Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

üstünlük  verilməlidir  ki,  orta  xətt  sərhəd  təşkil  edir.  Beynəlxalq  hüququn  ümumi  normaları 
kondominium (birgə sahibkarlıq) nəzəriyyəsinə ziddir”.  
  Sahilyanı  dövlətlərin  müstəsna  hüquqlarını  ayıran  sərhəd  xəttləri  anlamı  o  qədər 
inandırıcıdır və geniş qəbul olunmuşdur ki, məhkəmə bu qaydanın, əgər xüsusi coğrafi və tatixi 
faktlar başqa bir nəticəni şərtləndirmirsə, beynəlxalq adət hüquq norması olması nəticəsinə gələ 
bilər.  
  Nəhayət,  belə  bir  suala  cavb  verək:  Xəzərin  dənizaltı  ehtiyatları  hamıya  məxsus 
olmalıdırmı?  Belə  bir  arqument  irəli  sürülür  ki,  Xəzərin  dibi  və  yeraltı  ehtiyatları  sahilyanı 
dövlətlər  arasında  bölünməməlidir  və  onların  hamısına  və  ya  hər  halda  dörd  keçmiş  sovet 
respublikasına  məxsus  olmalıdır.  Bu  arqumen  üç  faktora  söykənir:  1)  1935-ci  və  1940-cı  il 
Sovet-iran müqavilələri; 2) Xəzər dənizi ümumi ekoloji müdafiə tələb edən vahid ekosistemdir; 
3) Beynəlxalq Məhkəmənin (daha doğtusu, beş hakimdən ibarət palatanın) Quru, Ada və dəniz 
sərhədləri mübahisəsinə aid iş (Salvador/ Honduras, Nikaraquanın müdaxiləsi ilə
üzrə 1992-ci 
ildə çıxartdığı qərar. 
  Əvvala,  qeyd  edək  ki,  tarixdə  heç  vaxt  göl  və  ya  daxili  dənizlərin  kondominiumu 
olmamışdır. 
  1-ci  arqumentin  əsasız  olmasını  belə  sübut  etmək  olar.  1940-cı  il  müqaviləsi  müstəsna 
balıqçılıq hüquqlarını sahildən 10 mil həddində məhdudlaşdırmışdı və bununla güman olunurdu 
ki, Xəzərin qalan hissəsində bu hüquqlar ümumidir. Lakin balıqçılığı tənzimləyən rejimin dəniz 
dibi və yeraltı ehtiyatları nizama salan rejimə heç bir aidiyyəti yoxdur. Müəyyən olunmuş 10 
millik limit dəniz dibi və yeraltı ehtiyatlar üzərində müstəsna nəzarət üçün limit demək deyildir. 
Göstərilən müqavilələrin dili açıq-aşkar bunu nəzərdə tutur ki, üçüncü dövlətlərin Xəzərdə heç 
bir hüququ (hər şeydən öncə, gəmiçilik hüququ) yoxdur və dəniz dibinin ümumi mülkiyyətdə 
qalıb-qalmamasını nəzərdə tutmurdu. Əgər hətta bu müqavilələr belə təfsir olunsa ki, dəniz dibi 
və yeraltı ehtiyatlar ümumi mülkiyyətdə olmalıdır, onda “ümumi mülkiyyətçilər”  ran və SSR  
olur.  Əlbəttə  ki,  heç  bir  varis  dövlət  belə  bir  təfsirlə  razılaşmaz  ki,  güya  Xəzərin  bütün 
ehtiyatlarının 50%-i  rana verilir və qalan 50%-in necə bölünməsi ilə bağlı isə heç bir göstəriş 
yoxdur. 
  Ekoloji mülahizələr, doğrudan da, çox vacibdir, lakin onlar belə bir nəticə çıxarmağa əsas 
vermir ki, Xəzərin dibi və yeraltı ehtiyatları ümumi olmalıdır. Sahilyanı dövlətlər çirkləndirmə 


