Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə36/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

 
 
 
onun  keyfiyyətinin  etibarlı  olmasını  göstərməklə  yüksək 
qiymətə satılmasına təminat verir.  ndiyənə kimi London metal 
birjasında  dünyanın  azı  65  ölkəsinin  təxminən  400  metal 
markaları dövlət qeydiyyatından keçmişdir.  
London  metal  birjasında  əlvan  metallar  üzrə 
kommersiya əməliyyatları cəmi bircə səhifədə yerləşən standart 
əqdlər üzrə aparılır.  
Tərəfmüqavillərin  sövdələşmə  şərtlərindən  asılı 
olaraq  birja  əqdlərinin  icrası  üç  aydan  27  aya  kimi  müddəti 
əhatə edə bilər. Lakin məhsulların real göndərilməsi hər ayın 3-
cü  həftəsi  yerinə  yetirilir  və  əmtəənin  faktiki  çəkisi  anbar 
şəhədətnaməsində  göstərilmiş  çəkidən  bu  və  ya  digər  tərəfə 
2%-dən artıq tərəddüd etməməlidir.  
Təcrübədə hər bir kəs London metal birjası vasitəsilə 
kommersiya  əməliyyatlarını  həyata  keçirə  bilər.  Lakin  bunun 
üçün  onlar  həmin  birjada  üzvlük  statusuna  malik  şirkətlərə  və 
yaxud xüsusi broker kontorlarına müraciət etməlidirlər. Həmin 
vasitəçi qurumlar kənardan olan alıcı və ya satıcılara göstərdiyi 
əlaqələndirici vasitəçi xidmətlərinə görə reallaşan kommersiya 
əməliyyatının  ilgisinin  ümumi  məbləğinin  0,16%  ölçüsündə 
komission alırlar.  
London  metal  birjasında  ticarət  günü  hər  bir  metal 
üzrə  səhər  və  axşam  hərəsi  5  dəqiqədən  olan  alış-veriş  aktı 
kimi  keçirilir.  Lakin  yalnız  səhərki  ikinci  ticarət  sesiyasında 
«dairə»nin  içində  səslənən  qiymətlər  həmin  birjanın  rəsmi 
məzənnəsi kimi götürülür. Həmin məlumatlar tezliklə bu və ya 
digər  metal  üzrə  beynəlxalq  qiymətlər  kimi  qeyd  olunurlar. 
Bunun  üçün  əlvan  metalların  satışında  ikinci  səhər  ticarət 
sesiyası daha əhəmiyyətli hesab edilir.  
Dünyanın  ən  böyük  əlvan  metallar  birjasının  biri  də 
hələ  1933-cü  ildə  müxtəlif  profilli  metallar,  kauçuk  və  s. 
birjalarının  birləşdirilməsi  nəticəsində  yaranmış  Nyu-Yorkun 
Komeks  əmtəə  birjasıdır.  Lakin  zaman  keçdikcə  həmin  birja 
satdığı malların çeşidini daraltmaq məcburiyyətində qalmış və 


 
 
 
nəticədə  yalnız  iki  növ  mis,  cəmi  alüminium,  qızıl  və  gümüş 
çeşidlərinə  daxil  olan  məhsulları  realizə  etməklə  məşğuldur. 
Nəticədə  «Komiteks»  satdığı  əlvan  metalların  məzənnəsini– 
qiymətqoymasını da həyata keçirərək, beynəlxalq miqyasda öz 
nüfuzunu nəzərə çarpan dərəcədə yüksəltməyə nail olmuşdur.  
Azərbaycan  Respublikasında  bir  sıra  təbii  sərvətlərin 
hasilatı  (çıxarılması)  və  emaledici  sahələrinin  inkişafı,  neft-
kimya  və  qaz  komplekslərinin  genişləndirilməsi  məqsədilə 
maşınqayırma  sənayesinin  yeni  vüsət  alması  burada  neft,  neft 
məhsulları  və  qaz  kondesatı  (propan  və  s.)  birjası  –  bazarının 
yaradılması  daha  üstün  və  aktual  məsələyə  çevirir.  Bununla 
belə, Azərbaycanın gələcək taleyini neft və neft-kimya, eləcədə 
onlarla  əlaqədar  bir  sıra  sənaye  sahələrinin  inkişafı  ilə 
bağlamazdan  əvvəl,  həmin  sahələrin  beynəlxalq  bazarlarında 
olan  tələb,  təklif  və  azad  qiymətlərin  xüsusiyyətləri  və 
dəyişmək  meyllərini  dərindən  təhlil  etmək  gərəkdir.  Bununla 
yanaşı  həmin  sahələrin  inkişafı  variantları,  istehsal,  ekologiya 
və  s.  riskləri  köklü  öyrənməli,  inhisarçılıq  meylləri  və 
korrupsiya amilləri də nəzərdən yayınmamalıdır. Onu unutmaq 
lazım  deyil  ki,  hələ  XIX  əsrin  sonlarında  yaranmış  ilk  Bakı 
əmtəə  birjasında  neft  və  neft  məhsullarının  alış-verişi  çoxluq 
təşkil  edirdi.  Yalnız  1901-ci  ildə  Azərbaycanda  10  mln.  tona 
qədər neft çıxarılaraq, bütün dünyada hasil olan neftin yarısını 
təşkil edirdi. Bu qədər neftin çıxarılması və emal edilməsi uzun 
müddət dəyişməz olaraq qalmışdır. Neft və neft  məhsullarının 
qiymətləri  isə  nəqliyyat  xərcləri  ilə  birlikdə  durmadan 
yüksəldiyi halda, neft hasilatı və emalı sahibkarları və satışına 
daxili  və  xarici  bazarda  cəlb  olunan  vasitəçilərə  sabit  gəlir 
gətirirdi
1
.  Beynəlxalq  bazarda  isə  neft  və  neft  məhsullarına 
                                                 
1
  15  ийун  1889-жу  илдян  башлайараг  Бакыдан  Батуми  лиманына 
дашынан  нефт  мящсулларына  дямирйолу  тарифляри  Русийада  о 
заманкы пул ващиди цзря ики гяпик артырылараг, дашыма хяржи щяр 
бир  пуд  нефтя  18,6  гяпик  тяшкил  етди.  Бакыда  ися  бир  пуд  нефт 


 
 
 
olan  tələb,  təklif  və  qiymətlər  müxtəlif  ölkələrdə  daima  elm, 
texnika  və  texnologiya  inkişaf  etdikcə  dəyişir,  təkmilləşir  və 
yüksəlirdi.  Lakin  ikinci  dünya  müharibəsindən  sonra  və 
ələlxüsus  ərəb  ölkələri  və  randa  zəngin  neft  yataqları  kəşf 
edildikdən  sonra  neft  və  neft  məhsulları  bazarları  Qərbdən 
Şərqə  yönəlmişdir.  Belə  ki,  1974-cü  ildən  etibarən 
Amsterdamın  müddətli  əməliyyatlar  birjasında  dizel  yanacağı 
üzrə  fyuçers  əqdləri  bağlanılmağa  başladı.  Məhz  həmin 
dövrdən başlayaraq Nyu-Yorkun pambıq və əmtəə birjalarında 
tədricən neftin, bunker və dizel yanacaqlarının topdan ticarətini 
mənimsəməyə  başladılar.  Hələ  1971-ci  ildə  Nyu-Yorkun 
pambıq  birjasında  propan  üzrə  əqddlərin  satışına  qədəm 
qoyuldu.  Nəhayət  rəqabət  mübarizəsi,  bazarların  və  satılan 
məhsulların  bölgüsü  və  təkrarən  bölgüsü  nəticəsində  propanın 
satışı  həmin  şəhərdə  fəaliyyət  göstərən  əmtəə  birjasına  keçdi. 
Onu  da  qeyd  edək  ki,  bir  çox  ölkələrdə  neft  və  neft 
məhsullarını propan kimi birja məhsulları sırasına daxil etməyə 
cəhdlər göstərmişdir. Ancaq Avropa ölkələri ilə yanaşı ABŞ-da 
da  bütün  bu  cəhdlər  ciddi  nəticə  verməmişdir,  çünki  neft  və 
neft məhsulları bazarı dünyanın müxtəlif nöqtələrindəki siyasi, 
iqtisadi,  hərbi  və  digər  dəyişikliklərə  həddindən  artıq 
hissiyatlıdır.  Hərbi  dairələrdən  nəşriyyata  sızan  məlumatlara 
əsasən  nisbi  sülh  şəraitində  müxtəlif  ölkələrin  neft  məhsulları 
ehtiyatları orta hesabla iki il təşkil edir. Deməli, əksər dövlətlər 
neft  və  neft  məhsullarının  ehtiyatlarını  artırmağa  yox,  cari 
tələbatı ödəmək məqsədilə alırlar. Bununla yanaşı, neft və neft 
məhsulları  bazarı  Şell,  Britiş  Petrolium,  Lukoil  və  b.  kimi 
nəhəng  neft  şirkətləri  ilə  neft  və  neft  məhsulları  ixrac  edən 
ölkələr  arasında  rəqabətin  kəskinləşməsini  labüd  edir.  Misal 
                                                                                                        
жями  4  гяпийя  баша  эялирди,  Авропа  базарларында  ися  бир  пуд  аь 
нефт  18,5  гяпийя  сатылырды.  Няглиййат  хяржляринин  артмасы  нефт 
магнатлары 
тяряфиндян 
пис 
гаршыланырды 
(Азярбайжан 
Республикасы тарих архиви фонд 5, он.1, иш 29, с.66).  


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə