Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   55   56   57   58   59   60   61   62   63

  Beynəlxalq  məsuliyyətin  faktik  əsası.  Beynəlxalq  məsuliyyətin  yeganə  faktik  əsası 
beynəlxalq  hüquq  pozuntusudur  (BMT  Beynəlxalq  hüquq  komissiyasının  terminologiyasına 
görə, - beynəlxalq hüquqa zidd əməldir (internationally wrongful act 
)).  Beynəlxalq  hüquq  pozuntusunun  iki  ünsürü  vardır.  Dövlətlərin  məsuliyyəti  haqqında 
məqalələr  Layihəsinin  3-cü  maddəsinə  əsasən,  beynəlxalq  hüquq  pozuntusundan  o  zaman 
danışmaq  olar  ki:  1)  dövlətin  hər  hansı  bir  əməli  onun  beynəlxalq  öhdəliyi  pozmuş  olsun 
(obyektiv  ünsür);  2)  bu  əməl  dövlətin  özünə  aid  edilmiş  olsun  (subyektiv  ünsür).  Elmi 
ədəbiyyatda,  daxili  hüququla  analogiya  əsasında,  beynəlxalq  hüquq  pozuntusunun  zərər  və 
təqsir kimi əlamətləri də göstərilir. Zərərlə bağlı qeyd etmək lazımdır ki, bu ünsür hüquqa zidd 
davranış  anlayışı  ilə  əhatə  olunduğundan  onun  beynəlxalq  hüquq  pozuntusunun  zəruri 
komponentləri  sırasına  daxil  edilməsi  artıq  hesab  olunmalıdır.  Digər  tərəfdən,  dövlətin  hər 
hansı  əməlinin  beynəlxalq  hüquq  pozuntusu  olması  qərarına  gəlmək  üçün  həmin  dövlətin 
müəyyən  beynəlxalq  öhdəliyinin  pozulmuş  olduğunu  aşkara  çıxarmaqla  kifayətlənmək  olar. 
Məsələn,  öz  ərazisində  əsas  insan  hüquqlarını  pozan  dövlətin  bu  əməlində  beynəlxalq  hüquq 
pozuntusu  faktını  müəyyən  etmək  üçün  bununla  hansı  dövlətə  və  hansı  zərərin  vurulmasını 
axtərmaq  lazım  deyil.  Bu  halda  konkret  müqavilə  müddəasının  və  ya  beynəlxalq  adət 
normasının  pozulduğunu  ortaya  çıxarmaq  kifayətdir.  Təqsirə  gəldikdə  isə,  o,  yalnız  kokret 
normada  göstərildiyi  halda  (məsələn,  insan  hüquqlarının  müdafiəsi  sahəsindəki  bir  sıra 
müddəalarda)  beynəlxalq-hüquq  məsuliyyətin  ilkin  şərti  kimi  çıxış  edə  bilər.  Bütün  digər 
hallarda dövlətin hər hansı əməlini beynəlxalq hüquq pozuntusu kimi tövsif etmək üçün təqsiri 
müəyyən etməyə çalışmaq lüzumsuzdur.  kinci bir tərəfdən, psixoloji kateqoriya olan təqsirin 
dövlət  anlayışına  aid  edilməsinin  özü  olduqca  mübahisəlidir.  Beləliklə,  hər  hansı  bir  əməli 
dövlətin  beynəlxalq  hüquq  pozuntusu  hesab  etmək  üçün  iki  şərtin  olması  zəruridir  və  eyni 
zamanda kifayətdir: 1) bu əməl dövlətin beynəlxalq öhdəliyinə ziddir və 2) əməl dövlətin özünə 
aiddir, onun “öz” əməlidir. 
  Hər  hansı  əməlin  bütövlükdə  dövlətə  aid  edilməsi  beynəlxalq  hüquqda  olduqca  mühüm 
məsələdir. Dövlətin ərazisində baş verən və xarici dövlətin hüquq və qanuni mənafelərinə zərər 
yetirən  hər  bir  əməl  heç  də  mütləq  beynəlxalq  hüquq  pozuntusu  deyildir.  Və  yaxud:  dövlətə 
mənsub  olan  istənilən  fiziki  və  ya  hüquqi  şəxsin  xarici  dövlətin  ərazisində  törətmiş  olduğu 
hüquqa  zidd  əməllər  hər  bir  halda  həmin  dövlətin  beynəlxalq  hüquq  pozuntusu  kimi  tövsüf 
edilə  bilməz.  Dövlət  daxili  qanunvericiliyində  müəyyən  etdiyi  orqanlar  vasitəsilə  öz 
funksiyalarını  həyata  keçirir  və  yalnız  bu  orqanların  əməlləri  dövlətin  əməlləri  hesab  olunur. 


Belə  demək  olar  ki,  dövlət  öz  orqanlarına  görə,  yalnız  öz  orqanlarına  görə  və  bütün  öz 
orqanlarına görə məsuliyyət daşıyır. Digər fiziki və ya hüquqi şəxslərin, yəni dövlətin adından 
çıxış  etməyən  şəxslərin  hüquqi  hüquqi  zidd  əməllərinə  görə  (məsələn,  bir  qrup  şəxsin  xarici 
dövlətin  səfirliyinə  basqın  etməsi)  dövlət,  ümumiyyətlə  götürdükdə,  beynəlxalq  məsuliyyət 
daşımır.  Bu  əməllərlə  bağlı  (bu  əməllərə  yox)  dövlət  o  zaman  müvafiq  dövlət  qarşısında 
məsuliyyət  daşıya  bilər  ki,  o,  həmin  əməllərin  qarşısını  almaq  və  ya  təqsirli  şəxsləri 
cəzalandırmaq  üçün lazımi  səy  göstərməmiş  və  zəruri  tədbirlər  görməmişdir.  Başqa  sözlə,  bu 
halda dövlətin beynəlxalq hüquqa zidd əməli hərəkətsizlikdə ifadə olunur.  
3.  “Dövlətin  beynəlxalq  cinayəti”  anlayışı.  Müasir  beynəlxalq  hüquqda,  demək  olar  ki, 
hamılıqla qəbul olunmuşdur ki, beynəlxalq cinayətlər beynəlxalq hüquq pozuntularının xüsusi 
kateqoriyasıdır. 
  Xüsusi  sosial-hüquq  hadisə  kimi  beynəlxalq  cinayət  bir  neçə  mühim  əlamətlərə  malikdir; 
məhz  bu  əlamətlərə  görə  o,  bütün  digər  beynəlxalq  hüquq  pozuntularından  fərqlənir.  Bunlar 
aşağıdakılardır: a) pozulmuş öhdəliklərin xaraqteri, yəni beynəlxalq birliyin həyatı maraqlarını 
əks etdirən öhdəliklərin pozulması; b) göstərilən öhdəliklərin pozulmasının ciddiliyi; c) əməlin 
bütün  beynəlxalq  birlik  tərəfindən  beynəlxalq  cinayət  sayılması,  yəni  communis  opinio-nun 
olması. 
  Şübhəsiz  ki,  beynəlxalq  cinayətin  başlıca  ünsürü  kimi  yuxarıda  sadalanmış  əlamətlərdən 
birincisi, yəni pozulmuş beynəlxalq öhdəliklərin obyekti çıxış edir.  
  Təcavüz,  genosid  və  s.  kimi  cinayətlər  törədilərkən  dövlətlər  bütün  beynəlxalq  birlik 
qarşısında öhdəliklərini (erga omnes öhdəlikləri) pozmuş olurlar və bu zaman bütün dövlətlər 
zərərçəkmiş tərəf sayılır.  
 
kinci meyar yəni beynəlxalq öhdəliklərin ciddi və ya ağır pozulması beynəlxalq cinayətlərin 
təhlükəli beynəlxalq hüquq pozuntularından fərqləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. 
Məsələ burasındadır ki, erga omens öhdəliklərinin heç də bütün pozuntuları beynəlxalq cinayət 
deyildir. Bu öhdəliklərin yalnız ciddi, ağır pozulduğu halda (əlbəttə ki, digər zəruri ünsürlərlə 
yanaşı)  beynəlxalq  cinayət  törədilməsi  faktından  danışmaq  olar.  Dövlətin  öz  öhdəliklərini 
pozmasının  ciddiliyinin  maddi  ifadəsi  kimi  onun  hüquqa  zidd  əməli  nəticəsində  vurulmuş 
böyük  miqdarda  zərər  çıxış  edir.  Vurulmuş  zərərinxaraqteri  və  həcmi  əməlin  düzgün  tövsifi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə