Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

Konvensiyası;  Nüvə  materiallarının  fiziki  müdafiəsi  haqqında  1980-cı  il  Konvensiyası;  Nüvə 
qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və 
ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyas.  
8. Heyvan və bitki aləminin müdafiəsi. Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir 
neçə istiqamətdə aparılır: 
  a)  bütövlükdə  flora  və  faunanın  mühafizəsi  (məsələn,  Fauna  və  floranın,  onların  təbii 
vəziyyətində  qorunub  saxlanması  haqqında  1933-cü  il  Konvensiyası;  Quşların  mühafizəsi 
haqqında  1950-ci  il  Beynəlxalq  Konvensiyası;  Bitkilərin  mühafizəsi  haqqında  1951-ci  il 
Beynəlxalq Konvensiyası); 
  b)  balıqçılığın  və  dənizin  digər  canlı  ehtiyatlarının  ovunun  nizama  salınması  (məsələn, 
Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası; Dünya sularında 
balıqçılıq  haqqında  1958-ci  il    Konvensiyası;  Antarktikanın  canlı  dəniz    ehtiyatlarının 
mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.); 
  c) konkret növlərin mühafizəsi (məsələn, Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il 
Konvensiyası; Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.) 
  ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, Vəhşi fauna və floranın yox 
olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il  Konvensiyası; 
Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.). 
9.  Ətraf  mühitin  müharibə  dövründə  qorunması.Özündə müharibə dövründə təbii mühitin 
qorunması  ilə  bağlı  normalar  ehtiva  edən  bir  sıra  beynəlxalq-hüquqi  aktlar  mövcuddur. 
Onlardan  Quru  müharibəsinin  qanun  və  adətləri  haqqında  1907-ci  il  Haaqa  Konvensiyasını; 
Müharibə 
qurbanlarınınmüdafiəsinə 
dair 
1949-cu 
il 
CenevrəKonvensiyalarını; 
CenevrəKonvensiyalarına  I  Əlavə  Protokolu;  Ətraf  mühiti  dəyişikliyə  uğradan  vasitələrdən 
hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 
1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən 
müəyyən  adi  silah  növlərinin  istifadəsinə  qoyulan  qadağalar  və  ya  məhdudiyyətlər  haqqında 
1980-cı il Konvensiyasını göstərmək olar. 
  Məsələn, I Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və 
təbii  mühitə  genişmiqyaslı,  uzunmuddətli  və  ciddi  zərər  yetirmək  məqsədi  düdən  hərbi 


əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyektinə 
çevrilməsi qadağan olunmuşdur.     
  Ətraf  mühiti  dəyişikliyə  uğradan  vasitələrdən  hərbi  və  ya  istənilən  digər  düşmən 
məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı 
dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: a) Yerin dinamika və sturukturunu, onun 
canlı  aləmini,  litosferi,  hidrosferi,  atmosferi  və  ya  kosmosu  qəsdən  dəyişikliyə  uğradan 
vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; b) təbii 
mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə 
edilməsində  digər  dövlətlərə  və  ya  qurumlara  yardım  etməmək;  c)  təbii  mühiti  dəyişikliyə 
uğradan vasitələrdın yalnız dinc məqsədlər üçün istifadə etmək; ç) bu Konvensiyaya zidd olan 
hər  hansı  fəaliyyətin  qadağan  olunması  və  qarşısının  alınması  istiqamətində  istənilən  qanuni 
tədbirləri görmək və s. 
  Adi  silah  növləri  haqqında  1980-cı  il  Konvensiyasına  əlavə  olunmuş  Yandırıcı  silahların 
tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və 
bitki  örtüyünün  digər  növlərinin  yandırıcı  silahların  tətbiqi  ilə  hücum  obyektinə  çevrilməsi 
qadağan olunmuşdur. 
10.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  beynəlxalq  təşkilatlar.  Ətraf  mühitin  mühafizəsi 
sahəsində  beynəlxalq  əməkdaşlığın  əlaqələndirilməsi,  əsas  etibarilə,  BMT  sistemində  -  həm 
BMT orqanları, həm də BMT-nin ixtisaslaşdırılmış təsisatları çərçivəsində həyata keçirilir.  
  Baş Assambleya yanında Atom radiasiyasının təsiri üzrə Elmi Komitə, Kosmik fəzanın dinc 
məqsədlərlə istifadəsi üzrə Komitə kimi köməkçi orqanlar fəaliyyət göstərir. 
  EKOSOK təbiətin qorunmasının beynəlxalq məsələlərinə dair tədqiqatlar aparır, məruzələr 
tərtib  edir  və  bu  məsələlər  üzrə  Baş  Assambleyaya,  BMT  üzvlərinə  və  müvafiq  
ixtisaslaşdırılmış  təsisatlara  tövsiyələr  verir.  EKOSOK  yanında  Təbii  ehtiyatlar  üzrə  Komitə 
fəaliyyət göstərir.  
  YUNESKO  “ nsan  və  biosfer”  beynəlxalq  proqramı  işləyib  hazırlamışdır  və  onun  yerinə 
yetirilməsini  əlaqələndirir.  Ümumdünya  mədəni  və  təbii  irsin  mühafizəsi  haqqında  1972-ci  il 
Konvensiyası bu təşkilat çərçivəsində işlənib hazırlanmışdır. YUNESKO-nun Hökumətlərarası 
okeanoqrafiya komissiyası dəniz mühitinin mühafizəsi ilə bağlı tədqiqatlar aparır və tövsiyələr 
hazırlayır.  


  Ümumdünya  səhiyyə  təşkilatı  atmosfer  havasının  çirklənməsi  problemi  ilə  məşğul  olur  və 
dövlətlərin müvafiq qanunvericiliyini təhlil edir.  
  Beynəlxalq  dəniz  təşkilatı  dəniz  mühitinin  mühafizəsi  məsələləri  ilə  məşğul  olur,  müvafiq 
konvensiyalar işləyib hazırlayır.  
  Ərzaq  və  kənd  təsərrufatı  təşkilatı  torpaqların,  meşələri,  suların,  flora  və  faunanın 
mühafizəsi  məsələləri  ilə  məşğul  olur  və  bununla  bağlı  müvafiq  konvensiya  layihələri 
hazırlayır.  
  Beynəlxalq mülki aviasiya təşkilatı ətraf mühitin aviasiya səs-küyündən mühafizəsi ilə bağlı 
texniki-hüquqi qaydalar işləyib hazırlayır.  
  Atom  enerjisi  üzrə  beynəlxalq  agentlik  (MAQATE)  insanı  və  ətraf  mühitin  radiasiyadan 
mühafizəsi proqramını həyata keçirir.  
  Lakin  BMT  sistemində  başlıca  funksiyası  ətraf  mühitin  mühafizəsi  sahəsində  beynəlxalq 
əməkdaşlığı  əlaqələndirmək  olan  xüsusi  mexanizm  mövcuddur:  bu,  1972-ci  ildə  yaradılmış 
Ətraf  mühit  üzrə  BMT  Proqramıdır  (YUNEP).  YUNEP-in  fəaliyyətinin  əsas  istiqamətləri 
aşağıdakılardır:  a)  ayrı-ayrı  təbii  obyeklərin  mühafizəsi;  b)  təbiətə  zərərli  təsirin  müxtəlif 
növləri  ilə  (məsələn,  səhralaşma,  çirklənmə  və  s.  ilə)  mübarizə;  c)  təbii  ehtiyatların  rasional 
istifadəsi;  ç)  beynəlxalq  ekoloji  standartların  işlənib  hazırlanması və  s.  YÜNEP-in  dəstəyi  ilə 
Aralıq  dənizinin  çirklənmədən qorunması  haqqında  1976-cı  il Konvensiyası,  Dəniz  mühitinin 
çirklənmədən  qorunması  haqqında  1978-ci  il  Küveyt  regional  Konvensiyası,  Havanın  uzaq 
məsafələrə  transsərhəd  çirklənməsi  haqqında  1979-cu  il  Konvensiyası  və  digər  mühüm 
beynəlxalq müqavilələr işlənib hazırlanmış və qəbul edilmişdir.  
  YUNEP-in  əsas  orqanları  bunlardır.  darəetmə  şurası  (ali  rəhbər  orqan);  başında  craçı 
direktor dayanan Katiblik və Ətraf mühit fondu. 
 
Mövzu 13:BEYNƏLXALQ  HÜQUQDA  MƏSUL YYƏ
 
Plan: 
1. Beynəlxalq-hüquqi məsuliyyətin anlayışı 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə