25
başçılarına məktublarla müraciət edib onları Osmanlı imperiyasına qarşı
birləşməyə çağırdı. Papa Səfəvi dövlətinin meydana gəlmə-sini, şah smayılın
hərbi müvəffəqiyyətlərini allahın xristian dünyası üçün ya-ratdığı bir fürsət kimi
qiymətləndirdi, qərb hakimlərini dərhal bu fürsətdən istifadə etməyə çağırdı.
Ş
ah smayıl Çaldıran döyüşü ərəfəsində Osmanlı imperiyasına qarşı
Portuqaliya ilə də hərbi ittifaq bağlamağa və ran körfəzi vasitəsilə bu döv-lətdən
odlu silahlar, artilleriya mütəxəssisləri almağa da cəhd göstərdi. Hind okeanında
möhkəmlənmək üstündə Osmanlı-Portuqaliya rəqabəti başlanmış-dı. Bu isə
Osmanlı imperiyasına qarşı Portuqaliya ilə Səfəvi dövləti arasında yaxınlaşmaya
səbəb oldu. Beləliklə, Səfəvi dövləti ölkənin cənub sərhədlərində onun iqtisadi
mənafeyinə zərbə vuran Portuqaliyaya müvəqqəti olaraq güzəştə getməli oldu. Şah
smayıl körfəz münaqişəsinə qarışmamaq müqabilində Portuqaliyadan odlu silah
və artilleriya mütəxəssisləri almaq, niyyətində idi. Lakin smayılın bu planı baş
tutmadı.
Sultan Səlim Səfəvi dövləti ilə həlledici toqquşma ərəfəsində Şah sma-
yılın Avropa dövlətlərini arxadan Osmanlı imperiyasına qarşı qaldırmaq və
Anadoludakı xalq üsyanlarından istifadə etməkdən ibarət olan hərbi planını poza
bildi və qarşıdakı müharibədə ilk qələbə imkanı əldə etdi.
Çaldıran qələbəsi ilə Cənub-Şərqi Anadolu və Kürdüstan Türkiyənin əlinə
keçdi. Səfəvilərin Diyarbəkir daxil olmaqla Ağqoyunlu dövlətinin tarixi ərazisini
ə
lə keçirmək planı iflasa uğradı. Bu döyüş türk-islam dünyasının məğ-lubiyyəti,
qərb müstəmləkəçilərinin isə qələbəsi idi.
1533-1535-ci illər müharibəsi nəticəsində Osmanlı imperiyası Bağdad
daxil olmaqla ərəb raqını işğal etdi, ran körfəzi rayonunda Osmanlı-Portu-qaliya
ziddiyyətləri daha da kəskinləşdi.
Osmanlı imperiyası 1548-1549-cu illərdə Səfəvi dövləti ilə müharibə
edərkən, eyni zamanda, Hind okeanı və ran körfəsində Portuqilyaya qarşı hərbi
ə
məliyyatları da genişləndirmişdi. Osmanlı imperiyası çalışırdı ki, Şərq-dən Aralıq
dənizi sahillərinə gələn ənənəvi ticarət yollarını nəzarəti altına alsın. Lakin
Osmanlıların ran körfəzində və Hind hövzəsində möhkəmlənmək siya-səti iflasa
26
uğramaqda idi. Hind okeanı və ran körfəsində aparılaın dəniz döyüşləri Türkiyə
üçün istənilən nəticəni vermədi.
Yarım əsrə qədər davam edən Səfəvi-Türkiyə müharibələri dövründə qərb
diplomatiyası Osmanlı imperiyasının bütün hərbi gücünü Səfəvi dövlətinə qarşı
yönəltməklə Avropada Türkiyə işğallarının genişlənməsinin qarşısını sax-laya
bildi.
Qərb ölkələri 1578-1590-cı illər Səfəvi-Türkiyə müharibəsi dövründə,
növbəti dəfə, Osmanlı imperiyasına özünün bütün hərbi qüvvələrini Səfəvi döv-
lətinə qarşı yönəltmək imkanı verdilər. Nəticədə kəskin daxili ictimai-iqtisadi və
siyasi tənəzzül keçirən, həmçinin şərqdən özbək hakimlərinin hücumuna da məruz
qalan Səfəvi dövləti Osmanlı qoşunlarına qarşı dura bilmədi.
XV əsrin ortalarından başlayayaraq bütün Cənubi-Qafqaz ərazisini
tamamilə öz hakimiyyəti altına salmağa çalışan Osmanlı imperiyası, nəhayət,
Azərbaycanla əlaqədar xarici siyasət planlarını həyata keçirə bildi.
Lakin Şah Abbasın islahatları nəticəsində qüvvətlənən Səfəvi dövləti
1603-1612-ci illər müharibəsində Osmanlı imperiyasına ağır zərbə vurdu. Səfə-vi-
Osmanlı müharibələri tarixində ilk dəfə təşəbbüs səfəvilərə keçdi. Osmanlı
imperiyası 1578-1590-cı illərdə işğal etdiyi ərazilərdən məhrum oldu. Bununla
Osmanlı imperiyasının Səfəvi dövlətini məğlub edərək Cənubi Qafqaz ərazi-sini, o
cümlədən Azərbaycanı ələ keçirmək, Xəzər dənizi və ran körfəzində
möhkəmlənmək siyasəti qəti olaraq iflasa uğradı.
Osmanlı Türkiyəsi öz niyyətindən əl çəkmirdi. 1634-cü ilin yazında Sultan
IV Murad böyük qoşunla Ərzrumdan rəvana doğru irəlilədi və oranı tutdu. Lakin
səfəvilər 1635-ci ilin aprelində rəvanı geri aldılar. 1637-1638- ci illərdə Səfəvi-
Osmanlı müharibələrinin döyüş səhnəsi yenə də Mesopotamiyaya köçdü. Bağdad
tamamilə Türkiyənin əlinə keçdi. Bağdad tutulduqdan sonra 1639-cu il mayın 17-
də Qəsri-Şirində Türkiyə ilə Səfəvi dövləti arasında 1612-ci il sülhünün şərtlərini
təsdiq edən sülh müqaviləsi imzalandı və XVIII əsrin əvvəllərinə qədər qüvvədə
qaldı.
27
14.XVII əsr Avropada fransız hegemonluğu dövrü.
XVII əsrdə Fransa dövləti də beynəlxalq problemlərin həllində fəal
iştirak edirdi. XVII əsrin böyük siyasətçilərindən və diplomatlarından biri olan
Rişelye (1585-1642) (1624-1642-ci illərdə Fransa kral şurasının sədri olmuşdu).
Mütləq monarxiyanı möhkəmləndirməyə və Avropada Fransanın hegemonluğunu
bərqərar etməyə çalışırdı. O, inandırdı ki, Fransanın «dövlət mənafeləri» və
«ümumi riyah» tələb etdikdə bütün vasitələrə əl atmaq olar və lazımdır. Fransa
həm Avstriya və spaniyanı zəiflətməyə, həm də Avropada hegemonluq etməyə
çalışırdı. XVII əsrin ikinci yarısında Avropadakı vəziyyəti Fransa öz siyasəti üçün
ə
lverişli hesab edirdi. 1) Belə ki, Fransa hökuməti «maliyyə diplomatiyasının»
köməyi ilə ngiltərəni qitədə fəal siyasətdən uzaqlaşdırmışdı. 2) Otuzillik
müharibədən sonra daha Avstriya spaniyanın müttəfiqi deyildi. 1648-ci ildə
Fransa ilə Avstriya arasında, 1659-cu ildə isə Fransa ilə spaniya arasında sülh
müqavilələri imzalanmışdı. 3) Həm Avstiyada, həm də spaniyada ciddi daxili
problemlər mövcud idi və Avstriya üçün Osmanlı imperiyası tərəfdən hücum
təhlükəsi artmışdı. Avropada elə bir dövlət yox idi ki, Fransa ondan ehtiyat etsin,
bütün Avropa hökmdarları Fransa kralından qorxurdular.
Fransa yeni ərazilər işğal etmək, xüsusilə spaniyanın Niderland, Al-
maniya və taliyadakı mülklərini ələ keçirmək uğrunda müharibələr aparırdı.
Fransa həm Avropada nüfuz uğrunda, həm də müstəmləkələr uğrunda mübarizədə
ngiltərə, spaniya və Hollandiyanın rəqibi idi. 1667-1668-ci illərdə olmuş Fransa-
spaniya müharibəsi Fransanın Belçikanı işğal etmək cəhdi ilə bağlı idi. Əvvəlcə
Fransa Beçikanı spaniyadan tələb etdi. spaniya Belçikanı Fransaya verməkdən
imtina etdiyinə görə Fransa spaniyaya müharibə elan etdi. Fransa ordusu
Flandriyanın bir hissəsini və Franş-Konte əyalətini işğal etdi. 1668-ci il mayın 2-də
imzalanmış Axen sülhünə əsasən Fransa bir sıra sərhəd qalalarını ələ keçirdi,
Franş-Konteni isə qaytardı. 1672-1678-ci illərdə Fransa Hollandiya ilə müharibə
Dostları ilə paylaş: |