nsan hüceyrələrində interferonları sintez edən RNT çox az olub, müxtəlif
zülallar sintez edən RNT-nin ümüumi miqdarını 0,1%-ni təşkil edir. Ona görə də
insan interferonu geninin klonlaşdırılması xeyli çətin başa gəlir.
Bu çətinliyə baxmayaraq genitik mühəndislik yolu ilə interferon (leykositlər,
ffibroblast və immunogen) genləri E. coli hüceyrəsində klonlaşdırılmışdır. Həmin
üsulla alınan E. coli bakteriya kulturası qida mühitinin 1 litrində 5 mq interferon
sintez edib toplayır ki, bu miqdar 1 l insan qanında olan interferonlardan 5 min
dəfə çoxdur. Amerika, isveçrə, Almaniya, ingiltərə və eləcədə Rusiyada E. Coli
bakteriyasından sənayedə interferonların istehsalı texnologiyası həyata keçirilir.
Son illər Amerika alimləri Saccharomyces serevisae maya göbələyi
hüceyrəsinə müvafiq rekombinat molekulu keçirmək və təsir etmə üsullarını
öyrənməklə interferon sintezedən maya göbələyi almışlar.
nterferonların ətraflı tədqiqi göstərri ki, onların ümumi xassələri ilə yanaşı,
hər birinin özünəməxsus xüsusiyyətləri də vardır. Onların aşkar edilməsi səyəsində
müvafiq genləri məqsədyönlü dəyişməklə interferonların xassələrini dəyişmək
mümkün olmuş, nəticədə yeni xassəli interferonlar alınmışdır.
nterferonların
biotexnologiyası
hələlik
öz
inkişafının
başlanğıc
nöqtəsindədir. Bəşəriyyəti narahat edən bir çox xəstəliklərin müalicəsondə
interferonlara böyük ümid bəslənilir.
Genetik mühəndislik və vaksinlərin alınması. Bu günə qədər istifadə
olunan vaksinlər müsbət və mənfi xassələrə malikdirlər ki, onlar vaksinlərin
istehsalı və təsiretmə xüsusiyyətləri ilə bağlıdır. Bəzi canlı və öldürülmüş
mikroorqanizmlər, məsələn, hepatit B viruslar, papoviruslar, herpesviruslar
potensial onkogen xassəyə malik olduqları üçün onlardan vaksin almaq mümkün
deyildir. Çox vaxt adi üsulla kifayət qədər antigenlər alınmasının qeyri-
mümkünlüyü vaksinlərin alınmasında çətinlik törədir (məsələn, hepatit A və B
arenovirusların, malyariya və mieloidoz viruslarının antigenləri).
Genetik mühəndislik metodları ilə alınan vaksinlər aşağıdakı üstünlüklərə
malikdir:
1.
preparatlarda ballast (lazımsız) komponentlərin olmaması və ya cüzi
miqdarda olması;
2.
preparatların tam zərərsizliyi (antigenlər virulent olmayan rekombinat
hüceyrələrdən alındığı üçün preparatda hüceyrələrdən alındığı üçün preparatda
hüceyrələrin olması təhlükə törətmir);
3.
preparatın ucuz başa gəlməsi.
Genetik mühəndisliyin geniş imkanlara malik olması ondan yoluxucu
xəstəliklərə, ilk növəbədə yoluxucu viruslara qarşı vaksinlərin alınmasında istifadə
etmək inkanını yaratdı. Virus genemu prokariot hüceyrə genomuna nisbətən çox
sadə və kiçik ölçüyə malik olduğundan virus DNT-sində yerləşən geni
klonlaşdırmaq nisbətən asan başa gəlir. Lakin bu üsulla asanlıqla hepatit, qrip və
polimielit virusları genini daşıyan rekombinat bakterial plazmidlər (DNT
molekulu) alınmasına baxmayaraq, onların bakteriya hüceyrəsində ekspressiyasını
yaratmaq mümkün olmurdu. Bu, hər şeydən əvvəl, həmin virusların uzun sürən
təkamül prosesində insan və ali heyvanların orqanizmində parazitliyə
uyğunlaşması ilə əlaqədardır. Çoxalma məqsədilə onlar parazitik etdikləri
hüceyrənin biosintetik sistemindən istifadə edirlər. Bu biosintetik sistem prokariot
orqanizmlərin biosintetik sistemindən kəskin fərqlənir. Deməli, yoluxucu viruslar
üçün resipient hüceyrə rolunu eukariot mikroorqanizmlər oynamalı idi. Lakin
maya göbələkləri və digər ibtidai eukariot orqanizmlərdən istifadə etdikdə belə
istənilən nəticə alınmadı.
Ali eukariot hüceyrələrdə (toyuq embrionu, heyvan və insan hüceyrəsi
kulturaları) təcrübələr vasitəsilə rekombinat virus DNT-sini çoxaltmaqla virusa
qarşı antigenlərdən ibarət faydalı vaksinlərin alınması sübut olundu.
Antigen xassəyə malik immonugen zülalların gen mühəndisliyi üsulu ilə
alınması da böyük əhəmiyyət kəsb edir. mmonugen zülallara bütün virus zülalları
və bir çox mikrob vaksinləri aiddir. mmonugen zülalların əsas xüsusiyyəti onların
orqanizmdə antitellər əmələ gətirməsidir.
Bakteriya və göbələk hüceyrəsində virus zülalı polipeptidli monomerlər
şə
klində sintez olunmasına baxmayaraq, onlar birləşib üçüncü və ya dördüncü
(fəza) quruluşu yaratmaq imkanına malik deyillər. Buna görə də prokariot və
ibtidai eukariotlarda sintezolunan zülallar immonugen xassə daşımırlar.
Lakin mikrobioloji sintez yolu ilə viruslara qarşı vaksinlərin alınması
eukariot sistemlərdəki sintezə nisbətən çox böyük səmərə ilə başa gəlir. Gen
mühəndisliyi üsulu ilə belə xassəyə malik mikroorqanizmlərin alınması üçün
müəyyən fundamental elmi problemlər həll olunmalıdır. Bununla bərabər viruslar
tərəfindən xəstəliklərə qarşı gen mühəndisliyi vaksinləri alınması nəticəsində
müəyyən müvəffəqiyyətlər əldə edilmişdir.
Hepatit A virusları. Hepatit A və ya yoluxucu hepatit çox geniş yayılmış
virus xəstəliklərindəndir. Bu xəstəliklə mübarizədə qanında hepatit A virusuna
qarşı antitellər olan insan zərdabından istifadə edilir. Son illər hepatit A viruslarını
heyvan və insan hüceyrələrində yetişdirməklə vaksinlər alınmışdır, nəticədə
viruslar və onların fərdi struktur zülallarının preparativ alınması mümkün
olmuşdur. Fərdi struktur zülalların təsirindən sintezedilən antitellər bütöv viruslara
qarşı həssas olmurlar.
Gen mühəndisliyi üsulları ilə bakteriya hüceyrələrindən hibrid antitellər
alınmışdır. Lakin onlar da hepatit A viruslarına qarşı mübarizədə istifadə olunmağa
yararsızdırlar. Bu sahədə elmi axtarışlar davam etdirilir.
Poliomielit virusları. Poliomietil virusları insanların əsəb sisteminə təsir
edib paralic əmələ gətirirlər. Canlı və cansız vaksinlərin alınması və birgə tətbiqi
demək olar ki, xəstəliyin qarşısının alınmasına səbəb olur. Poliomilet əleyhinə
vaksinlər alınmasının ən əlverişli yolu gen mühəndisliyi üsuludur. Bunun üçün
aşağıdakı məsələlərin həlli tələb olunur:
Dostları ilə paylaş: |