yüksək qiymət
aşağı qiymət
birjanın bağlanış qiyməti
Sxem 5. Sütunla qrafikin nümunəsi
Fərz edək ki, sütunlu qrafik bir həftə ərzində beş
günlük birja ticarəti müddətinə tərtib edilir və məbləğ əqdə
uyğun olaraq ABŞ dolları ilə ifadə edilir. Bu kimi qrafikdə hər
günlük birja qiymətləri – aşağı qiymətlər, yüksək qiymətlər və
birjanın bağlanılma zamanına mövcud olan yekun-sonuncu
hesablaşma qiyməti qeyd edilir.
Həmin qrafikdə məhsul satışının həcmi və bütün
əqdlər və ya maliyyə alətləri – vasitələrinin açıq mövqeləri üzrə
məlumatlar toplana bilər.
Mövqe (məntəqə) – rəqəm çartası üsulu ilə qrafik
tərtib edildikdə onun üzərində qiymətlər aşağı düşdükdə «O»
və ya «•», yüksəldikdə isə «+» işarələri qoyulur. Qəbul
olunmuş işarələr üfuqi qaydada əks etdirilərək qiymətlərin
tərəddüd etməsini özlərində cəmləşdirir. Qiymət özünün əvvəl
tutduğu nöqtəsinə qayıtdıqda qrafikdə keçid işarəsi qoyulur və
həmin gün üzrə nəzərdə tutulmuş növbəti sətirə keçirilir. Bu
cür aparılan texniki təhlil qiymətlərin dəyişməsi meyllərini
izləmək və növbəti gün, bəzi hallarda isə müəyyən dövr üzrə
qiymətlərin
tərəddüdlərini
proqnozlaşdırmaq
imkanları
qazanılır.
Sürüşkən orta qiymət kəmiyyətinin qrafikinin tərtib
edilməsi müəyyən vaxt ərzində (gun, həftə, ay və s.) orta
dəyişən qiymət haqqında məlumatın qrafikin üzərinə
köçürülməsini nəzərdə tutur. Eyniliklə qrafikdə qiymətlərin
yüksəlişini xarakterizə edən uzun mövqelər və onların
enməsini göstərən qısa mövqelər öz əksini tapır. Əksər hallarda
qrafik üzərində birjanın bağlanılması anda tabloda göstərilən
qiymətdə öz əksini tapır. Əgər bu iki xətt bir-birilə kəsişsə,
onda deməli qrafikin qurulması öz məqsədinə çatdı və artıq
həmin mövqeni bağlamaq olar.
Sürüşkən orta kəmiyyətlər qrafikindən digər
tədqiqatlar və müşahidələr yolu ilə əldə edilmiş qiymətlərin
dəyişməsi meyillərini təsdiq etmək üçün sanki əlavə mənbə
kimi istifadə edilir.
Əksər hallarda qiymətlər birjada bir qədər mövcud
qiymət axınından kənara çıxmadan müəyyən aşağı və yüksək
diapazon çərçivəsində tərəddüd edir. Qiymət axını üzərində
nəzarət aparmaq fyuçers əqdlərini lazımi vaxtda alıb və ya
satmaq üçün ən aşağı və ən yüksək qiymət hədləri dövrlərini
müəyyən etməyə imkan verir.
Təcrübədə fyuçers və digər növ birjalarda qiymətlərin
dayanaqlı olaraq qalxması və ya aşağı enməsi çox nadir
hallarda müşahidə edilir. Müəyyən hədd çərçivəsində onlar bu
və ya digər tərəfə tərəddüdlərlə dəyişkənliyə daha çox meyl
edirlər. Bununla əlaqədar texniki təhlil prosesində trend və
trend xətlərinin müəyyən edilməsi, yəni qiymətlərin sabit
yüksəlişi və ya enməsinin mərkəzi xətlərinin təyin edilməsi
üçün qrafiklər qurulur.
Fyuçers bazarlarında tələb, təklif və qiymətlərin
gələcəkdə
dəyişməsini
izləmək
məqsədilə
kompüter
texnikasının imkanlarından geniş istifadə edilir. Onların
proqramları elə tərtib ediliblər ki, qrafiklərlə yanaşı reversiv
modellər adlanan üsul vasitəsilə qiymət trendinin dəyişməsinin
ağıla sığılmaz modellərini qurmağ mümkün olur. Texniki
təhlilin bütün bu imkanlarından təcrübədə səmərəli istifadə
etmək üçün əsasən fyuçers və qiymətli kağızlar birjalarında
çalışan adi əməkdaşlardan tutmuş treyderlərə kimi ciddi xüsusi
təlim keçməsi və təcrübə toplanılmasını tələb olunur.
Azərbaycan Respublikasında fəaliyyət göstərən əmtəə
və valyuta birjalarında, eləcədə yaranmaqda olan qiymətli
kağızlar bazarları, fyuçers, opsion və fond birjalarıda çalışmaq
üçün xüsusi keyfiyyətə malik yüksək səviyyəli iqtisadçıların,
maliyyəçilərin, mühasiblərin – klirinqlərin, auditorların və
digər mütəxəssislərin hazırlanması problemi durur.
7.3. Birjalarda broker fəaliyyəti və onun təşkili
Birjaların fəaliyyətini təmin edərək, onların qarşısında
duran məqsədə nail olmaq, vəzifə və funksiyaları tam və
düzgün reallaşdırmaq üçün öz səlahiyyət dairəsində fəaliyyət
göstərən müəyyən icraçılar, nəzarətçilər və ümumi işi idarə
edən məsul şəxslər olmalıdır. Lakin birjanın fəaliyyəti elə
təşkil edilir ki, orada çalışan işçilər öz bitərəfliklərini
saxlayaraq, birbaşa kommersiya əməliyyatının iştirakçıları olan
satıcı və alıcıların azad tələb, təklif və qiymətlər haqqında
sövdələşmələrinə qarışmırlar. Beləliklə, əvvəllər qeyd edildiyi
kimi, birjalarda ticarət əməliyyatlarının həyata keçirilməsi üçün
tərəfmüqavillərinin sərbəstliyi və rahatlıqı xüsusi təmin edilir.
Birjada çalışan məmur və texniki işçilər iş prosesində
məhsulları və əməliyyatları qeydiyyata alıb və uçotdan
keçirərək, yaranan münaqişəli halları aradan qaldıraraq, dövlət
qarşısında öz öhdəliklərini yerinə yetirərək və s. onun
(birjanın) fəaliyyətini təmin edirlər. Bununla əlaqədar birjada
çalışan qulluqçular adi birja ticarəti və hərracları keçirilən
zaman ümumi zalda və ya öz iş yerlərində hazır vəziyyətdə
olmalıdırlar ki, istənilən məlumatın operativ təqdimatını təmin
etsinlər və iştirakçılar tərəfindən öz öhdəliklərinə düşən vəzifə
və funksiyaların yerinə yetirilməsi qaydasınını gözlənilməsini
nəzarət dairələrində saxlaya bilsinlər.
Birjada satıcı və ya alıcıların sifarişlərini yerinə
yetirərək, öz müştərilərinin adından çıxış edən və onların
hesabına ticarət əməliyyatları aparan şəxslərə ABŞ-da ticarət
zalının brokerləri («floor brokers»), ngiltərədə isə qısaca
brokerlər («brokers») deyirlər. Onlarla yanaşı ticarət zalında
kommersiya ilə müstəqil məşğul olan biznesmenlər də iştirak
edirlər. Həmin iş adamları – tacirlər məhsulları öz vəsaitləri
hesabına alıb sataraq, əvvəla əmtəələri öz mülkiyyətinə çevirir,
sonra isə onların sahibkarı kimi hərəkət edirlər. Həmin birja
Dostları ilə paylaş: |