Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   55   56   57   58   59   60   61   62   63

üçün  olduqca  mühüm  meyardır.  Beləliklə,  ciddilik  anlayışını  təyin  etməyin  iki  metodu 
mövcuddur: onlardan biri cinayətin xaraqterinə, ikincisi isə onun nəticələrinə əsaslanır.  
  Deyilənlərlə  yanaşı  qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  sülhə  təhlükə  törədən,  jus  cogens 
normalarını pozan beynəlxalq hüquq pozuntularının heç də hamısı beynəlxalq cinayət deyildir; 
yalnız o  əməllər beynəlxalq  cinayət  kimki  tövsif oluna  bilər ki,  onlar  bütün beynəlxalq birlik 
tərəfindən beynəlxalq cinayət sayılır və beynəlxalq cinayət kimi nəzərdən keçirilir. Daha ağır 
nəticələr  doğurduğuna  görə  “obyektiv  olaraq”  beynəlxalq  cinayət  kimi  nəzərdən  keçirilməsi 
üçün beynəlxalq hüquqa zidd əməl “subyektiv olaraq”  bütövlükdə beynəlxalq birlik tərəfindən 
cinayət  sayılmalıdır.  Beynəlxalq  birlikanlayışı  o  demək  deyil  ki,  bu  birliyin  bütün  üzvlərinin 
yekdil rəyi olmalıdır və hər bir dövlətə beləliklə veto hüququ verilməlidir. Digər tərəfdən, bu və 
digər beynəlxalq hüquqa zidd əməlin “beynəlxalq cinayət” xaraqteri hər hansı dövlətlər qrupu 
tərəfindən deyil, beynəlxalq birliyin bütün əsas komponentləri tərəfindən tanınmalıdır.  
  Beynəlxalq  cinayət  törədilərkən  həmin  cinayəti  törətmiş  dövlət  üçün  xüsusi  məsuliyyət 
rejimi ortaya çıxır. Bu rejim adi beynəlxalq hüquq pozuntusu törədildiyi zaman meydana çıxan 
beynəlxalq  məsuliyyət  rejimindən  tamamilə  fərqlənir:  1)  əgər  birinci  halda  söhbət  dəymiş 
zərərin sadəcə ödənilməsindən gedirsə, ikinci halda isə zərərin ödənilməsindən əlavə, cinayəti 
törətmiş  dövlətin  suverenliyinin  və  beynəlxalq-hüquqi  subyektliyinin  müxtəlif  cür 
məhdudlaşdırılması mümkün ola bilər (məsələn,  raqın Küveytə qarşı təcavüzündən sonra BMT 
Təhlükəsizlik  Şurasının  özünün  687  saylı  qətnaməsində  müəyyən  etdiyi  bir  sıra  tədbirlərlə 
raqın  suverenliyini  əhəmiyyətli  dərəcədə  məhdudlaşdırmışdı);  2)  beynəlxalq  cinayət 
törədilərkən  müvafiq  dövlətin  məsuliyyəti  ilə  yanaşı,  habelə  həmin  cinayətin  törədilməsində 
təqsirli olan fərdlərin beynəlxalq cinayət məsuliyyəti də ortaya çıxır. Buna əlavə etmək lazımdır 
ki, beynəlxalq cinayət törədilməsinə  görə dövlətin vəzifəli şəxslərindən başqa, adi şəxslər də 
məsuliyyətə cəlb oluna bilərlər. Doğrudur, bu, beynəlxalq cinayətin xaraqterindən asılıdır. Bir 
sıra  cinayətlər,  məsələn,  təcəvüz,  müstəmləkəçilik  və  aparteid  həmişə,  dövlətin  siyasi  və  ya 
hərbi  aparatında  yaxud  onun  maliyyə  və  ya  iqtisadi  sferalarında  rəhbər  mövqe  tutan  adamlar 
tərəfindən  törədilir  və,  deməli,  yalnız  bu  şəxslər  beynəlxalq  cinayət  məsuliyyətinə  cəlb  edilə 
bilərlər. Genosid hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin obyektiv tərəfini təşkil edən 
əməllər  isə  istənilən  fiziki  şəxs  tərəfindən  törədilə  bilər;  bu  halda  dövlətin  beynəlxalq 
məsuliyyəti ilə yanaşı, bütün təqsirkar şəxslərin fərdi cinayət məsuliyyəti də ortaya çıxır (fiziki 
şəxslərin beynəlxalq məsuliyyəti barədə XVII fəsildə ətraflı bəhs edilmişdir). 


4.  Dövlətlərin  məsuliyyətini  istisna  edən  hallar.  Yuxarıda ümumi  qayda  kimi  göstərdik ki, 
dövlətin istənilən beynəlxalq hüquqa zidd əməli onun beynəlxalq məsuliyyətinı ortaya çıxarır. 
Lakin  bəzən  elə  hallar  baş  verir  ki,  dövlət  öz  beynəlxalq  öhdəliklərini  lazımi  qaydad  və 
müddətdə  yerinə  yetirə  bilmir  və  yaxud  məcburi  pozmalı  olunr.  Bu  zaman  həmin  dövlətin 
əməlində  formal  olaraq  beynəlxalq  hüquq  pozuntusu  tərkibi  olsa  da,  o,  beynəlxalq 
məsuliyyətdən  azad  edilir.  Bu  hallar  aşağıdakılardır:  razılıq;  əks  tədbirlər;  fors-major  və 
qabaqcadan görünə bilməyən hadisə; fəlakət; son zərurət; özünümüdafiə. 
  Razılıq. Əgər bir dövlət başqa bir dövlətin formal olaraq beynəlxalq hüquq pozuntusu hesab 
edilən  əməlinə  özü  razılıq  vermişsə,  bu  halda  ikinci  dövlətin  beynəlxalq  məsuliyyəti  istina 
edilir.  Məsələn,  məlumdur  ki,  dövlətin  öz  qoşunlarını  xarici  dövlətin  ərazisinə  yeritməsi 
büynəlxalq hüququn ciddi pozuntusu kimi nəzərdən keçirilir. Lakin əgər qoşunların yeridilməsi 
həmin  xarici  dövlətin  xahişi  və  ya  razılığı  ilə  həyata  keçirilirsə,  onda  göstərilən  əməlin 
büynəlxalq  hüquqa  ziddiliyi  istisna  olunur.  Əlavə  edək  ki,  dövlətin  razılığı  hüquqi  cəhətdən 
etibarlı olmalıdır, yəni belə bir razılıq səhv, şantaj və ya güc tətbiqi nəticəsində verilməməlidir. 
  Əks tədbirlərin hüquqi təbiəti barədə aşağıda ətraflı bəhs ediləcəkdir. 
  Fors-major və qabaqcadan görünə bilməyən hadisə. Əgər dövlətin öz beynəlxalq öhdəliyini 
pozmasına  qarşısıalinmaz  qüvvə  (“fors-major”)  və  ya  qabaqcadan  görünə  bilməyən  hadisə 
səbəb  olubsa,  həmin  dövlət  bu  halda  beynəlxalq  məsuliyyət  daşımayacaqdır.  Məsələ 
burasındadır ki, fors-major halında (məsələn, zəlzələ, sel, yanğın və s.) dövlət başqa bir dövlətə 
vurulan zərərin qarşısını heç cür ala bilmir. Dövləti beynəlxalq məsuliyyətdən azad edən əsas 
kimi  fors-major  Dəniz  hüququ  üzrə1982-ci  il  BMT  Konvensiyasında  (98-ci  maddə),  Neftlə 
çirklənmədən  dəyən  zərərə  görə  mülki  məsuliyyət  haqqında  1992-ci  il  Beynəlxalq 
Konvensiyasında (111-ci maddə) nəzərdə tutulmuşdur.  
  Fəlakət. Bu, o hallardır ki, dövləti təmsil edən orqan və ya şəxslər təbiət qüvvələrinin və ya 
qəzaların  təsiri  altında,  özlərinin  və  yaxud  onlara  etibar  olunmuş  adamların  həyatını  xilas 
etməyə  başqa  imkanları  olmadığından,  həmin  dövlətin  beynəlxalq  öhdəliyini  pozmuş  olurlar. 
Fors-majordan fərqli olaraq, fəlakət halında, faciəvi nəticələrdən yan qaçmaq üçün beynəlxalq 
hüquq  norması  şüurlu  surətdə,  başa  düşülarək  pozzulur  (məsələn,  fəlakətə  uğrayan  gəminin 
kapitanı icazəsiz xarici dövlətin limanını daxil olur; labüd  qəzadan yan və sərnişinlərin həyatını 
xilas etmək üçün təyyarənin pilotu icazəsiz əcnəbi dövlətin ərazisinə enməli olur və s.) Bütün 
bu hallarda beynəlxalq hüquq pozulsa da, dövlətin məsuliyyəti istisna olunur. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə