77
Azərbaycan mübahisənin meydana çıxdığı ilk gündən Xəzərin hüquqi statusunun
beynəlxalq hüquq və təcrübəyə uyğun nizamlanmasının tərəfdarı kimi çıxış
etmişdir. Bununla da Xəzərin sahilyanı ölkələr arasında delimitasiyası ölkəmizin
mövqeyinə uyğun olmaqla yanaşı Azərbaycan tarixi aspektdən daha yeni və daxili
dənizlərin bölgüsü təcrübəsindən istifadə olunmasında israrlıdır. Onu da qeyd
etmək lazımdır ki, BMT-nin Dəniz Hüququ Konvensiyası Avropanın əksər
dövlətləri, Çin və Rusiya tərəfindən qəbul edilir. Beynəlxalq hüquqa görə
beynəlxalq dəniz hüququnun digər akt və sənədləri o zaman qəbul edilə bilər ki,
onlar Dəniz Konvensiyasının müddəalarına zidd olmasın [ 6, s. 37, 38].
Ümumiyyətlə, Xəzərin hüquqi statusu problemi çox ziddiyyətli və
mürəkkəb proses olduğundan bu prosesin inkişafında Azərbaycanın mövqeyini
təhlil etmək üçün müvafiq olaraq üç mərhələyə bölmək lazımdır:
-
Birinci mərhələ 1992-1994-cü illəri əhatə edir. Bu etap problemin
öyrənilməsi, ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusunun
müzakirə edilməsi və Azərbaycanın problemin həllində konseptual
mövqeyinin formalaşdırması və “Əsrin müqaviləsi”nin imzalanması ilə
problemin beynəlxalq xarakter alması ilə bu mərhələ başa çatmış olur.
-
kinci mərhələ 1995-1998-ci illəri əhatə edir. Bu mərhələ ərzində sahilyanı
dövlətlərin status məsələsi ilə bağlı mövqelərinin dəqiq müəyyənləşdirməsi
və ikitərəfli, çoxtərəfli görüşlərin intensivləşməsi və Türkmənistanın Xəzər
dənizində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi xarakterizə
olunur.
-
Üçüncü mərhələ 1999-cu ildən başlayaraq müasir dövrədək davam edir. Bu
mərhələ zamanı həm də Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli
razılaşmaların əldə edilməsi ilə əlamətdardır. Rusiyanın Xəzərin hüquqi
statusu məsələsində mövqeyinin tam dəyişilməsi və Azərbaycanın
Qazaxıstan və RF ilə iktərəfli və üçtərəfli razılaşmaların imzalanması ilə
xarakterizə olunur [ 6, s. 39, 40].
SSR -nin dağılmasından sonra meydana çıxmış Xəzərin statusu və sektoral
bölgü problemi Xəzəryanı dövlətlər arasında aparılan danışıqların əsas predmeti
78
oldu. 1992-1994-cü illər ərzində (birinci mərhələdə - N.M.) Xəzəryanı dövlətlərin
danışıqlar sistemi məzmun etibarilə mövcud reallıqlardan çıxış edən Azərbaycanın
təklif etdiyi sektoral bölgü prinsipinin tamamilə əleyhinə yönəlmişdir. Xəzəryanı
dövlətlər öz siyasi ambisiyalarını bu bölgü sisteminin ölkələrin gələcək hərtərəfli
inkişafındakı müsbət əhəmiyyətindən üstün tuturdular. Bu səbəbdən Azərbaycan
diplomatiyası Xəzərin milli sektorlara bölünməsinin əhəmiyyətini qarşı ölkələrə
təhlil edən yeganə qüvvə idi.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından sonra
Xəzərin statusunun müzakirəsi sahilyanı dövlətlər arasında daha da intensivləşmiş
sektoral bölgü prinsipinin mövcudluğuna qarşı dövlətlərin kəskin etirazları üzə
çıxmışdı. Ən əsası isə, bu müqavilə ilə Xəzərin hüquqi statusu beynəlxalq xarakter
almağa başladı və ikinci mərhələnin başlanğıcını qoymuş oldu.
1994-cü il oktyabrın 19-da stanbulda türk dövlətləri başçılarının toplantısı
zamanı Azərbaycanın irəli sürdüyü sektoral bölgü prinsipinə qarşı Türkmənistan
dövləti açıq etiraz etmişdir. Bu etiraz Xəzərdə Azərbaycanın həyata keçirdiyi
layihələrin dayandırılmasına və bu hövzədən ümumi istifadə mövqeyinin
dəstəklənməsinə yönəldirilmişdir. Azərbaycan Respublikasının Prezidenti
H.Əliyev həmin görüşdə dövlətimizin mövqeyinin qonşu ölkələrin təhlükəsizliyinə
və inkişafına mane olmadığını konkret faktlarla əsaslandırmışdır və bu hövzədə
qeyri-sabitlik yaratmamaq üçün bütün problemləri qarşılıqlı anlaşma şəraitində
hüquq normalarını, illər boyu formalaşmış təcrübəni nəzərə almaqla həll
edilməsinin alternativi olmadığını vurğulamışdır [ 12, s. 73, 74].
kinci mərhələ zamanı Xəzər dənizinin hüquqi statusunun təsbit
edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə
alaraq, Xəzəryanı dövlətlərin Xarici işlər Nazirlərinin iclasında (Aşqabad, 11-12
noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın
işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup
yaradılması qərara alınmışdır [ 6, s. 40-41].
1995-96-cı illərdə (ikinci mərhələnin başlanğıcında – N.M.) problemin həlli
istiqamətində bir sıra görüşlər keçirildi. Belə ki, 1995-ci il mayın 15-16-da
79
Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda sahilyanı dövlətlərin xarici
işlər nazirləri müavinlərinin qeyri-rəsmi görüşü baş tutdu. Burada da əsas mövzu
Xəzərin beynəlxalq-hüquqi statusunun müəyyənləşdirilməsi perspektivlərinin
müzakirəsi oldu.
Konfransın işçi qrupunun ilk iclası 1995-ci il iyunun 28-29-da Tehranda,
növbəti iclas isə - 1995-ci ilin sentyabrında Almatıda keçirildi. Lakin Rusiya
nümayəndə heyəti bu tədbirə qoşulmadı. Azərbaycan Xəzərin statusu məsələsinin
xüsusi sazişlə müəyyənləşdirilməsinə dair təkliflər irəli sürdü. Lakin bu təkliflər
qəbul edilmədi. Artıq məsələnin dövlət başçıları və ali dövlət qurumları
səviyyəsində müzakirə olunaraq qərarlar qəbul etmək məsələsi meydana çıxmışdı.
[ 12, s. 75].
Rusiya və ran Xəzərdə həyata keçirilən layihələrin qeyri-qanuniliyi və
Xəzərin hüquqi statusunun qeyri-müəyyənliyi haqqında 1995-ci il noyabr ayının
ə
vvəllərində imzalanmış rəsmi bəyanat verdilər. Bu, Xəzərin statusuna
münasibətdə ilk rəsmi razılaşma idi. Xəzərin milli sektorlara bölünməsi ideyasına
qəti etiraz edən hər iki dövlətin mövqeyinə qarşı Azərbaycan Respublikası rəsmi
şə
kildə öz mövqeyini açıqlayaraq, bu variantın alternativi olmadığını bəyan etdi.
1996-cı il noyabrın 11-12-də Aşqabadda keçirilən toplantıda Rusiya, ran
və Türkmənistan nisbətən obyektiv addım ataraq Xəzərin mineral ehtiyatlarından
istifadə olunmasına dair xarici işlər nazirləri səviyyəsində memorandum
imzaladılar. Həmin memorandumda bu ölkələr üç dövlətin sahilyanı zonalarında
yataqların birgə istismarı haqqında konsorsium yaratmaq qərarına gəldilər. Lakin
yenə də 45 mil enliyində ərazi suların təyin olunması gündəlikdə dururdu. Belə
olan halda öz yataqlarının 50%-dən məhrum olan Azərbaycan tərəfi kəskin etiraz
bildirərək hər bir dövlətin orta xətt prinsipini poza bilməyəcəyini rəsmən bəyan
etdi [ 12, s. 76, 77].
kinci mərhələ zamanı ən vacib məqamlardan biri 1997-ci il yanvarın 20-
də Xəzəryanı ölkələrin status məsələsinin həlli ilə bağlı yaratdıqları işçi qrupunun
birinci görüşü ərəfəsində Türkmənistanın Xəzərdə sektoral bölgü həyata
keçirildikdə bəzi yataqların ona məxsusluğu haqqında iddia qaldırması oldu.
Dostları ilə paylaş: |