40
tərəfdaşlarımıza məqbul hesab olunan güzəştlərə görə minnətdarlığımı ifadə
edirəm. Əminəm ki, hələdə razılığa gəlmədiyimiz məsələləri növbəti zirvə
görüşündə razılaşdıracağıq. Qarşıda Xəzərin hüquqi statusu ilə bağlı
Konvensiyanın yekunlaşdırılması mövzusu var''.
Bundan əlavə o, regional enerji təhlükəsizliyi və ətraf mühitin
qorunması sahəsində gələcək fəaliyyətin koordinasiyasını vurğulamışdır.
Çıxışında "uzunmüddətli maraqlar, məqbul güzəştlər, hələ də razılaşdırılmamış
məsələlər, enerji siyasətinin koordinasiyası, Xəzərin ətraf mühiti'' kimi
ifadələrdən istifadə etməklə Putin Rusiyanın Xəzərlə bağlı strategiyasını
konkret ifadə etmişdir. Bununla yanaşı Putin qeyd etmişdir ki, biz su hövzəsi,
dəniz dibi və yeraltı zonaların da delimitasiyanı apara bilərik və su səthini
dənizçilik və balıqçılıq məqsədləri üçün birgə istifadə edə bilərik. Rusiyanın
istəyi də məhz budur.
ran Prezidenti Həsən Ruhani qeyd etmişdir ki, "Xəzər ilə bağlı qərarlar
konsensus əsasında qəbul edilməlidir. Lakin hər ölkə yalnız öz milli maraqlarını
rəhbər tutmuş olsa, heç bir həllə nail oluna bilməz. Biz qeyri-Xəzər
dövlətlərinin iştirakı olmadan ədalətli rəqabət yarada bilərik və regionun
təhlükəsizliyini təmin edə bilərik''. Ruhani açıqca ölkəsinin əvvəlki mövqeyini
bildirdi və Xəzərdə qeyri dövlətlərin iştirakının qəbuledilməz olduğunu bəyan
etdi. Ancaq digər ran rəhbərlərindən fərqli olaraq Ruhaninin ritorikası olduqca
mülayim idi. ran və digər ölkələr arasında fikir ayrılığı nəticəsində ran hüquqi
status ilə bağlı ikitərəfli müqavilələrdən kənarda qalmışdır. Çünki ran su səthi,
dənizin dibi və yeraltı pay məsələlərində "orta xətt” və ya "milli sektor” prinsipi
ilə razılaşmış olsa, o, Xəzərin iddia etdiyi 20 faizi əvəzində 13 faiz ilə
kifayətlənməyə məcbur olacaqdır [ 39].
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdir ki, "hamımız
Xəzər Dənizinin qtisadi Forumunun təsis olunması ilə bağlı Türkmənistanın
təklifini qəbul etdik. Mən azad ticarət zonasının yaradılmasını təklif etdim.
Növbəti təşəbbüs bütün bu qərarların icrasına nəzarət edəcək təşkilatın
yaradılması ola bilər. Daha yaxşı olar ki, Qara Dəniz qtisadi Əməkdaşlıq
41
Təşkilatına bənzər təsisat yaradılsın, yəni Xəzər Dənizi Əməkdaşlıq Təşkilatı və
beləliklə də yalnız iqtisadi deyil, təhlükəsizlik problemləri də müzakirə edilsin,
həmçinin məlumat mübadiləsi sahəsində əməkdaşlıq, xilasetmə/axtarış
ə
məliyyatları, birgə hərbi təlimlər və s. həyata keçirilsin''.
Türkmənistan Prezidenti Qurbanqulu Berdımuxammedov qeyd etmişdir
ki, "Xəzərdə enerji layihələrinin siyasiləşdirilməsi qeyri-məhsuldardır. Bu boru
kəmərlərinin inşası məsələsinə də aiddir, çünki bu məsələ kəmərlərin
ə
razisindən keçəcək dövlətlərin suveren hüququdur və onların razılığı əsasında
həyata keçirilməlidir. Bununla da, Türkmənistan Trans-Xəzər kəmərinin inşası
ilə bağlı arzusunu ifadə etdi, ancaq Rusiya və ran bunun hər zaman əleyhinə
çıxmışlar [39 ].
Ümumiyyətlə, dövlət başçılarının bəyanatlarına nəzər saldıqda, hamılıqla
olmasa belə, bir çoxunun nəticələrdən məmnun qaldığı hiss olundu. Xəzər
dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın yekunlaşdırılması Astanada
keçiriləcək növbəti zirvə görüşündə nəzərdə tutulmuşdur.
Qeyd edə bilərik ki, Xəzəryanı dövlət başçılarının IV sammiti ilə bağlı
proqnozlar öz təsdiqini tapdı. Belə ki, sammitin gedişində əməkdaşlıq və
regional təhlükəsizliklə bağlı bəyanatlar verildi. Prezidentlərin iştirakı ilə
hökumətlərarası müqavilə imzalandı. Ekspertlərin fikrincə bununla da Xəzər
hövzəsinin geosiyasi həyatında yeni bir mərhələnin əsası qoyuldu. Eyni zamanda
regionun təhlükəsizliyi müəmmalı olaraq qalır. Prezidentlərin bəyanatına Xəzər
hövzəsində NATO hərbi qüvvələrinin yerləşməsinin yolverilməzliyi ilə bağlı
məsələnin daxil edilməsinin mümkün nəticələrinin arxa plana atılması riskli ola
bilərdi. Bununla belə etiraf etmək lazımdır ki, Həştərxan sammiti sözün əsl
mənasında tarixi əhəmiyyət daşıyır. Belə ki, əvvəlki görüşlərdə prinsipial
məsələrdə razılığa gəlmək mümkün olmamışdı. Bununla belə, müəyyən
məsələlərdə addım-addım irəliləyiş müşahidə edilirdi. Məsələn, dənizin dibinin
Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya, eyni zamanda Qazaxıstan və
Rusiya arasında bölüşdürülməsi ilə bağlı ikitərəfli sazişlər imzalanmışdır.
Həştərxan sammitinin tarixi əhəmiyyəti ilə bağlı isə, ekspertlər sammit zamanı
42
qəbul edilmiş qərarı haqlı olaraq “irəli doğru sıçrayış”, “tarixi nəaliyyət” və s.
kimi qiymətləndirmişlər [ 40].
Ekspertlərin fikrincə, Xəzər dənizinin hidrometeorologiyası, fövqəladə
halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, dənizin
bioloji ehtiyatlarının qorunması və onların rasional istifadə edilməsi ilə bağlı
saziş çox böyük əhəmiyyət kəsb edir. Bu gələcəkdə hüquqi statusun müəyyən
edilməsində mühüm rol oynayacaq. Həştərxanda keçirilmiş mətbuat
konfransında 5 Xəzəryanı dövlət başçılarının liderləri öz fikirlərini bildirmişdir
(həmin fikirlər yuxarıda qeyd edilmişdir – N.M.). Sammitin gedişində
Azərbaycan, Rusiya, Qazaxıstan, ran və Türkmənistan prezidentlərinin
imzaladığı bəyanat daha çox maraq doğurur. Belə ki, bu sənəddə hövzə
dövlətlərinin əməkdaşlıq strategiyasının əsas prinsipləri əks olunmuş, dənizin
statusu ilə bağlı prinsipial məsələlər üzrə ümumi razılıq əldə edilmişdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, Həştərxan sammitində mühüm
geosiyasi əhəmiyyət malik razılıq da əldə edilmişdir. Burada “Şimal-cənub”
dəhlizinin yaradılması və Xəzərin ətrafında dəmir yolunun çəkilməsi nəzərdə
tutulur ki, bu iki lahiyə də Rusiya üçün çox böyük əhəmiyyət daşıyır [ 40].
Bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, Xəzəryanı dövlət
başçılarının IV sammiti xüsusi əhəmiyyətə malikdir. Hövzə ölkələri arasında
sülhə, əməkdaşlığa və təhlükəsizliyə xidmət edən əlaqələrin formalaşdırılması
heç şübhəsiz ki, tarixi hadisədir. Bu istiqamətdə addımlar atmaqla fikir
ayrılığının qarşısını almaq olar.
Beləliklə, Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı
Xəzəryanı dövlətlərin mövqelərinin təhlili əsasında belə nəticəyə gələ bilərik ki,
Rusiya, ran və Türkmənistanın problemin həlli ilə bağlı qeyri-konstruktiv
mövqeləri uzun müddətdə aparılan danışıqlar nəticəsində xeyli yumşalmış,
Qazaxıstanın mövqeyi ilk vaxtdan Xəzərin orta xətt üzrə sektorlara bölünməsi
tərəfdarı olan Azərbaycanın mövqeyinə yaxınlaşmışdır. Xəzəryanı dövlətlər
arasında dənizdən istifadə ilə əlaqəli ikitərəfli müqavilələrin imzalanması isə
Dostları ilə paylaş: |