55
millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə
fəxr edə bilməz».
Bu bir həqiqətdir ki, ömrünün bütün şüurlu his-
səsini Azərbaycanda Milli Azadlıq hərəkatının və
milli istiqlal mübarizəsinin tədqiqinə və öyrənilməsi-
nə həsr etmiş, əvvəllər də bir neçə dərsliyin müəllifi
olan alim üçün vətən tarixi dərsliyini yazmaqdan üs-
tün və şərəfli heç nə ola bilməz.. Həqiqətən ümum-
milli liderimiz Heydər Əliyevin tapşırığı əsasında bu
dərsliyin yazılmasında iştirak etməsini professor
X.Məmmədov Ulu Öndərimiz tərəfindən ona göstəril-
miş ən böyük etimad kimi dəfələrlə müxtəlif istiqa-
mətli yazılarında və çıxışlarında xüsusi qeyd etmişdir.
Alimin əsərlərindən biri də 1996-ci ildə nəşr
olunmuş «Azərbaycan milli hərəkatı» (1875-1918-cı
illər) adlanır. Əsər XX yüzilliyin sonlarında çap olun-
sa da, əslində müəllif bu əsərin üzərində Bakı Dövlət
Universitetinin aspiranturasında təhsil aldığı illərdə,
özü də gizli şəkildə həm tədqiqat aparmış, həm də
bəhs olunan dövrün qeyri-leqal inkişaf edən milli
azadlıq hərəkatının ən gənc üzvlərindən biri olmuş-
dur.
Adından göründüyü kimi bu əsəri də müəllif
Azərbaycanın milli hərəkat tarixinə həsr etmişdir. Bu-
rada Azərbaycan milli hərəkatının ilkin oyanışdan
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına
56
qədərki dövrü ilk dəfə olaraq işlənmiş, real və elmi
baxımdan olduğu kimi tarixilik saf-çürük edilərək
bəhs olunan dövrün mövzu üzrə həqiqi mənzərəsi tam
aydınlaşdırılmışdır. Bu əsərində professor X.Məmmə-
dov Azərbaycan tarixində ilk dəfə milliyətcə erməni
olan P.V.Mosesovun «Azərbaycanda vətəndaş müha-
ribəsi» (1917-1920-ci illər) adlı doktorluq dissertasi-
yasında Azərbaycanın milli hərəkat tarixinə hər cürə
ləkə yaxan» və xalqımızın düşməni, Azərbaycanlıla-
rın 31 Mart Soyqırımını təşkil edən S.Şaumyana
«milli qəhrəman» adının qazandırmasına etiraz edə-
rək, onun əsl murdar və qaniçən simasını açmağa nail
olmuşdur.
Bəli, Sovet Ittifaqının «milli qəhrəmanı sayılan
bu türk və azərbaycanlıların qaniçən qatili haqqında
doğru olanı yazmaq vaxtı ilə hər azərbaycanlı alimi-
nin cəsarət etdiyi iş deyildi. Professor X.Məmmədo-
vun bu əsərində elmi dövriyəyə ilk dəfə daxil etdiyi
etibarlı mənbələr və arxiv sənədləri indiyə kimi də
bəhs olunan mövzunun isıqlandırılmasında ən etibarlı
mənbələr kimi tədqiqatçılar tərəfindən geniş istifadə
olunmaqdadır. Əsərdə əsas işıqlandırılan hadisələrin
ardıcıllığı belədir:
Milli istiqlal mübarizəsinin sosial-iqtisadi və si-
yasi təməli, maarifçilik hərəkatı və milli-mədəni inki-
şaf, milli demokratik ideyalarının
57
formalaşmasında aydınların rolu, birinci rus inqilabı
və Azərbaycanda milli demokratik fikir, erməni-Azər-
baycan - türk münaqişəsi və onun milli hərəkatın inki-
şafına təsiri, Müsavat partiyasının yaranması və milli
istiqlal mübarizəsində onun rolu, I Dünya müharibəsi
illərində Azərbaycanın iqtisadi və sosial - siyasi duru-
mu, 1917-ci il fevral inqilabı və istiqlal hərəkatının
ümummilli prosesə çevrilməsi, milli istiqlalın gerçək-
ləşməsi uğrunda mübarizəsi və s.
Müəllif Azərbaycan milli demokratik fikrinin
inkişafından bəhs edərək göstərir ki, birinci rus inqila-
bı ərəfəsində Azərbaycan yazıçıları, publisistləri, ana
dilində mətbuat orqanları açmaq imkanı əldə edərək
«Həyat», «Füyuzat», «Tərəqqi», «Təkamül», «Irşad ,
«Iqbal» və başqa mətbu orqanlarını yaratdılar. Bu-
nunla da onlar ictimai-siyasi fikir tarixinin əsasını
qoydular. Əsası Azərbaycanın görkəmli filosofu Hey-
dər Hüseynov tərəfindən qoyulmuş bu problemin də
ilk dəfə geniş şəkildə Azərbaycan tarixşünaslığında
elmi əsaslarla, tarixi həqiqətin olduğu kimi işlənməsi
professor X.Məmmədovun adı ilə bağlıdır. Bu işin el-
mi cəhətdən əhəmiyyəti bir də ona görə dəyərlidir ki,
ona müasir dövrün ictimai-siyasi prosesləri prizma-
sından baxılmışdır.
Əsərin əvvəlində müəllif Azərbaycanda milli
hərəkatın tədqiqatçılarını tarixi ardıcıllıqla qruplaşdı
58
raraq, əsas cəhətləri göstərmək, nəyin doğru, nəyin
həqiqətdən uzaq olduğunu bir məqsəd kimi qarşıya
qoymuşdu. Əvvəlcə 1917-1920-ci illər tarixi ilə yana-
şı milli hərəkatın əvvəlki illərinə nəzər salır və haqlı
olaraq qeyd edir ki, bəhs olunan dövrdə yazılmış təd-
qiqat əsərləri milli hərəkatın mərhələlərinin ümumi
mənzərəsinin müəyyən tərəfini canlandırmaq baxı-
mından əhəmiyyətlidir. Bu baxımdan A.Rayevskinin,
Y.Pathauzerin, M.D.Hüseynovun, Ə.Qarayevin,
Q.Hüseynovun, M.Quliyevin və digər tədqiqatçıların
adlarını qeyd edir. XX yüzilliyin 50-60-cı illərində
Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsinə həsr
edilmiş akademik nəşrlərdən də bəhs olunur və Y.To-
karjevski, P.Əzizbəyova, C.Quliyev, K.Şahgəldiyev,
Z.İbrahimov, M.İsgəndərov, A.Milman, İ.B.Striqu-
nov, Z.Əliyeva, Ə.Sumbatzadənin əsərlərini təhlil
edir və belə bir qərar verir ki, «Sovet siyasi ideologi-
yasının nəfəsi bu əsərlərə də toxunduğundan onlarda
problemin elmi və obyektiv tədqiqindən danışmaq çə-
tindir. Azərbaycanın milli hərəkatının sonrakı dövrü-
nü təşkil edən əsərlərin digər qrupunu 80-cı illərdən
etibarən başlayaraq Sovet imperiyasının dağılmağa
başlaması və başa çatması ilə bir dövrdə yaranan əsər-
lərin xüsusi əhəmiyyəti qeyd olunur və müstəqil
Azərbaycan dövlətinin yaranması ərəfəsində meydana
gələn
Dostları ilə paylaş: |