71
qarşıdurması məsələsi tezliklə, asanlıqla və birmənalı həll olunmayacaq, əksinə, bu
qarşıdurma regionda gərginliyi daha da artıracaq [ 12, s. 104].
Çin Xalq Respublikasının da, siyasi-iqtisadi dirçəliş mərhələsini yaşayan
və kifayət qədər mürəkkəb daxili problemləri olan dövlət kimi, Xəzər bölgəsinə və
Mərkəzi Asiya regionuna iddialı olmağa məcburdur. Əhalisinin sayı Çini dünyanın
ə
n qüdrətli dövlətlər sırasında möhkəmləndirən faktor olması ilə yanaşı, həm də ən
böyük problemlərindən biridir. Məlum olduğu kimi, Çinin əksər təsərrüfatı üçün
yararlı sahələri Xuanxe və Yanzsı çaylarının ətrafında məhdud ərazilərdə yerləşir.
Dünya əkin sahələrini 7%-nə malik olduğu halda, Çin dünya əhalisinin 24%-ni
ə
rzaqla təmin edilməsi məsələsini həll etməlidir. Digər böyük problem – bütün
dünyada olduğu kimi, içməli su problemidir. Bu baxımdan Çinin hərbi-siyasi
dairələrinin planlarında dünyanın ən böyük və təmiz su anbarı – Rusiyada yerləşən
Baykal gölünün yer tutmasını heç də istisna etmək olmaz.
Enerji problemlərinə gəldikdə qeyd etmək lazımdır ki, Çinin 2008-ci ildə
neft istehlakı 365 mln t, hasilatı isə 189 mln t və göründüyü kimi kəsir 176 mln t,
ya da təqribən 49% təşkil edir. Belə olduğu halda, təbii ki, Çin bütün sahələrdə
sürətlə artan tələbatlarını ödəmək üçün yeni enerji mənbələrinə və bunların nəqli
istiqamətlərinə öz maraqlarına uyğun nəzarəti ələ keçirmək planlarını qarşısına
qoyaraq Xəzər regionunu nəzərində saxlayır. Maraqlıdır ki, Çin Rusiyanın “РАО
ЕЭС
России” şirkətindən elektrik enerjisi almaqdan qəti surətdə imtina etmişdi.
Bununla bağlı, güman etmək olar ki, Çin bu addımı atarkən, Qazaxıstan və
Türkmənistanla enerji sahəsində əməkdaşlıq etmək fikrində idi. Lakin ABŞ-ın
Mərkəzi Asiyada möhkəmlənməsi bu məsələnin həllini çətinləşdirir. Ehtimal
etmək olar ki, ABŞ-ın Əfqanıstana hərbi qüvvələrinin yeritməsinin səbəblərindən
biri də məhz Çinin bu növ təşəbbüslərinin qarşısını almaq məqsədini güdürdü,
çünki son illərdə ABŞ-Çin ticarət defisiti 100 mlrd dollara yaxınlaşır. Təbii ki,
Çinə axan enerji daşıyıcılarının qarşısı alınsa onun iqtisadi dirçəlişi mümkünsüz
olacaq və rəqabət imkanlarını zəiflədəcək. Buna görə Çin özünün və ABŞ-ın
burada rəqibi olan Rusiya enerji daşıyıcılarına maraqlarını artıra bilər [12, s. 105 ].
72
Tez-tez hərbi müdaxilələrə (Koreya, Vyetnam, raq,Əfqanıstan) üstünlük
verən ABŞ-dan fərqli olaraq, Çin xarici siyasətində başqa üsullardan istifadə edir.
Bununla bağlı Çində nəşr edilən “Tzefantzun bao” qəzeti yazır: “Coğrafi
sərhədlərin hüdudlarından kənarda həyata keçirilən strateji rayon üzərində uzun
müddət ərzində aparılan effektiv nəzarət sonda coğrafi sərhədlərin dəyişdirilməsinə
gətirib çıxaracaq”. Etiraf etmək lazımdır ki, öz imkanlarına arxalanan belə incə və
düşünülmüş siyasət Çinin bir dövlət kimi mövcudluğuna tarixən şərait yaradıb.
[ 12, s. 105].
Son illərdə dinamik inkişaf edən Çinin yeni “böyük geoiqtisadi oyunda” –
enerjidaşıyıcıları ilə zəngin Mərkəzi Asiyanın, o cümlədən, Xəzər regionun neft və
qaz yataqlarının istismarında getdikcə artan fəal iştirak etmək cəhdləri müşahidə
olunur. Çin strategiyasının hərəkətverici qüvvəsi isə yüksək iqtisadi inkişaf
prosesində meydana çıxan enerjidaşıyıcılarına olan artan tələbatla şərtlənirdi. Cari
yüzilliyin başlanğıcında Çin öz xarici siyasətinin “mərkəzi asiya” istiqamətində
uzaqgörən geosiyasi məqsədlərinə müvafiq olaraq bütün Xəzəryanı dövlətlərlə,
xüsüsən də Qazaxıstanla iqtisadi və siyasi əlaqələrini bir qədər genişləndirdi. [ 4, s.
174, 175]
Çinin Xəzər bölgəsində böyük nüfuza malik olan, hətta ərazisində böyük
miqdarda xam neft ehtiyatları mövcud olan Qazaxıstan kimi bir dövlətlə qonşu
olması, üstəlik Uzaq Şərqin enerjiyə olan ehtiyacı səbəbindən neft boru xətti
layihəsində Xəzər regionu ilə bağlı siyasət formalaşdırmaması mümkün deyil.
Ə
slində Çin bölgənin enerji mənbələrinə çoxdan bəri göz dikmişdi. Boru xəttinin
çəkilməsi və nəqliyyatı məsələsində isə Çin Qazaxıstanla razılaşmalar vasitəsilə
aktivlik göstərir. Çinin Xəzər bölgəsində neftlə bağlı strateji mənafeləri təkcə
bundan ibarət olmayıb, başqa məsələləri də əhatə edir. Bölgədə güclü olmaq,
iqtisadiyyatını gücləndirmək kimi məsələlər Çinin əsas strategiyasıdır. [ 11, s. 86,
87]
Son iki onillikdə Çinin Xəzər regionuna artan marağı iki əsas səbəblə
şə
rtlənirdi: birincisi, ABŞ-ın regionda geosiyasi nəzarətinin güclənməsi və onun
nüfuz dairəsinin birbaşa Çin sərhədlərinə yaxınlaşmasından açıq şəkildə ehtiyat
73
etməsi, ikincisi isə, son illər Çinin neft və neft məhsullarının idxal həcminin kəskin
artması fonunda rəsmi Pekinin gələcək enerji təhlükəsizliyinin təminatı
çərçivəsində Xəzərin neft və qaz ehtiyatlarına az da olsa, müəyyən dərəcədə
çıxışını təmin etmək cəhdi.
Ümumilikdə Çinin Xəzər regionunda, xüsusilə də regionun şərq
hissəsində, getdikcə artan fəallığı ilə bağlı fundamental geoiqtisadi və geosiyasi
maraqları mövcuddur. Bu hər şeydən əvvəl çin-qazax və çin-türkmən
ə
məkdaşlığının perspektivləri ilə bağlıdır. Belə ki, bu əməkdaşlığın nəticəsində Çin
özünün yanacaq-energetika sektorunun inkişafı üçün mövcud xammal bazasını
genişləndirmiş olacaq. Lakin, ABŞ-ın Mərkəzi Asiya regionuna daxil olması çin
siyasətinin bu istiqamətinin reallaşmasını sual altında qoya bilər ki, bu da ÇXR-in
birbaşa Rusiyanın enerji ehtiyatlarına olan marağının yenidən artması ilə
nəticələnər. Təsadüfü deyil ki, XXI əsrdə Çin əsas diqqəti Rusiya və Mərkəzi
Asiya ölkələri ilə həm ikitərəfli, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində
ə
məkdaşlığın inkişafına yönəldir [ 4, s. 174, 175].
Hindistan üçün isə Xəzər regionu yalnız potensial enerji mənbəyi deyil,
strateji mövqeyinə görə də böyük əhəmiyyət daşıyır. Mərkəzi Asiyada ekstremist
dini təşkilatlar Hindistanın Cammu və Kəşmir bölgələrində bənzər hərəkatları
gücləndirdiyi üçün regionda stabilliyin mövcudluğu Hindistanın daxili
təhlükəsizliyinə təsir baxımından əhəmiyyətlidir. Xəzər regionunda Hindistanın
maraqları və rolu aşağıdakı kimi ümumiləşdirilə bilər:
-
Hindistan Pakistanın regionda mövcudluğundan narahatlıq duyur və
terrorizmlə mübarizə Hindistanı “Şanxay Əməkdaşlıq Təşkilatı”nın yeni
təhlükəsizlik razılaşmalarına qoşulmasına təşviq edir. Hindistan həmçinin
terrorizmlə mübarizə ilə bağlı bəzi Xəzər dövlətləri ilə müqavilələr də
imzalamışdır.
-
Xəzər neftindən istifadə Qərbi Asiyadan asılılığı azalda biləcəyi üçün
Hindistanın uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək baxımından
həyati əhəmiyyət daşıyır. Hindistan Türkmənistan-Əfqanıstan-Pakistan-
Hindistan qaz boru kəmərinə üstünük verir.
Dostları ilə paylaş: |