47
hər bir ölkənin müstəqil şəkildə özünə aid olan sektorunda fəaliyyətinin təmin
ediməsi dururdu [ 12, s. 86].
Bir daha qeyd etmək lazımdır ki, son iki onillikdə Xəzər regionu Qərb
dünyası, əsasən də onun əvəzolunmaz lideri ABŞ üçün böyük geosiyasi əhəmiyyət
daşımağa başladı. 90-cı illərin ortalarından Rusiya ilə ümumi dil tapa bilməyən
ABŞ Qafqazda və Xəzər bölgəsində nəzarət əldə etmək üçün əsas diqqəti xəzər
neftinə yönəltdi. Bu dövrdə ABŞ, post-sovet məkanına aktiv müdaxilə etmək
imkanına malik olmadığından, üç favorit ölkə müəyyənləşdirdi: Ukrayna,
Azərbaycan və Qazaxıstan. Bununla da Rusiyanın nüfuzunun üç əsas istiqamətdə:
Balkanlar (Ukrayna), Cənubi Qafqaz (Azərbaycan) və Mərkəzi Asiya (Qazaxıstan)
genişlənməsinin sərhədlərinin müəyyənləşdirilməsini qarşısına geosiyasi vəzifə
kimi qoydu.
Son onilliklər ərzində ABŞ-ın neft istehlakının və idxal neftindən asılığının
artması Vaşinqtonun Xəzərin enerji ehtiyatlarına diqqət yetirməsinin səbəblərindən
biri idi. Amerikanların regiona gəlişi ilə yeni müstəqil dövlətlər ABŞ tərəfdarları
və əleyhdarları arasında mübarizə meydanına çevrildi. Enerji resurslarına və
onların daşınması yollarına nəzarət uğrunda mübarizə 1990-cı illərin əvvələrində
başladı. Boris Yeltsinin rəhbərliyi altında Rusiya hökumətinin zəifliyi Amerika
üçün regionda nüfuzunu gücləndirmək üçün əlverişli fürsət yaratmış oldu [ 23, s.
69].
Bu baxımdan qeyd etmək lazımdır ki, ABŞ hökuməti öz strateji xəttinə
uyğun olaraq, əsas neft kəməri məsələsində Bakı-Tbilisi-Ceyhan layihəsini
dəstəkləyir, Xəzərin hüquqi statusu məsələsində isə onun beş sahil dövləti arasında
orta xətt üzrə milli sektorlara bölünməsi ideyasını müdafiə edirdi. 1995-ci ildən
başlayaraq, ABŞ hökuməti bölgəyə yönəldilmiş siyasətində aktivlik və ardıcıllıq
nümayiş etdirir
[ 41].
Xəzərin hüquqi statusu ilə bağlı neytral mövqedə olduğunu bildirməsindən
iki il sonra 1996-cı il noyabr ayında ABŞ sektoral bölgüyə tərəfdar olduğunu
bildirdi. Rusiyanın Xəzəri məhdud şəkildə sektorlara bölməklə bağlı təklifinə
cavab olaraq ABŞ-ın yeni müstəqil dövlətlər üzrə xüsusi elçisi Ceyms Kollinz
48
Prezident H.Əliyevə ünvanladığı məktubda bildirmişdir ki, Vaşinqton “bizim
investisiya şirkətlərini və Xəzər dənizinin sektoral bölgüsü ideyasını dəstəkləyir”.
ABŞ-ın Rusiyanın mövqeyinə - Xəzərdə birgə suverenliyin yaradılmasına qarşı
yanaşması mühüm əhəmiyyət kəsb edirdi. Nəticədə siyasətdə dəyişikliklər baş
verdi və ABŞ-ın regionda əhəmiyyəti artmağa başladı [ 2, s. 319-320].
Dövlət Departamenti "Xəzər hövzəsinin Enerji nkişafı" adlı hesabatında
(1997) ABŞ-ın bu bölgədəki siyasətinin əsas dörd istiqamətini müəyyən edir:
1. "Regional konfliktlərin həlli". Bu bənd Azərbaycan-Ermənistan münaqişəsinin
həlli, Qafqazda etnik gərginliklərin aradan qaldırılması, eləcə də Tacikistanda
vətəndaş müharibəsinin dayandırılması haqqındadır. Sənəd müəlliflərinin fikrincə,
bu konfliktlər ran kimi xarici qüvvələrin işə qarışmasına şərait yaradır. Üstəgəl,
konfliktlərin uzanması dağıdıcı islamçı hərəkatların inkişafı üçün münasib mühit
formalaşdırır;
2. "Dünya enerji təminatının artımı və genişləndirilməsi" bəndi ran körfəzinə
ə
lavə və alternativ kimi, eləcə də Qərbin buradakı enerji maraqlarını sığortalamaq
məqsədilə Xəzər hövzəsinin enerji ehtiyatlarının istismarını nəzərdə tutur;
3. "Xəzər hövzəsi ölkələrinin müstəqilliyi və suverenliyi". Hesabatın müəllifləri
hesab edirlər ki, burada əsas problem Rusiya ərazisindən keçən neft kəmərindən
asılılığın aradan qaldırılmasıdır. Siyasi problemlərdən başqa, bu asılılıq Rusiyaya
kəmərlərdən istifadə haqqını fövqəladə dərəcədə yüksəltmək imkam verir.
Məsələnin həlli üçün fərqli və alternativ enerji-ixrac yollarının olması zəruridir. Bu
məntiqə uyğun olaraq randan keçəcək neft kəmərinə etibar məsələsi ortaya
çıxdığından Bakı-Tbilisi-Ceyhan ideyası dəstəklənir.
4. " ranın izolyasiyası". Bunun üçün bu ölkənin gəlirlərinin məhdudlaşdırılması
tələb olunur. Həmin gəlirlər kütləvi qırğın silahlarının əldə edilməsinə, dağıdıcı
silahlar arsenalının artımına, terrorizmi dəstəkləməyə sərf edilir. Hesabatın
müəllifləri bu məqsədə nail olmağın ən yaxşı yolunu Xəzərdə enerji istismarı
sahəsində ranın hər hansı iştirakının qarşısını almaqda görürlər [ 7, s. 670].
49
ABŞ Dövlət Departamentinin 1997-ci il tarixli bu hesabatını diqqətlə
nəzərdən keçirdikdə əslində ikinci Klinton administrasiyasının Xəzər mərkəzli yeni
dünya düzəninin yaradılmasını hədəfə aldığını görə bilərik [ 31].
Artıq ötən əsrin 90-cı illərinin sonlarından etibarən Qərb regionda hərbi-
siyasi nüfuzunu möhkəmləndirmək uğrunda fəaliyyətini gücləndirdi. Bu onunla
ə
laqədar idi ki, hərbi-strateji baxımdan bu regiondan istifadə etməklə hərbi
qüvvələrin Mərkəzi Asiya, Aralıq dənizi, Yaxın Şərq və Fars körfəzi kimi mühüm
geostrateji əhəmiyyətə malik bölgələrdən qısa müddətdə dislokasiyası mümkün ola
bilər.
ABŞ-ın Qafqaz və bütövlükdə Xəzər regionuna olan münasibətinə gəlincə
qeyd etmək lazımdır ki, bu ölkə regionda aparıcı geosiyasi aktora çevrilməyə
çalışır. Artıq 1997-ci ildən region ABŞ-ın milli maraqları dairəsinə aid edilmiş,
1998-ci il 1 oktyabr tarixindən isə, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna,
Belarus və Moldova ABŞ Hərbi Qüvvələrinin Avropa komandanlığının
(USEUCOM) məsuliyyət dairəsinə aid edilmişdir. 1999-cu ildə Pentaqon Xəzər
regionunun artan geostrateji əhəmiyyətini nəzərə alaraq Mərkəzi Asiyada yerləşən
hərbi qüvvələrini Sakit okean komandanlığının tərkibindən çıxarıb, Birləşmiş
Mərkəzi Komandanlığın sərəncamına verdi. Bu addım amerikan analitiki Maykl
Kler tərəfindən “hərbi coğrafiyanın dəyişdirilməsində nadir nümunə” kimi
xarakterizə edildi [ 4, s. 176].
2002-ci il 1 oktyabr tarixindən isə, ABŞ Hərbi Qüvvələrinin Avropa
komandanlığının (USEUCOM) nüfuz dairəsinə Şimali Atlantikanın böyük bir
hissəsi, Xəzər dənizi və Rusiya da daxil edildi.
2001-ci il yanvar ayında Davos
qtisadi Forumunda amerikan
nümayəndələri bir daha təsdiq etdilər ki, Xəzər bölgəsi onların həyati maraqlar
zonasına daxildir və Fars körfəzinə münasibətdə alternativ neft mənbəyi hesab
edilir. Bununla bağlı hələ 90-cı illərin ortalarında Pentaqon tərəfindən bölgədəki
amerikan maraqlarının təhlükəyə məruz qalacağı halda “Xəzər üzərində fırtına”
adlı əməliyyatı planı da hazırlanmışdı [ 4, s. 176].
Dostları ilə paylaş: |