Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə39/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

 
 
 
 
                yüksək qiymət 
                aşağı qiymət  
              
  birjanın bağlanış qiyməti  
Sxem 5. Sütunla qrafikin nümunəsi 
Fərz  edək  ki,  sütunlu  qrafik  bir  həftə  ərzində  beş 
günlük  birja  ticarəti  müddətinə  tərtib  edilir  və  məbləğ  əqdə 
uyğun olaraq ABŞ dolları ilə ifadə edilir. Bu kimi qrafikdə hər 
günlük birja qiymətləri – aşağı qiymətlər, yüksək qiymətlər və 
birjanın  bağlanılma  zamanına  mövcud  olan  yekun-sonuncu 
hesablaşma qiyməti qeyd edilir. 
Həmin  qrafikdə  məhsul  satışının  həcmi  və  bütün 
əqdlər və ya maliyyə alətləri – vasitələrinin açıq mövqeləri üzrə 
məlumatlar toplana bilər.  
Mövqe  (məntəqə)  –  rəqəm  çartası  üsulu  ilə  qrafik 
tərtib  edildikdə  onun  üzərində  qiymətlər  aşağı  düşdükdə  «O» 
və  ya  «•»,  yüksəldikdə  isə  «+»  işarələri  qoyulur.  Qəbul 
olunmuş  işarələr  üfuqi  qaydada  əks  etdirilərək  qiymətlərin 
tərəddüd etməsini özlərində cəmləşdirir. Qiymət özünün əvvəl 
tutduğu nöqtəsinə qayıtdıqda qrafikdə keçid işarəsi qoyulur və 
həmin  gün  üzrə  nəzərdə  tutulmuş  növbəti  sətirə  keçirilir.  Bu 
cür  aparılan  texniki  təhlil  qiymətlərin  dəyişməsi  meyllərini 
izləmək  və  növbəti  gün,  bəzi  hallarda  isə  müəyyən  dövr  üzrə 
qiymətlərin 
tərəddüdlərini 
proqnozlaşdırmaq 
imkanları 
qazanılır. 
Sürüşkən  orta  qiymət  kəmiyyətinin  qrafikinin  tərtib 
edilməsi  müəyyən  vaxt  ərzində  (gun,  həftə,  ay  və  s.)  orta 
dəyişən  qiymət  haqqında  məlumatın  qrafikin  üzərinə 
köçürülməsini  nəzərdə  tutur.  Eyniliklə  qrafikdə  qiymətlərin 
yüksəlişini  xarakterizə  edən  uzun  mövqelər  və  onların 
enməsini göstərən qısa mövqelər öz əksini tapır. Əksər hallarda 
qrafik  üzərində  birjanın  bağlanılması  anda  tabloda  göstərilən 
qiymətdə  öz  əksini  tapır.  Əgər  bu  iki  xətt  bir-birilə  kəsişsə, 
onda  deməli  qrafikin  qurulması  öz  məqsədinə  çatdı  və  artıq 


 
 
 
həmin mövqeni bağlamaq olar. 
Sürüşkən  orta  kəmiyyətlər  qrafikindən  digər 
tədqiqatlar  və  müşahidələr  yolu  ilə  əldə  edilmiş  qiymətlərin 
dəyişməsi  meyillərini  təsdiq  etmək  üçün  sanki  əlavə  mənbə 
kimi istifadə edilir. 
Əksər  hallarda  qiymətlər  birjada  bir  qədər  mövcud 
qiymət  axınından  kənara  çıxmadan  müəyyən  aşağı  və  yüksək 
diapazon  çərçivəsində  tərəddüd  edir.  Qiymət  axını  üzərində 
nəzarət  aparmaq  fyuçers  əqdlərini  lazımi  vaxtda  alıb  və  ya 
satmaq  üçün  ən  aşağı  və  ən  yüksək  qiymət  hədləri  dövrlərini 
müəyyən etməyə imkan verir. 
Təcrübədə fyuçers və digər növ birjalarda qiymətlərin 
dayanaqlı  olaraq  qalxması  və  ya  aşağı  enməsi  çox  nadir 
hallarda müşahidə edilir. Müəyyən hədd çərçivəsində onlar bu 
və  ya  digər  tərəfə  tərəddüdlərlə  dəyişkənliyə  daha  çox  meyl 
edirlər.  Bununla  əlaqədar  texniki  təhlil  prosesində  trend  və 
trend  xətlərinin  müəyyən  edilməsi,  yəni  qiymətlərin  sabit 
yüksəlişi  və  ya  enməsinin  mərkəzi  xətlərinin  təyin  edilməsi 
üçün qrafiklər qurulur. 
Fyuçers  bazarlarında  tələb,  təklif  və  qiymətlərin 
gələcəkdə 
dəyişməsini 
izləmək 
məqsədilə 
kompüter 
texnikasının  imkanlarından  geniş  istifadə  edilir.  Onların 
proqramları  elə  tərtib  ediliblər  ki,  qrafiklərlə  yanaşı  reversiv 
modellər adlanan üsul vasitəsilə qiymət trendinin dəyişməsinin 
ağıla  sığılmaz  modellərini  qurmağ  mümkün  olur.  Texniki 
təhlilin  bütün  bu  imkanlarından  təcrübədə  səmərəli  istifadə 
etmək  üçün  əsasən  fyuçers  və  qiymətli  kağızlar  birjalarında 
çalışan adi əməkdaşlardan tutmuş treyderlərə kimi ciddi xüsusi 
təlim keçməsi və təcrübə toplanılmasını tələb olunur. 
Azərbaycan Respublikasında fəaliyyət göstərən əmtəə 
və  valyuta  birjalarında,  eləcədə  yaranmaqda  olan  qiymətli 
kağızlar bazarları, fyuçers, opsion və fond birjalarıda çalışmaq 
üçün  xüsusi  keyfiyyətə  malik  yüksək  səviyyəli  iqtisadçıların, 
maliyyəçilərin,  mühasiblərin  –  klirinqlərin,  auditorların  və 


 
 
 
digər mütəxəssislərin hazırlanması problemi durur. 
 
7.3. Birjalarda broker fəaliyyəti və onun təşkili 
Birjaların fəaliyyətini təmin edərək, onların qarşısında 
duran  məqsədə  nail  olmaq,  vəzifə  və  funksiyaları  tam  və 
düzgün  reallaşdırmaq  üçün  öz  səlahiyyət  dairəsində  fəaliyyət 
göstərən  müəyyən  icraçılar,  nəzarətçilər  və  ümumi  işi  idarə 
edən  məsul  şəxslər  olmalıdır.  Lakin  birjanın  fəaliyyəti  elə 
təşkil  edilir  ki,  orada  çalışan  işçilər  öz  bitərəfliklərini 
saxlayaraq, birbaşa kommersiya əməliyyatının iştirakçıları olan 
satıcı  və  alıcıların  azad  tələb,  təklif  və  qiymətlər  haqqında 
sövdələşmələrinə  qarışmırlar.  Beləliklə,  əvvəllər  qeyd  edildiyi 
kimi, birjalarda ticarət əməliyyatlarının həyata keçirilməsi üçün 
tərəfmüqavillərinin  sərbəstliyi  və  rahatlıqı  xüsusi  təmin  edilir. 
Birjada  çalışan  məmur  və  texniki  işçilər  iş  prosesində 
məhsulları  və  əməliyyatları  qeydiyyata  alıb  və  uçotdan 
keçirərək, yaranan münaqişəli halları aradan qaldıraraq, dövlət 
qarşısında  öz  öhdəliklərini  yerinə  yetirərək  və  s.  onun 
(birjanın)  fəaliyyətini  təmin  edirlər.  Bununla  əlaqədar  birjada 
çalışan  qulluqçular  adi  birja  ticarəti  və  hərracları  keçirilən 
zaman  ümumi  zalda  və  ya  öz  iş  yerlərində  hazır  vəziyyətdə 
olmalıdırlar ki, istənilən məlumatın operativ təqdimatını təmin 
etsinlər və iştirakçılar tərəfindən öz öhdəliklərinə düşən vəzifə 
və  funksiyaların  yerinə  yetirilməsi  qaydasınını  gözlənilməsini 
nəzarət dairələrində saxlaya bilsinlər. 
Birjada  satıcı  və  ya  alıcıların  sifarişlərini  yerinə 
yetirərək,  öz  müştərilərinin  adından  çıxış  edən  və  onların 
hesabına  ticarət  əməliyyatları  aparan  şəxslərə  ABŞ-da  ticarət 
zalının  brokerləri  («floor  brokers»),  ngiltərədə  isə  qısaca 
brokerlər  («brokers»)  deyirlər.  Onlarla  yanaşı  ticarət  zalında 
kommersiya  ilə  müstəqil  məşğul  olan  biznesmenlər  də  iştirak 
edirlər.  Həmin  iş  adamları  –  tacirlər  məhsulları  öz  vəsaitləri 
hesabına alıb sataraq, əvvəla əmtəələri öz mülkiyyətinə çevirir, 
sonra  isə  onların  sahibkarı  kimi  hərəkət  edirlər.  Həmin  birja 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə