83
enerji dəhlizinin reallaşması, Böyük pək yolunun bərpası bilavasitə Xəzərin
ə
həmiyyətini bir çox dövlətlərin qarşısında daha da artırdı. Bu istiqamətdə öndə
gedən Azərbaycanın regionun geosiyasi durumunda təsiri olduqca güclü idi. 1999-
cu ildə ölkənin təşəbbüsü ilə Böyük pək yolunun bərpası, noyabrın 18-də ATƏT-
in stanbul sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin neftin
daşınmasında rəsmi vasitə kimi qəbul edilməsi Xəzərin istifadə rejiminin qarşılıqlı
hörmət prinsipi əsasında müəyyənləşməsinə müsbət təsir göstərmişdir [12, s. 89].
Bu prosesin tarixi əhəmiyyəti 1990-1994-cü illərdən fərqli olaraq
Xəzəryanı dövlətlər arasında münasibətlərin aydınlaşdırılması və sərt mövqelərinin
qarşısının alınması kimi təhlükəli prosesə son qoydu. Lakin müzakirələrin və
mübahisələrin davam etməsi tərəflərin qarşılıqlı hörmət prinsipi əsasında quruldu.
Bütün bunlar tarixdə Azərbaycan dövlətinin Xəzərin sektoral bölgüsünü həyata
keçirməsi yolunda apardığı məqsədyönlü siyasətinin nəticəsini əks etdirən tutarlı
dəlillər kimi qiymətləndirilməlidir [ 12, s. 98].
1999-cu ildən başlayaraq Xəzərin hüquqi statusunun həlli prosesində
tərəflərin mövqelərinin destruktivizmdən konstruktivizmə doğru dəyişilməsi ilə
xarakterizə edilən ikinci mərhələ başa çatmağa başlayır.
Üçüncü mərhələdə isə Azərbaycanın sektoral bölgü məsələsindəki fəal
mövqeyini xarici işlər nazirləri müavinləri səviyyəsində Xəzəryanı dövlətlərin işçi
qruplarının görüşlərində Azərbaycan diplomatiyası dəyərli şəkildə daima
ə
saslandırırdı.
Bu mərhələnin isə ən mühüm xüsusiyyəti ondan ibarət idi ki, tərəflər
problemin əvvəlki illərdə olduğu kimi notalar, bəyanatlar, təzyiqlər yolu ilə deyil
danışıqlar vasitəsi ilə həll olunmasına daha çox meyl edirdilər.
2000-ci ildə Rusiyada V.Putin hakimiyyətə gəldikdən sonra bu dövlətin
Azərbaycana və Xəzər hövzəsinə münasibəti əhəmiyyətli dərəcədə dəyişdi.
Azərbaycan Respublikasının prezidenti H.Əliyev Rusiyanın Xəzər üzrə rəsmisi
V.Kalyujnı ilə görüşərkən onun fəallığını razılıqla qarşılamış, Rusiyanın problemin
həllindəki heç kimin, heç kimə iddia irəli sürməyəcəyi variantda həllinə
çalışmasını yüksək qiymətləndirmişdir. Bununla yanaşı, dövlət başçısı Xəzər
84
məsələsində öz mövqeyində heç bir dəyişiklik olmayacağını xüsusi vurğulamışdır.
Bu mövqe uzun illər mövcud diplomatik fəaliyyətdə öz əksini tapmışdır və təsadüfi
deyil ki, bu dövrədək Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığı getdikcə
sürətlənmişdir. Azərbaycan diplomatiyasının qərbyönümlü fəaliyyəti və bunun
müsbət nəticələri artıq dövlətimizin Rusiyadan bir növ asılılığını azaltmış və onun
burada siyasi və iqtisadi nüfuz imkanlarını xeyli məhdudlaşdırmışdır. Buna görə də
Rusiya Azərbaycanla əməkdaşlıqda yeni strategiyanın formalaşmasını əsas
tutmuşdur.
2001-ci il yanvarın 9-da Azərbaycana rəsmi səfər etmiş Rusiya Prezidenti
V.Putinin Azərbaycan Respublikasının Prezidenti H.Əliyevlə görüşündə
Qafqazdakı siyasi vəziyyətin, millətlərarası münaqişələrin, eləcə də Xəzərin
statusu məsələsinin nizama salınmasının müzakirəsi geniş yer tutmuşdur. Bu
zaman imzalanmış “Bakı Bəyannaməsi” öz tarixi əhəmiyyətinə görə Xəzərin
statusunun həlli istiqamətində xüsusi bir mərhələnin başlanğıcı oldu. Bu
konsepsiyadan aydın olurdu ki, Rusiya Federasiyası Xəzər haqqında öz
təkliflərində konstruktiv mövqe tutmuş, burada əməkdaşlığın prinsiplərini
Azərbaycanın mövqeyinə uyğunlaşdırmaq üçün konkret təkliflər irəli sürmüşdür.
Bu da Azərbaycan diplomatiyasının XXI əsrin başlanğıcında uzun illərlə apardığı
gərgin əməyin nəticəsi idi. mzalanmış 20-dən çox rəsmi sənəd içərisində hər iki
dövlətin Xəzərə dair baxışları öz əksini tapmış “Bakı Bəyannaməsi” xüsusi
ə
həmiyyətə malik olmuşdur. Sənədin maddələrinə əsasən Xəzərin statusu
problemində hər iki dövlətin mövqe yaxınlığı rəsmi şəkildə bəyan edilmiş, fikir
ayrılığına müəyyən dərəcədə son qoyulmuş və prinsip etibarilə bu milli sektorlara
bölünmə ideyasının gerçəkləşməsinin əsasını qoyan ilk və yeganə sənəd oldu.
[ 12, s. 90, 91].
Xəzərin statusu probleminin həlli 5 ölkənin diplomatik vasitələri ilə əsas
mərhələlərdən keçmiş, bütün fikir ayrılıqlarına baxmayaraq, dövlətlər bu hövzədə
qarşılıqlı əməkdaşlığa can atırdılar, bu istiqamətdə tarazlaşdırılmış siyasət isə
yalnız Azərbaycana məxsus idi.
85
Xəzərin statusu probleminin həlli istiqamətində 2001-ci ilin əvvəllərindən
başlayaraq dövlətlər daha fəal surətdə iş aparmağa başalmışlar. Həmin il martın
ə
vvələrində Moskvaya dörd günlük səfər etmiş ran slam Respublikasının
prezidenti M.Hatəmi Xəzərin statusu problemini diqqət mərkəzində saxlamış və
hər iki dövlət arasında bəyannamə imzalanmışdır. Bəyannamənin məzmununa
ə
sasən qeyd olunmuşdur ki, hər iki dövlət status məsələsində ortaq məxrəcə
gəlmək üçün yollar axtaracaq, çoxtərəfli görüşlərin sayını artıracaqlar. Bu zaman
Rusiya Federasiyasının prezidenti V.Putin Türkmənistan prezidenti S.Niyazovla
danışıqlar nəticəsində Xəzər sammitinin Türkmənistanda keçirilməsi haqqında
razılıq əldə olunmuşdu [ 12, s. 93].
2001-ci il iyul ayının 31-də ranın Xəzər dənizi üzərində Azərbaycanın
hava sərhəddini pozaraq kəşfiyyat xarakterli uçuşlar aparması münasibətlərdə
gərginliyin yaranmasına səbəb oldu. Qonşu dövlətin bu səviyyədə qeyri-qanuni
hərəkəti 2001-ci ilin ortalarında həlli çətin vəziyyətə düşmüş Xəzərin status
problemindəki qeyri-obyektiv mövqeyinin müdafiəsi ilə bilavasitə bağlı idi. 2001-
ci ilin ortalarında hadisələrin gedişatı, baş vermiş son hadisələr Xəzərin hüquqi
statusunun müəyyənləşməsi məsələsinin aktuallığını daha da artırdı. Hətta, ranın
hava sərhəddini pozmasını Xəzərdə güc tətbiq edilməsi kimi ilk hadisə olaraq
qiymətləndirən ölkə rəsmiləri (Azərbaycanın və Rusiyanın müdafiə nazirləri –
N.M.) bu hövzənin digər problemləri ilə yanaşı burada hərbi gücün tətbiqini
ümumiyyətlə yolverilməz hesab etmişdilər [ 8, s. 109-111].
Bundan əlavə qeyd etmək lazımdır ki, Xəzərin statusu haqqında aparılan
danışıqlar tarixində 2002-ci il aprelin 22-23-də keçirilmiş Xəzərsahili dövlət
başçılarının Aşqabad sammiti tarixi əhəmiyyətə malikdir. Bu sammitdə ilk dəfə idi
ki, Xəzərin statusu məsələsi beş Xəzərsahili dövlət başçıları səviyyəsində müzakirə
olunurdu. kincisi, Xəzərin statusu məsələsi əksərən digər problemlərlə yanaşı
müzakirə obyekti olduğu halda ilk dəfə Aşqabad sammiti bütövlükdə Xəzərin
statusu haqqında bütün sahilyanı ölkə başçılarının və rəsmi nümayəndələrinin
müzakirə mövzusu olmuşdur.
Dostları ilə paylaş: |