51
Elmi fəaliyyəti ilə yanaşı zaman keçdikcə
X.Məmmədov pedaqoji sahədə də müəyyən nai-
liyyətlər qazanmış və bunun nəticəsində 2001-
2005-ci illərdə Bakı Dövlət Universitetinin
«Azərbaycan tarixi» kafedrasının professoru və-
zifəsini tutaraq, elmi pedaqoji fəaliyyətini daha
da genişləndirmişdir.
Respublika ictimaiyyəti professor X.Məm-
mədovu təkcə tanınmış alim, yaxşı müəllim kimi
deyil, həm də yaxşı tədris təşkilatçısı və qabaqcıl
ali məktəb işçisi kimi tanıyır. O, Bakı Dövlət
Universitetində işləməklə yanaşı eyni vaxtda
1996-2003-cü illərdə Bakı Biznes Universitetin-
də Beynəlxalq Əlaqələr üzrə prorektor, «Huma-
nitar fənnlər» kafedrasının müdiri vəzifələrini də
icra etmişdir. O, Dövlət İdarəçilik Akademiyası-
na dəvət olunur və 2005-2007-ci illərdə akademi-
yanın «Rəhbər kadrların ixtisasının artırılması»
fakültəsinə dekan və eyni zamanda burada fəaliy-
yət göstərən Ixtisaslaşdırılmış Müdafiə Şurasının
nəzdində olan Elmi seminara müvəffəqiyyətlə
rəhbərlik edir.
Bir qədər sonra onun təhsil sahəsindəki pe-
şəkar fəaliyyətini və bu sahədəki səriştəsini nəzə-
rə alan Azərbaycan Respublikasının Təhsil Na-
zirliyi 2007-ci ilin oktyabr ayında professor
52
X.
Məmmədovu Azərbaycan Müəllimlər Institutunun
Ağcabədi filialına direktor vəzifəsinə təyin edir.
Qeyd etmək yerinə düşər ki, Ağcabədi Rayon
İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutmuş bu təyi-
nat rayon ictimaiyyətinin və ziyalılarının böyük rəğ-
bətinə səbəb oldu. Filiala rəhbərlik etdiyi qısa bir za-
manda uzun illər bu sahədə qazandığı təcrübə onun
köməyinə gəlir və bunun nəticəsi kimi tez bir zaman-
da filialın maddi-texniki bazasını və təlim-tərbiyə
prosesini müasir tələblər səviyyəsinə qaldırmağa nail
olur.
Filialda mənəvi- psixoloji cəhətdən görülmüş
çox qiymətli olan işlərin nəticəsidir ki, filialın profes-
sor- müəllim heyətindən bir nəfər ölkə Prezidenti cə-
nab Ilham Əliyevin sərəncamı ilə «Tərəqqi medalı»
almış, bir nəfərə isə Təhsil Nazirliyi tərəfindən «Qa-
baqcıl təhsil işçisi» döş nişanı verilmişdir. Aparılan
məqsədyönlü işlərin nəticələrindən biri kimi bu müd-
dət ərzində pedaqoji prosesdə, ali təhsilli gənc mütə-
xəssislərin formalaşmasında, filialın kadr potensialı-
nın möhkəmləndirilməsində və onların seçilib yerləş-
dirilməsində, yerinə yetirilən elmi işlərin keyfiyyəti-
nin daha da yaxşılaşdırılmasında, filialın maliyyə - tə-
sərrüfat fəaliyyətinin yenidən qurulmasında, istilik
sisteminin müasir avadanlıqlarla təchiz edilərək işə
salınmasında, kitabxana fondunun yeni tədris ədəbiy-
yatı ilə zənginləşdirilməsində
53
və bütövlükdə ali məktəb həyatının digər sahələrini
də əhatə edən çoxlu nailiyyətlər qazanılmışdır.
Fəxrlə qeyd etməliyik ki, bəhs olunan dövrdə
qazanılmış ümumi nailiyyətlərin içərisində X.Məm-
mədovun özünəməxsus elmi pedaqoji nailiyyətləri də
az deyildi. Onun qələminin məhsulu olan 15-dən çox
monoqrafiyanın 4-ü, 100-dən çox elmi məqaləsinin
20-si məhz son 3 ilin payına düşür.
O, elmi - pedaqoji fəaliyyətə başlayandan indi-
yə kimi tarixçi alimlərin yetişdirilməsi məqsədi ilə bir
neçə aspirant və dissertanta elmi rəhbərlik etmiş, 30-a
kimi namizədlik və doktorluq dissertasiyası üzrə rəs-
mi opponent, 90-a qədər dissertasiya işinə rəy vermiş,
monoqrafiya və dərs vəsaitlərinin elmi redaktoru ol-
maqla bu istiqamətdəki işini indi də davam etdirir. O,
Azərbaycanda və xaricdə nəşr olunan bir neçə jurnal-
ların redaksiya heyətinin və alimlik dərəcəsi verən
müdafiə şuralarının üzvüdür.
Respublikanın elmi ictimaiyyətinə yaxşı mə-
lumdur ki, professor X.Məmmədovun çoxşaxəli elmi
pedaqoji yaradıcılığında dərslik, dərs vəsaitlərinin və
tədris proqramlarının yazılması və tərtibi də xüsusi
bir yer tutur. Bunların içərisində alimin Azərbaycanın
tanınmış digər tarixçi alimləri ilə birlikdə həmmüəllif
olduğu ümumtəhsil
54
məktəblərinin 11-ci sinfləri üçün yazılmış «Azərbay-
can tarixi» (Bakı, 2000) dərsliyinin xüsusi yeri vardır.
Çünki bu dərslik birbaşa Azərbaycan xalqının böyük
oğlu, bütün dünyada tanınmış ictimai-siyasi xadim,
ümummilli liderimiz Heydər Əliyevin göstərişi və
rəhbərliyi altında yazılmışdır. Dərslik indiyə kimi hər
il təkrar nəşr edilərək «Çox zəngin, mürəkkəb və zid-
diyyətli hadisələrlə, böyük uğurlarla dolu tariximizin
1918-2003-cü illər dövrünün tədrisi və mənimsənil-
məsində sözsüz ki, böyüməkdə olan nəslin milli özü-
nüdərk, vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri
dəyərlər əsasında tərbiyə edilməsində» müstəsna əhə-
miyyətə malikdir.
Bu dərslik quruluşuna görə 6 bölmə, 19 fəsil,
58 paraqraf və 349 səhifədən ibarətdir. Elmi pedaqoji
cəhətdən çox təqdirəlayiqdir ki, dərsliyin əvvəlində
və son səhifəsində ümummilli liderimiz Heydər Əli-
yevin gənc nəslin təlim-tərbiyəsinə aid olan çoxsaylı
müdrik fikirlərindən nümunələr verilmiş, dərsliyin ilk
səhifəsində Ulu Öndərin gələcəyimiz olan gənclərin
qarşısında qoyduğu vəzifə aşağıdakı kimi müəyyən-
ləşdirilmişdir: «... İndi müstəqil Azərbaycanın hər bir
gənci məktəbdə milli təhsil alaraq öz xalqının, milləti-
nin, qədim zamanlardan indiyə kimi olan tarixini gə-
rək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş
ola bilməz. Əgər bunu bilməsə o, vətənini qiymətlən-
dirə bilməz. Əgər bunu bilməsə o,
Dostları ilə paylaş: |