə edən gəmilərə və uçuş aparatlarına maneə törədilməməlidir. Lakin onlar beynəlxalq
hüquq prinsiplərinə, habelə fasiləsiz və tez keçid rejiminə zidd olan fəaliyyətə yol
verməməlidir.
1982-ci il Konvensiyası, hüquqi rejimi artıq qüvvədə olan müqavilələrlə müəyyən olunmuş
beynəlxalq boğazlara şamil olunmur. Bu, Qara dəniz (Mərmərə və Dardanel), Baltik (Böyük və
kiçik Belt, Zund) və Maqellan boğazlaradır.
Qara dəniz boğazlararının hüquqi rejimi 1936-cı ildə bağlanmış çoxtərəfli Konvensiyası ilə
müəyyən edilmişdir. Həmin Konvensiyaya görə, bu boğazlar bürün dövltlərin ticarət gəmiləri
üçün açıqdır. Yalnız Türkiyə müharibədə iştirak etdikdə, düşmən tərəfin gəmiləri keçid
hüququndan məhrum olunur. Qara dəniz sahilində yerləşməyən dövlətlərin hərbi gəmilərinin
dinc vaxtı üzüb keçməsi üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Müharibə zamanı
bütün vuruşan tərəflərin hərbi gəmilərinin boğazlardan üzüb keçməsi qadağan olunur.
Dostları ilə paylaş: |