98
siyasətinə münasibətdə dəyişməz müsbət mövqe nümayiş etdirməsi bu siyasətin
gələcək uğurlarına tam inam yaradır [7, s. 690-691 ].
Bundan əlavə, bu müqavilənin reallaşması və yeni neft strategiyasının
uğurları Azərbaycanın Avroatlantik məkana inteqrasiyası prosesini sürətləndirdi və
respublikamıza sərmayə qoyulması sahəsində dönüş yaranmasına səbəb oldu.
Azərbaycanın istehsal etdiyi milyonlarla ton neftin dünya bazarlarına
çıxarılmasında əvəzsiz rola malik BTC ixrac neft boru kəməri bu gün Xəzərdə
zəngin ehtiyatlara malik Qazaxıstan neftinin Qərb bazarlarına nəqli baxımından da
müstəsna əhəmiyyət daşıyır. Bunun ardınca dünyanın ən böyük qaz yataqlarından
biri olan “Şah Dəniz” yatağının işlənməyə cəlb olunması və burada hasil olunan
qazın dünya bazarlarına çıxarılması məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin
(Bakı-Tbilisi-Ərzurum) inşası və istismara verilməsi Azərbaycanın müasir
Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu əhəmiyyətli dərəcədə
artırmış oldu [ 29].
Şahdəniz qaz yatağının ehtiyatı 1 tr. kub. metrdir və bu göstərici ilə
hazırda dünyada işlənməkdə olan ən böyük qaz yataqlarından biridir. Şahdəniz
Hasilatın Pay Bölgüsü Sazişi 1996-cı il iyunun 4-də Bakıda imzalanmışdır.
Ş
ahdənizin qaz ixracı sistemini Cənubi Qafqaz Boru Kəməri (CQBK) təşkil edir.
Bu kəmər başlanğıcını Səngəçaldan götürür, Azərbaycanın və Gürcüstanın
ə
razisində 690 km-dən çox məsafə qət edərək Türkiyə sərhəddinə çatır.
Bütövlükdə bu xətt Bakı-Tbilisi-Ərzurum qaz kəməri adlanır. 2008-ci ildən
etibarən Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Türkiyədən, Yunanıstan vasitəsilə
Avropa Birliyinə nəql olunmağa başlamışdır və gələcəkdə bu sahədə ixracatın daha
da artması gözlənilir [ 6, s. 97-98].
Son illərdə “Abşeron” yatağında “Total” şirkəti ilə birlikdə aparılan
uğurlu kəşfiyyat işləri və “Ümid” yatağının açılması, BP ilə imzalanmış hasilatın
pay bölgüsü sazişi çərçivəsində “Şəfəq-Asiman” yatağında seysmik tədqiqat
proqramının başa çatdırılması, Almaniyanın RWE şirkəti ilə “Naxçıvan”
perspektiv strukturu üzrə əsas kommersiya prinsiplərinin razılaşdırılması, ARDNŞ
ilə “Statoil” şirkəti arasında “Zəfər-Məşəl” blokunun kəşfiyyatı və işlənməsinə dair
99
qarşılıqlı anlaşma memorandumunun imzalanması, mövcud layihələr üzrə görülən
işlər və perspektiv strukturlardan gözləntilərimiz Xəzərin Azərbaycan sektorunda
potensialın proqnozlardan çox olacağına dəlalət edir [29 ].
ABŞ-ın Enerji nformasiya darəsinin hesablamalarına görə, Xəzərin bütün
sahilyanı ölkələrinin ümumi gündəlik neft hasilatı 945 min barel təşkil edir və
bunun 890 min bareli (94%) Azərbaycanın payına düşür
[ 37].
2013-cü ildə ölkədə 43,5 milyon ton neft və 29,4 mlrd kub metr qaz hasil
olunmuşdur. 2012-ci illə müqayisədə neft hasilatı 0,1 milyon ton, qaz hasilatı isə
2,5 mlrd kub metr çox olmuşdur [ 35].
Hesablamalara görə deyə bilərik ki, 2015-ci ildə ölkə üzrə qaz hasilatını
laylara vurulan həcm istisna olunmaqla 20 milyard kubmetrə çatdırmaq, 2025-ci ilə
qədər isə bu həcmi təxminən iki dəfə artırmaq üçün real imkanlar vardır [ 29].
Şahdəniz yatağının 2-ci fazasının investisiyası ilə bağlı qərar Nabukkonun
qərb qolunun və ya Trans-Adriatik qaz boru kəmərinin (TAP) Avropa ttifaqına
ə
sas ixrac marşrutu seçilməsi ilə bağlı qərar verilməməsi səbəbindən ləngiyirdi.
Lakin, 2013-cü ilin iyul ayında qazın Azərbaycandan Gürcüstan, Türkiyə,
Yunanıstan və Albaniya vasitəsilə Cənubi taliyaya ixracı ilə bağlı TAP layihəsinin
lehinə qərar verildi. Başlanğıc üçün Şahdəniz – 2 yatağının 2016-cı ildən etibarən
illik 2 mlrd kub metr istehsalla fəaliyyətə başlaması, 2018-ci ildə qazın Türkiyəyə
çatdırılması nəzərdə tutulur. 2019-cu ilin ikinci yarısında isə Azərbaycan təbii
qazının Yunanıstan vasitəsilə A -yə çatdırılması planlaşdırılır. A -nin enerji
məsələləri üzrə komissarı Günter Ottinqer də bildirmişdir ki, Cənub dəhlizi uzun
müddət ərzində A -nin qaz tələbatını qarşılamaq potensialına malikdir [28, s. 42-
43].
2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi və
“XXI əsrin müqaviləsi” adlandırılan “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimi
keçirilmişdir.
Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, taliya
və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün konsorsium tərəfindən
Trans-Adriatik Boru Kəmərinin (TAP) seçilməsini və 16 milyard kubmetrdən çox
100
Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə və
Türkiyəyə tədarük olunması barədə razılığa gəlinməsini bu ilin (2013) mühüm
hadisələrindən hesab etmək olar [ 29].
Azərbaycan və Türkiyə arasında planlaşdırılan TANAP – Transanadolu
qaz kəmərinin inşasına dair (2012-ci ilin iyun ayında) ikitərəfli sazişlərin
imzalanması iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış,
eyni zamanda Avropanın enerji təhlükəsizliyi məsələsinin praktiki həllinə şərait
yaratmışdır.
Qeyd etmək lazımdır ki, Avropa ttfaqı ölkələri enerji təhlükəsizliyinin
möhkəmləndirilməsi məsələləri ilə əlaqədar olaraq Azərbaycanla müxtəlif
səviyyədə danışıq və müzakirələr aparılmasında davamlı fəallıq göstərməkdədirlər.
Bir sıra ölkə rəhbərlərinin Avropa Komissiyasının, ABŞ-ın, ümumiyyətlə 30-dan
çox dövlətin yüksək vəzifəli nümayəndə və diplomatlarının iştirak etdiyi IV
Beynəlxalq enerji sammitinin 2008-ci ilin noyabrında Bakıda keçirilməsi heç də
təsadüfi deyildir. Mahiyyətcə, Xəzər dənizi, Qara dəniz və Baltik dənizi
hövzəsində enerji təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq formatının yarandığına
dəlalət edən bu sammit Azərbaycanın xüsusi diqqət yetirməli ölkə olduğunu bir
daha sübut etmiş oldu [ 29].
Beləliklə, qeyd etmək lazımdır ki, Azərbaycan diplomatiyasının mühüm
qələbəsi olan “Əsrin müqavilə”sinin imzalanmasından sonra həyata keçirilən
uğurlu neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan,
Bakı-Novorossiysk,
Bakı-Supsa,
Bakı-Tbilisi-Ərzurum
kimi
layihələrin
reallaşdırılması
Azərbaycanın
dövlət
müstəqilliyinin
möhkəmlənməsinə,
iqtisadiyyatının inkişafına, Qərb dövlətləri ilə əlaqələrinin genişlənməsinə şərait
yaratmışdır. Ümumiyyətlə, Azərbaycanın hasil etdiyi təbii qazın mümkün qədər
müxtəlif və şaxələndirilmiş nəqliyyat marşrutları ilə ixracının və diversifikasiya
kursunun tərəfdarı olan ölkə başçısı lham Əliyev Azərbaycan qazını dünya
bazarına çıxaracaq 4 iri layihənin (Şahdəniz-2, SCP, TANAP və TAP) vaxtında
həyata keçirilməsi və bu işlərdə qarşıya çıxa biləcək problemlərin operativ həlli
məqsədilə xüsusi sərəncam imzalamışdır. Bu layihələrin həyata keçirilməsi Xəzər
Dostları ilə paylaş: |