Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

74 
 
-
  Hindistan qazax neft sahələrinin istismarı və inkişafını təmin etmək imkanı 
qazanmışdır. 
-
  Hindistan  şirkətkəri  “Mavi  Axın”  və  Qazax-Çin  boru  kəmərləri  kimi 
transregional layihələrin reallaşmasında iştirak edir. 
-
  Hindistan Xəzər regionuna böyük bazar kimi baxır və bu səbəbdən də region 
dövlətləri ilə bir sıra kommersiya xarakterli sazişlər imzalamışdır. 
-
  Hindistan  Əfqanıstanla  trans-Əfqanıstan  nəqliyyat  layihəsinin  həyata 
keçirilməsində iştirak edir və Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq isə, 
Pakistandan yan keçməklə  ran vasitəsilə Hindistanın Xəzər regionuna çıxış 
ə
ldə etməsini təmin edə bilər [ 23, s. 75, 76]. 
           Yaponiya  son  illərədək  Asiyadakı  enerji  istehlakında  ön  sıralarda  durudu. 
Lakin Çin və Hindistanın həyata keçirdiyi layihələrlə vəziyyət dəyişilmiş oldu. Bu 
baxımdan  SSR -nin  süqutunu  Yaponiya  bir  fürsət  olaraq  dəyərləndirmişdir.  Neft 
idxalının  böyük  hissəsini  Orta  Şərqdəki  neft  mərkəzlərindən  həyata  keçirən 
Yaponiya  bölgəyə  olan  bağlılığını  azaltmaq  üçün  Xəzər  hövzəsinin  enerji 
mənbələrinə  diqqət  yönəltməyə  başladı.  Yaponiya  iqtisadi  yardımlar  və 
ə
məkdaşlıqla Xəzər hövzəsində möhkəmlənməyə çalışır, Qazaxıstan və Qırğızıstan 
kimi  dövlətlərə  kreditlər  verir.  Bundan  əlavə  bölgənin  dəmir  yollarının  yenidən 
inşası və təmiri kimi layihələrdə yer tutmağa başlamışdır. Yaponiya 2004-cü ilədək 
regionda  əsas  etibarilə  səhiyyə,  təhsil  və  iqtisadiyyat  sahələrinə  dəstək 
göstərmişdir.  2004-cü  ildən  etibarən,  bu  region  ölkələri  ilə  terrorizm,  narkotik 
maddələrin  qaçaqmalçılığı  ilə  mübarizə  və  enerji  sahəsində  əməkdaşlıq 
layihələrinə üstünlük verməkdədir.  
            Yaponiya  enerji  sahəsində  regiona  investisiyalar  yatırmışdır.  Yapon 
hökuməti  tərəfindən  dəstəklənən  npex  şirkəti  Qazaxıstanın  neft  ehtiyatlarında 
8.33% pay sahibidir.  tochu və  npex şirkətləri Bakı-Tbilis-Ceyhan boru xətti üçün 
yaradılmış  konsorsiumda  da  yer  almışdılar.  Bundan  başqa,  Yapon  Beynəlxalq 
Ə
məkdaşlıq  Bankı  2004-cü  ildə  Bakı-Tbilis-Ceyhan  boru  xətti  layihəsi  üçün  580 
milyon kredit vermişdir. 1993-cü ildə Yaponiyanın Orta Asiya ölkələrinə yatırdığı 
investiyalar  baxımından  hər  ölkəyə  100  milyon  dollar  məbləğində  investisiya 


75 
 
qoyulmuşdur.  1998-ci  ildə  isə  bu  məbləğ  artırılaraq  hər  ölkə  üçün  300  milyon 
dollar təşkil etmişdir. Göründüyü kimi Yaponiya siyasi sahədə olmasa da iqtisadi 
sahədə  attığı  addımlarda  Xəzərin  enerji  ehtiyatlarından  istifadə  etmək  üçün 
fəaliyyət göstərir [ 18, s. 203]. 
          Beləliklə,  regiondankənar  aktorların  Xəzər  regionu  ilə  bağlı  siyasətini 
ümumiləşdirərək aşağıdakı nəticələrə gələ bilərik: 
-
   Xəzər regionunda zəngin enerji ehtiyatlarına malik yeni yaranmış müstəqil 
dövlətlərin əhalisi türk mənşəli xalqlar olduğuna görə Türkiyə, bir tərəfdən, 
“Türk  dünyasının”  lideri,  digər  tərəfdən,  Avropa  və  Asiya  arasında  enerji 
daşıyıcılarının  nəql  edilməsi  üçün  tranzit “körpü”  rolunu  oynamağa  çalışır. 
Bu məqsədlə, regionun türkdilli ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə 
ə
mədaşlığını  genişləndirir,  enerji  ehtiyatlarının  daşınması  ilə  bağlı  mühüm 
transregional  layihələrdə  tranzit  ölkə  kimi  iştirak  etməklə  nüfuzunu 
möhkəmləndirməyə çalışır. 
-
  Çin, Hindistan, Yaponiya kimi qeyri-regional dövlətlər isə Xəzər regionu ilə 
bağlı  daha  çox  iqtisadi  maraqlar  güdür,  əsas  etibarilə  enerjiyə  olan 
tələbatlarının  və  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində 
fəaliyyət göstərirlər. Ümumiyyətlə, 2030-cu illərə gəldikdə əhalisinin sayına 
görə  Hindistanın  Çini  üstələyəcəyi  və  hər  iki  ölkənin  inkişaf  edən 
iqtisadiyyatına  müvafiq  nisbətdə  enerji  ehtiyacının  da  dəfələrlə  artacağı 
gözlənilir.  Çin  və  Hindistanın  artan  enerji  ehtiyaclarını  qarşılamaq  üçün 
istifadə  edə  biləcəkləri  ən  etibarlı  mənbə  isə  Xəzər  və  Orta  Asiya 
regionunun  ehtiyatlarıdır.  Bu  baxımdan  2035-ci  ilədək  dünya  miqyasında 
yatırılacaq enerji investisiyaların həcmini nəzərə alsaq, Xəzər və Orta Asiya 
bölgəsi  enerji  siyasətindəki  mövqeyini  uzun  müddət  ərzində  qoruyub 
saxlayacaqdır.  
               
 
 


76 
 
III FƏS L. Azərbaycanın xarici siyasətində Xəzərin hüquqi statusu problemi 
və enerji ehtiyatlarının nəqli siyasəti. 
3.1. Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı Azərbaycanın 
diplomatik fəaliyyəti. 
 
    XX əsrin 90-cı illərində dünyanın iki super dövlətindən birinin-SSR -nin 
dağılması nəticəsində Cənubi Qafqazda və Orta Asiyada bir sıra müstəqil dövlətlər 
yaranmışdır.  Bununla  əlaqədar  olaraq,  Qərbdə  geosiyasi  fəallıq  sürətlə  inkişaf 
etməyə başlamış, Avrasiya məkanında bir çox problemlərə radikal şəkildə yenidən 
baxılması  məsələsi  ortaya  atılmış,  həmçinin  Xəzər  bölgəsi  ilə  əlaqədar  olan 
geosiyasi  məsələlərə  yenidən  baxılması  ətrafında  mübarizə  güclənməyə 
başlamışdır. O cümlədən, Rusiya, Azərbaycan,  ran, Türkmənistan və Qazaxıstan 
dövlətləri  arasında  yerləşən  Xəzər  dənizinin  beynəlxalq  statusunun  müəyyən 
edilməsi problemi çox qızğın mübahisələr doğurub. Belə ki, SSR -nin dağılmasına 
qədər  Xəzər  dənizi  faktiki  olaraq  “Rusiya  gölü”  hesab  olunurdusa,  indiki 
vəziyyətdə bu məsələnin həllinin müxtəlif ziddiyyətli variantlarda, Azərbaycan da 
“Xəzər piroqu”nun bölünməsinin beş iddiaçısından biri sayılır [ 5, s. 57]. 
              Xəzər  dənizini  yenidən  bölmək  və  bölgədə  öz  təsirini  artırmaq  uğrunda 
başlanan  geosiyasi  mübarizə  getdikcə  güclənir.  Bu  geosiyasi  mübarizənin 
mərkəzində,  özünün  əhəmiyyətli  geosiyasi  mövqeyi  ilə  fərqlənən  Azərbaycan 
dayanır.  
              SSR -nin  süqutu  ərəfəsində  qeyd  etmək  lazımdır  ki,  sektorial  bölgünün 
ə
sasını  təşkil  edən  orta  xətt  (su  sərhədi  kimi)  müttəfiq  respublikalar  arasında 
administrativ-ərazi sərhədi kimi  qəbul  edildi.  Xüsusi olaraq 1991-ci ilin  yanvarın 
18-də Azərbaycan Nazirlər Sovetinin və SSR  Neft və Qaz Sənayesi Nazirliyinin 
birgə qəbul edilmiş qərarı diqqəti cəlb edir. Orada qeyd olunurdu ki, Azərbaycan 
özünə  məxsus olan sektorda  yeganə  subyekt olaraq  mineral  resursların kəşfiyyatı 
və  istismarı  hüququna  malikdir.  Azərbaycan  bu  işlərə  beynəlxalq  şirkətləri  dəvət 
edə bilər və o bu sektorda mövcud olan neft və qazın yeganə sahibidir [ 6, s. 37].          


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə