65
Komissiyasının Daimi Katibliyinin büdcəsinin 75%dən artıq hissəsi üzv dövlətlər
tərəfindən ödənilmişdir
[ 33, s. 161-162].
TRACECA çərçivəsində Avropa ttifaqı 1993-2002-ci illər ərzində 53
layihə üçün bütövlükdə 110.005.000 avro ayırmışdır. Bu layihələrin 14-ü regional
investisiyalar üçün əlverişli şərait yaradılması nəzərdə tutan “investisiya
layihələri”, 39-u isə, “texniki yardım” layihələri idi [ 33, s. 163].
A ilə Mərkəzi Asiya respublikaları arasında ikitərəfli münasibətlər rəsmi
şə
kildə Tərəfdaşlıq və Əməkdaşlıq Müqavilələri çərçivəsində həyata keçirilmişdir.
Türmənistan istisna olmaqla digər Mərkəzi Asiya Respublikaları ilə imzalanmış və
1 iyul 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq müqavilələri məzmun etibarilə
demək olar ki eyni idi. Müqavilələrə görə tərəflər arasındakı əməkdaşlığın
məqsədləri siyasi münasibətlərin inkişafı üçün siyasi dialoqun təmin edilməsi, üzv
dövlətlərdə (Mərkəzi Asiya dövlətlərində – N.M.) demokratiyanı inkişaf etdirmək
və bazar iqtisadiyyatına keçid yolunda fəaliyyətini dəstəkləmək, tərəflər arasında
iqtisadi münasibətləri, ticarət və investisiya qoyuluşunu təşviq etmək, iqtisadi,
maddi, elmi, texnoloji və mədəni əməkdaşlıq üçün əsas yaratmaqdan ibarətdir.
Müqavilələrdə nəzərdə tutulmuş prinsiplərə baxmayaraq, təcrübədə A Mərkəzi
Asiya Respublikalarındakı qeyri-demokratik addımlara və insan haqlarının
pozulması hallarına göz yumaraq bu məsələlərin üzərində çox dayanmır [ 33, s.
163-164]. Bunun səbəbi isə A -nın iqtisadi və təhlükəsizlik maraqlarını daha üstün
tutmasıdır.
2002-ci ilin ortalarında Sankt-Peterburqda rəsmi açılışı olmuş “Şimal-
Cənub” nəqliyyat dəhlizi də öz növbəsində Rusiyanın şimalını və Avropanı Xəzər
hövzəsi vasitəsilə Fars körfəzi ölkələri, Hindistan və Pakistanla əlaqələndirməyə
yönəldilmişdi. Rus ekspertlərinin hesablamalarına görə, bu marşrutla malların
daşınması Süveyş kanalına nisbətən 3 dəfə qısa məsafəyə və 30-40% isə daha ucuz
başa gəlir [ 4, s. 206].
A -nın Xəzərin enerji ehtiyatlar ilə bağlı irəli sürülən layihələrdən biri də
NABUCCO-dur. Bu layihə 2002-ci ildə BOTAŞ-ın Bolqarıstanın Bulgargaz,
Rumıniyanın Transgaz, Macarıstanın MOL, Avstriyanın OMV şirkətləri ilə
66
birlikdə keçirdiyi görüşlər nəticəsində ortaya çıxmışdır. Daha sonra 2008-ci ildə
Almaniyanın RWE şirkəti NABUCCO-nun 6-cı ortaq şirkəti, Azərbaycanın
SOCAR şirkəti də 7-ci şirkət kimi danışıqlar prosesinə qoşuldu [ 20, s. 7].
Orta Şərq və Xəzər təbii qaz ehtiyatlarının Avropa bazarlarına daşınmasını
nəzərdə tutan Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya Təbii Qaz Boru
Xətti (NABUCCO) ilk mərhələdə həmin marşrut üzərində olan ölkələrin qaz
ehtiyacının qarşılanması, sonrakı illərdə isə Avstriyanın Avropada mühüm qaz
paylayıcı məntəqə olmaq xüsusiyyətindən də faydalanaraq digər ölkələrin qaz
tələblərindəki irəliləyişlərə görə Qərbi Avropaya çatdırılması məqsədi daşıyırdı.
Ümumi uzunluğu 3300 km, ötürmə qabiliyyətinin isə 25,5-31 milyard kub metr
olması, 2013-cü ildə ilk buraxılış gücü ilə fəaliyyətə başlaması nəzərdə tutulurdu.
Bundan əlavə ilk vaxtlar Azərbaycan (Şahdəniz yatağı), Türkmənistan və ran
qazının, gələcəkdə isə raq və Suriya üzərindən Misir təbii qazı başda olmaqla
ə
trafındakı digər mənbələrdən qazın daşınması planlaşdırılırdı.
2009-cu il 13 iyulda imzalanan hökumətlərarası NABUCCO Təbii Qaz
Boru Xətti Sazişinin dəyərinin 8 milyard olacağı və ilkin mərhələdə qazın 8-10
milyard kub metrinin Qərbə ötürüləcəyi düşünülürdü
[ 21, s. 46-47].
Bu layihə Avropanın boru xətlərinin şaxələndirilməsi vasitəsilə enerji
təchizatı təhlükəsizliyinin təmin edilməsi və bütöv bir Avrasiya bazarı
formalaşdırmaq strategiyasının vacib istiqamətlərindən birini təşkil edirdi [ 22, s.
59].
Lakin, onu da qeyd etmək lazımdır ki, NABUCCO-nun reallaşdırılma
ş
ansı planlaşdırılan 31 milyard kub metrlik təbii qaz tədarükünün təmin
edilməsindən asılıdır. Bu maneə isə hələ də aşılmayıb. Bu səbəbdən də
NABUCCO boru xətti hələ ehtiyat layihə olaraq qalmaqdadır [ 21, s. 49].
Dünya neft ehtiyatlarının 57%-i Yaxın Şərq, 5%-i isə Şimali Afrikada
yerləşir. Təbii qaz ehtiyatlarının isə, 41%-i Yaxın Şərq, 8%-i də Şimali Afrika
ə
razisindədir. Bu o deməkdir ki, Yaxın Şərq və Şimali Afrika bölgəsi dünya neft
ehtiyatlarının yarıdan çoxuna, təbii qaz ehtiyatlarının isə yarısına sahibdir. Bundan
ə
lavə, həmin ehtiyatlardan istifadə edilməsi və onların daşınma yollarının
67
təhlükəsizliyi adıçəkilən bölgənin enerji ilə təchizat təhlükəsizliyi baxımından
ə
həmiyyətini artırır [ 32].
Yaxın Şərq və Şimali Afrikanın bu qədər zəngin resurslara malik olmasına
baxmayaraq, regionda baş qaldırmış “ərəb baharı” adlandırılan hərəkatlar
səbəbindən yaranmış qeyri-sabitlik enerji nəqliyyatı yollarının təhlükəsizliyini sual
altında qoydu. Bu isə, enerji sahəsində hər vəchlə Rusiyadan asılılığını azlatmağa
çalışan Avropa ttifaqının diqqətini Yaxın Şərqə nisbətən daha sabit bölgə olan
Xəzərə yönəltməsinə sövq etdi. Bununla da, Avropa ttifaqının enerji
təhlükəsizliyində Xəzər hövzəsinin əhəmiyyəti yenidən yüksəlməyə başladı.
Yuxarıda qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, Avropa ttifaqı
ABŞ-dan fərqli olaraq Xəzər regionunda daha çox iqtisadi maraqlar güdür və enerji
təhlükəsizliyinin təmin edilməsini əsas məqsəd hesab edir. kinci əsas məqsədi isə,
sərhədlərindən kənarda mövcud olan daha zəngin enerji yataqlarında öz neft
ş
irkətlərinin fəaliyyəti sayəsində A ölkələrinin neft emalı sahəsinin inkişaf
etdirilməsindən ibarətdir. Bu məqsədlərə nail olmaq üçün Avropa ttifaqı Xəzər
bölgəsində sabitliyin təmin edilməsini, region dövlətlərinin demokratiyaya
keçidini, bu ölkələrdə mütərəqqi islahatları, insan haqlarının qorunmasını
dəstəkləyir. Xəzər regionu dövlətləri ilə TACIS, TRACECA, INOGATE
layihələri, son dövrdə isə A -nın enerji təhlükəsizliyinin təmin edilməsi
baxımından birliyin çox böyük əhəmiyyət verdiyi TAP və TANAP kimi regional
və beynəlxalq əhəmiyyətli layihələr çərçivəsində əməkdaşlığı inkişaf etdirir.
Dostları ilə paylaş: |