Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   55   56   57   58   59   60   61   62   63

  Son zərurət. Dövlət son zərurət halına aşağıdakı şərtlər daxilində istinad edə bilər: dövlətin 
formal  hüquq  pozuntusu  sayılan  əməli  onun  həyatı  marağının  qorunması  zərurətindən 
doğmalıdır;  dövlətin  bu  marağı  ciddi  vı  labüd  təhlükəyə  məruz  qalmalıdır;  dövlətin  törətmiş 
olduğu  əməl  bu  marağın  müdafiəsi  üçün  yeganə  mümkün  vasitə  olmalıdır;  törədilmiş  əməl 
başqa dövlətə ciddi zərər yetirməməlidir.  
BMT Beynəlxalq Məhkəməsi Qabçikovo-Nadmaroş (Slovakiya/Macarıstan) işi üzrə 1997-ci 
ildə  çıxardığı  qərarında  son  zərurətin  nə  olduğunu  şərh  edərkənməhz  bu  şərtləri 
sadalamışdır.  
  ÖzünümüdafiəƏgər dövlətin törətdiyi əməl BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun 
olaraq özünümüdafiə xaraqteri daşıyırsa, bu əməlin beynəlxalq hüquqa ziddiliyi istisna olunur. 
Göstərilən  maddəyə  əsasən,  silahlı  basqına  məruz  qalan  dövlətin  fərdi  və  ya  kollektiv 
özünümüdafiə hüquqi vardır və deməli, bu məqsədlə o, istənilən tədbirə, o cümlədən hərbi gücə 
əl ata bilər. 
5. Beynəlxalq-hüquqi məsuliyyətin növləri və formaları. 
Beynəlxalq-hüquqi  məsuliyyətin  iki  növü  vardır:  qeyri-maddi  məsuliyyət  (bəzən  buna  siyasi 
məsuliyyət də deyirlər) və maddi məsuliyyət. Zərərin xaraqteri ilə (mənəvi və ya maddi zərər) 
məsuliyyətin növü arasında qəti uyğunluq yoxdur; belə ki, maddi zərər qeyri-maddi məsuliyyət 
də doğura bilər. Hər iki növ məsuliyyət müxtəlif formalarda ifadə oluna bilər. Beynəlxalq adət 
hüququnda tanınmış və BMT Beynəlxalq hüquq komissiyasının Layihəsində öz əksini tapmış 
bu formalar aşağıdakılardır:  
1)
  restitusiya; 
2)
  kompensasiya; 
3)
  satisfaksiya; 
4)
  təkrar etməmə təminatları (anoloji hüquq pozuntusunu təkrar törətməmək barədə 
təminat vermə). 
  Restitusiya hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin (status quo 
ante-nin) bərpa edilməsidir. Bu məsuliyyət formasına misal olaraq aşağıdakıları göstərmək olar: 
zəbt  edilmiş  ərazinin  bütünlüklə  azd  edilməsi;  qeyri-qanuni  ələ  keçirilmiş  əmlakın  geri 
qaytarılması; qeyri-qanuni həbs edilmiş və ya həbsdə saxlanılan şəxsin azad edilməsi və s.  


  Kompensasiya  dövlətə  və  ya  beynəlxalq  hüququn  digər  subyektinə  vurulmuş  maddi  (daha 
doğtusu, iqtisadi baxımdan qiymətləndirilə bilən) zərərin pul formasında ödənilməsidir. 
  Satisfaksiya beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas 
formasıdır.  Əksər  hallarda  o,  qeyri-maddi  (mənəvi)  zərərin vurulması  ilə  əlaqədar,  yəni  digər 
dövlətin  şərəf  və  ləyaqətinə  toxunan  hüquqa  zidd  əməllərlə  bağlı  tətbiq  olunur.  Satisfaksiya 
aşağıdakı  formalarda  ifadə  olunur:  zərərçəkmiş  dövlətdən  rəsmi  üzr  istənilməsi;  təəssf  ifadə 
olunması;  törədilmiş  əməlin  hüquqa  zidd  olmasının  etiraf  edilməsi;  təqsirli  şəxslərin 
məsuliyyətə cəlb olunması və cəzalandırılması və s.  
  Təkrar  etməmə  təminatları  (guarantees  of  non-repetition)  delikvent  dövlətin  bu  cür  hüquq 
pozuntularına  gələcəkdə  bir  daha  yol  verməyəcəyi  barədə  öz  üzərinə  görürdüyü  xüsusi 
öhdəlikdir.  Bəzən  beynəlxalq-hüquqi  məsuliyyətin  bu  forması  satisfaksiyanın  bir  növü  kimi 
nəzərdən keçirilir. 
6.  Beynəlxalq-hüquqi  məsuliyyətinhəyata  keçirilməsi.Delikvent  dövlət  başqa  dövlətə 
(dövlətlərə)  vurduğu  zərəri  könüllü  ödəməklə,  öz  beynəlxalq-hüquqi  məsuliyyətini  həyata 
keçirmiş olur. Əgər o, hüquqa zidd əməlinin davam etdirərsə və ya bu əməl nəticəsində dəymiş 
zərəri ödəməkdən boyun qaçırarsa, onda onun beynəlxalq məsuliyyətini həyata keçirmək üçün 
zərərçəkmiş dövlət (dövlətlər) məcburiyyət vasitələrinə - əks tədbirlərə (sanksiyalara) əl atmaq 
hüququ qazanır. Əks tədbirlə(countermeasures) – hər hansı dövlətin beynəlxalq hüquqa zidd 
ə
məli müqabilində zərəəkmiş dövlət (və ya səlahiyyətli beynəlxalq təşkilat) tərəfindən tətbiq 
olunan  cavab  tədbirləridir.  Əks  tədbirlərə  aşağıdakı  misalları  göstərmək  olar:  embarqo; 
boykot;  müqavilənin  digər  iştirakçı  dövlət  tərəfindən  pozulmasına  cavab  olaraq  həmin 
müqaviləyə birtərəfli qaydada xitam verilməsi və s.) 
  Əks  tədbirlər  beynəlxalq-hüquqi  məsuliyyətin  forması  deyildir  (ədəbiyyatda  əks  fikirlər 
çoxdur). O, məsuliyyətin həyata keçirməsini təmin etməli olan xüsusi tədbirlərdir. Məsuliyyət 
və əks tədbirlər, əsas etibarilə, onunla fərqlənir ki, məsuliyyət əgər hüquq pozuntusunu törətmiş 
dövlətin hərəkətidirsə, əks tədbirlər isə zərərçəkmiş dövlətin hərəkətidir; ikincisi, məsuliyyət – 
delikvent dövlətin üzərinə qoyulan vəzifədir və o, bu vəzifəni  mütləq yerinə yetirməlidir; əks 
tədbirlər isə - zərərçəkmiş dövlətin hüququdur və, deməli, o, bu tədbirlərə əl atmaya da bilər. 
  Əks  tədbirlər  özü-özlüyündə  “beynəlxalq  hüquq  pozuntusudur”,  çünki  belə  bir  tədbirə  əl 
atmaqla, dövlət delikvent dövlət qarşısında əvvəllər öz üzərinə götürdüyü beynəlxalq öhdəliyini 


pozmuş olur. Əslində isə, başqa dövlətin beynəlxalq hüquqa zidd əməlinə proporsional cavab 
olduğundan, əks tədbir hüquqauyğun xaraqter alır. Yuxarıda göstərdiyimiz kimi, əks tədbirlər 
məsuliyyəti  aradan  qaldıran  hallardan  biridir.  Belə  ki,  beynəlxalq  hüquqda  başqa  bir 
məcburiyyət  tədbiri  sayılan  retorsiyadan  əks  tədbir  onunla  fərqlənir  ki,  retorsiya  təkcə 
beynəlxalq hüquq pozuntusuna görə tətbiq olunmur və, ən başlıcası, bu zaman belə bir tədbirə 
əl atan dövlət heç bir konkret öhdəliyini pozmur. Retorsiya, əsas etibarilə, digər dövlətin qeyri-
dost  hərəkətlərinə  cavab  olaraq  tətbiq  edilir.  Bu  tədbirlər  beynəlxalq  hüquqla  qorunmayan 
hüquqların  məhdudlaşdırılmasına  (pozulmasına)  yönəlmişdir;  məsələn,  gömrük  rüsumlarının 
qaldırılması, idxalın azaldılması, həmin dövlətdəki səfirin geri çağrılması və s.). 
  Əks tədbirlər cəza deyildir. Onların kokret məqsədi vardır və bu məqsəd əldə olunan kimi 
əks tədbirlər dayandırılmalıdır.  
  Əks tədbirlər beynəlxalq hüquqla müəyyən olunmuş şərtlər çərçivəsində tətbiq olunur.  
  Birincisi,  bu  tədbirlər  yalnız  hüquqa  zidd  əməlin  dayandırılması  və  ya  dəymiş  zərərin 
ödənilməsi barədə ilkin tələbdən sonra tətbiq edilə bilər. Bu yönümdə ortaya çıxan problemləri, 
ən əsası, zərərin ödənilməsini problemin həll etmək üçün əvvəlcə zərərçəkmiş dövlət delikvent 
dövlətlə danışığa girməli və ya digər dinc nizamasalma vasitəsinə əl atmalıdır. Yuxarıda qeyd 
etdiyimiz kimi, yalnız bu vasitələr bir nəticə vermədikdə, yəni irəli sürülmüş müvafiq iddialar 
rədd edildikdən sonra zərərçəkmiş dövlət əks tədbirlərə əl ata bilər. 
 
kincisi,  əks  tədbirlərin  intensivliyi  və  miqyası  törədilmiş  hüquq  pozuntusunun  ciddiliyinə 
və vurulmuş zərərin xaraqterinə uyğun olmalıdır.  
  Üçüncüsü, əks tədbirlər tətbiq edilən zaman müəyyən qadağalara əməl olunmalıdır. Belə ki: 
əks tədbirlər: a) güclə hədələməyə və ya güc tətbiqinə əsaslanmamalıdır (bu qadağa fərdi əks 
tədbirlərə  şamil  olunur);  b)  beynəlxalq  hüququn  ümumi  imperativ  normalarından  irəli  gələn 
hüquqları pozmamalıdır; c) dövlətin ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhlükə altına 
atmamalıdır; ç) əsas insan hüquqlarına və diplomatik və konsul agentlərinin toxunulmazlığına 
xələl gətirməməlidir.  
   Əks tədbirlər iki cür olur: 1) fərdi tətbirlər və 2) kollektiv tədbirlər (beynəlxalq təşkilatlar 
çərçivəsində).  Kollektiv  tədbirlərə  aşağıdakıları  misal  göstərmək  olar:  dövlətin  təşkilatda 
üzvülüyünün dayandırılması; dövlətin təşkilatdan çıxarılması, kollektiv silahlı tədbirlər və s.).  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə