47
rəfindən qovulması, XX yüzilliyin Xocalı soyqı-
rımı, saysız-hesabsız erməni terror və zorakılıqla-
rı, dünya və respublika əhəmiyyətli minlərlə tari-
xi, dini abidələrimizin erməni vandalizminin qur-
banına çevrilməsi və tariximizin digər müasir ak-
tual məsələləri.
Bu əsərlər içərisində «Azərbaycan milli hə-
rəkatı», «Aydınlarımızın istiqlal mücadiləsi»,
«Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm
və mədəniyyət sahəsində fəaliyyəti», «Azərbay-
can xalqının milli istiqlal mübarizəsi», «Türkiyə-
də və Azərbaycanda erməni millətçilərinin cina-
yətləri», «Erməni iddiaları və azərbaycanlıların
soyqırımı» adlı monoqrafiyalar, dərsliklər və dərs
vəsaitləri xüsusi yer tutaraq Azərbaycanda milli
azadlıq hərəkatının XIX yüzilliyin sonunu və XX
yüzilliyi bütövlükdə əhatə edən geniş bir dövrün
siyasi və tarixi salnaməsini özündə əks etdirir.
Mən, Xəqani müəllimi Bakı Dövlət Uni-
versitetində birgə təhsil aldığımız illərdən tanıyı-
ram. O, çox az bir vaxtda nəinki müəllimlik etdi-
yi fakültələrin, bütövlükdə çoxsaylı universitet
kollektivinin dərin hörmət və ehtiramını qazan-
mışdı. Həyat səhifələrini vərəqlədikcə gözlərimiz
önündə bir insanın mənalı və işıqlı ömür simfoni-
yası daha aydın canlanır:
48
Məmmədov Xəqani Məmməd oğlu 1954-
cü ilin adi yaz günlərinin birində Qədim Qarabağ
torpağının səfalı guşələrindən biri olan Ağcabədi
şəhərində qulluqçu ailəsində anadan olmuşdur.
O, 1970 -ci ildə indiki Bakı Dövlət Universiteti-
nin tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə
həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək,
1975-1979-cu illərdə təyinatla Ağcabədinin 1 və
7 saylı şəhər məktəblərində öz ixtisası üzrə müəl-
limlik etmişdir. Təhsilini artırmaq məqsədi ilə
1979-cu ildə Bakı Dövlət Universitetinin əyani
aspiranturasına daxil olur və 1982-ci ildə aspiran-
turanı müvəffəqiyyətlə bitirərək universitetdə ix-
tisası üzrə müəllim vəzifəsində saxlanılır. Ona
əziz və doğma olan bir kollektivdə, özü də vaxti-
lə ona bu fakültədə dərs demiş respublikamızın
tanınmış tarixçi alimləri ilə birlikdə işləmək xoş-
bəxtliyi nəsib olmuşdur. Sağlam mənəvi psixoloji
mühit universitetdə işlədiyi illərdə Xəqani müəl-
limin həm elmi, həm pedaqoji, həm də dünyagö-
rüşünün formalaşmasında xüsusi bir mərhələ təş-
kil edir.
Yorulmadan gecəli - gündüzlü apardığı çox-
illik səmərəli elmi işlərin nəticəsi olaraq 1985-ci
ildə namizədlik, 1998-ci ildə isə «Azərbaycanda
maarifçilik və milli hərəkat» (XIX əsrin sonları-XX əsrin
əvvəlləri) mövzusunda doktorluq dissertasiyası müda-
49
fiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi al-
mışdır.
Nəinki yazıldığı dövrdə, indinin özündə də və
bundan sonra da bu əsər öz əhəmiyyətini heç vaxt itir-
məyəcək. Dissertasiyanın avtoreferatında tədqiqatın
elmi yeniliyi haqda deyilir: «Dissertasiyada ilk dəfə
olaraq Azərbaycan milli hərəkatının təkamül tarixi iz-
lənilmiş, hər bir məsələnin özünəməxsus xüsusiyyət-
ləri səciyyələndirilmişdir. Buna görə də tədqiqat işin-
də Azərbaycanda maarifçilik və milli hərəkatın ana-
dilli mətbuat uğrunda mübarizəsindən başlanmış,
Azərbaycan Xalq Cümhuriyyətinə qədər keçib gəldiyi
çətin, mürəkkəb və zəngin təkamül prosesi mərhələ-
lərlə izlənilmişdir. Bu fundamental tədqiqat işinin
məqsəd və vəzifələri isə müəllif tərəfindən aşağıdakı
kimi müəyyənləşdirilmişdir: Azərbaycanda maarifçi-
lik və milli hərəkat tarixinin ardıcıl, sistemli şəkildə
öyrənilməmiş XIX yüzilliyin sonları-XX yüzilliyin
əvvəllərini əhatə edən dövrün araşdırılması, Azərbay-
can milli hərəkatının əsasını təşkil edən milli - de-
mokratik partiyaların və müsəlman təşkilatlarının for-
malaşması və təkamülü prosesini işıqlandırmaq,
Azərbaycan dövlətçiliyinin yaranmasının zəmini olan
tarixi-siyasi hadisələri təhlil etmək, milli hərəkat tari-
xinin təkamül prosesini izləmək, milli təkamül tarixi-
nin əsas mərhələlərini müəyyənləşdirmək, milli hərə-
kat tarixinin spesifik xüsusiyyətlərini ardıcıl sistem-
ləşdirmək və əsas təkamülünü üzə çıxarmaq, Azər-
baycan tarixşünaslığında problemin tədqiqi ilə bağlı
50
yazılmış əsərləri ümumiləşdirərək onlara münasibət
bildirmək, sovet tarixşünaslığının bu dövrün tədqiqi
ilə bağlı araşdırmalarının qüsur və yanlışlıqlarını kon-
septual şəkildə üzə çıxartmaq, işlənməmiş arxiv sə-
nədlərindən ilk dəfə istifadə etməklə yeni tarixi fakt-
ları və məxəzləri elmi dövriyyəyə daxil etmək.
Həqiqətən də bu əsər yazılana qədər Azərbay-
can milli hərəkatı, onun ayrı-ayrı dövrləri və hadisələ-
ri barədə çoxsaylı əsərlər yazılsa da, nə sovet tarixşü-
naslığında, nə də onun tərkib hissəsi olan Azərbaycan
tarixşünaslığında, məsələyə «sinfi mübarizə» mövqe-
yindən yanaşıldığından mövzuya konseptual milli ba-
xımdan yanaşılmamışdır. Lakin müəllifin yazdığı işin
obyektiv nəticələri və ümummilli hərəkatdan bəhrə-
lənməsi dissertasiyanın elmi əhəmiyyətini daha da ar-
tırmış və bunun nəticəsində bu tədqiqat işi bəhs olu-
nan mövzu üzrə ən etibarlı mənbə kimi gələcəkdə ya-
zılacaq tədqiqat işləri üçün örnək rolunu yerinə yetir-
məkdədir.
Dissertasiya işinin rəsmi opponentləri olmuş
Azərbaycanın görkəmli tarixçi alimləri, tarix elmləri
doktorları, prof. T.Musayevanın, prof. S.Qarayevin və
prof. X.Köçərlinin vaxtilə bu tədqiqat işinin vətən ta-
riximizin inkişafındakı gələcək əhəmiyyəti barədə
söylədikləri müsbət fikirlər özünü artıq çoxdan doğ-
rultmuşdur.
Dostları ilə paylaş: |