56
edə bilər. Hər iki halda Avropanın iqtisadiyyatı çətin vəziyyətə düşə bilər. Bunun
qarşını almaq üçün Norveç, ngiltərə, Fransa, taliya kimi Avropa dövlətləri
qabaqlayıcı addımlar ataraq, öz hüdudlarından kənarda, müvafiq olaraq, “Statoil”,
“British Petroleum”, “Total”, “Eni” neft-qaz hasilatı şirkətlərini yaratdılar [ 12, s.
107-108].
Cənubi Qafqazda A elə müstəqil dövlətlərlə əlaqələrə önəm verir ki,
həmin dövlətlərlə siyasi və iqtisadi əlaqələr enerji daşıyıcılarının istehsalı və
onların Avropanın daxili enerji bazarına çatdırılmasını təmin edə bilər. Enerji
amilini nəzərə alsaq A üçün bu dövlətlərdən yalnız Ermənistan cəlbedici deyil.
Gürcüstanın əhəmiyyəti isə ondan ibarətdir ki, A bu ölkədən, Rusiyadan yan
keçməklə, enerji daşıyıcılarının nəqli üçün tranzit ərazi kimi istifadə edir və
gələcəkdə bu ərazidən daha çox istifadə etməyi nəzərdə tutur. Avopa ttifaqı üçün
daha çox əhəmiyyət daşıyan ölkə Azərbaycandır, hansı ki, birincisi, böyük neft
ehtiyatları ilə zəngindir, ikincisi isə, Mərkəzi Asiya ölkələrindən A -na qazın məhz
bu ölkənin ərazisi vasitəsilə çatdırılması nəzərdə tutulur.
Məlum olduğu kimi, 2004-cü ildə Avropa ttifaqının Şərqə doğru növbəti
genişlənməsi prosesindən sonra Cənubi Qafqazın hər üç ölkəsi bu təşkilatla
dərinləşmiş əməkdaşlıq proqramını hazırlamış və imzalamış 17 dövlətin aid olduğu
qrupa daxil oldu. 2006-cı ilin oktyabrında Avropa ttifaqı Cənubi Qafqaz ölkələri
ilə Avropa Qonşuluq siyasəti çərçivəsində tərəfdaşlıq və əməkdaşlıq haqqında
yenilənmiş saziş imzaladı. Cənubi Qafqaz dövlətlərində hər birinin avrointeqrasiya
proseslərində özünəməxsus məqsəd və vəzifələri olmasını nəzərə alaraq, Avropa
Qonşuluq Siyasətinin Fəaliyyət Proqramı (European Neighbourhood Policy Action
Plan) bu üç dövlətin ayrı-ayrılıqda hər birinin maraqları nəzərə alınmaqla tərtib
edilmişdi. Eyni zamanda, bu proqram hal-hazırda Cənubi Qafqaz ölkələrinin
Avropa ttifaqına daxil olmasını nəzərdə tutmur. Geosiyasi maraqlarından çıxış
edən A türk-erməni münasibətlərinin də tezliklə normallaşdırılmasına can atır.
Erməni- türk və erməni-azərbaycan münasibətlərinin normallaşması məsələsində
amerikan və avropalı vasitəçilər uğur qazanarsa, Cənubi Qafqazın bu üç dövlətinin
57
genişlənən A -na daxil olması perspektivi reallığa çevrilə bilər. Lakin son iki
onilliyin təcrübəsi bunun əksini göstərmişdir [ 4, s. 178-179].
Müasir dövrdə enerji daşıyıcılarına tələbatın artması onların daşınması və
çatdırılması ilə bağlı olaraq enerji təhlükəsizliyi məsələlərini aktuallaşdırmışdır.
Geosiyasi və geostrateji baxımdan tranzit potensialı da nəzərə alınsa Xəzər
regionuna təkcə Avrasiya deyil, bütövlükdə Böyük Orta Şərq regionu çərçivəsində
baxılmalıdır. Belə ki, məhz bu region öz coğrafi mövqeyinə görə Çindən Mərkəzi
Asiya və Avropayadək uzanan transkontinental kommunikasiya sisteminin
ə
laqələndirici həlqəsinə çevrilməkdədir.
Bu baxımdan, regionda Qərbin qarşısında dayanan əsas geoiqtisadi
vəzifələrdən biri, yaxın şərq neftindən asılılığı azaltmaq üçün qərb şirkətlərinin
Xəzər hövzəsinin neft-qaz yataqlarına maneəsiz çıxışının təmin edilməsi, digəri
isə, enerji resurslarına daha aşağı qiymətlərin müəyyənləşdirilməsindən ibarətdir.
1994-cü ilin payızında Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasından
sonra Cənubi Qafqazda, həmçinin Xəzər regionunda geosiyasi vəziyyət
ə
həmiyyətli dərəcədə dəyişdi. Artıq xəzər neftinin dünya bazarlarına çatdırılması
marşrutunun seçilməsi problemi aktuallaşmağa başladı. Rusiya hərbi dairələri bu
problemi “ən vacib geosiyasi məsələlərdən biri” hesab edir və problemin həllində
ə
sas rolu Xəzərin təbii ehtiyatları üzərində tədricən transmilli nəzarət əldə etməyə
çalışan ingilis-amerikan neft şirkətlərinin oyanayacağından açıq şəkildə ehtiyat
edirdilər. Rusiyanın rəsmi mövqeyinə görə, Qərbin, 1994-cü ildə imzalanan və
praktiki planda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisini nəzərdə
tutan “Əsrin müqaviləsi” layihəsindən geosiyasi qazancı ondan ibarətdir ki,
birincisi, Qərb Rusiya üçün geosiyasi baxımdan çox həssas olan bölgədə iqtisadi
baxımdan möhkəmlənəcək. kincisi, Qərb, Mərkəzi Asiya və Qafqaz ölkələrinin
yeni kommunikasiya arteriyaları ətrafında horizontal birləşməsinə şərait yarada və
bununla da Rusiyanın ticarət axını üzərində nəzarətini zəiflədə biləcək. Üçüncüsü,
investisiya qoyuluşu ilə Qərb post-sovet məkanının yeni müstəqil dövlətlərinin
formalaşmaqda olan kövrək dövlətçiliyinin möhkəmlənməsinə təsir göstərəcək.
58
Dördüncüsü, Qərb tərəfindən Rusiyaya qarşı dura biləcək güclü iqtisadi və hərbi –
siyasi ittifaq yaranacaq [ 4, s. 203].
Qərbin bu “geoiqtisadi çağırışlarına” cavab olaraq Rusiya 2007-ci ilin
yazında Xəzərin şərq bölgəsində qaz kəmərlərinin diversifikasiyası ilə bağlı
addımlar atdı. Həmin ilin may ayında V.Putinin Qazaxıstan və Türkmənistana altı
günlük səfəri çərçivəsində “Rusiya istiqamətində” Xəzəryanı qaz kəmərinin
tikintisi ilə bağlı saziş imzalandı. Bu, ABŞ və A -nin Rusiyadan yan keçən qaz
kəmərləri çəkməklə Mərkəzi Asiyanın Xəzərətrafı dövlətlərini Moskvanın
orbitindən çıxartmaq cəhdlərinə qarşı adekvat cavabı idi.
Buna cavab olaraq, Qərb Xəzərin dibindən keçən və perspektivdə nəzərdə
tutulan “Nabukko” qaz kəməri sisteminə birləşdirilməsini nəzərdə tutan Transxəzər
qaz kəmərinin tikintisi təşəbbüsü ilə çıxış etdi. Bu layihədə Türkmənistan və
Azərbaycanın enerji resurslarının Gürcüstan, Türkiyə, Yunanıstan, taliya
vasitəsilə Avropa ttifaqı ölkələrinə çatıdırılması nəzərdə tutulurdu.
Ümumiyyətlə, Avropa ttifaqı Xəzər regionuna təkcə strateji baxımdan
ə
həmiyyətli enerji mənbəyi kimi deyil, eyni zamanda Xəzər dənizinin, Mərkəzi
Asiya və ranın enerji resurlarına birbaşa çıxışı təmin edən özünəməxsus plasdarm
kimi baxır [ 4, s. 204].
Qeyd etmək lazımdır ki, Avropa ttifaqı neftlə zəngin Xəzər regionuna
birbaşa çıxış əldə etməyə çalışır. Belə ki, bu məqsədə çatmadan, A ikiqat - bir
tərəfdən Rusiyanın, digər tərəfdən isə Rusiyanın vasitəçiliyi ilə Xəzər regionun
enerji daşıyıcılarından- asılı vəziyyətdə qalmış olur. Bu da öz növbəsində regionun
neft və qaz ixracı mənbələrinin diversifikasiyana çalışan Avropa ttifaqının iqtisadi
maraqlarına zərbə vura bilər. Çünki, A -nin enerji balansında əsas yeri qazı 40%,
nefti isə üçdə bir hissə olmaqla Rusiyanın enerjidaşıyıcıları tutur. Proqnozlara
görə, 2030-cu ilədək Avropanın enerji idxalı Rusiyadan daha da asılı vəziyyətə
düşəcək və bu göstərici müvafiq olaraq 90 və 70% təşkil edəcək [ 4, s. 205].
Bundan əlavə, Avropa Birliyinin neft istehlakının 2020-ci il üçün sutka
ə
rzində 15.3 milyard barel, 2030-cu ildə isə 15.6 milyard barel, qaz istehlakının isə
2020-ci ildə 684 milyard kub m., 2030-cu ildə isə, 786 milyard kub m. olacağı
Dostları ilə paylaş: |