16
Onun xarici siyasətində, Roma imperiyasının bərpası dururdu. Ona görə də
Qərbi Roma imperiyasının xarabaları içərisində meydana gəlmiş dövlətlər işğal
olunmalı idi. 534-cü ildə Bizans qoşunlarının zərbləri altında Şimali Afrikada
vandalların dövləti dağıldı. taliyada ostqotların krallığının işğal olunması
imperiyaya daha böyük qurbanlar bahasına başa gəldi. Yustinian taliyanın işğalı
ilə eyni zamanda spaniyada vestqotlarla da müharibəyə başladı.
Beləliklə, Yustinianın Roma imperiyasını bərpa etmək cəhdi, sanki, həyata
keçirilmək üzrə idi. Əvvəllər onun tərkibinə daxil olan vilayətlərin bir çoxu
yenidən Bizansa birləşdirildi. Lakin bizanslıların ağalığı əsarət altına salınmış
ə
halinin narazılığına səbəb oldu. Onun işğallarının möhkəm olmadığı aşkar oldu.
mperator Yustinianın ölümündən az sonra onun qərbdə işğal etdiyi ərazilər itirildi.
VI əsrin ortalarından etibarən slavyanlar əvvəlcə Balkan yarımadasının
ş
imalını, sonra isə Makedoniya və Yunanıstanı işğal etdilər. Slavyanların Bizans
ə
razisində məskunlaşması quldarlıqdan feodalizmə keçidi sürətləndirdi. Əhalinin
çoxu azad kəndlilərə çevrildi. Quldar malikanələri ancaq Kiçik Asiyada qalmışdır.
ri feodalların güclənərək imperatora tabe olmaq istəməməsi və ordunun əsasını
təşkil edən kəndlilərin yoxsullaşması Bizansın zəifləməsinə səbəb oldu.
9.Böyük Karlın diplomatiyası.
Frank işğalları nəticəsində 486-cı ildə Xlodviqin başçılığı ilə Şimali
Qalliyada Frank dövləti meydana gəldi. VI əsrin ortalarına doğru Frank dövləti
keçmiş Roma əyaləti olan Qalliyanın demək olar bütün ərazisini əhatə edirdi.
Franklar Reynin o tayında yaşayan bir sıra qədim alman tayfalarını da özlərinə tabe
etmişdilər. Frank cəmiyyətinin feodallaşmağa başlaması ilə erkən feodal dövlətinin
meydana gəlməsi eyni zamanda gedirdi. Kral dövlət idarəçiliyinin bütün funksiya-
larını öz əlində cəmləşdirdi ki, bunun da mərkəzi kral sarayı oldu. Kralın haki-
miyyəti buna əsaslanırdı ki, o, dövlətdə ən böyük torpaq mülkiyyətçisi idi və çoxlu
sayda özünə sədaqətli olan drujinanın başında dururdu. O, dövləti şəxsi təsərrüfatı
kimi idarə edir, torpaqları öz yaxın adamlarına xüsusi mülkiyyət kimi bəxşiş verir,
dövlət gəlirləri barədə istədiyi kimi sərəncam verirdi.
17
Böyük Karlın hakimiyyəti dövründə Frank cəmiyyətində aqrar münasibət-
lərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşu yaranmasının başa çatmasına
gətirib çıxardı. Bu çevrilişin mahiyyəti icma üzvlərinin müflisləşməsi hesabına iri
torpaq mülkiyyətinin sürətlə artmasından ibarət idi.
Frank dövlətinin ən qudrətli dövrü Böyük Karlın(768-814) hakimiyyəti
illərinə düşür. O, bir sıra müharibələr nəticəsində müxtəlif tayfa-ları və xalqları öz
hakimiyyətinə tabe edərək Frank dövlətinin sərhədlərini xeyli genişləndirdi. Onun
taliyaya səfəri (774) taliyanın Frank dövlətinə birləşdirilməsi ilə nəti-cələndi.
Onun zamanında uzun sürən müharibələrdən sonra (772-804) Sakso-niya
işğal olundu. 788-ildə Bavariyada hersoq hakimiyyətini aradan qaldırdı. 788-ci ildə
avarlar Frank dövlətinin hüdudlarına müdaxilə etdilər. Fasilələrlə 788-ci ildən 803-
cü ilədək davam edən frank-avar müharibələri başlandı. Bu müharibələr franklara
öz hərəkətlərində cənub slavyanları ilə birləşməyincə müvəffəqiyyət gətirmədi.
Avarlar gücdən salındı. Onların uzun zaman qonşuları dəhşətə salan dövlətləri 805-
ci ildə dağıldı. Bundan sonra Karlın Dunayda bütün diqqəti Dunay-Pannoniya
sərhədinin möhkəmləndirilməsinə yönəldi. Frankların dövləti böyüklüyünə görə
keçmiş Qərbi Roma imperiyasına yaxınlaşırdı və onun kimi öz tərkibinə müxtəlif
ictimai-iqtisadi və mədəni inkişaf səviyyəsində duran müxtəlif tayfa və xalqları
daxil etmişdi.
Kral titulu artıq Frank kralını təmin etmirdi. Karl özünü imperator elan
etmək üçün münasib fürsət gözləyirdi. Belə bir fürsət ələ düşdü, zəif və iradəsiz
papa III Lev müxalifətdə olan Roma əyanlarını özünə qarşı qaldırdı və Karlın
yanına qaçıb ona sığındı. Karl papaya etibarlı mühafizə dəstəsi verdi, özü də
Romaya yürüş etdi. Bu köməyə görə minnətdarlıq əlaməti olaraq papa III lev 800-
cü ilin axırında Romada Frank kralının başına imperator tacını qoydu. Bu hadisə
Karlla Bizans arasında münaqişəyə səbəb oldu. Çünki Bizans impera-torları
özlərini Romanın yeganə varisləri hesab edirdilər. Böyük Karl Şərq sərhədlərinin
möhkəmləndirilməsinə mühüm diqqət yetirirdi. 812-ci ildə Bizans imperatoru
Frank kralını imperator kimi tanımağa məcbur oldu.
18
Lakin imperiyanın zahiri müvəffəqiyyətləri arxasında onun daxili zəifliyi
gizlənirdi. mperiyanın müxtəlif tayfa qrupları və xalqları yaşayan hər bir ərazisi
digərləri ilə iqtisadi cəhətdən bağlı deyildi və daim hərbi və inzibati məcburiyyət
olmadan işğalçıların hakimiyyətinə tabe olmaq istəmirdi. Buna görə də, hər dəfə bu
və ya digər ərazinin mərkəzi haikimyyətdən qopub ayrılması üçün real təhlükə
yarandığı yerlərə yola düşən Böyük Karl bütün ömrünü hərbi yürüşlərdə
keçirmişdi. 843-cü ildə Böyük Karlın nəvələri Verdendə müqavilə bağlayaraq
imperiyanı öz aralarında böldülər. Bu bölün-müş ərazilərdə Fransa, Almaniya və
taliya dövlətləri formalaşdı.
10.Avropa diplomatiyasının Türkiyə ilə bağlı məkrli planları. (XV-XVI əsrlər)
Osmanlı dövləti Konstantinopolun fəthindən dərhal sonra Avropada geniş
müharibələrə başladı. Sultan II Mehmet öz hərbi planlarını həyata keçirmək üçün
qərb dövlətləri arasındakı ixtilaflardan məharətlə istifadə etdi. O, əvvəlcə
Türkiyənin qərbdə ən qüdrətli rəqibi olan Venesiya respublikasını bitərəfləşdirdi.
1454-cü il aprelin 18-də Türkiyə ilə Venesiya arasında müqavilə bağlandı. Bununla
Venesiya Kiçik Asiyada hələ Bizans imperiyası zamanı malik olduğu ticarət imti-
yazlarını bir növ bərpa etdi. Türkiyə ilə həmsərhəd olan Venesiya mülklərinin,
müvəqqəti olaraq, təhlükəsizliyi təmin olundu. Digər tərəfdən, həmin müqavilə ilə
Venesiya ona qarşı rəqabət və müharibə aparan taliya dövlətlərinə qarşı mövqe-
yini möhkəmləndirdi. Beləliklə, Qərb dövlətlərinin Türkiyə əleyhinə hərbi-siyasi
ittifaqının təşkilatçısı kimi Venesiya Respublikası deyil, Roma papaları çıxış
etməyə başladılar. Roma papaları Konstantinopolun fəthindən dərhal sonra xüsusi
fərmanla bütün Avropa xalqlarını türklərə qarşı səlib yürüşünə çağırdılar. Papa
nümayəndələri Osmanlılara qarşı səlib yürüşü təbliğatı aparmaq üçün spaniya,
Fransa, Almaniya, Niderland, Macarıstan və başqa ölkələrə göndərildilər. Onlar
Osmanlı dövlətinə qarşı siyasətlərini həyata keçirmək üçün taliya dövlətləri
arasında barışıq yaratdılar. II Mehmedin işğalları genişləndikcə Qərb dövlətləri
arasında vahid antitürkiyə bloku yaradılması barədə danışıqlarda fəallıq artır,
osmanlılara qarşı birgə mübarizə cəbhəsinə yeni-yeni dövlətlər qoşulurdu.
Dostları ilə paylaş: |