problemləri  ilə  mübarizə  məqsədilə  müqavilə  bağlaya  bilər:  belə  bir  müqavilədə,  məsələn, 
ekoloji standartların müəyyən olunması prosedurları, çirkləndirmə halları haqqında xəbərvermə 
və s. məsələlər nizama salına bilər. Bu müqavilə hər bir sahilyanı dövlətin öz sektorunda dəniz 
dibinə və yeraltı ehtiyatlara sahibli hüququna zidd olmazdı. Belə müqavilələrə ABŞ və Kanada 
arasındakı; Trinidad 
Və  Tobaqo  və  digər  Karib  ölkələri  arasındakı  müvafiq  sazişləri  və  Dəniz  mühitinin 
çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyasını misal göstərmək 
olar. 
  Beynəlxalq Məhkəmənin yuxarıda göstərdiyimiz qərarına gəldikdə isə, qetd edək ki, həmin 
işin  bir  aspekti  Salvador,  Honduras  və  Nikaraquanın  sahilyanı dövlət olduğu Fonseka körfəzi 
üzərində suverenliyə aid idi. Məhkəmə qərar çıxarmışdi ki, körfəzin tarixi boğaz statusu vardır 
və  onun  suları  (sahildən  üç  mildən  kənarda  olan)  göstərilən  üç  dövlətin  kondominiumuna 
məxsusdur.  Lakin  Xəzər  Fonseka  körfəzindən  köklü  surətdə  fərqlidir.  Beynəlxalq  məhkəmə 
sözü  gedən  işdə  belə  bir  fakta  əsaslamışdı  ki,  Fonseka  körfəzinə,  -  Xəzərdən  fərqli  olaraq,  - 
uzun müddət ərzində bir dövlət sahiblik etmişdir və hətta üç sahilyanı dövlət müstəqil olandan 
sonra körfəzi onlar ümumi mülkiyyət kimi nəzərdən keçirməmişdilər. Bundan əlavə, müstəsna 
olaraq gəmiçilik məsələsinə toxunan Məhkəmə aşkara çıxarmışdi ki, körfəzin coğrafiyası elədir 
ki,  onun  hər  hansı  formada  bölünməsi  həll  olunmaz  praktik  çətinliklər  yaradardı  və  ən  azı, 
göstərilən  dövlətlərdən  birini  açıq  dənizə  çıxışsız  qoyardı.  Xəzərdə  situasiya  tamamilə  başqa 
cürdür. Xəzəri heç vaxt bir dövlət əhatə etməyib və o, bir dövlətə məxsus olmayıb. Sərhədlər 
bölünsə,  hər  halda  dəniz  dibi  və  yeraltı  ehtiyatlara  müstəsna  hüquqlar  baxımından,  heç  bir 
praktik çətinlik ortaya çıxmazdı. 
  Beləliklə,  beynəlxalq  hüquq  Xəzər  dənizində  sərhədlərin  delimintasiyasını  tələb  edir  və 
burada sərhədlər, əsas etibarilə, ekvidstansiya prinsipi, yəni bərabərdayanma prinsipi əsasında 
ayır  edilə  bilər.  Azərbaycan  hökumətinin  istinad  etdiyi  bu  prinsip  Qazaxıstan  və  Rusiya 
tərəfindən  də  dəstəklənir  və  müvafiq  ikitərəfli  müqavilələrdə  (Rusiya  –  Qazaxıstan  –  1998, 
Rusiya - Azərbaycan – (2002) öz əksini tapmışdır. 
12. Dənizə çıxışı olmayan dövlətlərin hüquqları. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası 
dənizə  heç  bir  təbii  çıxışı  olmayan  dövlətlərin  (qitədaxili  dövlətlərin  –  məsələn,  Avstriya, 
Əfqanıstan və b.) bir sıra hüquqlarını müəyyən etmişdir: 


  a)  dənizə  çıxış  hüququ  (bu  məsələ  qitədaxili  dövlət  ilə  dəniz  sahilində  yerləşən  müvafiq 
dövlət arasında müqavilə əsasında həll olunur);  
  b)  müstəsna  iqtisadi  zonaların  canlı  ehtiyatların  bu  və  ya  digər  səbəbə  görə  sahilyanı 
dövlətlər  tərəfindən  istifadə  olunmayan  hissəsinin  istismarında  ədalətli  əsasda  iştirak  etmək 
hüququ; 
  c)  “bəşəriyyətin  ümumi  irsi”ndən,  o  cümlədən  Beynəlxlq  dəniz  dibi  rayonunun 
ehtiyatlarından faydalanmaq hüququ. 
13. Beynılxalq boğazlar vəBeynəlxalq kanallar.Beynəlxalq boğazlar – hər hansı bir dənizin 
hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabə
ə
sasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləridir. 
Beynəlxalq boğazlara misal olaraq, Pa-de-Kale, La-Manş, Cəbəllütariq, Sinqapur, 
Ormuz və başqa boğazları göstərmək olar.  
Açıq dənizin hissələrini birləşdirən boğazlarda gəmiçilik və uçuş azadlıqları 
mövcuddur. Hər  hansı  dövlətin  (və  ya  dövlətlərin)  ərazi  dənizindən  keçən  beynəlxalq 
boğazlarda isə tranzid keçid hüququ əsas görürülür: bu halda gəmiçilik və uçuş azadlığı yalnız 
boğazdan  fasiləsiz  və  tez  tranzit  məqsədi  üçün  həyata  keçirilir;  tranzit  keçid  hüququndan 
istifadə  edən  gəmilərə  və  uçuş  aparatlarına  maneə  törədilməməlidir.  Lakin  onlar  beynəlxalq 
hüquq  prinsiplərinə,  habelə  fasiləsiz  və  tez  keçid  rejiminə  zidd  olan  fəaliyyətə  yol 
verməməlidir.  
  1982-ci il Konvensiyası, hüquqi rejimi artıq qüvvədə olan müqavilələrlə müəyyən olunmuş 
beynəlxalq boğazlara şamil olunmur. Bu, Qara dəniz (Mərmərə və Dardanel), Baltik (Böyük və 
kiçik Belt, Zund) və Maqellan boğazlaradır. 
  Qara dəniz boğazlararının hüquqi rejimi 1936-cı ildə bağlanmış çoxtərəfli Konvensiyası ilə 
müəyyən edilmişdir. Həmin Konvensiyaya görə, bu boğazlar bürün dövltlərin ticarət gəmiləri 
üçün  açıqdır.  Yalnız  Türkiyə  müharibədə  iştirak  etdikdə,  düşmən  tərəfin  gəmiləri  keçid 
hüququndan  məhrum  olunur.  Qara  dəniz  sahilində  yerləşməyən  dövlətlərin  hərbi  gəmilərinin 
dinc vaxtı üzüb keçməsi üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Müharibə zamanı 
bütün vuruşan tərəflərin hərbi gəmilərinin boğazlardan üzüb keçməsi qadağan olunur.  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə