Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

 
 
 
cəminin  4%  təşkil  etsin  (əgər  fyuçers  komission  müəssisəsi 
birja üzvüdürsə, netto-kapital 50 min dollar təşkil edə bilər). 
Hər  bir  brokerin  öz  xüsusi  kitabı  olmalıdır.  Həmin 
kitabda və yaxud xüsusi vərəqlərdə müştəridən alınan əmrlərin 
daxilolma  vaxtı  və  onların  yerinə  yetiriləcəyi  haqda  müddət 
qeydiyyat 
edilməlidir. 
Müştərilərin 
əmrlərindəki 
dəyişikliklərdə bu xüsusi kitab və vərəqlərdə əksini tapmalıdır. 
Bütün  bu  uçot  və  hesabat  sistemi  Əmtəəlik  Fyuçers  Ticarəti 
üzrə  Komissiyaya  imkan  verir  ki,  istənilən  vaxt  yerlərdə 
fyuçerslər  və  digər  əmtəələrin  birja  ticarəti  şərtləri  və 
qaydasının  düzgün  yerinə  yetirilməsinə  nəzarət  edilsin  və 
yoxlanılsın. 


 
 
 
Fəsil 5. Maliyyə bazarları, qiymətli kağızlar və  
fond birjaları 
 
5.1. Maliyyə bazarları, qiymətli kağızlar və fond 
birjalarının iqtisadi mahiyyəti, vəzifə və funksiyaları 
 
Bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  bazarları  pul 
vəsaitlərini  sərmayə  kimi  qoyanlar  və  onların  və  onları 
götürənlər  arasında  qarşılıqlı  maraqlar  əsasında  vasitəçi  rolu 
oynayırlar.  Bu  kimi  bazarlar  cəmiyyətin  əlində  olan  pulları 
cəmləşdirərək  ən  yüksək  mənfəət  gətirən  sahələrə  qoymağı 
təmin  edirlər.  Bununla  yanaşı  həmin  maliyyə  bazarları 
mübadilə və pulun digər funksiyalarını da yerinə yetirirlər. 
Maliyyə  bazarları  müəssisələrin  gəlirlərinin  səmərəli 
bölünməsi  və  təkrarən  bölünməsini,  milli  sərvətlərin 
idarəedilməsi  və  işgüzar  fəallığı  həvəsləndirən  sistem  kimi 
çıxış  edirlər.  Mahiyyətcə  qiymətli  kağızlar  müəyyən  şəxsə 
kağız üzərinə göstərilmiş məbləğin borc kimi çatacağını və ya 
onu  təqdim  edən  adı  göstərilən  müəssisənin  mənfəətinin 
müvafiq  hissəsində  payının  olduğunu  təsdiq  edən  rəsmi 
sənəddir. 
«Qiymətli 
kağızlar 
haqqında» 
Azərbaycan 
Respublikasının  Qanununda  göstərilir:  «Qiymətli  kağız-  onun 
sahibinin  əmlak  və  qeyri-əmlak  hüquqlarını  və  bu  qanunların 
verilməsi  imkanını  müəyyən  edilmiş  formada  və  məcburi 
rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir»
1
 
nkişaf  etmiş  kapitalist  ölkələrində  qiymətli  kağızlar 
bazarı  ilkin  və  təkrarən  (ikinci)  hissələrə  bölünür.  lkin 
qiymətli  kağızlar  bazarında  tamamilə  yeni  olan  qiymətli 
kağızlar  satılır,  o  birisində  isə  onların  təkrarən  alış-verişi 
                                                 
1
 «Гиймятли каьызлар щаггында» Азярбайжан Республикасынын 
Гануну. Бакы шящяри. 14 ийул 1998-жи ил, №523-1Г. сящ.1 


 
 
 
həyata keçirilir.  lkin qiymətli kağızlar dövriyyəyə əsasən fond 
birjaları vasitəsilə cəlb edilir. 
Kapitalist  ölkələrində  qiymətli  kağızların  birjadan 
kənar satılması adi hal kimi qəbul olunur və o, ümumi qiymətli 
kağızlar dövriyyəsinin 60% təşkil edir. 
Fond  birjaları  qapalı  tipli  müəssisələr  kimi  fəaliyyət 
göstərir.  Birja  oyunlarında  isə  əsasən  dilerlər  və  brokerlər 
iştirak edir. 
Qeyd  etdiyimiz  kimi,  cəmi  qiymətli  kağızlar  pay  və 
borc  xarakterli  ola  bilər.  Qiymətli  kağızların  əsas  növləri 
aşağıdakılardır:  dövlət  istiqrazları,  adi  istiqrazlar,  veksellər, 
depozit  çekləri,  əmanət  sertifikatları,  bankların  təqdim  edənə 
əmanət  kitabçaları,  konosament  (  yüklərin  əmtəə-  müşahidə 
sənədləri),  səhmlər,  girov  sənədləri,  özəlləşdirmə  qiymətli 
kağızları  və  s.  Səhmlərdən  əldə  edilən  gəlirlərə  dividend 
deyilir. 
Səhmlər ünvanlı və təqdim edənlərə bölünürlər. 
Müəssisənin  idarəedilməsi  üzrə  səhmlər  səs  hüquqlu 
və  səssiz  ola  bilərlər.  Öz  növbəsində  səhmlər  sadə  (adi)  və 
imtiyazlı  kimi  buraxılır.  Sadə  səhmlərin  sahibləri  mənfəəti 
bazarın  dəyişən  konyukturasına  uyğun  əldə  edirlər,  imtiyazlı 
səhmlərin  sahibləri  isə  bazarın  tərəddüdlərindən  asılı 
olmayaraq mənfəət alırlar.  
Azərbaycan və keçmiş SSR  ərazisində əsasən dövlət 
yönümlü  müəssisələrin,  səhmdar  cəmiyyətlərinin  və  işçi 
heyətlərinin səhmləri buraxılır. 
Fond  birjalarında  bütün  əməliyyatların  əksəriyyəti 
səhmlərin və digər qiymətli kağızların qiymət fərqlərindən asılı 
olaraq  adi  alver  kimi  qurulur.  Bəziləri  onları  məzənmələrinin 
yüksəlişinə, digərləri isə aşağı düşməsinə oynayırlar. 
Qiymətli kağızların satışı (alış-verişi) onların kursları 
(məzənnələri) 
üzrə 
aparılır. 
Təcrübədə 
səhmlərin 
məzənnəmələri bank faizlərinin səviyyəsindən asılıdır. Belə ki, 
səhmlərin alışı o zaman özünü doğurur ki, onlar eyni məbləğin 


 
 
 
banka qoyulduğuna nisbətən daha yüksək mənfəət vəd etsinlər. 
Misal üçün, əgər bank faizi 4% olsa və hər yüz dollar il ərzində 
8  dollar  səhm  üzrə  mənfəət  gətirirsə,  onda  səhm  200  dollara 
satılmalıdır  (    8x100/4=  200$)  və  səhmin  məzənnəsi  8% 
olacaqdır.  
stiqraz  vərəqləri  qiymətli  kağızların  başqa  bir 
növüdür. 
Fond  birjalarında  ticarət  ayrı-ayrı  qiymətli  kağızlar 
üzrə aparılır. 
Birjalarda 
baş 
tutan 
bütün 
əməliyyatlar 
(sövdələşmələr)  kassa  (üç  gün  ərzində)  və  müddətli 
(göstərilmiş  vaxt  ərzində  və  ya  hər  ayın  29-a  kimi)  başa 
çatdırılmalıdır. 
Fond birjalarının məqsədləri vəzifələri və funksiyaları 
müvafiq qanunlarda geniş əksini tapmışdır. 
 
 
5.2. Ölkəmizdə qiymətli kağızlar bazarı və fond  
birjalarının vəziyyəti 
Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  və 
fond  birjaları  hələlik  tam  formalaşmayıb,  ona  baxmayaraq  ki, 
bazar  iqtisadiyyatına  keçid  1991-ci  ildən  elan  edilib. 
Ümumiyyətlə,  bu  müddət  ərzində  bazar  iqtisadiyyatını 
formalaşdırmağı  imkan  verən  qanunlar  paketlərinin  qəbulu  və 
infrastruktur  şəbəkələrinin  yaradılması  bir  qədər  sistemsiz  və 
ləng  həyata  keçirilir.  Bunun  nəticəsində  isə  ölkəmizdə  sivil 
bazar  münasibətlərinin  bərqərar  olması  prosesi  uzanır, 
cəmiyyətdə  bir  çox  sosial  və  iqtisadi  məsələlərin  həlli  qeyri-
müəyyən  dövrə  keçirilir.  Onu  qeyd  edək  ki,  Azərbaycan 
Respublikasının «Qiymətli kağızlar və fond birjaları haqqında» 
Qanunu  24  noyabr  1992-ci  ildə  (№  383)  təsdiq  edilib.  Həmin 
qanun üç bölmə doqquz fəsil və 46 maddədən ibarətdir. Birinci 
bölmə, fəsil «Qiymətli kağızlar və onların dövriyyəsi qaydası» 
adlanır  (33  maddə,  7  fəsil);  birinci  fəsil  Ümumi  maddə  (3 
maddə),  ikinci  fəsil  «Səhmlər»  (5  maddə),  üçüncü  fəsil 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə