Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

2. Beynəlxalq-hüquqi məsuliyyətin əsasları 
3. “Dövlətin beynəlxalq cinayəti” anlayışı 
4. Dövlətlərin məsuliyyətini istisna edən hallr 
5. Beynəlxalq-hüquqi məsuliyyətin növləri və formaları 
6. Beynəlxalq-hüquqi məsuliyyətinhəyata keçirilməsi 
7. Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə dövlətlərin məsuliyyəti 
8. Beynəlxalq təşkilatların məsuliyyəti 
 
Ə
dabiyyat siyahısı. 
  Василенко  В.А.  Ответственностъ  государств  за  международные  правонарушения
Киев, 1976. 
  Василенко В.А. Международно-правовые санкцииКиев, 1982.  
  Василенко В., Давид В. Механизм охраны международного правопорядкаБрно, 1986. 
  Верещетин В.С. Новый шаг на пути кодификации права ответственности государств // 
Российский ежегодник  международного право1992. СПб.., 1994. 
  Hüseynov  L.H.  Təcavüz  nəticəsində  vurulan  zərərin  hesablanmasının  beynəlxalq-hüquqi 
əsası //Dövlət və hüququ (elmi məqalələr toplusu). I buraxılış, Bakı: 1995.   
  Hüseynov  L.H.  Beynəlxalq  ekoloji  hüquq  pozuntusunun  anlayışı  //Bakı  Univ.  Xəbərləri: 
Sosial-siyasi elmlər seriyası.
 Bakı, 1995. №1.  
  Гусейнов  Л.Г.  К  вопросу  о  роли  ООН  в  установлении  факта  совершения 
международного преступления //Держава и право (ежегодник научных трудов молодых 
ученых). Выпуск 1. Киев: 1997.  
  Гусейнов  Л.Г.  Ответсвенность  государств  за  нарушение  договорных  обязательств  в 
области прав человека. // Московский журнал международного право. 1998. специальный 
выпускС. 140-168. 


Гусейнов Л.Г., Гаджиев Б.З. Контрмеры в международгом праве: некоторые вопросы 
теории  //  Актуальные  вопросы  гуманитарных  наук  (Межвузовский  сборник  научных 
трудов). Новосибирск, 1999. 
bayev V.Beynəlxalq humanitar hüquqda məsuliyyət məsələləri. – Bakı. 2000. 
  Колосов Ю.М. Ответственность в международном правеМ., 1975. 
Курис  П.М.  Международные  правонарушения  и  ответсвенность  государства. 
Вильнюс. 1973. 
Манийчук Ю.В. Последствия междунароногоправонарушенияКиев, 1987. 
Нешатаева Т.В. Санкции системы ООН (международно-правовой аспект). Иркутск
1992. 
Раскалай  С.Б.  Объективная  ответственность  государств  в  международном  праве
Киев, 1985. 
Ушаков Н.А. Основания международной ответственности государствМ., 1983. 
Интернатионал Жримес оф СтатесА Жритикал Аналйсис оф тще Интернатионал 
Лаw  Жоммиссион

 с  Драфт  Артжле  19  он  тще  Стате  Респонсибилитй  (Едс.  Wеилер-
Жассесе-Спинеди). Берлин-Неw-Йорк, 1989. 
Камминэа М.Т. Интер-Стате Респонсибилитй фор Виолотионс оф Щуман Риэщтс. 
Рщилоделпщиа, 1992. 
 
 
 
 
 
1.  Beynəlxalq-hüquqi  məsuliyyətin  anlayışı.  Beynəlxalq-hüquqi  məsuliyyət  –beynəlxalq 
hüquq  pozuntusu  nəticəsində  digər  dövlətə  və  ya  dövlətlərə  (və  yaxud  beynəlxalq  hüququn 
başqa subyektlərinə) vurulmuş zərərin nəticələrini aradan qaldırmaq vəzifəsidir. 


Dövlətlərin beynəlxalq məsuliyyətini nizama salan normalar bu günə qədər  
məcəllə  ləşdirilməmişdir.  Faktiki  olaraq  1956-cı  ildən  BMT  Beynəlxalq  hüquq  komissiyası 
müvafiq  konvensiya  layihəsi  –  Dövlətlərin  məsuliyyəti  haqqında  maddələr  Layihəsi  üzərində 
işləyir. Layihədə,artıq adət kimi tanınmış və beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra 
mühüm normalar ız əksini tapmışdır. 
  Beynəlxalq-hüquqi  məsuliyyət,  əsa  etibarilə,  beynəlxalq  adət  normalarına  və  presedentlərə 
əsaslanır.  Əksər  beynəlxalq  müqavilələrdə,  onların  pozulmasına  görə  hansı  neqativ  hüquqi 
nəticələrin ortaya çıxması göstərilmir. Bununla belə,bir sıra müqavilələr mövcuddur ki,onlarda 
beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin (delikvent dövlətin) məsuliyyət məsələləri bu və 
ya  digər  şəkildə  öz  həllini  tapmışdır:  Kosmik  obyektlərin  vurduğu  zərərə  görə  beynəlxalq 
məsuliyyət  haqqında  1972-ci  il  Konvensiyası;  insan  hüquqları  sahəsində  bəzi  müqavilələr 
(məsələn,Avropa  nsan Hüquqları Konvensiyası) və s. 
Beynəlxalq  məsuliyyət  institutu  beynəlxalq  hüququn  ümumi  institutudur;  o,  beynəlxalq 
hüququn bütün sahələrinə “xidmət edir”, dövlətlərarası münasibətlərin bütün sahələrində hüquq 
qaydasının qorunmasını təmin edir. 
2. Beynəlxalq-hüquqi məsuliyyətin əsasları. “Məsuliyyətin əsası” anlayışı, adətən, iki mənada 
işlədilir:  müsuliyyət  nəyin  əsasında  və  nəyə  görə  ortaya  çıxır.  Bundan  irəli  gələrək  , 
məsuliyyətin hüquqi əsasını və faktik əsasını fərqləndirirlər.  
  Beynəlxalq  məsuliyyətin  hüquqi  əsasları.  Dövlətin  beynəlxalq  məsuliyyəti  onun 
beynəlxalq-hüquqi  öhdəliyinin  pozulmasına  görə  ortaya  çıxır.  Beynəlxalq  öhdəliklər  təkcə 
beynəlxalq  hüququn  mənbələrindən  deyil,  habelə  hüququ  tətbiqetmə  aktlarından  (məsələn, 
BMT  Təhlükəsizlik  Şurasının  qətnamələrindən,  beynəlxalq  məhkəmə  orqanlarının 
qərarlarından  və  s.)  və  dövlətin  birtərəfli  aktlarından  irəli  gələ  bilər.  Deməli,  beynəlxalq 
məsuliyyətin  mənbəyi  anlayışı  beynəlxalq  hüququn  mənbəyi  anlayışından  daha  genişdir.  Bu 
mənada  beynəlxalq  məsuliyyətin  hüquqi  əsası  kimi  beynəlxalq  hüquq  normasının  deyil, 
beynəlxalq öhdəliyin pozulmasından danışmaq lazımdır. 
  Əlavə edək ki, dövlətin hər hansı əməlinin beynəlxalq hüquq pozuntusu kimi tövsif edilməsi 
yalnız beynəlxalq hüquq əsasında həyata keçirilir; bu əməlin dövlətdaxili hüquqa görə qanuni 
olması qətiyyən şərt deyildir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə