80
Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın
olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. ki ölkə
arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya
çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin
dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta
xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasının lazım
olduğunu bildirir. ki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-
Çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində olan bu
yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli
sektora daxil olacaq[ 38].
Daha dəqiq desək, Aşqabad Azərbaycanın Abşeron yarımadası vasitəsilə
Xəzərin içərilərinə qədər daxil olduğunu, dolayısı ilə Xəzər dənizi ekvatorunun
xüsusiyyətindən çıxış edərək paralel bərabər məsafəli (uzaqlıqda) nöqtələri
birləşdirən üsuldan istifadə edilməsinə tərəfdar idi. Bu halda Türkmənistan orta
xətt müəyyən edilərkən Xəzərə riyazi baxımdan yanamış, ölkələrin sahil xəttləri və
adaların uc nöqtələrini nəzərə almamışdır. Azərbaycan isə, orta xətt müəyyən
edilərkən iki sahil arasındakı ən uc nöqtələrin müəyyənləşdirilərək ortalamanın
həyata keçirilməsini tələb edirdi. Azərbaycan Abşeron yarımadası vasitəsilə
coğrafi baxımdan dənizin ortasınadək daxil olduğundan bu ölkənin dəniz sərhədləri
daha geniş bir əraziyə yayılır və mübahisəli yataqlar Azərbaycanın milli sektoru
daxilində qalır. Bu halda belə Kəpəz/Sərdar yatağı Azərbaycan və Türkmənistan
sərhədlərinin orta nöqtəsində yerləşir [ 16, s. 163].
Xəzərin Azərbaycan bölgəsi ilə Türkmənistan bölgəsi arasında yerləşən
və bu gün iki ölkə arasındaki ən vacib problemə çevrilmiş Kəpəz/Sərdar yatağını
1959-cu ildə Azərbaycan geoloqları kəşf etmiş, lakin ilk neft istehsalı 1989-cu ildə
həyata keçirilmişdir. Hər beş ölkə öz “milli” sektoru hesab etdiyi hissələrdə
yerləşən yataqlara “milli” adlar vermişdir. Ən mübahisəli yataqlardan biri
Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı zəngin neft
yatağıdır. Bu yatağı adı SSR dövründə “Promejutoçnoye” olmuşdur.
Kəpəz/Sərdar yatağı ilə bağlı uzun müddət davam edən mübahisələrədə hər iki
81
tərəf fərqli xəritələrdən istifadə edərək bölgənin öz milli sektorları daxilində
olduğunu iddia edir. Türkmənistan bu yatağa Sərdar adı verərək beynəlxalq
istifadəyə açıq vəziyyət gətirmək istəyir. Bu səbəbdən iki ölkə arasında
anlaşılmazlıq yaranmışdır. Belə ki, 1997-ci ilin iyul ayında rus şirkətləri Rosneft və
Lukoil ilə Azərbaycan arasında imzalanan Kəpəz yatağı ilə bağlı müqaviləyə
Türkmənistan qarşı çıxmış, Aşqabad yatağın Türkmənistana aid sularda olması
səbəbindən ona məxsusluğunu bildirmişdir. Bundan əlavə Türkmənistan Xəzərin
yeni statusunu müəyyənləşdirəcək müqavilənin imzalanmasınadək yeni neft
müqavilələri bağlanacağı təqdirdə Kəpəz məsələsini BMT və beynəlxalq
məhkəmələrə çıxaracağını bildirmişdir. [ 15, s. 14, 15]
Son vaxtlar Türkmənistanın Kəpəz (Sərdar) yatağında seysmik
tədqiqatlar aparmasından sonra iki ölkə arasında məsələ ilə bağlı mübahisələr
yenidən alovlanmışdır. Azərbaycan bu addıma qarşı çıxmış və Türkmənistanın bu
ə
razidə hər hansı tədqiqat aparmasına etiraz etmişdir. Azərbaycan xarici işlər
nazirliyi Xəzərin statusu müəyyənləşmədən Türkmənistanın Kəpəz (Sərdar)
yatağında hər hansı fəaliyyət göstərməməsini bildirmişdir. Çünki, Kəpəz (Sərdar)
yatağı iki ölkənin sərhəddində yerləşir. Nəticə etbarilə bu yatağın ortaq istifadəsi
razılaşdırılsa tərəflərin hər biri bundan 30 milyard dollardan artıq gəlir əldə
edəcəkdir [ 15, s. 15].
Qeyd etmək lazımdır ki, Türkmənistan tərəfinin “Azəri”, “Çıraq” və
Kəpəz yataqlarına edilən iddiaları müzakirə edilmiş və elmi dəlillərlə
ə
saslandırılaraq Azərbaycana məxsusluğu isbat olunmuşdur.
Bütün bunların nəticəsi olaraq regionun gələcək vəziyyətində mühüm amil
kimi Xəzərin statusunun qarşılıqlı hörmət prinsipi əsasında həlli istiqamətində
Qazaxıstan və Türkmənistan 1997-ci il fevralın 27-də Almatıda yeni reallıqlardan
çıxış edərək fikir birliyinə nail oldular və dövlət başçıları N.Nazarbayev və
S.Niyazov səviyyəsində bəyanat imzaladılar. Tərəflər hesab edirlər ki, Xəzər
dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın işlənib hazırlanması və
bağlanması onların qarşısında vacib məsələdir. Bu konvensiyanın hazırlanmasına
82
və qəbul edilməsinədək tərəflər inzibati ərazi bölgüsünü və orta xətt sərhəddini
ə
sas tutacaqdır (sektoral bölgü prinsipi) [ 12, s. 80, 81].
kinci mərhələdə Xəzərin hüquqi statusunun həlli prosesində ən mühüm
hadisə Rusiya və Qazaxıstan arasında bağlanmış müqavilə hesab oluna bilər. 1998-
ci il iyunun 6-da Xəzər dənizinin şimal hissəsində yeraltı resursların suveren
hüquqlarını təmin etmək haqqında Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası
arasında saziş imzalanması sahilyanı ölkələr arasında Xəzər dənizinin ilk
bölgüsünün əsasını qoydu [ 6, s. 42]. Həmin sənədə əsasən Xəzər dənizinin şimal
hissəsinin dibi, onun təki tərəflərin razılaşmasına əsasən orta xətt üzrə Rusiya və
Qazaxıstan arasında sektorlara bölünür, tərəflər öz ərazilərində dənizin dibinin,
təkinin ehtiyatlarının kəşfiyyatını apara bilərdilər və orta xətt boyu yerləşən
perspektiv strukturlarda yataqların birgə kəşfiyyatı və işlənməsi üzrə müstəsna
hüquqlara malikdirlər. Göründüyü kimi bu variant Azərbaycanın israr etdiyi
varianta xeyli yaxındır ki, bunu da dövlətimizin məhsuldar diplomatik fəaliyyətinin
aktivinə aid etmək olar [ 12, s. 86, 87].
Bir qədər əvvəl, 1998-ci il martın 30-da Azərbaycan və Türkmənistan
Respublikalarının xarici işlər nazirlərinin rəhbərliyi ilə sektoral bölgü haqqında
qəbul edilmiş rəsmi sənədin də tarixi əhəmiyyəti vardır. Tərəflər Xəzər dənizinin
hüquqi statusu barəsində 1998-ci il fevralın 5-də Aşqabad şəhərində əldə edilmiş
qarşılıqlı anlaşmaya sadiq qaldıqlarını təsdiqləyərək, bu məsələ ilə əlaqədar digər
Xəzəryanı ölkələrlə ikitərəfli danışıqların yekunlarına dair fikir mübadiləsi aparmış
və həmin məsələ üzrə bütün sahilyanı dövlətlər arasında ümumi razılığın işlənib
hazırlanması üçün bu danışıqların nəticələrinin mümkünlüyünü vurğulamışdırlar.
Bu sənədə əsasən, tərəflər bir daha təsdiqləmişlər ki, Xəzərin Azərbaycan
Respublikası ilə Türkmənistan Respublikası arasındakı hissəsi beynəlxalq hüququn
hamı tərəfindən qəbul edilmiş prinsiplərinə və normalarına uyğun bu ölkələrin
Xəzərə olan suveren hüquqlarının reallaşması əsasında orta xətt üzrə bölünür [ 12,
s. 87-88].
1999-2000-ci illərdə Xəzərin beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi,
dünya ölkələri ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişafı, eləcə də Qərb-Şərq
Dostları ilə paylaş: |