Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə31/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

 
88
 
 
Müxtəlif suallarla aşağı siniflərdən “Həyat bilgisi” fənnindən fotosintez haqqında 
bilikləri yada salmaq olar. Məsələn, “Hansı maddələrdən,  harada və hansı şəraitdə 
bitki orqanizmində üzvi maddələr alınır?” (Yarpaq lətində hava qidalanması – 
fotosintez gedir; yarpaqda üzvi maddələr  əmələ  gəlir; yarpaq lətini  əsasən 
fotosintezedici toxuma təşkil edir; yarpaq fotosintezdə iştirak edən əsas orqandır və 
s.)  Sxemdə açıqlanmamış (tapılmamış) məqamlara dərsin sonunda qayıtmaq 
tövsiyə olunur. 
 
Praktik işin nəticələrini mərhələlər üzrə müzakirə etmək olar. Müzakirə üçün 
tövsiyə olunan suallar

– Yarpaqlarda hansı maddə  əmələ  gəlir? Hansı maddəyə yod əlavə etdikdə göy 
rəng verir? (nişasta). Hansı şəraitdə yarpaqlarda nişasta əmələ gəlir? (işıq). Nişas-
tanın əmələ gəlməsi üçün hansı maddələr olmalıdır? (karbon qazı və su). Karbon 
qazı yarpağa haradan daxil olur? (ağızcıqlardan). 3 gün qaranlıqda saxlanılan 
bitkinin yarpaqlarında nişasta əmələ gəlirmi?  (qaranlıqda nişasta əmələ gəlmir). 
 Nəzəri materialın müəllim tərəfindən sxem, şəkillər, elektron təqdimat və 
videomateriallar vasitəsilə izah edilməsi tövsiyə olunur. Dərsin məqsədlərini 
nəzərə alaraq müəllim növbəti məsələlərə xüsusi diqqət yetirməlidir:  
  bitkilərin hava qidalanmasını fotosintez təmin edir; 
  avtotrof olan yaşıl bitkilərin vacib xüsusiyyəti fotosintez etmək 
qabiliyyətidir; 
  fotosintezin getməsi üçün zəruri  şərtlərin (işıq, karbon qazı, su) olması 
vacibdir; 
  fotosintez nəticəsində bitkilərdə üzvi maddələr əmələ gəlir; 
  atmosferdəki oksigen fotosintezin əlavə məhsulu olub Yer üzərində həyatın 
varlığını təmin edir. 
Müzakirələrdən sonra müəllim sxemə qayıdıb onu tamamlamağı təklif edir. 
 
Bitkilərin 
qidalanması 
Yeraltı 
Orqan:  ? 
Hüceyrələr: ? 
Maddələr: ?

Orqan:  ? 
Hüceyrələr: ? 
Maddələr: ?
Torpaqda
Havada 


 
89
 
 
 Sxemin doldurulması zamanı yuxarıdakı suallardan istifadə etmək mümkündür. 
 Təqdim olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi 
və dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır. 
 
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Təsviretmə 
Təcrübə aparma 
Zəif
 
Orta
 
Yüksək
 
Fotosintez prosesi üçün lazım 
olan amilləri sadalayarkən 
səhvlərə yol verir.  
Fotosintez prosesi üçün lazım 
olan amilləri əsasən düzgün 
sadalayır. 
Fotosintez prosesi üçün lazım 
olan amilləri düzgün 
sadalayır. 
Fotosintez prosesinin 
xüsusiyyətlərini izahlı təsvir 
etməkdə çətinlik çəkir.  
Fotosintez prosesinin 
xüsusiyyətlərini əsasən 
düzgün izahlı təsvir edir. 
Fotosintez prosesinin 
xüsusiyyətlərini düzgün 
izahlı təsvir edir. 
Fotosintezin gedişinə dair 
müəllimin köməyi ilə 
təcrübə aparır.
 
Fotosintezin gedişinə dair 
müəllimin çox az müdaxiləsi 
ilə təcrübə aparır.
 
Fotosintezin gedişinə dair 
müstəqil olaraq təcrübə 
aparır.
 
 
 
Torpaqda 
Havada 
Daxil olur
Daxil olur
Bitkilərin qidalanması
Yeraltı 
Orqan:  Kök 
Hüceyrələr: Əmici tellər 
Maddələr: Su+ mineral maddələr 
Xloroplastlar 
Üzvi maddələr + oksigen 
Fotosintez 
Orqan:  Yarpaq 
Hüceyrələr: Ağızcıqlar 
Maddələr: Karbon qazı  


 
90
Dərs 36 / Mövzu 32:
 HEYVANLARIN QİDALANMASI 
 
 
 
 
 Dərsin  əvvəlində verilmiş  mətn və suallar ətrafında müzakirə  təşkil etmək 
məqsədəuyğundur. Bu zaman BİBÖ üsulundan istifadə etməklə şagirdlərin əvvəlki 
biliklərini aşkarlamaq və öyrənmək istədikləri sualları müəyyənləşdirmək olar. 
Dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıldığı qeyd oluna bilər.  
Praktik tapşırığı yerinə yetirərkən şagirdlər əvvəlki biliklərindən faydalanmalı-
dırlar. Bunun üçün aşağı siniflərdən “Həyat bilgisi” və digər fənlərdən heyvanlar 
haqqında  bilikləri yada salmaq faydalı olar. Şəkildə  təsvir edilən heyvanlarda 
qidalanmanı müəyyənləşdirərkən  şagirdlərin diqqətini hər bir heyvana xas olan 
qidalanma növünə cəlb etmək məqsədəuyğundur.  
 
Mətnin öyrənilməsini “Niyə bitkiləri istehsalçı adlandırırlar? Onlar nə istehsal 
edir? Bundan kim (nə) istifadə edir?” sualından başlamaq faydalı olardı.  
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İNSERT”, “Kiçik qruplarda 
müzakirələr” və digər üsullarla aparıla bilər.  
İş kiçik qruplarda aparılarsa, hər qrupa müxtəlif tapşırıqlar verilə bilər. Məsələn,  
 
“Otyeyənlər”, “Yırtıcılar” qrupları üçün: 
1. Dərslikdəki mətni oxuyun.  “Otyeyənlər” (“Yırtıcılar”) anlayışını formalaşdırın.  
2. Onlarda həzm sisteminin xüsusiyyətlərini göstərin. Qida əldə edilməsi üçün 
hansı uyğunlaşmalar var?   
3. Heyvanlar aləmindən misallar göstərin

 
“Parazitlər” qrupu üçün:  
1. Dərslikdəki mətni oxuyun. “Parazit” anlayışını formalaşdırın. 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Heterotrof  orqanizmlərin quruluşunu təsvir edir. 
 
Heyvanlarda həzm prosesinin xüsusiyyətlərini təsvir edir.
 
 
Canlıların arasındakı qida əlaqələrini izah edir.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə