Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

68 
 
2.3. Xəzər regionu Türkiyə və  qabaqcıl Asiya dövlətlərinin xarici siyasətində
 
                SSR   dağılması  və  Xəzər  ətrafında  müstəqil  dövlətlərin  yaranmasından 
sonra  ABŞ,  Rusiya,  Çin,  Avropa  Birliyi  ilə  yanaşı  Türkiyə  də  bu  regionda  öz 
nüfuzunu möhkəmləndirmək cəhdlərini etməyə başladı. 
              Türkiyə yenicə müstəqillik əldə edən türk respublikalarını tanıyan ilk ölkə 
oldu.  Bu  dövrdə  iqtidarda  olan  şəxslər  Türkiyənin  yeni  mərhələdə  əldə  etdiyi 
fürsətləri  Adriatikdən  Çin  səddinədək  Türk  Dünyası  məfhumu  vasitəsilə  izah 
edirdilər. Dövrün dövlət xadimlərinin yeni respublikalarla əməkdaşlıq etmək üçün 
həvəsli  olmalarına  baxmayaraq,  region  haqqında  məlumatın  azlığını  göstərən  bir 
deyim də “70 illik ayrılıqdan sonra” məfhumu olmuşdur. Bu anlayışa görə elə başa 
düşülür ki, sanki türk respublikaları ilə Türkiyə 70 il öncə birləşmiş idilər. Lakin 
Türküstan və Qafqazın ruslar tərəfindən işğalı və türk dünyası arasındakı ayrılıqlar 
70  ildən  əvvəlki  dövrlərə  gedib  çıxır.  Bundan  əlavə  türk  dünyası  arasında  birlik 
yaratmaq  səsləndiyi  kimi  asan  deyildi.  Türkiyənin  region  haqqında  kifayət  qədər 
məlumatlı mütəxəssiləri və onun türk dünyası siyasətini formalaşdıracaq qurumları   
yox  idi.  Regionla  bağlı  ən  mühüm  təşəbbüslərdən  biri  olan  T KA  1992-ci  ildə 
qurulmuş,  lakin  tam  olaraq  ixtisaslaşmamışdı.  Buna  baxmayaraq  SSR -nin 
süqutundan  sonra  Türkiyə  ilə  türk  respublikaları  arasında  mühüm  addımlar 
atılmışdı.  Türk  dünyası dövlət  başçılarının  zirvə  görüşləri,  ortaq  əlifba  layihələri, 
televiziya yayımı, Qazaxıstan və Qırğızıstanda Universitetlərin təsis edilməsi kimi 
mühüm  işlər  görüldü.  Bundan  əlavə,  türk  respublikalarındakı  məsul  şəxlərinin 
Türkiyədə təhsili və bu respublikalardan gələn tələbələrin universitet təhsili almağı 
ilə  bağlı  qarşılıqlı  münasibətləri  inkişaf  etdirməyə  istiqamətlənmiş  təşəbbüslər 
həyata keçirilmişdir [ 18, s. 192-193]. 
               Xəzər regionunda zəngin neft ehtiyatlarına malik yeni yaranmış müstəqil 
dövlətlərin əhalisi türk mənşəli xalqlar olduğuna görə Türkiyə, bir tərəfdən, “Türk 
dünyasının” lideri, digər tərəfdən, Avropa və Asiya arasında enerji daşıyıcılarının 
nəql  edilməsi  üçün  tranzit  “körpü”  rolunu  oynamaq  iddiasındadır.  Lakin 


69 
 
Türkiyənin NATO hərbi birliyinin üzvü olması və ABŞ tərəfindən dəstəklənməsi 
ilə yanaşı bəzi problemlər bu məsələlərin həllini çətinləşdirir.   
              Birincisi, SSR  dağıdıqdan sonra Türkiyə qərb dünyasının SSR -yə qarşı 
yönəlmiş  hərbi-siyasi  və  iqtisadi  mübarizəsinin  forpostu  kimi  əhəmiyyətini  bir 
qədər  itirsə  də,  Xəzər  regionunda  beynəlxalq  neft  və  qaz  layihələrinin  getdikcə 
reallaşması bu dövləti ABŞ və Avropa üçün cazibəli tranzit dövləti edir.  
                kincisi, türk dünyasında liderlik etmək üçün Türkiyənin ərazisi (785387 
kv  km),  əhalisi  (72  mln),  yerləşməsi  (Avropa-Asiya)  əlverişli  olsa  da,  bunu 
istəməyən rəqib dövlətlərlə müqayisədə siyasi-iqtisadi imkanları məhduddur.  
               Üçüncüsü,  Xəzər  ətrafında  yerləşən  türkdilli  dövlətlərin,  Azərbaycan 
istisna  olmaqla,  uzun  müddət  Rusiyanın  nüfuz  dairəsində  olması  nəticəsində 
Türkiyə  ilə  iqtisadi,  siyasi,  tarixi,  mədəni,  sosial  əlaqələrinin  zəifləməsi  burada 
liderliyi ələ keçirmək məsələsini mühüm dərəcədə çətinləşdirir. 
              Dördüncüsü,  Xəzərin  enerji  daşıyıcılarının  tranzit  marşrutlarının  Türkiyə 
ə
razisindən keçməsinin əleyhinə, ilk növbədə, Rusiya çıxış edir, çünki belə olduğu 
halda  o,  Avropanı  neft  və  qazla  təmin  edən  monopolist  mövqelərini  itirir.  Buna 
görə  o,  bir  sıra  vasitələrdən,  o  cümlədən,  Azərbaycanın  Qarabağ  problemində 
Ermənistanın,  kürd  hərəkatının  dəstəklənməsindən  istifadə  edir.  Bunun 
müqabilində  Türkiyə  Qara  dəniz  boğazlarından  Rusiya  tankerlərinin  keçməsini 
məhdudlaşdırmağa çalışsa da Montre konfransının qərarlarına görə tam qarşını ala 
bilmir  baxmayaraq  ki,  Beynəlxalq  Dəniz  Təşkilatı  boğazların  təhlükəsizlik 
məsələsində Türkiyəni dəstəkləyir. Bu gün Türkiyənin Xəzərlə bağlı ən böyük və 
həlledici nailiyyəti onun ərazisindən keçən “Bakı-Tbilisi-Ceyhan” boru kəməridir  
[ 12 s.108, 109]. 
              Rusiyanın  bu  layihənin  reallaşdırılmasına  mane  olmağa  çalışmasına 
baxmayaraq,  ABŞ  başda  olmaqla  Qərbin  dəstəyi  nəticəsində  layihə  həyata 
keçirilmişdir.  Bakı-Tbilisi-Ceyhan  boru  xətti  Gürcüstan  kimi  Türkiyə  üçün  də 
strateji  əhəmiyyətli  üstünlüklərlə  yanaşı  bir  sıra  problemləri  də  gündəmə 
gətirmişdir.  Layihənin  reallaşdırılmasını  istəməyən  Rusiya  boru  xəttinin  keçəcəyi 
bölgənin təhlükəsiz olmadığını bildirmişdir [ 18, s. 193]. 


70 
 
              Rusiyanın bu mövqeyinə qarşı Türkiyə Azərbaycan və Gürcüstanla enerji 
sahəsindəki əməkdaşlığı təhlükəsizlik sahəsində də inkişaf etdirmək istiqamətində 
addımlar  atmışdır.  2002-ci  ildə  isə  Türkiyə,  Azərbaycan  və  Gürcüstan  arasında 
terrorizm,  mütəşəkkil  cinayətkarlıq  və  cinayətlərlə  mübarizə  haqqında  Trabzonda 
müqavilə  imzalandı.  Müqavilənin  üçüncü  bölümü  isə  Şərq-Qərb  Transqafqaz 
enerji dəhlizinin təhlükəsizliyi ilə bağlı idi. 
             Buna  baxmayaraq  Türkiyəni  Moskva  ilə    enerji  sahəsində  uzunmüddətli 
ə
məkdaşlıq bağlayır. Mavi Axın Layihəsi isə Türkiyənin təbii qazla təchizatında ən 
mühüm  mənbəyə çevrilmişdir [ 26, s. 140]. Belə ki, lahiyənin reallaşdırılması ilə 
Türkiyə təbii qaz təchizatında 65 %-lə Rusiyadan asılı vəziyyətə düşmüşdür.  
             Ümumiyyətlə, Türkiyənin türk respublikaları üzərində təsiri uzun müddət 
davam  etmədi.  Qısa  müddət  ərzində  Türkiyənin  başlanğıcda  gözlənildiyi  kimi 
bölgənin  lideri  ola  bilməyəcəyi  aydın  oldu.  1990-cı  illərin  ortalarından  etibarən 
ikitərəfli  münasibətlərdə  mədəni  əlaqələrin  əvəzinə  dövlətlərarası  mənafelər  ön 
plana  çıxdı.  Türkiyə  xarici  siyasətində  əksər  hallarda  Avropa  ttifaqı  və  ABŞ-a 
üstünlük verməyə başladı  [ 18, s. 194]. 
             Müasir  dövrdə  isə  Türkiyə  A   və  ABŞ-la  yanaşı  türk  dünyası  və  Xəzər 
hövzəsi ölkələri ilə də əməkdaşlığı genişləndirir. Son vaxtlar Türkiyənin TANAP 
və  “XXI  əsrin  müqaviləsi”  adlandırılan  “Cənub  dəhlizi”  layihələrinin 
reallaşdırılması  ilə  bağlı  fəaliyyətinin  güclənməsi  əməkdaşlıqda  enerji  sahəsinə 
üstünlük verdiyini nümayiş etdirir. (Adı çəkilən layihələrlə bağlı bax: III fəslin II 
paraqrafı) 
             Dünyada ən çox əhalisi (1.500 mlrd), ən çoxsaylı (2.5 mln) və nüvə silahlı 
ordusu  olan  və  sürətlə  inkişaf  edən,  ÜDM  göstəricilərinə  görə  dünyanın  beş  ən 
qabaqcıl  dövlətlər  sırasına  yüksələn  Çin  Xalq  Respublikası  durur.  Orta  Asiya 
regionu həqiqətən Çinin maraq dairəsinə daxil olmağa başlayır. ABŞ güman edirdi 
ki, Rusiya Orta Asiyadan çıxacaq və bura o gələcək, lakin səhv etdi. Ora Çin gəlir. 
Və  kifayət  qədər  effektiv  və  fəal  gəlir.  Bu  iki  dövlətin  dünya  miqyasında 
ə
həmiyyətini  nəzərə  alaraq  ehtimal  etmək  olar  ki,  bu  regionda  ABŞ-Çin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə