Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

59 
 
gözlənilir.  Bu  qədər tələbat qarşısında isə  A   enerji  ehtiyacının  yalnız  yarısını öz 
resursları ilə qarşılaya bilir [ 17, s. 82]. 
             A -nin  texniki  məlumat  sənədlərində  Xəzər  dənizinin  25  milyard  barel 
həcmində neft ehtiyatlarına malik olduğu qeyd edilir. Nikbin fərziyyələrə görə bu 
göstərici  200  milyard  barelə  qədərdir  ki,  bu  da  Yaxın  Şərq  ehtiyatlarının  dörddə 
birinə  bərabərdir.  Əlavə  olaraq,  A   2020-ci  ildə  daha  da  artması  gözlənilən  qaz 
istehlakının  20%-ni  Xəzər  hövzəsi  və  Yaxın  Şərqin  hesabına  təmin  edəcəyi 
gözlənilir [ 14, s. 11]. 
             Qeyd  etmək  lazımdır  ki,  Avropa  ttifaqının  enerji  istehlakı  və  təmini  ilə 
bağlı enerji siyasətinin üç əsas xüsusiyyəti vardır. Bunlar rəqabətin yüksəldilməsi, 
ə
traf  mühitin  çirklənməsinin  qarşısının  alınması  və  enerji  ilə  təminatla  bağlı 
təhlükəsizlik  məsələləridir.  2000-ci  il  8  iyunda  A -nin  qaz  bazarının  20%-nin 
liberallaşdırılması  ilə  bağlı  qərar  qəbul  etməsi  rəqabətin  təmin  edilməsinə  və  bu 
gün  məhdud  sayda  resurs  ölkələrinə  bağlılıqdan  irəli  gələn  yüksək  qaz 
qiymətlərinin aşağı düşməsinə səbəb olmuşdur [ 17, s. 83]. 
              A  hal-hazırda enerji ehtiyatlarının idxalının böyük qismini Rusiya, Şimali 
Afrika,  Fars  körfəzi  və  Nigeriya  kimi  ölkələrlə  əməkdaşlıq  vasitəsilə  reallaşdırır. 
Bu  səbəbdən  də  A   fərqli  alternativləri  dəyərləndirməyə  çalışır.  Xəzərin  enerji 
ehtiyatları isə bu alternativlərin ən öndə olanıdır. Avropa Birliyi iqtisadiyyat, insan 
haqları  və  texniki  sahələrlə  bağlı  siyasəti  ilə  Xəzər  hövzəsində  nüfuzunu 
möhkəmləndirməyə  çalışır.  Lakin,  siyasi  baxımdan  ABŞ  kimi  regionda  təsirli 
olmamaqla  yanaşı,  enerji  məsələsində  Rusiyaya  olan  bağlılığının  artması 
səbəbindən,  A   ölkələri  Rusiyanın  Xəzər  regionunda  nüfuzunu  zəiflətməyə 
yönəlmiş siyasət yürüdən ABŞ-la əməkdaşlıq edir. Məsələn, 2001-ci il 11 sentyabr 
hadisələrindən sonra ABŞ-ın Əfqanıstan hərəkatını dəstəkləmişdir. Bu hərəkat isə 
görünüşcə  terrorizmlə  mübarizə  ilə  bağlı  əməliyyat  hesab  edilsə  də,  ABŞ  üçün 
enerji mənbələri və nəqliyyat xətlərinin təhlükəsizliyi də ön planda idi.    
             Ümumiyyətlə, Avropa  ttifaqı SSR -nin süqutundan sonra meydana çıxan 
ölkələrdəki islahat hərəkatlarını dəstəkləyir. Regionda texniki dəstək, demokratiya, 
insan  haqları  kimi  sahələrdə  təsirli  olmağa  çalışır,  enerji  nəqliyyat  xətləri  kimi 


60 
 
layihələrlə  gələcək  ehtiyaclarını  qarşılamaq  istiqamətində  addımlar  atır  [  18,  s. 
201]. 
             SSR -nin  dağılmasından  sonra  meydana  çıxan  Xəzər  hövzəsinin  enerji 
ehtiyatları  A   üçün  enerji  mənbələrinin  diversifikasiyası  baxımından  bir  fürsət 
hesab  edilir.  Bundan  əlavə,  A   Orta  Asiya  və  Xəzər  hövzəsi  ilə  bağlı  siyasətini 
həyata keçirmək baxımından ABŞ-a nisbətən daha böyük üstünlüyə malikdir. Belə 
ki,  A -nin  bölgəki  varlığı  ABŞ  kimi  bir  super  gücün  bölgəni  idarə  etmək  istəyi 
kimi  başa düşülmür.  A   region üçün neft və təbii  qaz  ehtiyatları  ilə bağlı  coğrafi 
yaxınlıq baxımından böyük və cəlbedici bazar xarakteri daşıyır [ 17, s. 83]. 
             Bundan əlavə, A  regiondakı geosiyasi problemləri iqtisadi vasitələrlə həll 
etmə  məsələsinə  fokuslanmışdır.  Çünki,  regionda  siyasi  və  iqtisadi  islahatların 
uğursuz  olması  bölgəyə  coğrafi  yaxınlığı  səbəbindən  Avropanın  da  təhlükəsizlik 
qayğılarının  artmasına  səbəb  olacaq.  Bundan  başqa,  avropalıların  fikrincə, 
islahatların  uğurlu  olacağı  təqdirdə  A -nin  bölgə  ilə  bağlı  imperialist  məqsəd 
güdmədiyi meydana çıxacaqdır [ 17, s. 83]. 
             Müasir  mərhələdə  Avropa  ttifaqının  bütöv  iqtisadi  siyasətinin  əsasında 
birləşmiş  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  dayanır.  Öz 
növbəsində  Mərkəzi  Asiyanın  bir  sıra  ölkələrinin  isə,  enerji  ehtiyatlarını 
Azərbaycan,  Gürcüstan  və  Türkiyə  vasitəsilə  Rusiya  ərazisindən  yan  keçməklə 
Avropaya  çatdırılması  imkanı  yaranır.  Bundan  əlavə,  Avropa  ttifaqının 
maraqlarına Xəzərin enerji resurslarına maneəsiz çıxışın, Xəzər-Qafqaz-Qara dəniz 
dəhlizinin nəqliyyat yollarının təhlükəsizliyi və regionda sabitliyin təmin edilməsi 
daxildir.  
             Ötən əsrin 90-cı illərində ABŞ və  birləşmiş Avropa Şərq-Qərb Avrasiya 
nəqliyyat  dəhlizinə  diqqət  yetirməyə  başladı.  1995-ci  ildə  Avropa  ttifaqının 
üçüncü  proqramının  qəbul  edilməsi  qədim  “Böyük  pək  yolu”nu  təkrarlayan 
Venesiya - Cənubi  taliya – Poti – Batumi – Tbilisi -  rəvan – Bakı - Türkmənbaşı -  
Bişkek nəqliyyat xəttinin təcrübədə reallaşdırılması vəzifəsini qarşıya qoydu [ 4, s. 
205, 206]. 


61 
 
           1990-cı  illərin  əvvəllərindən  bu  günədək  keçən  müddət  ərzində  Avropa 
ttifaqının Mərkəzi Asiya ilə bağlı siyasətinin üç əsasda inkişaf etdiyi irəli sürülə 
bilər: 
1)
  Orta  Asiya  regionun  yeraltı  ehtiyatları.  Neft  və  təbii  qazdan  başqa  digər 
yeraltı  ehtiyatları  da  bura  əlavə  etmək  olar.  A   ölkələri  bu  resursları 
təhlükəsiz şəkildə Avropaya çatdırmağı nəzərdə tutur və bu məqsədlə bağlı 
layihələr inkişaf etdirilir. Bununla bağlı Avropa Komissiyasının 1997-ci ildə 
hazırladığı  enerji  hesabatı  bu  bölgəyə  baxışı  əhəmiyyətli  dərəcədə 
dəyişdirmişdir.  
2)
  Avropa  qitəsinin  təhlükəsizliyi.  Burada  təkcə  hərbi  mənada  təhlükəsizlik 
deyil, o cümlədən, miqrasiya, narkotik maddələr qaçaqmalçılığı, radikalizm 
nəzərdə  tutulur.  Ümumiyyətlə,  A   ölkələri  Avropa  qitəsini  əhatə  edən 
regionlarda  iqtisadi və  siyasi  sabitliyi  Avropanın  təhlükəsizliyi  baxımından 
vacib hesab edirlər. Avropa qitəsinə yaxın yerləşən Şimali Afrika, Orta Şərq, 
Qafqaz  və  Orta  Asiya  ilə  bağlı  siyasətində  Avropanın  ətrafında  bir  növ 
təhlükəsizlik xətti yaratmaq fikri əsas yer tutur.  
3)
  Digər tərəfdən, Orta Asiya regionu Avropa ölkələri üçün hər şeydən əvvəl 
“bazar”  kimi  əhəmiyyət  daşıyır.  Bu  regionun  “kapitalist”  dünya 
iqtisadiyyatına  inteqrasiya  etməsi  və  beləliklə  Avropa  mallarının  satıldığı 
bazara  çevrilməsi  arzusu  A -nin  bölgə  ilə  bağlı  siyasətinə  əhəmiyyətli 
dərəcədə  təsir  edir.  Məsələn,  TRACECA  layihəsinin  hədəflərindən  biri  də, 
Orta Asiya və Qafqaz ölkələrinin beynəlxalq iqtisadiyyata Avropa vasitəsilə 
inteqrasiya etməsinin nəzərdə tutulmasıdır[ 33, s. 154]. 
           Ümumiyyətlə, Avropa  ttifaqının Qafqaz siyasəti “keçid ölkəsi” məfhumuna 
ə
saslanır.  Bu  çərçivədə,  A -nin  Qafqaz  Respublikaları  ilə  münasibətləri  bu 
ə
məkdaşlığın  uğurlu  şəkildə  reallaşdırılması  üçün  texniki  və  maliyyə  yardımları 
göstərmək üzərində qurulmuşdur. TACIS (Technical Assistance to CIS), FEOGA 
(Fonds  Europeen  d`Orientation  et  de  Garantie  Agricole),  ECHO  (European 
Commission  Humanitarian  Office)  və  Ərzaq  Təhlükəsizliyi  Proqramı  kimi 
layihələr isə bu siyasətin həyata keçirilməsinin əsas vasitələri olmuşdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə