43
məsələnin həlli ilə bağlı yekun Konvensiyanın hazırlanması üçün müəyyən hüquqi-
normativ baza yaratmış oldu.
Ümumiyyətlə, Xəzərin hüquqi statusunun həll olunması müasir dövrdə
enerji ehtiyatları ilə zəngin Xəzər regionunda böyük həcmdə neft və qaz
ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, bu ehtiyatlarının dünya bazarına
daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda burada dövlətlərin
iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin
bərqərar olunmasına göstərdiyi təsir baxımından böyük əhəmiyyət kəsb edir.
44
II FƏS L. Regiondankənar aktorların xarici siyasətində Xəzər bölgəsinin
yeri və rolu.
2.1. ABŞ-ın xarici siyasətində Xəzər regionu.
Planet miqyaslı köklü dəyişikliklərin baş verdiyi müasir dövrdə, ABŞ
prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi, indi isə
geostrategiya sahəsində tanınmış mütəxəssis Z.Bjezinskinin fikrinə görə “Avrasiya
Balkanlarına” daxil olan Xəzər bölgəsinin geostrateji əhəmiyyəti daha da artdı.
XX-XXI əsrin hüdudlarında Xəzər dənizi özünün zəngin karbohidrogen ehtiyatları
ilə yenidən ən mühüm geosiyasi faktorlardan birinə çevrilmişdir.
Bir çox iri yaxın və uzaq dövlətlər tərəfindən bu bölgəyə kəskin maraqlar
təkcə Xəzərin dibindəki zəngin neft və qaz ehtiyatlarının olması və XXI əsrdə onu
“dünyanın yanacaqdoldurma məntəqəsi”nə çevirmək üçün kifayət qədər real
perspektivin olması ilə əlaqədar olmayıb, həm də dünyanın rəqabət aparan
geosiyasi qüvvələrinin yerləşməsində ən vacib vəziyyətdə olmasıdır. Ölkələr
arasındakı geosiyasi qarşıdurma tədricən Şərqdən və Aralıq dənizi hövzəsindən
Xəzər rayonuna keçmişdir. Belə bir şəraitdə bir tərəfdən ABŞ və NATO-nun, digər
tərəfdən isə Rusiya və ranın geosiyasi imperativləri – ön plana çıxır [5, s. 58 ].
Rusiya və ranın Xəzər regionu ilə bağlı mövqeləri əvvəlki paraqrafda qeyd
edildiyi üçün indi də ABŞ-ın bu bölgə ilə əlaqəli siyasətinə nəzər salaq.
Xəzər bölgəsinə siyasi və iqtisadi maraq göstərən dövlətlər sırasında ən fəalı
Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın Xəzər bölgəsinə siyasi
marağı Azərbaycana münasibətdə daha qabarıq hiss olunur. ABŞ Cənubi Qafqaz
və Orta Asiyada həyata keçirilən strateji əhəmiyyətli layihələrin və proseslərin
başlıca iştirakçısı və müdafiəçisidir. ABŞ hökuməti bu bölgənin özünün həyati
maraq dairəsinə daxil olduğunu dəfələrlə bəyan edib.
ABŞ Xəzər bölgəsindən uzaqda yerləşməsinə baxmayaraq, SSR -nin
süqutundan sonra Xəzər bölgəsində geosiyasi maraqlar güdməkdədir. Son
dövrlərdə isə, Xəzərdə nüfuzlu aktora çevrilmişdir.
45
ABŞ-ın məqsədi təkcə regionun təbii ehtiyatlarından istifadə edilməsi
deyil, eyni zamanda geosiyasi baxımdan Rusiyanın regionda yeganə nüfuz sahibi
olmasını əngəlləməkdir. ABŞ əvvəllər xarici aləmə qapalı olan bu bölgəyə artıq
sərhədsiz giriş imkanına malikdir. Bu səbəbdən ABŞ regionda öz iqtisadi
mənafeyindən əlavə, Avropa və Uzaq Şərqin də iqtisadi mənafeyini güdür.
Beləliklə, ABŞ-ın qazanacağı geosiyasi güc potensial olaraq böyük üstünlük əldə
etməyini təmin edəcək [ 11, s. 83].
Dövlətlərin hər birinin müstəqil olduğunu və ABŞ-ın da onlara bu cür
baxmağının vacibliyini bildirən amerikan rəsmisi Sem Braumbek Amerikanın
yalnız siyasi deyil, həm də iqtisadi baxımdan güclənməsi üçün bu bölgəyə önəm
verilməsinin əhəmiyyətini vurğulamışdır. Bunun üçün Azərbaycanın Xəzərin
hüquqi statusu məsələsindəki mövqeyinin dəstəklənməsinin Qərb üçün ən düzgün
mövqe olacağını bildirmişdir [ 11, s. 83].
ABŞ anlayır ki, Xəzər dənizinin iqtisadi inkişafını sürətləndirəcək məsələ
Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlıdır. Bundan əlavə Xəzər
dənizinin sektorlara bölünməsi, dünya bazarlarına çıxarılacaq neft kəmərlərinin
marşrutunun müəyyənləşdirilməsi, regionun ekoloji təhlükəsizliyinin təmin
edilməsi kimi məsələlər də iqtisadi inkişafı sürətləndirə biləcək məsələlərdir.
ABŞ Xəzər neftinin dünya bazarına Rusiya və Gürcüstan ərazisi vasitəsilə
daşınmasını istəyirdi. ABŞ-ın Xəzər problemindəki mövqeyi də bu amillərə
ə
saslanırdı. Bu ölkənin neft istehlakı idxalatla bağlıdır. Xaricdən alınan neft ölkə
daxilində istehsal edilən neftdən daha ucuz əldə edilir. ABŞ neft idxalını həm Orta
Şə
rqdən, həm də Xəzər regionundan əldə etmək istəyir. Üstəlik burada siyasi
nüfuza sahib olmaq məsələsi də mövcuddur [ 11, s. 83-84].
Geosiyasi məsələlərlə məşğul olan ən tanınmış mütəxəssislərin əksəriyyəti
də hesab edirlər ki, XXI əsrin beynəlxalq sistemi, əsasən, 6 güc mərkəzi – ABŞ,
Avropa Birliyi, Çin, Yaponiya, Rusiya və Hindistan təşkil edəcək. Belə olduğu
təqdirdə dünya nüfuz dairələrinin yeni formatda bölüşdürülməsi məhz bu dövlətlər
arasında, bilavasitə və dolayısı iştirakı ilə baş verəcək.
46
qtisadi, hərbi, siyasi cəhətdən dünyanın ən güclü super dövləti olan ABŞ-
ın Xəzər regionuna marağı iki əsas tərkib hissədən ibarətdir: geosiyasi nüfuzunun
genişləndirilməsi və enerji daşıyıcıları.
Bu gün dünyanın 5% əhalisi yaşayan ABŞ gündə 20,7 mln barellə (ildə 7,6
mlrd barel) dünya neft hasilatının 25%-ni istehlak edir. Bununla yanaşı ABŞ-ın
özünün neft hasilatı gündə 5,1 mln barel (ildə 1,9 mlrd) təşkil edir. Hasilatla
istehlak arasındakı 75%-lik fərq ABŞ-ın başqa dövlətlərdən, ilk növbədə Yaxın
Şə
rq dövlətlərindən asılılığını göstərir. Lakin adı gedən regiondakı qeyri-stabil
vəziyyət və bir regiondan enerji asılılığını azaltmaq üçün ABŞ yeni enerji
mənbələrinə nəzarəti qazanmaq uğrunda fəaliyyətini getdikcə gücləndirmək
məcburiyyətində qalaraq, nəzərlərini Xəzər regionuna istiqamətləndirir.
Ümumiyyətlə, enerji təhlükəsizliyini təmin etmək üçün “Vaşinqtonda təsdiqlənmiş
neft ehtiyatlarının 62 % -nə və qazın 40 % -nə nəzarət etmək məqsədini güdən
“Böyük Yaxın Şərq” layihəsi yaradılıb”. Bunları həyata keçirmək üçün ABŞ
postsovet məkanında, o cümlədən Xəzər bölgəsində, Mərkəzi və Orta Asiyada
nüfuz dairəsini genişləndirməli və gücləndirməlidir [ 12, s. 103-104].
Ümumiyyətlə, ABŞ bölgədəki maraqlarını təmin etmək üçün aşağıdakı
istiqamətlərdə fəaliyyət göstərirdi:
-
Yeni yaranmış dövlətlərlə əməkdaşlığı gücləndirmək, bu ölkələrdə
demokratiyanın inkişafını təmin edəcək islahatların həyata keçirməsinə
yardım edilməsi.
-
Rusiyanın Xəzərin statusundakı mövqeyinin gələcək inkişafa maneçiliyini
nəzərə alaraq, Avropa-Asiya nəqliyyat dəhlizinin ənənəvi Rusiya
marşrutundan əlavə yeni istiqamətlərinin yaradılması.
Məsələnin mahiyyəti ondan ibarət idi ki, Qərb ölkələri artıq həm öz
ş
irkətlərinin təhlükəsizliyini və sərbəst fəaliyyətini əsas götürürdülər, həm də
regionda sülhün və sabitliyin qorunmasını və bunun bütün ölkələr üçün
ə
həmiyyətini qiymətləndirirdilər, çünki Xəzərin əməkdaşlıq meydanına çevrilməsi
siyasəti həm bütün dövlətlərin inkişafında, həm də regionun təhlükəsizliyində
müsbət əhəmiyyət kəsb edirdi. Bütün bunların əsasında Xəzərdən ənənəvi olaraq
Dostları ilə paylaş: |